Məhkəmə qərarları › İş №2-1(105)-519/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-519/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-519/2025 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “## ###### 2026-cı il tarixli ***** nömrəli icarə müaviləsi əsasında icarəyə verilmiş 230 kv m torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Xaçmaz rayon Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə Xaçmaz şəhər sakini İddiaçı istifadəsinə Xaçmaz-Quba avtomobil yolunun sağnda olan dövlət mülkiyyətində aid torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədi ilə 230 m2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Torpaq sahəsinə dair ##.##.2013-cü il tarixli A №****** saylı plan və ölçü sənədi tərtib edilmişdir. ##.##.2021-ci il tarixli, №Ö/****** saylı istismara hazırlıq aktına əsasən, tikinti obyektinin əsas göstəriciləri: 1 mərtəbəli sahibkarlıq obyekti, binanın tikintialtı sahəsi S=229.8m2, həcmi V=689.5m3, ümumi sahəsi S=198.0m2 –dir. ##.##.2022-ci il tarixli, № ** saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq ##.##.2022-ci il tarixdən bir mərtəbəli sahibkarlıq obyektinin istismarına icazə verilmişdir. Cavabdehin ##.##.2022-ci il tarixli, ************ nömrəli imtina məktubuna əsasən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyri-yaşayış binasından 3.5 metr ara məsafədən orta təzyiqli qaz xətti keçir. Ərizəyə əlavə olunmuş ##.##.2022-ci il tarixli tikinti obyektinin istismarına No **/A nömrəli Icazə sənədində qeyriyaşayış binasının ümumi sahəsi 198.0 kv m göstərilsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin ARXKOM HYPERLINK "http://gov.az/" \t "_blank" gov.az rəsmi saytında 194.08 kv m kimi qeyd olunmuşdur. Bundan əlavə qeyri-yaşayış binası üçün Xaçmaz rayon Icra Hakimiyyəti Başçısının ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün ayrılmış 230 kv m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı (mülkiyyət növü bələdiyyə) torpaq sahəsi kimi göstərilmişdir. Qeyri-yaşayış binasının 2 və * nömrəli otaqların daxili ölçüləri ərizəyə əlavə olunmuş eskiz sxemdən fərqlidir. Bu səbəbdən də mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən qeyri-yaşayış binasının texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, araşdırılmanın nəticəsi olaraq aşağıdakılar müəyyən edilmişdir : -Iddiaçının faktiki istifadəsində (iddiaçının göstərdiyi yer) olan 230 kv m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. -Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaq sahəsinin plan və ölçü sənədində olan koordinatlarına uyğundur. -Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür. - Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUIS) sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar uqodiyası- tikinti altında olan torpaqlar, alt uqodiyası- iaşə obyekti, islahat uqodiyası-örüş mülkiyyət növü bələdiyyə qonşuluğunda olan torpaq sahələrin şərq tərəfindəki qonşu torpaq sahəsi Xaçmaz rayon kimi qeyd olunmuşdur. Iddiaçının icra hakimiyyətinin adına olan ##.##.2017-ci il tarixində ************ reyestr nömrəli çıxarış verilmişdir, həmin torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUIS) sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası- iaşə obyekti kimi göstərilmişdir. Qərb tərəfindəki qonşu torpaq sahəsi X1 adına olan ##.##.2019-ci il tarixində 302011012490- ***** reyestr nömrəli qeyri yaşayış binasına çıxarış verilmişdir, həmin torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUIS) sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası- iaşə obyekti kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Icra Hakimiyyəti ilə onun arasında bağlanmış Xaçmaz-Quba yolunun sağ hissəsində yerləşən 230 kv m torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpağa istifadə və torpaq üzərində inşa etdiyi qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Icra Hakimiyyətinin ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona Xaçmaz-Quba yolunun sağ hissəsində 230 kv m torpaq sahəsi ayrılmış və ##.##.2006-cı il tarixli 391 nömrə ilə qeydə alınmış Xaçmaz rayon Icra Hakimiyyəti ilə onun arasında həmin torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətinə icarə müqaviləsi bağlanmış, rəsmi sənədləşmədən sonra o həmin torpaq sahəsinin üzərində bir mərtəbəli sahibkarlıq obyekti inşa etmişdir. ##.##.2004-cü il tarixli tikinti işlərinin aparılmasına icazə verilməsinin məqsədə müvafiq hesab edilməsi barədə dövlət rəsmilərinin imzaladığı akt vardır. Tikinti obyektinin istismarına ##.##.2022-ci il tarixli, G4/A seriyalı icazə verilməsinə dair Xaçmaz rayon Icra Hakimiyyətinin rəsmi sənədi mövcuddur. Tikintiyə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Avrxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair şəhadətnamə tərəfindən alınmışdır. Bütün bu rəsmi sənədləşmələrdən sonra ona ayrılmış 230 kv m torpaq sahəsinə (istifadə), torpaq sahəsi üzərində inşa etdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun hazırlanması üçün * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, ##.##.2022-ci il tarixli cavabında cavabdehə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh onun müraciətini müsbət həll etməmişdir. Cavabdehin imtinasını əsassız olduğuna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyriyaşayış binasından 3.5 metr ara məsafədən orta təzyiqli qaz xətti keçir.Bildir ki, ərizənizə əlavə olunmuş 01,08.2022-ci il tarixli tikinti obyektinin istismarına Ns **/A nömrəli Icazə sənədində qeyri-yaşayış binasının ümumi sahəsi 198.0 kv.m göstərilsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin ARXKOM gov.az rəsmi saytında 194.08 kv.m kimi qeyd olunmuşdur. Bundan əlavə, qeyri-yaşayış binası üçün Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün ayrılmış 230 kv.m :orpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı (mülkiyyət növü bələdiyyə) torpaq sahəsi kimi göstərilmişdir. Qeyriyaşayış binasının 2 və * nömrəli otaqların daxili ölçüləri ərizənizə əlavə olunmuş eskiz sxemdən fərqlidir. Bu səbəbdən də mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış binasının texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri naqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubla imtina olunmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədilə ayrılması, istifadə edilməsi və orada qeyriyaşayış binalarının inşa edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edildiyindən, cavabdehin sözügedən əmlaklara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim etdiyi sübutlar mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə ki, ##.##.2004-cü il tarixli Xaçmaz rayon Icra Hakimiyyətinin *** saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona Xaçmaz-Quba yolunun sağ hissəsində 230 m2 torpaq sahəsi ayrılmış və ##.##.2006-cı il tarixli, 391 nömrə ilə qeydə alınmış Xaçmaz Rayon Icra Hakimiyyəti ilə onun arasında həmin 230 m2 torpaq sahəsinin 99 (doxsan doqquz) illiyə icarə müqaviləsi bağlanmışdır. Həmçinin ##.##.2004-cü il tarixli tikinti işlərinin aparılmasına icazə verilməsinin məqsədə müvafiq hesab edilməsi barədə dövlət rəsmilərinin imzaladığı Akt vardır.Tikinti obyektinin istismarına ##.##.2022- ci il tarixli, G4/A seriyalı icazə verilməsinə dair Xaçmaz Rayon Icra Hakimiyyətinin rəsmi sənədi mövcuddur. Tikintiyə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Avrxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə alınmışdır. Alınmış mütəxəsis rəyinə əsasəndə torpaq sahəsinin koordinatlarının torpaq sahəsinin planı və ölçüsünə uyğun olması, digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst üstə düşmədiyi, onunla eyni xətt üzrə yerləşən sağ və sol qonşuluğunda olan torpaq sahələri üzərində tikilmiş qeyri-yaşayış binalarına çıxarış verilmişdir. Rəydən də məlum olur ki, onunla eyni xətt üzrə yerləşən sağ və sol qonşuluğunda yerləşən tiklilərə torpaq sahələri onun torpaq sahəsindəki kimi torpaq sahəsinin kateqoriyası, tоrраqlаrın elektron kadastr uçotu informasiya (TEKUIS) sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-iaşə obyekti olmasına baxmayaraq çıxarış verilmişdir. Qonşuluğdakı torpaq sahələrindən fərqi olmamasına baxmayaraq iki çıxarışı olan qeyriyaşayış binasının ortasında yerləşən ona məxsus qeyri yaşayış binasına çıxarış verilməsindən imtina olunur. Hakim qəbul etdiyi qərarda alınmış mütəxəssis rəyinin onun ziyanına olan kiçik bir hissəsini qərarına yazaraq həmin rəyə istinad etmiş, rəydə onun xeyrinə şərh oluna biləcəyi üçün rəyin digər hissələrindən ümumiyyətlə bəhs etməyərək, onun xeyrinə şərh oluna biləcək digər hissələrdən yan keçməklə bir daha qərəzli mövqeyini sərgiləmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ## ###### 2026-cı il tarixli ***** nömrəli icarə müaviləsi əsasında icarəyə verilmiş 230 kv m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qaz Ixrac” idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi həmçinin izah etdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin sağ və sol qonşuluğunda yerləşən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun hansı əsasla qeydə alınması ona bəlli deyildir. Lakin hazırda sözügedən qeyri-yaşayış sahəsi qaz kəmərinin, həm də qazpaylayıcı stansiyanın mühafizə zolağında yerləşdiyindən iddiaya etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 22.2 Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" \t "_blank" Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" \t "_blank" Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərardadı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qaz Ixrac” Idarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi ## ###### 2026-cı il tarixli ***** nömrəli icarə müaviləsi əsasında icarəyə verilmiş 230 kv m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən qeyri-yaşayış sahəsinin orta təzyilqi qaz xəttinin mühafizə zonasında və bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi, tikinti obyektinin istismarına icazə sənədində 198.0 kv m, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında 194.08 kv m göstərilməsi, otaqların daxili ölçülərinin eskiz sxemindən fərqli olması səbəbindən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 13 mart 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir. Belə ki, cavabdeh1 Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinin bazada mövcud olan 2004-cü ilə aid bələdiyyənin yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması bildirilmişdir. Iş üzrə toplanmış sübutlardan, o cümlədən mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi kadastr məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı, əsasən örüş sahəsi kimi müəyyən edilmiş, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi qeydə alınmışdır. Bununla yanaşı həmin torpaq sahəsi yerli icra hakimiyyəti tərəfindən ayrılmış sərəncam əsasında istifadə edilsə də, mülkiyyətçi olan bələdiyyənin səlahiyyətləri çərçivəsindən kənar şəkildə istifadəyə verilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin hüquqi statusu qanunvericiliyə uyğun olaraq onun məqsədli təyinatı və hüquqi rejimi ilə müəyyən edilir. Qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı, xüsusilə örüş torpaqlarının əkin və tikinti məqsədləri üçün istifadəsi məhdudlaşdırılmışdır və onların kateqoriyasının dəyişdirilməsi yalnız səlahiyyətli icra orqanı tərəfindən həyata keçirilə bilər. Hazırkı işdə isə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair hüquqi əsaslar müəyyən edilməmişdir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən dövlət qeydiyyatı aparılarkən təqdim edilən sənədlərin məlumatları ilə dövlət kadastr və reyestr məlumatları arasında uyğunsuzluqların olub-olmaması yoxlanılır. Hazırkı işdə isə binanın sahə göstəriciləri (198.0 kv.m və 194.08 kv.m), otaq ölçülərində uyğunsuzluqlar, eləcə də qaz xəttinin mühafizə zonasına düşməsi kimi hallar müəyyən edilmişdir ki, bu da qeydiyyat üçün qanuni maneə yaradır. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərindən biri olan mübahisəsi gedən qeyri-yaşayış sahəsinin orta təzyiqli mühafizə xəttinin yaxınlığında yerləşməsi barədə dəlilinin yoxlanılması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq SOCAR tərəfindən ##.##.2026-cı il tarixli **-*/*-***/**** saylı məktubda bildirilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi SOCAR-ın “Qaz Ixrac” Idarəsinin Siyəzən Magistral X3 istismarında olan “Xaçmaz” QPS-nin (istismara verildiyi tarix - 1986-cı il) 8 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Torpaq sahəsinin daş hasarının 2 metrlik məsafəsində torpaq səthi ilə çəkilmiş SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyinin istismarında olan d-273 mm-lik (istismara verildiyi tarix – 1977-ci il) yerüstü orta təzyiqli qaz xətti keçir. Məhkəmə kollegiyasını mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ətrafında yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınan obyektlərin qaz kəmərinin mühafizə zolağına düşüb-düşməməsinin müəyyən edilməsi üçün SOCAR-a daha bir sorğu ünvanlamışdır. Həmin sorğuya cavab olaraq SOCAR ##.##.2026-cı il tarixli **-*/*-****/**** saylı məktubu ilə bildirmişdir ki, Azərbaycan Respubliksaı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş A-****** nömrəli ##.##.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarda olan torpaq sahəsi SOCAR-ın “Qaz Ixrac” Idarəsinin Siyəzən Magistral X3 istismarında olan “Xaçmaz” QPS-nin istismarında olan (istismara verildiyi tarix - 1986-cı il) 28 metrlik məsafəsində, A-****** nömrəli ##.##.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarda olan torpaq sahəsi 14 metrlik məsafəsində, ************ reyestr nömrəli torpaq sahəsinin ##.##.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü səndində göstərilən koordinatlarda olan torpaq sahəsi isə 64 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respubliksaı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş A-****** nömrəli ##.##.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlarda olan torpaq sahəsidə inşa olunmuş tikilinin 2.0 m məsafəsindən, A-****** nömrəli ##.##.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarda olan torpaq sahəsində inşa olunmuş tikilidən 2.5 m məsafəsindən, ************ reyestr nömrəli torpaq sahəsinin ##.##.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü səndində göstərilən koordinatlarda olan torpaq sahəsində inşa olunmuş tikilinin 1.0m məsafəsindən torpaq səthi ilə çəkilmiş SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyinin istismarında olan d-273 mm-lik (istismara verildiyi tarix – 1977-ci il) yerüstü orta təzyiqli qaz xətti keçir. Beləliklə, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin ortatəzyiqli qaz kəməri xəttinin mühafizə zonasında yerləşməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ######## tarixli *** nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.7-ci bəndinin 6-cı abzasına əsasən, baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması mənəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin Qaydaların * nömrəli Əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 5 metr müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli *** nömrəli Qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli obyektin qonşuluğunda yerləşən obyektlərin mülkiyyət hüququnun qeydə alınması nəzərə alınaraq cavabdehin torpaq sahəsinin təyinatı ilə bağlı dəlili bərabərlik prinsipi baxımından qiymətləndirdikdə əsassız kimi qiymətləndirilə bilər. Lakin obyektin qaz xəttinin mühafizə zolağında yerləşməsi insanların həyat və sağlamlığının təhlükəsizliyindən söhbət getdiyi üçün bu dəlillə bağlı bərabərlik prinsipinin tətbiq edilməsi əsassız və məqsədəuyğun olar. Yəni mübahisəli yaxın qonşuluğunda yerləşən obyektlər üzərində mülkiyyət hüququ qeydə alınsa belə, bu iddianın təmin edilməsi üçün hüquqi əsas ola bilməz. Qanun qarşısında bərabərlik prinsipi qanunsuzluğun hamıya şamil edilməsini deyil, qanunun düzgün tətbiqini nəzərdə tutur. Qaz xəttinin mühaifzə zolaqları insanların həyatı və təhlükəsizliyi ilə bağlı xüsusi hüquqi rejimə malik ərazilərdir. Bu səbəbdən həmin zonalarda tikili və ya mülkiyyət hüquqlarının qeydə alınması zamanı dövlət orqanı təhlükəsizlik normalarını prioritet götürməkdə haqlıdır. Inzibati orqanın mümkün əvvəlki səhvi və ya qanunsuz praktikası gələcəkdə də eyni səhvi təkrarlamaq öhdəliyini yaratmır. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik normaların tələblərinə əsasən mülkiyyət hüququ qanunla müəyən edilmiş məhdudiyyətlər daxilində həyata keçirilir. Ictimai təhlükəsizlik, mühəndis-kommunikasiya xəttlərinin mühafizəsi və xüsusi istifadə rejimi ərazilərlə bağlı məhdudiyyətlər mülkiyyət hüququnun həyata keçirilməsinə qanuni maneə hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qanunsuzluqda bərabərlik prinsipinin olmamasını əsas gətirərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmış, aşkar edilmiş uyğunsuzluqlar səbəbindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar