Məhkəmə qərarları › İş №2-1(105)-521/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-521/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-521/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçının hüquqi varisi X1 vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-434/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qərardadının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-77/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İşin halları İddiaçı Dağbəy Həmid oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı idia ilə məhkəməyə müraciət edərək “Fərdi sahibkar X8 barəsində 2 saylı Ərazi Vergilər Baş İdsarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərar qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264 365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X2 şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-77/2021 nömrəli 09 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar X8 barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərarının qismən ləğv olunması, iddiaçı X4 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərar ilə əlavə hesablanmış 264.365,90 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyasının fərdi sahibkar X2 şəxsi hesab vərəqindən silinməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 549/2021 nömrəli 18 noyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-77/2021 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-434/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixində vəfat etmiş iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı hazırki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-434/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qərardadı qanuni qüvvəyə mindiyinə görə 09 iyun 2022-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müvafiq qərar cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı əsaslı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. Cavabdehin **********74700 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icra edilməsi ilə əlaqədar məktubuna uyğun olaraq, iddiaçının hüquqi varisi X5 tərəfindən mərhumun borcun silinməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də hər hansı bir müsbət nəticə olmamışdır. Həmçinin məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh orqan müvafiq qərarın icrasını tam olaraq təmin etməmişdir. İddiaçının (X7) nümayəndə və vəkili Vəkil məhkəməyə şikayət ərizəsi təqdim edərək, uzun müddət keçməsinə baxmayaraq müvafiq məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmadığını bildirmişdir. Bu səbəbdən də cavabdeh barəsində icra tədbirlərinin görülməsini məhkəmədən xahiş etmişdir. İddiaçının (X7) nümayəndəsi və vəkili Vəkil Sumqayıt İnzibati Məhkəməsinə ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən müvafiq qərar qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Sumaqayıt İnzibati Məhkəməsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərarın mübahisələndirilməsinə dair qaldırdığı iddia məhkəmənin 2-1(118)-77/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmişdir. Sumaqayıt İnzibati Məhkəməsində məhkəmə baxışı gedişatında iddiaçı X8 xx.xx.2020-ci il tarixində sol mədəcik çatışmazlığı səbəbindən vəfat etmiş və X7 onun hüquqi varisi olaraq tanınmışdır. Sumaqayıt İnzibati Məhkəməsinin 2-1(118)-77/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından 2 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumaqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2021 saylı xx.xx.2021ci il tarixli qərarından 2 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti vermiş, şikayət üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 vəfatı faktı üzrə vergi qanunvericiliyinin tələblərinə əsaslanaraq iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmiş və tərəfindən həmin qərarın 30 gün müddətində könüllü icrası məqsədilə iş üzrə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, məktubda qərarın icra olunmadığı təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manatadək məbləğdə cərimə olunma bildirilmişdir. Həmin məktuba 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, mübahisələndirilmiş vergi məbləğlərinin silinməsinə dair Ali Məhkəmənin qərarında müvafiq göstəriş olmadığından və həmin məbləğlərin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsinin vəfat etmiş şəxsin vərəsəsi (vərəsələri) tərəfindən müraciət edilməsi və ya Vergi Məcəlləsinin 93-cü maddəsinin tətbiqi qaydasında həyata keçirilməsi məsələsinə baxılacaqdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilənlərə əsasən vəfat etmiş şəxsin vərəsəsi X1 adından xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilərək X2 vergi öhdəliklərinə xitam verilməsi və hesablanmış vergi borcunun silinməsi 2 saylı Ərazi Vergilər Baş İdarəsindən xahiş olunmuşdur (ərizənin surəti əlavə olunur). Daha sonra X1 adından X2 vəfat etməsi ilə əlaqədar vergi borclarının siliməsi xahişi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 Edilməsi Baş İdərsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətə baş idarə tərəfindən baxılması barədə xx.xx.2022-ci il tarixdə aldığımız məktubda bildirilmişdir ki, borc məbləği Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət tərkibi yaratdığından materiallar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə göndərilir və vəfat etmiş şəxs barəsində açılmış cinayət işinin yekun nəticəsinə uyğun olaraq şəxsi hesab vərəqəsində mövcud olan borcların silinməsi məsələsinə baxıla bilər (məktubun surəti əlavə olunur). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən şəxsin vəfat etməsi əsası ilə cinayət işi üzrə icraata xitam verilməsi üçün vəfat etmiş şəxsin hüquqi varisi X1 adından xx.xx.2023-cü il tarixli ərizə ilə (məhkəmə qərarlarını və ölüm haqqında şəhadətnaməni əlavə etməklə) cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi Ali Məhkəmənin 2-1(102)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icraya göndərildiyi vaxtdan bu günədək keçən 9 aydan çox müddət ötməsinə baxmayaraq Ali Məhkəmənin qüvvəyə minmiş qərarı icra edilməmiş, xx.xx.2020-ci ildə vəfat etmiş şəxsin vəfatından 3 ilə yaxın müddət keçməsinə baxmayaraq vergi öhdəliklərinə xitam verilməmiş, bununla da Ali Məhkəmənin də öz qərarını əsaslandırdığı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələrinin tələbləri pozulmuşdur. Ali Məhkəmənin qüvvəyə minmiş qərarının icrası, eyni zamanda Vergi Məcəlləsinin tələblərinə əsasən vəfat etmiş şəxsin vergi öhdəliklərinə xitam verilməsi məqsədilə dəfələrlə aidiyyəti üzrə müraciətlər etməyimiz də icra ilə bağlı nəticə verməmişdir. Halbuki, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı heç bir müracət və yazışma olmadan icra edilməli, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələrinin tələbləri təmin edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (120.1). Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir (120.2). Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər (120.3). Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər (120.4). Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-77/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-434/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qərardadının icrasını təmin etmədiyi üçün 3000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardaddan cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardadın mahivvətinin fərqinə varmamış, iş üzrə icraata xitam verilməsinin özündən öncə qəbul edilmiş qərarların qüvvəvə minməsini istisna etdiyi üçün və özündə hesablanmış borcların silinməsi ilə baqlı hər hansı qöstərisi nəzərdə tutmadığı üçün həmin qərardadın icra edilməsi hüquqi nöqtevi-nəzərdən söhbət mövzusu ola bilməz. Digər tərəfdən Ali Məhkəmə iş üzrə icraata xitam verərkən Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsini əsas tutmuşdur ki, həmin norma iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməsini nəzərdə tutur. Ali Məhkəmə Vergi Məcəlləsinin 77.4.3 və 81.1-ci maddələrinə istinad edərkən mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilib-verilmədiyini müəyyən etmək üçün istinad etmiş və Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tətbiqi üçün əsasların olub-olmadığını müəyyən etməyə çalışmışdır. Ali Məhkəmənin qərarında qeyd olunan bu faktlar, hüquq münasibətinin hüquq varisliyinə yol verilməməsi hesablanmış vergilərin məhkəmə qərardadı əsasında silinməsi öhdəliyini yaratmadığı üçün həmin qərardadın icrası qeyri-mümkündür. Vergi Məcəlləsinin 77.4.3 və 81.1-ci maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, həmin normalarda müəyyən olunmuş tələblərə riayət edilməsi Vergi Məcəlləsi çərçivəsində həyata keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının hüquqi varisinin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək,izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, apellyasiya şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 77/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə cavabdeh inzibati orqanın cərimə olunmasının əsası kimi məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati orqan onun üzərinə qoyulmuş öhdəliyi icra etmədikdə, məhkəmə tərəfindən cərimə edilə bilər. İndiki halda isə iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq Qərarı ilə iddiaçı vəfat etidyindən və onun barəsində yaranmış vergi borcu öhdəliyinin vərəsəlik qaydasında keçə bilməyən öhdəlik qismində çıxış etdiyindən, həmin əsasla hazırki iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, həmin qərarda cavabdeh inzibati orqanın üzərinə icra etməli olduğu hər hansı öhdəlik qoyulması halı(vergi borcunun silinməsi və sair bu kimi öhdəlik), o cümlədən vergi öhdəliyinə xitam verilməsinə dair hər hansı müddəa əks olunmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın üzərinə qoyulmayan öhdəliyin icra edilməməsi ilə bağlı cərimə edilməsi özlüyündə inzibati prosessual qanunvericiliyin tələbinə zidd olmaqla, inzibati orqanın əsassız olaraq mərhumiyyətlə qarşılaşmasına gətirib çıxardır. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfin istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçının hüquqi varisi ərizənin əsası kimi vergi öhdəliyinə xitam verilməsi ilə bağlı hallara (vergi borcunun silinməsi və cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı) istinad etmişdir. Qeyd edilən hallarla bağlı isə müvafiq məhkəmə qərarında cavabdeh inzibati orqanın üzərinə heç bir öhdəlik qoyulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf qeyd edilən hallarla bağlı (vergi öhdəliyinə xitam verilməsi ilə bağlı) pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməklə (bununla bağlı müvafiq vergi orqanına müraciət etməklə, inzibati orqan imtina etdiyi halda bununla bağlı məhkəməyə müraciət etməklə) inzibati icraat və ya məhkəmə icraatı qaydasına həyata keçirmək hüququna malikdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən indiki halda işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdeh inzibati orqan barəsində cərimə tətbiq edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamış, bununla da gəldiyi nəticə düzgün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli,cavabdeh inzibati orqan barəsində cərimə tətbiq edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-77/2023 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28,29, 81,87-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-77/2023 nömrəli qərardadı ləğv edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar