Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-52/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1399/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Quba şəhərində yerləşən sahəsi 11 ha olan su fondu torpaqları icarə hüququ əsasında İddiaçı məxsusdur.
2. xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə iddiaçıya həmin sahədə yerin təkindən istifadə hüququ verilmişdir.
3. X14 X3 İdarə Heyətinin 14 dekabr 2020-ci il tarixli 14/20 saylı qərarı ilə “Dağmədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən İddiaçı 01070 nömrəli “Dağ-mədən ayrıması” aktı ilə-3 ay müddətinə xx.xx.2021-ci ilədək yerin təkindən istifadə üçün verilmiş hüququnun dayandırılması qərara alınmışdır.
4. X14 X3 əməkdaşları tərəfindən tərtib edilmiş 000361 saylı, 25 may 2021-ci il tarixli aktdan görünür ki, yoxlama aparılarkən fiziki şəxs İddiaçı tərəfindən qanunsuz hasilat işləri aparılmaqla “Yer təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 23, 46-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir.
5. X14 X3 İdarə heyətinin 27 may 2021-ci il tarixli, 86 nömrəli qərarı ilə 24 avqust 2018-ci il tarixli 01070 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının etibarsız hesab edilməsi və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018- ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüquqlarının ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Agentliyinin 86 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ-mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. X14 X3 86 saylı xx.xx.2021-ci il tarixli qərarı tamamilə əsassız və qanunsuzdur. Cavabdeh X14 X6 86 saylı xx.xx.2021- ci il tarixli qərarına əsas İddiaçı (VÖEN **********) fəaliyyətinin yoxlanılması və bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı akt olmuşdur. Həmin xx.xx.2021-ci il tarixli 000361 saylı akta əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağmədən ayırması” aktı ilə ona verilmiş sahədən kənarda hasilat aparılmışdır, bu həqiqətə uyğun deyildir. İlk növbədə qeyd edilir ki, X14 X6 tərəfindən İddiaçı fəaliyyətinin yoxlanılması və bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı aktın özü qanunsuzdur. Göründüyü kimi, həmin qanunda yerin təkindən istifadə ilə bağlı yoxlamaların keçirilməsi nəzərdə tutulmamış və belə yoxlamaların keçirilməsi 2023-cü il yanvarın 1-dək dayandırılmışdır. Beləliklə, İddiaçı fəaliyyətinin yoxlanılması, bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı akt və onun hüquqi nəticəsi olan X14 X6 86 saylı xx.xx.2021-ci il tarixli qərarı qanunsuzdur. Həmçinin, cavabdeh X14 X6 “Sahibkarlıq sahəsində apardan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 2.1,3, 13, 20.1, 20.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1,5-ci bəndlərini də pozmuşdur. Cavabdeh X14 X3 tərəfindən İddiaçı fəaliyyətinin yoxlanılması yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır, bunlara görə bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı akt və onun hüquqi nəticəsi olan X14 X6 86 saylı xx.xx.2021-ci il tarixli qərarı qanunsuzdur. Bundan başqa, X14 X3 tərəfindən İddiaçı fəaliyyətinin qanunsuz yoxlanılması nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı aktda qeyd edilmiş hallar da həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ-mədən ayırması” aktı ilə ona verilmiş sahədən kənarda hasilat aparılması ilə bağlı heç bir sübut mövcud deyildir, orada hasilat aparan xüsusi texnikanın İddiaçı məxsus olması ilə bağlı heç bir sənəd akta əlavə olunmamışdır. Həmçinin, xx.xx.2021-ci il tarixli 000361 saylı aktın özündə də ziddiyyətli məqamlar vardır, hansıları ki, yoxlayıcılar özləri də bunları aktda qeyd edirlər. Məsələn, aktda İddiaçı istifadəsinə verilmiş sahənin yerləşməsi, koordinatları iləbağlı ziddiyyətlər vardır, aktda sahənin sərhədləri dəqiq müəyyən edilməmişdir, 2 müxtəlif sənədlər əsasında ölçmələr aparılmışdır.
8. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Sözügedən tədbirlər çərçivəsində çay hövzələrində yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulmuşdur. Sözü gedən Tədbirlər planına uyğun olaraq 2020ci ilin sentyabr-oktyabr aylarında çay hövzələrində yerləşən faydalı qazıntı yataqlarına keçirilən baxış zamanı Quba rayonu ərazisində Qaraçay, Qudyalçay, Talıbqışlaq və digər çay hövzələrində yerləşən qumçınqıl karxanalarına Agentliyin əməkdaşları tərəfindən ETSN-nin regional idarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilmişdir. Keçirilən baxış zamanı sahibkarlar tərəfindən müvafiq icazə sənədi ilə onlara ayrılmış yer təki sahəsindən kənarda, icazə verilən istismar dərinliyindən (5 metr) artıq qazıntı işləri aparılması aşkar edilmişdir. Eyni zamanda sözügedən çayın məcrasında bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılmasının nəticəsində yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş vermişdir, həmçinin ətraf mühitə, sahil bərkitmə bəndlərində ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmış, çayların ekoloji dəyişmiş, torpaq sahələri və digər təbiət obyektləri yararsız hala salınmışdır. Hazırda Quba rayonu ərazisində su qıtlığı problemi yaşanmaqdadır, sakinlər həm içməli su, həm əkin sahələrini sulamaq üçün yararlı texniki su təminatı ilə bağlı çətinlik çəkirlər, həyətyanı sahələrdə qazılmış quyuların suyu aşağı həddədir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli 000361 nömrəli baxış aktı Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyil. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən “inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir”. Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməyib. Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Əvvəldə qeyd olunduğu kimi 000361 saylı akt inzibati akt deyildir və bu səbəbdən də ləğv edilə bilməz. Akt faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparılması üçün tərtib edilmişdir. Yalnız o halda mübahisə yarana bilərdi ki, əgər həmin əsasında yoxlamanın yekunlarına dair qərar qəbul edilsə idi mübahisə predmeti həmin inzibati akt ola bilərdi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması iddiası ilə bildiririk ki, Agentlik öz səlahiyyətləri daxilində faydalı qazıntı yataqlarına monitorinq keçirmiş və bu nəzarət tədbiri Nizamnamə ilə Agentliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlıdır. Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Yəni yerin təki dövlətə məxsusdur hər hansı sahibkarın mülkiyyətində deyildir, buna görə də ona keçirilmiş baxış sahibkarın maraqlarına toxunmur. Eyni zamanda iddiaçının yerin təkindən istifadədə ifadə olunan sahibkarlıq fəaliyyəti müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları (publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. İddia ərizəsində yalnız sahibkarlıq sahəsində aparılan yoxlamalar haqqında qanunvericiliyin normaları yazılmaqla onlara istinad olunmuşdur. Lakin işin mahiyyətinə diqqət yetirdikdə və yuxarıda qeyd olunanlara nəzər saldıqda aydın olur ki, sahibkarlıq sahəsində aparılan yoxlama hesab edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların “maraqlarının müdafiəsi haqqında” Qanunun 34.1-ci maddəsinə görə, yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Qanunun normasından da göründüyü kimi yoxlayıcı orqanın qərarı mübahisələndirilə bilərdi. Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Əlavə olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qeyd edilir ki, keçirilmiş baxış hər hansı formada cavabdehin sahibkarlıq hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. Belə ki, qanunverilicikdə qeyd olunduğu kimi, yerin təki Azərbaycan Respublikasına mənsubdur. Belə olan halda da baxış dövlətə məxsus ərazisinə keçirilmişdir. Əlavə olaraq iddiaçının həmin yer təki sahəsindən istifadə edə bilməsi üçün müvafiq icazə sənədi olmalıdır. Qeyd olunan iş üzrə isə iddiaçı icazə sənədi ilə ona ayrılmış ərazinin hüdudlarından kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İşin faktiki hallarından və təqdim edilmiş sənədlərdən göründüyü kimi işləri aparılan ərazi üçün cavabdehin icazəsi yoxdur. İddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır və Agentlik tərəfindən aparılan yatağa baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun müddəaları pozulması kimi qiymətləndirilə bilməz.
9. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1399/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 X3 xx.xx.2021-ci il tarixli 000361 saylı aktı və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, biгinсi instansiya məhkəməsinin qərarının məzmununa istinad edilməklə göstərilmişdir ki, məhkəmə öz qərагındа müvafiq normativ aktların hazırki işin mübahisəli məqаmlагınа birbaşa aidiyyəti оlmауаn bir sırа mаddələrinə formal olaraq istinad etmiş, о сümlədən qərаrdа öz mövqeyini əsаslаndıгmаq üçün arqumentlər göstərmiş, yekun mövqeyini müəyyənləşdirərkən maddi hüquq pozuntusuna yol verərək Аzərbаусаn Respublikası "lnzibati iсrааt haqqında" Qаnunun 2.0.2-ci (inzibati aktın anlayışı) tələblərini nəzərə аlmаmışdır. Мübаhisələndiгilən xx.xx.2021-ci il tаriхli 000З61 nömrəli baxış aktı Agentlik təгəfindən öz səlаhiууətləгi çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyil. Agentliyin əməkdаşı tərəfindən tərtib еdilən akt dövlətə məхsus (faydalı qazıntı ehtiyatı dövlət və уа sahə balansında qеуdə аlınmış) yatağa baxış zamanı ərazinin (уеr təki sаhəsinin) vəziyyətinin təsvir еdilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks еdilməуib. 000361 saylı akt inzibati akt deyildir və bu səbəbdən də ləğv edilə bilməz. Akt faydalı qazıntıların çıxarılması üçün istifadə edilən уеr təki sahələrinin dəqiq uçotunu арагılmаsı üçün tərtib edilmişdiг. Qeyd оlunan 1-ci arqumentin ikinci hissəsi ilə bağlı bildirmişdir ki, əvvəldə qeyd olunduğu kimi 000361 saylı akt inzibati akt deyildir. Həmin akt faydalı qazıntıların çıхагılmаsı üçün istifadə еdilən уеr təki sаhələrinin dəqiq uçotunu арагılmаsı üçün tərtib edilmişdir və bu səbəbdən də inzibati icraatın aparılmasından söhbət belə gedə bilməz. Hesab edirlər ki, məhkəmə tərəfindən iddia tələbinin "xx.xx.2021-ci il tarixli, 000361 nömrəli akt"ın ləğv edilməsi hissəsi işdəki sübutlara və faktiki hаllага düzgün huquqi qiymət verilsəydi, yanlış nəticəyə gələrək təmin edilməzdi. Yuхапdа qeyd оlunanlara əsasən 000361 saylı akt inzibati akt hesab olunmadığına görə onun ləğv edilməsi iddiasının da tam əsassız olması təsdiq оlunur. Odur ki, 000361 nömrəli aktın ləğv edilməsi hissəsində də məhkəmənin qərarı əsassız və qanunsuzdur. Еуni zamanda iddiaçının уеrin təkindən istifadədə ifadə olunan sahibkarlıq fəaliyyəti müqayisədə уеrin təkindən səmərəli və təhlükəsiz istifadənin, уегin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin еdilməsində ifadə оlunan cəmiyyətin üstün mаrаqlаrı (publik mаrаqlаr) ilk növbədə nəzərə аlınmalıdır. İddia əгizəsində yalnız sahibkarlıq sahəsində араrılаn уохlаmаlаг haqqında qanunvericiliyin поrmаlаrı yazılmaqla оnlаrа istinad olunmuşdur. Lakin işin mahiyyətinə diqqət yetirdikdə və yuxarıda qeyd оlunanlаrа nəzər saldıqda aydın оlur ki, sahibkaгlıq sаhəsində араrılаn yoxlama hesab еdilə bilməz. "Sahibkarlıq sаhəsində араrılаn уохlаmаlаrlп tənzimlənməsi və sаhibkагlаrın mагаqlаrının müdаfiəsi haqqında" Qаnunun 34.1-ci maddəsinə görə, уохlаmа арагılаrkən yoxlayıcı оrqаnların (уохlауıcıların) qərаrlаrı və həгəkətləri (hərəkətsizliyi) nətiсəsində yoxlanılan sаhibkarın hüquqları və qаnuni mənafeləri pozulduqda, habelə уохlаnılan sаhibkar yoxlamanın nəticələrindən rаzı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və уа müvafiq iсrа hakimiyyati огqаnına) və məhkəmə qaydasında şikayət verə bilər. Qаnunun nоrmаsından da göründüyü kimi yoxlayıcı оrqanın qəгаrı mübahisələndirilə bilərdi. Əlavə оlаrаq bildirilmişdir ki, уег təkinin istifаdəsinə və уеrin təkindən özbaşına istifadəyə yol vеrilməməsinə nəzarət etmək, еуni zamanda faaliyyət istiqаmətlərinə uyğun оlаrаq, faydalı qazıntıların çıxarılması üçün istifadə еdilən уеr təki sаhələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəууən еtmək Agentliyin Nizamnaməsinə əsаsən (3.1.11-ci və З.1.13-сü bəndlər) оnun əsas vəzifəsidir. Qeyd оlunan yataqlarda kеçirilən monitorinqin məqsədi də məhz уеriп təkindən özbaşına istifadəyə yol vеrilməməsinə nəzаrət etmək, faydalı qazıntıların çıxaгılması üçün istifadə edilən уеr təki sаhələrinin dəqiq uçotunu араrmаq va görülən işlərin qаnunvегiсiliуin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Əlavə оlаrаq sahibkarlıq sahəsində араrılаn уохlаmаlаrlа bağlı bildirilmişdir ki, keçirilmiş baxış hər hansı formada cavabdehin sahibkarlıq hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. Belə ki, qаnunvericilikdə qeyd olunduğu kimi, уеrin təki Аzərbаусап Respublikasına mənsubdur. Веlə olan halda da baxış dövlətə məхsus ərazisinə keçirilmişdir. Əlavə оlаrаq iddiaçının həmiп уеr təki sahəsindən istifadə edə bilməsi üçün müvafiq icazə sənədi olmalıdır. Qeyd оlunan iş üzrə isə iddiaçı icazə sənədi ilə ona аугılmış ərаzinin hüdudlarından kənаrdа sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İşin faktiki hаİlагındаn va təqdim edilmiş sənədlərdən göründüyü kimi hasiİat işləri араrılan ərazi üçün cavabdehin icazəsi yoxdur. "Yеrin təki haqqında" Qаnunun 4-cü mаddəsiпə əsаsən Аzərbаусаn Respublikasında уеrin təki hər hansı fiziki və уа hüquqi şəxslərin hüquqlarına хələl gətiгmədən Аzərbаусаn Respublikasına mənsubdur. Аzəгbаусап Respublikasının ərаzisindэ уеrin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda уеr təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
14. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir. Maddə 2. Yerin təkindən istifadənin prinsipləri Yerin təkindən istifadə aşağıdakı prinsiplərə əsaslanır: yerin təkindən səmərəli, kompleks və təhlükəsiz istifadənin təmin edilməsi; ətraf mühitin mühafizəsinin təmin edilməsi; mineral-xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsi; Maddə 9. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri Yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi; icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. Maddə 10. Yer təkinin istifadəyə verilən sahələri
Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Maddə 18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir. İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Maddə 21.Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır: yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi; ... Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanuna müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən, dayandırıla və ya ləğv edilə bilər
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
19. Kollegiya ilk növbədə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1399/2022 nömrəli qərarı qismən – “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının ləğv edilməsi” hissəsində ləğv edilərək həmin hissədə iddia mümkün sayılmamışdır.
20. Hazırkı iş üzrə mübahisənin predmetini cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iddiaçının icarəsində olan torpaq sahəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər hallarla yanaşı yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq olaraq cavabdeh orqan tərəfindən iddiaçının fəaliyyəti üzrə aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması səbəbindən də qanunsuz olmuşdur.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkməsinin qəbul etdiyi qərarla razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh istər mübahisələndirilən qərarında, istərsə də iddiaya dair etirazında iddiaçının “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərməsi səbəbindən 14 dekabr 2020-ci il tarixli 14/20 saylı qərarla iddiaçıya 01070 nömrəli “Dağ-mədən ayrıması” aktı ilə-3 ay müddətinə xx.xx.2021-ci ilədək yerin təkindən istifadə üçün verilmiş hüququnun dayandırılması barədə qərarına istinad etmişdir. İşin 72-73-cü səhifəsində olan həmin qərarın məzmunundan görünür ki, 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluq ilə birlikdə faydalı qaıntı yataqlarında yoxlama aparmış, həmin vaxt aşkar edilmiş pozuntulara (kənaraçıxmalara) görə təyin edilmiş cərimə tədbirlərindən heç bir nəticə çıxarılmamışdır. Bu günə qədər bir çox sahələrin hüdudlarında mərz nişanları mövcud olmadığından ayrılmış sahələrdən kənarda hasilat işləri davam etdirilmiş, ayrılmış sahələr üçüncü şəxslərin qanunsuz istifadəsinə, (subicarəyə) verilmiş, istismar işləri bəzi sahələrdə 10-20 metr dərinliyə qədər aparılmışdır. Qeyd edilən qərarda iddiaçı ilə yanaşı digər istismarçılara da yerin təkindən istifadə üçün verilmiş hüququn dayandırılması, isifadə hüququ dayandırılmış istismarçılara pozuntuların aradan qaldırılması məqsədi ilə icrası məcburi göstərişlərin verilməsi, məcburi göstərişlər icra edilənə qədər hasilat işlərinin aparılmasına yol verilməməsi və s. qərara alınmışdır. İşin 74-cü səhifəsində olan qəbzin surətindən görünür ki, qeyd edilən qərar iddiaçının ünvanında qəbul edilmişdir.
22. Bundan əlavə, iddiaçı tərəfindən “Qudyalçay” qum-çınqıl yatağında qanunsuz qum-çınqıl hasilatının aparılması faktı üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən CM-nin 188.1, 255.1 və 208.1-ci maddələri ilə cinayət işinin başlanması barədə Baş Prokurorluğun cavabdehə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubu da cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.
23. Eyni zamanda iş materiallarında olan Quba Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 1(027)-120/2018 nömrəli hökmdən görünür ki, iddiaçının atası X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İttihama əsasən o, 07 sentyabr 2017-ci il tarixdən oğlu İddiaçı Quba Rayon İcra Hakimiyyəti başçısının həmin tarixli 154 saylı sərəncamı ilə Quba rayonu Qudyalçay çayının yatağında ayrılmış 11 ha ərazidə yerləşən qum-çınqıl karxanasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rəhbərlik etdiyi karxanada maddi nemətlər üzərində nəxarət və onların idarə olunması, onların buraxılması, qəbul olunması, məsuliyyətli saxlanılması, realizə olunması və sair inzibati təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi səlahiyyətlərindən özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə Fövqəladə Hallar Nazirliyinin birgə təsdiq etdiyi “Dağ mədən işlərinin inkişaf Planı”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən “Ekoloji Pasport”və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən “X12” olmadan, həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavənin 11-ci bəndinə əsasən dağ-mədən işləri, dağ və buruq qazmalarının araqmaqla müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün lisenziya almalı olduğu halda bunu etməyərək, qanuni fəaliyyətə başlanması üçün tələb olunan müvafiq lisenziya olmadan 07 sentyabr 2017-ci il tarixdən 22 may 2018-ci il tarixədək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, nəticədə 21,471 kub metr qum və çınqıl qarışığı emal edib dövlətə və təbiətə külli miqdarda, yəni 136,936,8 (bir yüz otuz altı min doqquz yüz otuz altı manat səksən qəpik) manat məbləğində ziyan vurmuş, habelə ətraf mühitin mühafizəsinə cavabdeh şəxs kimi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək, qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi, fəaliyyət göstərdiyi ərazidə çay dərəsi və terrasda çalaların və texnogen relyefin yaranmasına, qrunt sularının səviyyəsinin dəyişməsinə, sahil qorunma bəndlərinin dağılmasına və sailin sürətlə yuyulmasına yəni, bərpası mümkün olmayan ağır nəticələrə səbəb olmuş, eləcə də həmin əməli ilə insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
24. Qeyd olunmalıdır ki, iddiaçının atası X5 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 188.1, 247 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Həmin hökmə əsasən N.Şirməmmədov tamah niyyəti ilə Quba rayonu ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağından qarışıq süxur emal etmək üçün oğlu İddiaçı adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38, mənzil 9 olmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 12 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış 2018-ci ilin avqust ayından etibarən Quba rayonu ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağında istehsalata hazır vəziyyətə gətirdiyi qum-çınqıl karxanasında faktiki rəhbərliyi həyata keçirən sahibkar kimi «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassaəməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs,habelə «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 2018-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək oğlu İddiaçı adına Quba rayon İcra Hakimiyyəti başçısının 07 sentyabr 2017-ci il tarixli 154 saylı sərəncamı ilə Quba rayonu Qudyal çayının “Qudyalçay” qum-çınqıl yatağında 15 il müddətinə icarəyə verilmiş 11 hektar torpaq sahəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 24 avqust 2018-ci il tarixli 01070 saylı “X12”na əsasən istismar işlərini həyata keçirərkən icazə şərtlərini pozaraq, ayrılmış ərazidən kənarda dövlət mülkiyyətinə məxsus ümumilikdə 1,4553 hektar torpaq sahəsini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində qarışıq süxur xammalının istismarı işlərini həyata keçirməklə gəlir əldə etmək məqsədilə, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə,keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağ-mədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, o cümlədən, oğlu İddiaçı adına rəsmiləşdirilmiş “Dağ-mədən ayrıması” Aktından özü istifadə edərək qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz kimi tələbinə, eləcə də, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 22ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblərə tamah niyyəti ilə qəsdən əməl etməyib, qanunla müəyyən edilmiş əsaslarla ayrılmış torpaq sahəsindən istifadə etməli olduğu halda, öz qulluq mövqeyindən yararlanaraq müvafiq icazə olmadan yataq ərazisində sahibkarlıqfəaliyyətinə başlayıb, 2018-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda X295793.71, Y4584494.11; X295817.95, Y4584520.19;X295840.83, Y4584528.65; X295858.94, Y4584554.68; X295860.31, Y4584589.72;X295819.50, Y4584698.65; X295823.38 Y4584705.61; X295819.99, Y4584711.88;X295815.84, Y4584712.84; X295777.72, Y4584846.46; X295771.04, Y4584912.52;X295678.36, Y4584872.70; X295632.59 Y4584848.46; X295629.28 Y4584804.73;X295548.59 Y4584743.33; X295522.78, Y4584713.93; X2953995.33 Y4584647.08koordinatlarda yerləşən dövlət mülkiyyətinə məxsus 1,4553 hektar torpaq sahələrini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutaraq orta istismar dərinliyi 1 metr dərinlikdə qazıntı və qanunsuz istismar işləri aparmaqla, sənaye və digər obyektlərin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs olmaqla çay hövzəsinin səviyyəsindən 4 metrədək dərinlikdə faydalı qazıntı hasilatı aparmaqla, özbaşına tutulmuş ərazilərdə 42 ay ərzində 6.151,32 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib dövlətə və təbiətə 20.065,02 manat (iyirmi min altmış beş manat sıfır iki qəpik) məbləğində və “Dağmədən ayırması” Aktının xx.xx.2021-ci il tarixdə ləğvindən sonra ayrılmış ərazi daxilində 7 ay ərzində 3.606,05 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal etməklə dövlətə və təbiətə 12.621,17 manat (on iki min altı yüz iyirmi bir manat on yeddi qəpik) məbləğində, ümumilikdə isə_9.757,37 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib vahid niyyətlə dövlətə və təbiətə cəmi 32.686,19 (otuz iki min altı yüz səksən altı manat on doqquz qəpik) məbləğində maddi ziyan vurmuş, həmin əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Quba rayonunda «Qudyalçay» qum-çınqıl yatağında çayın yatağının genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalmasına, çay yatağında yarğanlar əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nəticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuşdur.
25. Həmin hökmdən görünür ki, cinayət işi üzrə şahid qismində ifadə verən hazırkı iş üzrə İddiaçı X7 göstərdikləri xususatları təsdiq edərək, Quba rayonunun Zizik kəndi ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağında olan karxananın onun adına rəsmiləşdirilməsinə baxmayaraq karxananın bütün fəaliyyətinə faktiki olaraq atası Nüsrət Şirməmmədovun rəhbərlik etdiyini təsdiq etmişdir.
26. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən X14 X3 yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının qəbul edilməsinə əsas olmuş hallar iddiaçının atası barəsində olan cinayət işi üzrə icraat zamanı da öz təsdiqini tapmışdır. İPM-nin yuxarıda istinad edilən 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
27. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən formal əsaslara istinad etməklə həmin qərarın ləğv edilməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1399/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.