Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-521/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********229200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Cavabdehin 05 oktyabr 2021-ci il tarixli **********229200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçı MMC barəsində 2019-cu ilin avqust ayı üzrə 56363.14 manat ƏDV məbləği hesablanmışdır. İddiaçı qeyd edilən qərardan xx.xx.2021-ci il tarixdə inzibati şikayət vermiş, cavabdehin 16 dekabr 2021-ci il tarixli, **********924100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-yə 2019-cu ilin avqust ayı üçün 56363.14 manat əlavə vergi məbləğinin hesablanması barədə cavabdehin xx.xx.2021-ci il tarixli, **********229200 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı MMC xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi, xx.xx.2018-ci il tarixdə isə əlavə dəyər vergisinin məqsədləri üçün dövlət qeydiyyatınan alınıb. Cəmiyyətin əsas fəaliyyət növü “güllərin və digər bitkilərin topdan satışı” ndan ibarətdir və o, öz fəaliyyətini ünvan ünvanında yerləşən "İstixana (Güllərin və onların toxumlarının becərilməsi)” adlı təsərrüfat obyekti vasitəsilə həyata keçirir. İddiaçı MMC qızılgüllərin kultivasiyası üçün "DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkəti ilə lisenziya haqqında müqavilə bağlayıb və bu müqaviləyə əsasən 2019-cu ilin avqust ayı ərzində "DE RUİTER EUROPE B.V." şirkətinə 150765,0 Avro məbləğində pul vəsaiti (royalti) ödəyib. Dövlət Vergi Xidməti Cəmiyyətdə kameral vergi yoxlaması aparmış və bu araşdırma nəticəsində hesab etmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat döviyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə istinad olunmaqla 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə cəmiyyətin “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14%-lə ödəmə mənbəyindən tutulan vergi ödədiyini, həmin ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində 18% qeyri-rezident üzrə ƏDV ödənişinin olunduğu, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərinin istifadə hüququnun əldə olunması nəzərdə tutulduğu, yəni mülkiyyət hüququna keçməsi nəzərdə tutulmadığı, Vergi Məcəllənin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadəsi ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığını bildirilərək kameral vergi yoxlaması ilə 2019cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. Cəmiyyətin bu dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən yenidən kameral vergi yoxlaması aparılmış və cəmiyyətə 56363,14 manat əlavə vergi məbləği hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilən qərarı əsassız hesab edir. Belə ki, İddiaçı MMC ilə qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” razılaşmanın şərtlərindən görünür ki, "DE RUİTER EUROPE B.V." şirkəti gül şitillərinin istifadəsi ilə bağlı hüququ (və ya lisenziyanı) "X2" MMC-yə verir və burada mülkiyyət hüququnun verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bu o deməkdir ki, gül kultivasiyası texnologiyasına münasibətdə iddiaçıya yalnız istifadə hüququ verilmiş və digər hüquqlar, o cümlədən mülkiyyət hüququ qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkətində qalmışdır. Yəni, gül kultivasiyası texnologiyası üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Cavabdeh gül kultivasiyası texnologiyası üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. İddiaçı isə vergi orqanının bu mövqeyinə etiraz edərək bildirmişdir ki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunazidd olmuşdur. Beləliklə, royalti - qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. Buradan aydın görünür ki, iddiaçı ilə qeyrirezident şəxs olan "DE RUİTER EUROPE B.V." arasında yalnız hüquqların ötürülməsi baş verib və iddiaçının hər hansı mülkiyyət hüququ yaranmayıb. Bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyinə, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC-yə 2019-cu il avqust ayı ƏDV bəyannaməsi üzrə 56363,14 manat əlavə kameral qaydada vergi məbləğləri hesablanmışdır. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2019- cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat döviyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixdə **********663500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 56363,14 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə daxil olmuş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli inzibati şikayətlər yuxarı vergi orqanında araşdırılmış, şikayətlər üzrə belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin şikayəti təmin edilməməlidir. Belə ki, cəmiyyətin müraciətlərində “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən Cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14%-lə ödəmə mənbəyindən tutulan vergi ödədiyini, həmin ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində 18% qeyri-rezident üzrə ƏDV ödənişinin olunduğu, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərin istifadə hüququnun əldə olunması nəzərdə tutulduğu, yəni mülkiyyət hüququna keçməsi nəzərdə tutulmadığı, Vergi Məcəllənin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadəsi ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığını bildirilərək kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. Cəmiyyət tərəfindən inzibati araşdırmaya təqdim edilmiş Cəmiyyətlə qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkət ilə bağlanmış xx.xx.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” Razılaşmaya əsasən "DE RUİTER EUROPE B.V." şirkətinin üçüncü şəxslərə məxsus təbii çiçək növlərini istismar lisenziyasının olduğu, gül növlərinin şitillərinin əqli mülkiyyət hüquqları sahibləri ilə bağlanmış müqavilələr əsasında çiçək növlərinin şitillərini kommersiyalaşdırmaq və istismar etmək, lisenziyalar vermək və lisenziat qismində üçüncü tərəflərlə lisenziya müqavilələri bağlamaq səlahiyyətlərinə malik olduğu, razılaşmanın “Terminlər və onların təfsiri” adlı bölməsinə aid olan 1.1-ci maddəsinə əsasən “Hüquqlar” dedikdə, istehsalçının hüquqları, patentləri və əmtəə nişanları kimi üçüncü tərəflərin müdafiə tələb edə biləcəyi və ya tələb etdiyi hüquqlar başa düşülür, 1.9-cu maddəsinə əsasən “Lisenziya” dedikdə bir çeşidi yetişdirmək, istehsal etmək və onu kommersiyalaşdırmaq və özünün qeydiyyata alınan brend adını və ya qeydiyyata alınan əmtəə nişanını istifadə etmək üçün səlahiyyətli bir şəxs tərəfindən lisenziata verilən hüquq (müstəsna və ya başqa cür) başa düşülür, razılaşmanın 2.1-ci maddəsinə əsasən "DE RUİTER EUROPE B.V." şirkəti lisenziata (Cəmiyyət) qoşma və əlavələrində müəyyən edilən və 3.1-ci maddəyə müvafiq olaraq, lisenziata təmin edilməli olan çeşidlərinə görə bitkilərin sayı (və ya çeşidlərinə görə əkilən kvadrat metrlərin sayına əsasən) ilə əlaqədar bitki kultivasiyası fəaliyyətlərini həyata keçirmək hüququnu verdiyi, 2.4-cü maddəsinə əsasən lisenziatın, "DE RUİTER EUROPE B.V." şirkəti tərəfindən təyinatı üzrə əvvəlcədən yazılı formada razılıq almadan, çeşidlərin bitki materialının heç bir şəkildə üçüncü tərəflər üçün əlçatan olmayacağı təminatını verdiyi, 2.5-ci maddəsinə əsasən lisenziat tərəfindən 4-cü maddəyə müvafiq olaraq ödəniş öhdəlikləri icra olunduğu andan, bir qayda olaraq, əmtəə nişanları üzrə qanunvericilik ilə müdafiə olunan çeşidlərin ticarət adları və ya əmtəə nişanlarına əsasən çeşidlərə görə şitillərin satışı və marketinqini həyata keçirmək səlahiyyətlərinin olduğu, 4.1-ci maddəsinə əsasən həmin razılaşmanın şərtlərinə müvafiq olaraq lisenziata verilən lisenziyanın və 3.1-ci maddəyə müvafiq olaraq təmin edilən bitkilərin ödənişi üzrə royaltiləri "DE RUİTER EUROPE B.V." şirkətinə ödənilməli olduğu qeyd edilmişdir. Cəmiyyətin "xxxx" ASC-də olan AZ48PAHA40170EURHC********** saylı Avro hesabı üzrə çıxarışa əsasən cəmiyyət tərəfindən 2019-cu ilin avqust ayı ərzində “DE RUİTER EUROPE B.V.” şirkətinə 150765,0 Avro məbləğində royaltinin ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə cəmiyyətin nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə yaradılaraq kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin əsasları barədə məlumat verilmiş, şikayətlərin predmetinə uyğun müzakirələr və aydın olmayan məqamlar üzrə dəqiqləşmələr aparılmışdır. Vergi Məcəlləsinin tələblərinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Müqaviləyə əsasən "DE RUİTER EUROPE B.V." şirkəti tərəfindən cəmiyyətə gül şitillərinin istifadəsi ilə bağlı hüququn (və ya lisenziyanın) verildiyi üçün qeyri-rezident müəssisəyə aparılan ödənişlərdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərarıının ləğv edilməsi qərara alınmışdır (hakim C.Məmmədov). Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar. (-) 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (-). Maddə 124. Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer 01 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiya: 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: (-) 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: (-) patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, (-). Hazırda qüvvədə olan redaksiya: 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: (-) 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: (-) patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Cavabdehin apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı şirkətinə Hollandiyanın RUİTER şirkəti tərəfindən müəllif hüquqları ilə qorunan gül çeşidlərini yetişdirmək hüququ verilmiş, yəni həmin güllər üzrə müəllif hüququndan müvəqqəti istifadə hüququ ötürülmüşdür. AFC şirkəti həmin hüquqlardan müvəqqəti istifadə etdiyi üçün RUİTER şirkətinə mükafat şəklində ödənişlər həyata keçirirdi ki, həmin mükafatlar da royalti hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə olan “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi” anlayışı yalnız Vergi Məcəlləsinə 2021-ci ildə edilmiş və 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qəbul edilmişdir. Məhkəmə hesab edir ki, 2019-cu ildə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində müəlliflik hüquqlarının istifadəyə verilməsi ilə bağlı qeyd qüvvədə olmadığına görə, həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən royalti ƏDV cəlb edilməyən əməliyyat olduğuna görə iddiaçı MMC tərəfindən royaltiyə görə ödənilən ƏDV əsassız yerə vergi orqanı tərəfindən qəbul edilmişdir. Bu baxımdan, məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Müqaviləyə əsasən "DE RUİTER EUROPE B.V." şirkəti tərəfindən cəmiyyətə gül şitillərinin istifadəsi ilə bağlı hüququn (və ya lisenziyanın) verildiyi üçün qeyri-rezident müəssisəyə aparılan ödənişlərdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, qeyri-rezident olan “X4 B.V” şirkəti ilə İddiaçı MMC arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli, 20190429-7885 “Gül kultivasiyası lisenziyası haqqında razılaşma” nın 1.9-cu bəndində qeyd edilir ki, “lisenziya” dedikdə, bir çeşidi yetişdirmək, istehsal etmək və onu kommersiyalaşdırmaq və özünün qeydiyyata alınan brend adını və ya qeydiyyata alınan əmtəə nişanını istifadə etmək üçün səlahiyyətli bir şəxs tərəfindən lisenziata verilən hüquq başa düşülür. Razılaşmanın 2.1-ci bəndinə görə De Ruiter lisenziata ............. bitki kultivasiyası fəaliyyətlərini həyata keçirmək hüququ verir. Bu sadəcə şitillərin istehsalı və marketinqinə yönəlmişdir. 4.1-ci bəndə əsasən .............. lisenziat qoşma və ya əlavələrdə qeyd edilən royaltiləri De Ruiter-ə ödəməlidir. Bu royaltilər lisenziat tərəfindən çeşidlərin məkanda əkildiyi sahənin kv.m-nə əsasən ödənilməlidir. Razılaşmadan aydın olduğu kimi, qeyri-rezident gül şitillərinə münasibətdə iddiaçıya yalnız istifadə hüququnu vermiş, digər hüquqlar qeyri-rezidentin özündə qalmışdır. Yəni, gül şitilləri üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Həmçinin, istifadə hüququnun verilməsinin royalti şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh, gül şitilləri üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. Vergi Məcəlləsinin: - 159.1-ci maddəsinə görə, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - 13.2.8-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. - 13.2.9-cu maddəsinə əsasən, intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyrimaddi aktivlər hesab olunur. - 13.2.23-cü maddəsinə görə, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. - 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Beləliklə, Vergi Məcəlləsinin tələblərindən göründüyü kimi, royalti - qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. Həmçinin, cavabdeh də iddiaya qarşı yazılı etirazında və apelyasiya şikayətində iddiaçı ilə qeyri-rezident arasında yalnız hüquqların ötürülməsinin baş verdiyini və hər hansı mülkiyyət hüququnun yaranmadığını qəbul edir ki, bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyini, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadən ƏDV məqsədləri üçün vergitutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir. Bundan başqa kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Vergi Məcəlləsinin 168-ci maddəsinə əsasən işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi üzrə işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 03 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qanununa əsasən, 168.1.5-ci maddə üzrə ikinci hissəyə “güzəşt edilməsi” sözlərindən sonra “o cümlədən istifadəyə verilməsi” sözləri əlavə edilmişdir. Qanunun 2.7-ci bəndində qeyd edilmişdir ki, bu Qanunun 2.1-2.6-cı maddələri nəzərə alınmaqla, bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, kollegiya qeyd edir ki, “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların istifadəyə verilməsi” anlayışı Vergi Məcəlləsinə 03 dekabr 2021-ci il tarixində əlavə edilmiş və sözügedən dəyişiklik 01 yanvar 2022-ci il tarixində qüvvəyə minmişdir. Yəni, mübahisəli hüquq münasibəti yaranan zaman sözügedən norma qüvvədə olmamışdır. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-521/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-521/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver