Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-52/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Cavabdehna qarşı iddiaçının 2006 və 2007-ci illərdə X1 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək şəxsi pensiya kapitalının doğru hesablanaraq pensiyasının düzgün hesablanması, hesabına xx.xx.2006-cı il tarixdən 2015-ci il tarixədək yığılan məbləğlərin 2-2,5 dəfə artırılaraq sonra toplanması, xx.xx.2020-ci il tarixdən sonra aldığı pensiya ilə yeni təyin olunacaq pensiya arasındakı fərqin keçən aylar üçün də ona ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının müraciəti ilə bağlı inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1507/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzbati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icratına cəlb edilmişdir. İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Yekun olaraq iddiaçının tələbi “2006 və 2007-ci illərdə X1 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitinsosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi, təhsil dövrünün onun sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərin təzminatı kimi cavabdehdən onun xeyrinə 2000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. 1977-ci ildə ADU-nun gündüz şöbəsində mexaniki riyaziyyat fakültəsinin riyaziyyat ixtisasını bitirib, hazıradək rayonun kənd məktəblərində ehtiyaca görə müəllim, direktor müavini, direktor və yenə müəllim işləyir. xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək müqavilə üzrə X1 (8 il) işləmişdir. 2019-cu ilin əvvəlində elektron hökumət portalına baxarkən hesabına yığılan sığorta haqlarının ümumi məbləğinin (kapitalın) 20.050,14 manat olduğunu görmüşdür. Bundan başqa, X1 işlədiyi 2006-cı və 2007-ci illərdə şəxsi hesabına əmək haqqına uyğun sığorta kapitalının tamamən köçürülmədiyini müşahidə etmişdir. Bundan sonra üç dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, iki dəfə X4 rəsmi müraciət edərək 2006-cı və 2007-ci illər üçün şəxsi hesabında olan 2 illik (dəqiq 1 il 6 ay üçün) çatışmazlığın bərpa olunmasını xahiş etsə də, heç bir müsbət cavab almamışdır. Son 3-cü ərizəsi ilə bütün tələb olunan lazımi arayışları, sənədləri ƏƏSMN-ə göndərmişdir. Nazirlik və DSMF iddiaçının haqlı tələbini yerinə yetirmək əvəzinə, ərizəni DSMF-nin Quba rayon şöbəsinə göndərmiş və ona imtina məktubu verilmişdir. 2006-2019cu illərdə sığorta kapitalının indeksləşdirilməsi aparılmamış, 2020-2022-ci illərin əvvəlində aparılan 16.6 %, 11.4 % və 3.4 %-lik indeksləşdimələr düz heablanmamışdır. Nəticədə onun pensiya kapitalı 4-5 min manat azalmışdır. İddiaçının tələbi ilə əmək pensiyası iki dəfə yenidən hesablansa da, yenə də hesablama qüsurlarla aparılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərarı ilə iddia tələbinin “2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X5 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi qismən təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərardadı ilə iddia İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Cavabdehna qarşı iddia tələbinin təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə təhsil müddətinin iş stajına əlavə olunması barədə müraciətini araşdırmamışdır. Halbuki bununla bağlı FDSMF-yə müraciəti olmuşdur. 2 dəfə-Quba filialına və Prezident Administrasiyası vasitəsilə DSMF-yə müraciət etmiş, 2-ci müraciətinə xx.xx.2021-ci il tarixdə rədd cavabı verilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, qərardadda təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmədiyi bildirilir. Halbuki, müvafiq tələblərlə müraciəti olmuşdur. Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, gündüz təhsil alması barədə diplomun surətini cavabdeh inzibati orqana göndərmişdir. Müraciətlərinə cavab gəlmədiyi zaman ƏƏSMN-ə müraciət etmişdir. Maddi təzminatla bağlı olan tələblə əlaqədar bildirir ki, müvafiq təzminatı dəfələrlə Quba rayonundan məhkəmə proseslərinə gəldiyinə görə istəyir. Məhkəmə isə qərardadda təzminatı məhkəmədən öncə cavabdeh inzibati orqandan istəməli olduğunu bildirir. Hesab edir ki, qərardad əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçının tələbinin bir hissəsi təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi, maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında və kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İPM-in 2.2.3.-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Hazırki halda isə iddiaçı iddia tələbində göstərilən məsələlərlə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadı belə əsaslandırmışdır ki, həmin tələblərlə bağlı iddiaçının məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət ertməsi və həmin orqandan imtina cavabı alması müəyyən edilməmişdir. Halbuki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır və iddiaçıya ilkin olaraq cavabdeh inzibati orqana müvafiq tələblərlə müraciət etməsi, həmin orqanın imtina cavabı verməsi və ya hərəkətsizlik edərək cavab verməməsindən sonra məhkəmədə iddia qaldırmaq hüququnun yarandığı izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilən məktublardan görünür ki, iddiaçı müvafiq tələblə bağlı cavabdeh inzibati orqana, Cavabdeha rəsmi müraciət etməmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur. Hazırkı iş üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə edilmiş, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-52/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-52/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver