Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-523/2020 28.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati iş üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli tarixli 2-1(112)-1545/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. (hakim Pərviz Hüseynov) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1641/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-1641/2020 saylı işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (hakim İsmayıl Quliyev) Əsaslandırma hissə Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə istinad edərək hazırkı işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Qeyd olunan maddədə göstərilir ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Bakı İnzibati Məhkəməsi qərardadında göstərmişdir ki, hazırki mübahisə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə, döngə 9 küçəsində dalan 3, ev 12 ünvanında yerləşən fərdi yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi ilə əlaqədardır, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınması göstərilən mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayon ərazisinə aiddir, qeyd olunan qeydiyyat vəsiqəsi də müvafiq olaraq Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmişdir. Hazırki mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Sumqayıt İnzibati Məhkəməsi isə hazırki mübahisə üzrə özünü səlahiyyətli saymamış və qərardadında göstərmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin orqan müvafiq imtina vermiş, həmin orqan cavabdeh kimi iddiaya etiraz vermiş, Abşeron rayon İcra Hakimiyyətinin yox, Sabunçu rayon İcra Hakimiyyətinin, Bilgəh bələdiyyəsinin və digər orqanların üçüncü şəxs kimi işə cəlb edilməsi barədə vəsatət vermişdir. Qeyd edilənlər hazırki mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılması üçün heç bir əsas yaratmır. Bundan əlavə, iş materiallarında olan “X1” xx xxxxxx 2019-cu il tarixli 96 saylı ekspert arayışında qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət bir otaqlı yaşayış evinin altındakı və evin həyətyanı torpaq sahəsinin Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aid olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələbinə əsasən yuxarıda qeyd olunan yaşayış və torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinə aid edilmişdir. Azərbaycan Respublikası İPM-in 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mövcud inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3, ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Məmmədov Hakimlər: Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-1(105)-523/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-523/2020
28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver