Məhkəmə qərarları › İş №2-1(105)-523/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-523/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-523/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş malların ixrac edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e- 2-1(118)-1094/2023 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: xx.xx.2022-ci il tarixli 01 və 02 nömrəli müqavilələrdən görünür ki, İddiaçı MMC tərəfindən müvafiq malların Türkiyə Respublikası şirkətlərinə ixrac edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli **********8043 nömrəli, **********8040 nömrəli və **********8038 nömrəli yük gömrük bəyannamələrindən görünür ki, müvafiq mallar rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, şirkətiniz tərəfindən istehsal edilmiş və ixrac gömrük prosedurunda rəsmləşdirilməsi üçün bəyan etdiyiniz saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarından xx.xx.2022-ci il tarixində nümunələr götürülərək “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin akkreditasiya olunmuş laboratoriyada sınaq həyata keçirilmişdir. Sınaq laboratoriyasının analiz nəticələrinə əsasən saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarından götürülmüş nümunələr “Xəzər-2019" MMC-yə məxsus olan və aranızda bağlanmış istifadəsinə razılıq bildirən xx.xx.2022-ci il tarixli, 01 nömrəli müqavilə əsasında istifadə etdiyiniz TŞ AZ **********.001-2020 texniki şərtlərdən tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Eyni zamanda “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin tələblərinə əsasən, “Xəzər-2019" MMC ilə İddiaçı MMC arasında qeyd olunan texniki şərtlərin istifadəsinə razılığı bildirən müvafiq müqavilə, “Azərbaycan Standartlaşdırma İnstitutu”-da RHŞ-də qeydiyyatdan keçməmişdir. Həmçinin, texniki şərtlərin 4.1-ci bəndinə əsasən şipilkaların partiyası pasportla müşaiyət olunmalı və pasportla digər məlumatlarla yanaşı, məsulların markasında qeyd olunmalıdır, lakin həmin məsullara dair pasport tərəfinizdən təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC tərəfindən istehsal edilmiş saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsulları təqdim edilmiş TŞ AZ **********.001-2020 texniki şərtlərdən tələblərinə uyğun olmadığından qeyd olunan malların ixrac gömrük prosedurunda rəsmləşdirilməsi tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, "Azmet-61” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal edilmiş saflaşdırılmış misdən və bürüncdən hazırlanmış birtərəfli və ikitərəfli şpilka malları 14 sentyabr 2022-ci il tarixli **********8038, **********8040 və **********8043 nömrəli gömrük bəyannamələri ilə ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi üçün Sumqayıt Baş Gömrük idarəsinə bəyan edilmiş, gömrük rəsmiləşdirilməsi zamanı zərurət yarandığından həmin Baş İdarə tərəfindən 20 sentyabr 2022-ci il tarixli 1500-014/0xx-xx/001330 nömrəli məktubla “Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsinə sözügedən malların “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 17 may 2019-cu il tarixli 1587-VQ nömrəli Qanununun 9-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması barədə müraciət ünvanlanmış, 28 sentyabr 2022-ci il tarixli **********60 nömrəli cavab məktubunda saflaşdırılmış misdən və bürüncdən hazırlanmış birtərəfli və ikitərəfli şpilka mallarına dair texniki şərtlərin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsində qeydiyyata alınmadığı və Standartlaşdırma üzrə Dövlət Fonduna daxil edilmədiyi, “Xəzər-2019" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus TŞ AZ **********.001-2020 texniki şərtlərdən üçüncü tərəfin istifadəsinə razılığı bildirən müvafiq müqavilənin dövlət qeydiyyatından keçirilmədiyi, qeyd edilən mallardan 20 sentyabr 2022-ci il tarixdə götürülmüş nümunələrin sınaq laboratoriyasının analiz nəticələrinə əsasən texniki şərtlərin tələblərinə uyğun olmadığı, həmçinin həmin texniki şərtlərin 4.1-ci bəndinə əsasən malların partiyasına aid pasportun təqdim edilmədiyi bildirilmişdir. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən qeyd edilənlər nəzərə alınaraq İddiaçı istehsal etdiyi saflaşdırılmış misdən və bürüncdən hazırlanmış birtərəfli və ikitərəfli şpilka mallarının təqdim edilmiş TŞ AZ **********.001-2020 texniki şərtlərin tələblərinə uyğun olmadığı üçün sözügedən malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Eyni zamanda Sizin müraciətinizdə və əvvəlki müraciətlərinizin araşdırılması zamanı xidməti araşdırmaya verdiyiniz izahatda Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin rəhbərinə, ekspert və mütəxəssislərinə malların uyğunsuz olması barədə ekspert rəyinin verilməsi üçün təzyiq olunduğu və İddiaçı fəaliyyətinə bürokratik əngəllər yaradıldığı barədə qeyd etdiyiniz iddialarının araşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik idarəsi tərəfindən 12 oktyabr 2022-ci il tarixli 34/190/042733 qeydiyyat nömrəli məktubla “Azərbaycan Standartlaşdırma institutu” publik hüquqi şəxsinə müraciət ünvanlanmış, Komitəyə 13 oktyabr 2022-ci il tarixli xx/xx/043064 qeydiyyat nömrəsi ilə daxil olmuş 13 oktyabr 2022-ci il tarixli cavab məktubunda 29 sentyabr 2022-ci il tarixdə Siz və etibarnamə üzrə nümayəndəniz ilə sözügedən publik hüquqi şəxsin rəhbərliyinin görüş keçirdiyi, müraciətləriniz nəzərə alınaraq sınaq protokollarının və ekspert rəyinin surətlərinin Sizə təqdim edildiyi, Güloğlan Muradlı tərəfindən “Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsinin rəhbərinə, ekspert və mütəxəssislərinə hər hansı təkid və ya təzyiqin göstərilməsi barədə iddialarınızın həqiqətə uyğun olmadığı bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-mayoru Güloğlan Muradlı 05 oktyabr 2022-ci il tarixli 34/154/041533 qeydiyyat nömrəli xidməti məruzəsində onun tərəfindən İddiaçınə bürokratik əngəllər yaradılması, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin ekspertlərinə məhsulun uyğunsuz olması barədə rəy verilməsinin tələb edilməsi, təkid və təzyiq göstərilməsi barədə yazılanların tamamilə yalan və böhtan xarakterli olduğunu, İddiaçı rəhbərini və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin rəhbərini, ekspert və mütəxəssislərini tanımadığını, onlara yazılı və ya şifahi formada göstəriş vermədiyini, təzyiq etmədiyini, tələblər irəli sürmədiyini və belə bir səlahiyyətinin olmadığını bildirmişdir. Beləliklə, araşdırma zamanı müraciətinizdə qeyd etdiyiniz məsələlər öz təsdiqini tapmamışdır. Qeyd edilənlərlə razılaşmadığınız təqdirdə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindr formalı, sarı rəngli metal nümunə 99,1 faiz mis əsaslı ərintidən hazırlanmışdır. Nümunənin hazırlandığı ərintinin tərkibində olan metalların ayrı-ayrılıqda adları və miqdarı cədvəldə (cədvəl 1) və tədqiqi hissədə göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə və aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza təyini haqqında qərardadda qeyd edilən, nümunəsi təqdim edilmiş silindr formalı, sarı rəngli 99,1 faiz mis əsaslı ərintidən hazırlanmış metalın “7415 39 000 0“ nömrəli koda uyğunluğu müəyyən edilir. “Azərbaycan Respublikasının X2 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Nabinetinin Qərarında məmulatların (mıxlar, knopkalar, çertyoj knopkaları, dəmirbəndlər (8305 mal mövqeyinə daxil olanlardan başqa) və misdən və ya mis başlıqlı qara metallardan analoji məmulatlar; vintlər, boltlar, qaykalar, böyük vintlər, burulmaqla keçirilən qarmaqlar, pərçimlər, şpon civiləri, şplinlər, şaybalar (yaylı daxil olmaqla) və misdən analoji məmulatların yonulub-yonulmaması barədə hər hansı qeyd yoxdur. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.1-ci maddəsinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 4.1.3-cü yarımbəndinə əsasən malların təsnifat kodunun və tərkibinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük rəsmiləşdirilməsini düzgün aparılması məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var. Gömrük orqanına İddiaçı MMC tərəfindən **********8043, **********8040 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların hazırlanmasının texniki tələbləri, qəbul qaydaları, sınaq üsulları, markalanma və saxlanılması və istehsalçının zəmanəti məhz gömrük orqanına təqdim edilən, faktiki rəhbərliyi eyni şəxslər tərəfindən həyata keçirilən "xxxx" MMC-yə məxsus olan və aralarında bağlanmış istifadəsinə razılıq bildirən xx.xx.2022-ci il tarixli 01 nömrəli müqavilə əsasında istifadə edilmiş TŞ AZ **********.001-2020 Texniki Şərtlərdə öz əksini tapmışdır. Həmin texniki şərtin dövlət orqanı tərəfindən qeydiyyatı ləğv edildiyindən malların gömrük qanunvericiliyinin tələblərinə uyğun ekspertizasının aparılması imkan xaricində olmuşdur. İstənilən halda istifadəyə təyinatı qeyri-müəyyən olan “şpilka” adı altında bəyan edilən məmulatların ixrac gömrük proseduru altında yenidən bəyan edidiyi təqdirdə malların təsnifatının və tərkibinin müəyyən edilməsi zəruri olacaqdır. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutu PHŞ ilə iddiaçı arasında həmin texniki şərtin qeydiyyatının ləğvi məsələsi ilə bağlı mübahisəyə dair yekun məhkəmə qəraranın olmadığını və analoji iş üzrə ("xxxx" MMC) Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)- 1177/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadını məhkəmə araşdırılması dövründə nəzərə almağınızı xahiş edirik. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)1218/2023 nömrəli qərarının icrası olaraq Sizə məxsus xx.xx.2020-cı il tarixli TŞ AZ **********.001-2020 nömrəli Texniki Şərtlərin dövlət qeydiyyatı xx.xx.2024-cü il tarixində bərpa edilmiş və standartlaşdırma üzrə normativ sərrədlərin dövlət fonduna daxil edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********8043 nömrəli, **********8040 nömrəli və **********8038 nömrəli yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş malların ixrac edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının şirkətləri (bundan sonra alıcı)" Bakırsan Metal San.ve Tic.Ltd "və "Remet Metal Sanayi ve Ticaret Ltd "ilə bizim şirkət arasında imzalanmış xx.xx.2022-ci il tarixli 01 və 02 nömrəli müqavilələrə uyğun olaraq tərəfimizdən müvafiq malların ixracı nəzərdə tutulmuşdur. Bu məqsədlə həmin mallar xx.xx.2022-ci il tarixli **********8043 nömrəli, **********8040 nömrəli və **********8038 nömrəli yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş və Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra cavabdeh) təqdim edilmişdir. Mallara dair qanunvericiliklə tələb olunan sənədlər ( müqavilə, invoys , mənşə sertifikatı və s. ) cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh müxtəlif əsassız bəhanələrlə həmin malların ixracına süni maneə yaratmış və nəticədə bu günədək mallar alıcıya çatdırılmamışdır. Yuxarı gömrük orqanlarına və digər dövlət orqanlarına göndərilmiş müraciətlər nəticəsində cavabdeh tərəfindən onlara xx.xx.2022-ci il tarixli, 1500-012\004-24\001430 nömrəli və xx.xx.2022-ci il tarixli, 100-190\190-24\019619 nömrəli məktublar təqdim edilmişdir. Məktublarda onların ixrac etdiyi malın dövlət standartlarının tələblərinə uyğun olmadığı qeyd edilmiş və bu əsas gətirilərək malların ixracına məhdudiyyət qoyulduğu qeyd edilmişdir. Bu tamamilə yalan məlumatdır və hətta mallar standartlara uyğun olmasaydı, belə olan halda da malların ixracına hər hansı məhdudiyyət qoyula bilməzdi. Qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq ixrac edilməsi nəzərdə tutulmuş və xx.xx.2022-ci il tarixli **********8043 nömrəli, **********8040 nömrəli və **********8038 nömrəli yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş mallar bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq icazə tələb edən mallar kateqoriyasına aid deyildir. Başqa sözlə desək, ixrac etmək istədiyi mallar üçün bəhs edilən Qaydaların tələbinə uyğun olaraq tərəflərindən gömrük orqanına gömrük bəyannaməsi, xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə, nəqliyyat sənədləri, gömrük təmsilçiliyi barədə məlumat (sənəd ), mənşə sertifikatı təqdim edilməlidir. Bu malların ixracı ilə bağlı digər sənədlərin təqdim edilməsi qanunvericiliklə nəzərdə tutulmur. Bununla yanaşı onlar könüllü olaraq uyğunluq sertifikatı da əldə etmiş və bu sertifikatı da gömrük orqanına əlavə sənəd olaraq təqdim etmişlər. Cavabdeh aidiyyəti olmadan və səlahiyyətini aşaraq bu sertifikatın ləğv edilməsi ilə bağlı" Azərbaycan Standartaşdırma İnstitutuna" qanunsuz göstəriş vermiş və bu yolla süni olaraq qanunvericiliklə nəzərdə tutulmayan əsasla malların ixracına süni maneə yaratmışdır. Belə ki, ixrac edilən mallara dair uyğunluq sertifikatının tələb olunması qanunvericilikdə nəzərdə tutulmur. Bu sertifikat könüllü olaraq əldə edilir. Sertifikatın əldə edilməsi üçün nəzərdə tutulan texniki şərtlər də könüllü xarakter daşıyır. Malların tərkibi və keyfiyyəti satıcı və alıcı arasnda müstəqil olaraq müəyyən edilir. Hətta mallar keyfiyyətsiz olduğu halda belə onların alınmasından yalnız alıcı imtina edə bilər. Hazırki halda isə alıcı onların göndərmək istədiyi malları qəbul edir və razılığını ifadə edir. Belə olan halda gömrük orqanının əsası olmayan müdaxiləsi sahibkarlıq fəaliyyətinin qanunsuz məhdudlaşdırılması deməkdir. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, Elit Yatırım və Ticarət LTD MMC tərəfindən cavabdehə yazılı müraciət ünvanlanmış, investisiya qoyulmasına baxmayaraq gəlir əldə edə bilmədiyini bildirilmiş, guya ölkəmizdən xaricə gedən malların standartlara cavab vermədiyi və belə malların ixracı səbəbindən görə onların mallarının satışının dayandığı qeyd edilmiş və öz şirkəti və ATF şirkətindən başqa digər şəxslərin mal ixracına qadağa qoyulması xahiş edilmişdir. Bunun nəticəsində də cavabdeh bir çox müəssisəyə, o cümlədən onların şirkətin ixrac edilməsi üçün nəzərdə tutulan mallarına süni maneələr yaratmağa başlamış və Elit Yatırım və Ticarət LTD MMC şirkətinin fəaliyyəti üçün monopoliya şəraiti formalaşdırmışdır. Bu özü özlüyündə korrupsiya hüquqpozması halıdır və onların müəssisənin azad sahibkarlıq kimi konstitusion hüququnun pozulmasıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********4161 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “latun şpilka" adlı malın X2 Mal Nomenklaturası (XİF MN) üzrə təsnifat kodunun və tərkibinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə xx.xx.2022-ci il tarixli 1500-012/0xx-xx/001666 saylı məktubla müraciət edilmişdir. Adı qeyd olunun İdarədən daxil olmuş xx.xx.2022-ci il tarixli 2200-012/0xx-xx/006643 saylı məktuba əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutu PHŞ-si tərəfindən Komitəyə ünvanlanan 03 noyabr 2022-ci il tarixli **********0 saylı məktubda “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” yükünə dair Standartlaşdırma sahəsində normativ sənəd olan TŞ AZ **********.001-2020 “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” Texniki Şərtlərin qeydiyyatının ləğv olunduğu bildirilərək həmin sənədlər əsasında uyğunluğun qiymətləndirilməsi prosesinin aparılması və məhsulların sertifikatlaşdırılması müvafiq qanunvericiliyin tələblərinə ziddir, qeyd olunanları nəzərə alaraq “latun şpilka” adlı malın XİF MN üzrə sinifləşdirilməsi malın qüvvədə olan müvafiq standartlaşma sahəsində normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd təqdim olunduqdan sonra aparıla bilər. Məhz İddiaçı MMC-nin bəyan etdiyi eyni adlar yüklər "xxxx" MMCnində bəyan etdiyi yüklərlə eynilik təşkil edir. Beləki, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət məhz hər iki müəssisənin mallarının eyniliyinə aiddir. Bundan əlavə iddiaçı tərəfindən istehsal edilmiş və ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmiş saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarından xx.xx.2022-ci il tarixdə nümünələr götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin akkreditasiya olunmuş labolatoriyada sınaqlar həyata keçirilmişdir. Sınaq labolatoriyasının analiz nəticələrinə əsasən saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarından götürülmüş nümünələr, "Xəzər-2019” MMC-yə məxsus olan və aralarında bağlanmış istifadəsinə razılıq bildirən xx.xx.2022-ci il tarixli 01 nömrəli müqavilə əsasında istifadə edilmiş TŞ AZ **********.001-2020 Texniki Şərtlərin tələblərinə uyğun olmaması müəyyən edilmişdir (müvafiq ekspert rəyi əlavə olunur). Eyni zamanda “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci bəndinin tələblərinə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC-nin arasında qeyd olunan texniki şərtlərin istifadəsinə razılığı bildirən müvafiq müqavilə “Azərbaycan Standartlaşdırma İnstitutu”-da PHŞ-də qeydiyyatdan keçməmişdir. Həmçinin, texniki şərtlərin 4.1-ci bəndinə əsasən şpilkaların partiyası pasportla müşaiyət olunmalı və pasportla digər məlumatlarla yanaşı, məhsulların markası da qeyd olunmalıdır, lakin həmin məhsullara dair pasport iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutu PHŞ-si tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanan 03 noyabr 2022-ci il tarixli **********0 saylı məktub (“Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” yükünə dair Standartlaşdırma sahəsində normativ sənəd olan TŞ AZ **********.001-2020 “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” Texniki Şərtlərin qeydiyyatının ləğv olunması) işdə rəhbər tutulması üçün Sumqayıt Baş Gömrük idarəsinə göndərilmişdir. Gömrük orqanı tərəfindən “latun şpilka” adlı malın XİF MN üzrə sinifləşdirilməsi malın qüvvədə olan müvafiq standartlaşdırma sahəsində normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd təqdim olunmadığından rəsmiləşdilməsi mümkün olmadığı barədə” qeyd yazılaraq bəyannamə deklaranta qaytarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-1094/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, malların təsnifat kodunun və tərkibinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və qərarda göstərilən normalardan göründüyü kimi gömrük orqanının ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırma hüququ vardır. iddiaçının təqdim etdiyi məlumatlar əsasında malların təsnifat kodunun və tərkibinin standartlarına uyğunluğuna dair yeni texniki şərtlər təqdim edilməmişdir. Ekspertiza tədqiqatı zamanı iddiaçının gömrük orqanına “latun şpilka” adı altında təqdim etdiyi məmulatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 mal nomeklaturasının əsas şərhetmə Qaydaları”nda nəzərdə tutulmuş kimyəvi tərkibinə görə 7415 39000 0 nömrəli kodla nəzərdə tutulan mallara uyğunluğu və həmin məmulatın misdən anoloji məmulat kimi yonulub-yonulmaması barədə hər hansı qeydin olmaması müəyyən edilmişdir. Cavabdeh inzibati orqan üzərinə düşən səlahiyyətləri qanun çərçivəsində həyata keçirmiş və iddiaçının hüquqlarının pozulmasına hər hansı şəkildə yol verməmişdir. İddiaçının nümayəndəsi və vəkili qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(105)-225/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2-1(102)-187/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2- 1(105)-225/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, gömrük sərhədindən keçirilən mallara dair təqdim edilməli olan sənədlərin siyahısı qanunvericilikdə konkret olaraq göstərilmişdi. Hazırki mübahisə üzrə tələb olunan bütün sənədlər cavabdehə təqdim edilmişdi. Eyni zamanda AR GM-nin 319.1-ci, 319.2-ci, 319.5-ci, 321-ci və 322-ci maddələrinə və AR NK-nin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə X2 MAL NOMENKLATURASİNİN ƏSAS ŞƏRHETMƏ QAYDALARİ-na əsasən ixrac edilməsi nəzərdə tutulan malların gömrük məqsədləri üçün təsnifatı aparılarkən X2 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edilir. Bu zaman hər hansı texniki şərtə və ya standarta deyil, məhz X2 mal nomenklaturasının ayrılmaz hissəsi hesab edilən X2 mal nomenklaturasının şərh etmə qaydaları ilə nəzərdə tutulan kimyəvi tərkib normalarına və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlərə (qeydlərə) istinad edilməlidir. Beləliklə, ixrac zamanı gömrük məqsədləri üçün malların təsnifatının və kimyəvi tərkibinin müəyyən edilməsi, habelə təsnifat kodunun təyin edilməsi məhz AR GM-nə və AR NK-nin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına uyğun həyata keçirilməlidir. Hazırki halda iddiaçı tərəfindən ixracı nəzərdə tutulan mallar kimyəvi tərkibinə və digər parametrlərinə görə yük gömrük bəyannamələri üzrə bəyan edilmiş 7415 39 000 0 nömrəli təsnifat koduna tam uyğun olmuş və bu faktı iş üzrə müxtəlif sübutlar (AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mənşə sertifikatları, xx.xx.2022-ci il tarixli uyğunluq sertifikatları, Azərekspertiza Birliyinin xx.xx.2022-ci il tarixli ER 200 nömrəli ekspert rəyi və məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6\2410-9\3000 nömrəli ekspert rəyi ) tam təsdiq etmişdi. Buna baxmayaraq birinci instansiya məhkəməsi bu hallara hüquqi qiymət verməmiş və bəhs edilən maddi hüquq normalarını tətbiq etməmişdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mənşə sertifikatları, xx.xx.2022-ci il tarixli uyğunluq sertifikatları və Azərekspertiza Birliyinin xx.xx.2022-ci il tarixli ER 200 nömrəli ekspert rəyi məhkəmə tərəfindən ümumiyətlə araşdırılmamış, bu sübutlara hüquqi qiymət verilməmiş və məhkəmə qərarında bu sübutlarla bağlı əsaslandırılma aparılmamışdı. Həmçinin, " Azərbaycan Standartlaşdırma İnstitutu " publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubuna əsasən TŞ AZ **********.001-2020 nömrəli Texniki Şərtlərin dövlət qeydiyyatı məhz xx.xx.2022-ci il tarixindən ləğv edilmişdi. Başqa sözlə desək, mallara dair xx.xx.2022-ci il tarixli uyğunluq sertifikatları təqdim edilən zaman texniki şərtlər ləğv edilməmişdi və qüvvədə idi. Bu hallar araşdırılmamışdı. Eyni zamanda " Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsinin təqdim etdiyi məktubda TŞ AZ **********.001-2020 nömrəli Texniki Şərtlərin dövlət qeydiyyatının ləğv edilməsinə baxmayaraq bu şərtlərdən istifadə edilməsi mümkündür. Məktubda qeyd edilmişdir ki, texniki şəxrtlərin sadəcə dövlət qeydiyyatı ləğv edilib, onları özü qüvvədədir və yalnız təsərüfat subyekti tərəfindən ləğv edilə bilər. Bu səbəbdən təsərüfat subyekti bu texniki şərtlərdən istifadə edə bilər. Buna baxmayaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının əsaslandırma hissəsində ümumiyyətlə, mübahisəyə aid olmayan normativ hüquqi aktlardan bəhs edilmiş və hansı faktki halların sübuta yetirildiyi qeyd edilməmişdi. Bu hallar özü özlüyündə məhkəmə qərarının ləğvi üçün əsasdır. İş materiallarından da aydın olduğu kimi məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(118)- 1094/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-kimya və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdi. Nəticədə məhkəməyə xx.xx.2023-cü il tarixli 6\2410-9\3000 nömrəli ekspert rəyi təqdim edilmişdi. Ekspertizanın nəticəsinə əsasən iddiaçı tərəfindən ixrac edilməsi nəzərdə tutulan malların tərkibinin onun tərəfindən bəyan edilən müvafiq ixrac təsnifat kodu üzrə müəyyən edilmiş tələblərə cavab verdiyi, malların bu koda uyğun olduğu və məhsulun yonulması ilə bağlı tələbin qanunvericilikdə nəzərdə tutulmadığımüəyyən edilmişdi. Lakin birinci instansiya məhkəməsi bu ekspert rəyini nəzərə almamış və onunla razılaşmamasının səbəbini öz qərarında ümumiyyətlə, qeyd etməmişdir. Halbuki bu rəy cavabdehin hərəkətlərinin qanunsuzluğunu təsdiq edən mötəbər sübutlardan biridir. Bu səbəbdən məhkəmə qərarı qanunsuzdur. AR İPM-nin 82-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi bu sübutu da nəzərə almalıdır. xx.xx.2023-cü il tarixli ekspert rəyi tamamilə əsassızdır. Malların keyfiyyətində hər hansı problem olduğu halda Alıcı bu malları almaqdan imtina edə bilər. Lakin hazırki iş üzrə malların qəbulundan Alıcının imtina etməsi halı və istehlakçıları aldatmağa görə iddiaçının məsuliyyətə cəlb edilməsi faktı da mövcud deyildi. Buna baxmayarq məhkəmə bu faktiki halları da araşdırmamışdır. İş materiallarından da aydın göründüyü kimi cavabdehin məktubu əsasında "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsinin (yoxlayıcı orqan ) nümayəndələri iddiaçının istehsalat müəssisəsinə gəlmiş, iddiaçının istehsal etdiyi məhsuldan yerində nümunələr götürmüş və bu zaman nümunələrin götürülməsi barədə akt tərtib edilmiş , istehsal sahəsindəki avadanlıqlara baxış keçirmiş və bu avadanlıqlarda da guya nöqsanların olduğu qeyd edilmişdi. Bunun nəticəsində yoxlayıcı orqan tərəfindən xx.xx.2023-cü il tarixli ekspert rəyi tərtib edilmiş məhsulların texniki şərtlərə uyğun olmaması və istehsalatda istifadə edilən ölçmə vasitələrinin nöqsanlı olduğu bildirilmişdi. Nəticədə gömrük orqanı bu əsassız ekspert rəyinə istinad edərək malların rəsmiləşdirilməsindən qanunsuz olaraq imtina etmişdi. İlk növbədə bu ekspert rəyi tamamilə əsassızdır, məhsullar və avadanlıqlar qanunvericiliyin tələblərinə cavab verir, bu fakt iş üzrə mövcud olan digər sübutlarla tam təsdiqni tapır. Yoxlayıcı orqan sadəcə cavabdehin sifarişi əsasında belə saxta ekspert rəyi tərtib etmişdi. Digər tərəfdən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 3.2- ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlıməsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 21-27-ci maddələrinə əsasən nəzarət tədbirləri zamanı məhsul nümunələrinin götürülməsi və analizlərin aparılmasının xüsusi prosedurları nəzərdə tutulmuşdu. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin " 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş " Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası" nəzarət tədbirləri zamanıməhsul nümunələrinin götürülməsi və analizlərin aparılmasının əlavə tələblərini müəyyən edir. Aydın olduğu kimi yoxlayıcı orqan tərəfindən mal nümunələrinin götürülməsi üçün aparılan nəzarət tədbirləri və onların nəticələri bəhs edilən qanunvericilik aktlarının tələbi pozulmaqla icra edildiyinə görə tamamilə qanunsuzdur. Lakin birinci instansiya məhkəməsi bu halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Qeyd edilən normaya əsasən ixrac olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun və tərkibinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük əməkdaşında(sənəd məmuru) şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********4161 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “latun şpilka” adlı malın X2 Mal Nomenklaturası(XİF MN) üzrə təsnifat kodunun və tərkibinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə xx.xx.2022-ci il tarixli 1500-012/0xx-xx/001666 saylı məktubla müraciət edilmişdir. Adı qeyd olunun İdarədən daxil olmuş xx.xx.2022-ci il tarixli 2200- 012/0xx-xx/006643 saylı məktuba əsasən Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutu PHŞ-si tərəfindən Komitəyə ünvanlanan 03 noyabr 2022-ci il tarixli **********0 saylı məktubda “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” yükünə dair Standartlaşdırma sahəsində normativ sənəd olan TŞ AZ **********.001-2020 “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” Texniki Şərtlərin qeydiyyatının ləğv olunduğu bildirilərək həmin sənədlər əsasında uyğunluğun qiymətləndirilməsi prosesinin aparılması və məhsulların sertifikatlaşdırılması müvafiq qanunvericiliyin tələblərinə ziddir, qeyd olunanları nəzərə alaraq “latun şpilka” adlı malın XİF MN üzrə sinifləşdirilməsi malın qüvvədə olan müvafiq standartlaşma sahəsində normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd təqdim olunduqdan sonra aparıla bilər. Məhz İddiaçı MMC-nində bəyan etdiyi eyni adlar yüklər "xxxx" MMCnində bəyan etdiyi yüklərlə eynilik təşkil edir. Beləki, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət məhz hər iki müəssənin mallarının eyniliyinə aiddir. Bundan əlavə, bildiririk ki iddiaçı tərəfindən istehsal edilmiş və ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmiş saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarından xx.xx.2022-ci il tarixində nümünələr götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin akkreditasiya olunmuş labolatoriyada sınaqlar həyata keçirilmişdir. Sınaq labolatoriyasının analiz nəticələrinə əsasən saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarından götürülmüş nümünələr, "xxxx" MMC-yə məxsus olan və aralarında bağlanmış istifadəsinə razılıq bildirən xx.xx.2022-ci il tarixli 01 nömrəli müqavilə əsasında istifadə edilmiş TŞ AZ **********.001-2020 Texniki Şərtlərin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci bəndinin tələblərinə əsasən, "xxxx" MMC ilə İddiaçı MMCnin arasında qeyd olunan texniki şərtlərin istifadəsinə razılığı bildirən müvafiq müqavilə “Azərbaycan Standartlaşdırma İnstitutu”-da PHŞ-də qeydiyyatdan keçməmişdir. Həmçinin, texniki şərtlərin 4.1-ci bəndinə əsasən şpilkaların partiyası pasportla müşayiət olunmalı və pasportla digər məlumatlarla yanaşı, məhsulların markasıda qeyd olunmalıdır, lakin həmin məhsullara dair pasport iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutu PHŞ-si tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanan 03 noyabr 2022-ci il tarixli **********0 saylı məktub (“Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” yükünə dair Standartlaşdırma sahəsində normativ sənəd olan TŞ AZ **********.001-2020 “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” Texniki Şərtlərin qeydiyyatının ləğv olunması) işdə rəhbər tutulması üçün Sumqayıt Baş Gömrük İdarəsinə göndərilmişdir. Gömrük orqanı tərəfindən “latun şpilka” adlı malın XİF MN üzrə sinifləşdirilməsi malın qüvvədə olan müvafiq standartlaşdırma sahəsində normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd təqdim olunmadığından rəsmiləşdilməsi mümkün olmadığı barədə” qeyd yazılaraq bəyannamə bəyannaməçiyə qaytarılmışdır. İddiaçı MMC-nin rəhbərliyi tərəfimizdən dəfələrə şifahi və yazılı şəkildə mövcud gömrük qanunvericiliyin tələbləri məlumatlandırılmışdır. Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-1094/2023 nömrəli Qəradadı ilə iş üzrə kompleks məhkəmə-kimya və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/24/10-9/3000 nömrəli ekspert rəyindən görünür ki, İddiaçının gömrük orqanına “latun şpilka” adı altında təqdim etdiyi məmulatin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 mal nomenklaturasının əsas şərhetmə Qaydalarında” nəzərdə tutulmuş kimyəvi tərkibinə görə 7415 39000 0 nömrəli kodla nəzərdə tutulan mallara uyğunluğu və həmin məmulatın misdən anoloji məmulat kimi yonulub-yonulmaması barədə hər hansı qeydin olmaması müəyyən edilmişdir. Malların təsnifat kodunun və tərkibinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük rəsmiləşdirilməsini düzgün aparılması məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var. İddiaçının təqdim etdiyi məlumatlar əsasında malların təsnifat kodunun və tərkibinin standartlara uyğunluğuna dair Mərkəzi Gömrük Ekspertizası İdarəsindən texniki şərtlər ləğv edildiyindən ve yenisi təqdim edilmədiyindən rəy alına bilinməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin “Malların təsnifatı” adlanan 321- ci maddəsinin müddəalarına əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X2 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Bəyan edilən malların X2 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Əlavə olaraq qeyd edirlər ki, gömrük ödənişlərindən yayınma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında 20 noyabr 2024-cü il tarixli 481 nömrəli Qərara əsasən 7415 39000 0 nömrəli kodla nəzərdə tutulan malların ixracı zamanı xx.xx.2029-cu il tarixinədək 1000 kiloqrama 300 ABŞ dolları spesifik rüsum müəyyən edilmişdir. Sonda qərardan verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin iddiaçı məhkəməyə elektron kabinet vasitəsi ilə yazılı etiraz təqdim edərək, etirazında göstərmişdir ki, məlum olduğu kimi hazırki iş üzrə AR Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)- 187/2025 nömrəli qərarı qəbul edilmişdi. AR İPM-nin 96.11ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Eyni zamanda AR Ali Məhkəməsinin Plenumunun “ Kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə təkrar baxılan işlərə münasibətdə ədalət mühakiməsinin keyfiyyətinin artırılması haqqında ” xx.xx.2025-ci il tarixli 4 nömrəli qərarına əsasən təkrar apellyasiya baxışına göndərilən işlər üzrə çıxarılmış qərarlardakı göstərişlər keyfiyyətlə icra edilməlidir. Tərəflərindən təqdim edilmiş apellyasiya şikayətində dəlillər aydın şəkildə göstərilmişdi. Bununla belə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə münasibətdə əlavə yazılı izahatın təqdim edilməsi zərurəti meydana gəlmişdi. Belə ki, kassasiya instansiyası məhkəməsinin qərarının 38-ci , 42-ci , 46-cı , 54-cü , 55- ci bəndlərinə əsasən malların ixracı ilə bağlı məsələlər həmin məhsulun texniki şərtlərə uyğun olubolmaması ilə əlaqələndirilə bilməz. İxrac ilə bağlı iddiaçıdan yalnız qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilər. İxrac zamanı məhsulların texniki şərtlərə uyğunluğu yoxlanılmır. Sadəcə xarici iqtisadi təsnifat kodunun düzgün olub-olmaması müəyyən edilir. Bu zaman Gömrük Məcəlləsinin və onun əsasında qəbul edilən Qaydaların tələbləri rəhbər tutulmalıdır. Kassasiya instansiyasının qeyd etdiyi həmin məcburi göstərişlərə əlavə olaraq qeyd edir ki, texniki şərtləri qanunsuz olaraq ləğv edilən və məhkəmə qərarı əsasında sonradan bərpa edilən "xxxx" MMC ilə AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında aparılan müzakirələr nəticəsində xx.xx.2024-cü il tarixli 3-21-1/2-Q-3xx-xx/2024 nömrəli məktubla bir daha təsdiq edilmişdir ki , texniki şərtlərin ləğv edilməsi halı məhsulların ixracına məhdudiyyət yaratmır. Bu hal bir daha cavabdehin qanunsuz hərəkətlərini sübut edir. Bununla yanaşı kassasiya instansiyasının qərarının 56-cı , 57-ci və 58-ci bəndlərinə əsasən eyni məhsulların iddiaçı tərəfindən sərbəst şəkildə bir neçə dəfə ixrac edilməsi halının araşdırılması və apellyasiya şikayətinin bütün dəlillərinə hüquqi qiymət verilməsi tapşırılmışdı. Bu baxımdan qeyd edək ki, həmin malların daha əvvəlki tarixlərdə ixracına dair xx.xx.2022-ci il tarixli **********9074 nömrəli , xx.xx.2022-ci il tarixli **********8652 nömrəli , xx.xx.2022-ci il tarixli **********0626 nömrəli , xx.xx.2022-ci il tarixli **********4353 nömrəli və xx.xx.2022-ci il tarixli **********5220 nömrəli gömrük bəyannamələri xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilsə də bu hala heç bir hüquqi qiymət verilməmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsinin qərarının 44-cü , 45-ci , 47-ci və 48-ci bəndlərinə əsasən uyğunluq sertifikatlarına , məhkəmə və özəl ekspert rəylərinə AR GM-nin 321.4-cü maddəsi baxımından qiymət verilməli olduğu qeyd edilmişdir. Həmin məcburi göstərişə əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mənşə sertifikatları iş üzrə mötəbər sübutlardan biridir. Çünki , bu sertifikatlar məhz səlahiyyətli dövlət orqanı tərəfindən keçirilmiş ekspertizanın nəticəsi olaraq tərtib edilmiş və həmin sertifikatlarda malların məhz latun ( brass studs) və mis ( copper studs) şpilka olduğu aydın formada qeyd edilmişdi. Mənşə sertifikatının təqdim edilməsinə əsasən olan xx.xx.2022-ci il tarixli 083557 nömrəli və xx.xx.2022-ci il tarixli 095262 nömrəli ekspertiza aktlarının 10-cu , 15-ci və 16-ci bəndlərinə əsasən malların müvafiq olaraq latun və mis şpilka olduğu və yerli istehsalın nəticəsində hazırlaşdığı bir daha təsdiq edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.49-cu bəndinə əsasən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək Agentliyin səlahiyyətinə aid edilmişdi. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 2012-ci il 8 may tarixində **********0002 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “ Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Dövlət Xidmətinin tabeliyindəki “X1 Mərkəzi” MMC (bundan sonra - Cəmiyyət) tərəfindən aparılır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən təqdim olunmuş sənədlər əsasında Cəmiyyətin eksperti tərəfindən malın mənşə ölkəsinin təyin edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının 3 mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Həmin Qaydaların 2.12-ci bəndinə əsasən ekspert tərəfindən ekspertizanın nəticələri əsasında 1 nömrəli Əlavədə nümunəsi verilmiş formada üç nüsxədə ekspertiza aktı tərtib edilir və aktda ekspertizanın nəticələri göstərilir. Aktın bir nüsxəsi Cəmiyyətdə qalır, bir nüsxəsi sifarişçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Həmçinin AR Gömrük Məcəlləsinin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları X2 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Beləliklə, səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilmiş mənşə sertifikatları və ekspertiza aktları yuxarıda bəhs edilən qanunvericilik aktlarının tələbinə əsasən hazırki iş üzrə əsas sübutlardan biridir. Bu sənədlər cavabdehin qanunsuz hərəkətlərini bir daha təsdiq edir. Beləliklə , iş materiallarına əlavə edilmiş sübutlara əsasən apellyasiya şikayəti tamamilə əsaslıdır. Eyni zamanda yazılı izahata əlavə təqdim edərək bildirmişdir ki, tərəflərindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli yazılı izahatda iş üzrə qəbul edilmiş kassasiya instnasiyası məhkəməsinin məcburi göstərişlərinə, habelə əhəmiyyətli hüquqi və faktiki halların araşdırılmasına dair dəlillərinə geniş yer verilmişdir. Bununla yanaşı cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli yazılı etiraz təqdim edilmişdi. Bu səbəbdən həmin etirazın dəlillərinə də münasibət bildirilməsi zərurəti meydana gəlmişdi. Belə ki , cavabdehin yazılı etirazında qeyd edilənlər onun tərəfindən daha əvvəlki tarixlərdə birinci və apellyasiya instansiya məhkəmələrinə təqdim edilmiş etirazda qeyd edilənlərlə tam eynilik təşkil edir. Yəni , cavabdeh fərqli hüquqi əsas irəli sürməmişdi. Həm də texniki şərtlər və standartlaşdırma ilə bağlı cavabdehin etirazında qeyd edilən hallara kassasiya instansiyası məhkəməsi öz artıq hüquqi mövqeyini bildirmişdi. Bu səbəbdən etiraz sadəcə formal məzmunda tərtib edildiyindən tamamilə əsassızdı. Bununla yanaşı yazılı etirazın sonuncu abzasında məhsulun ixracı üzrə gömrük rüsumunun artırıldığı cavabdeh tərəfindən qeyd edilmişdi. Bu hal ilə bağlı ilk növbədə qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərarının 1.2-ci bəndində əsasən 7415 39 000 0 yarımmövqelərinə aid 2 sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununa “1000 kq – 15 ABŞ dolları” sözlərindən sonra “, xx.xx.2029-cu il tarixinədək 1000 kq – 300 ABŞ dolları” sözləri əlavə edilmişdi. Həmin Qərarın 2-ci bəndinə əsasən bu dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və xx.xx.2029-cu ilədək qüvvədə qalır. Aydın olduğu kimi cavabdehin etirazında istinad etdiyi dəyişikliklər hələ hüquqi qüvvəyə minməmişdi. Digər tərəfdən hazırda da həmin kod üzrə ixrac üçün ixarc rüsumu nəzərdə tutulub və cavabdeh hər zaman bu rüsumları ödəyib. Həmçinin , ixrac rüsumunun dərəcələri hazırki mübahisə üzrə hər hansı hüquqi əhəmiyyətə malik deyildi . Çünki hazırda məhdudiyyət ixrac rüsumunun ödənilməməsi ilə bağlı deyil , qanunsuz olaraq texniki şərtlərə istinad ilə bağlı yaranmışdı. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və AR İPM-nin 87.6-cı maddəsini rəhbər tutaraq apellyasiya şikayətinin təmin edilməsini və bu yazılı izahatın nəzərə alınmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə 9. Gömrük orqanlarının hüquqları 9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; 9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək; 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi Gömrük orqanları bu Məcəllə və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ixrac nəzarətini həyata keçirirlər. 276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən malların gömrük sərhədindən qeyriqanuni keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixracının qarşısını alırlar. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.11. texniki şərtlər - mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəd; 9.1. Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texniki şərtlərdən üçüncü şəxslərin istifadəsi üçün texniki şərtlərin sahiblərinin razılığı olmalıdır. Texniki şərtlərin sahiblərinin razılığını bildirən müvafiq müqavilə texniki şərtlərin sahibləri tərəfindən milli standartlaşdırma qurumuna qeydiyyat üçün təqdim edilir. 9.2. Təsərrüfat subyektləri texniki şərtləri hər hansı mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə), istehsal metoduna dair hazırlaya və qəbul edə bilərlər. 9.3. Təsərrüfat subyekti hazırladığı texniki şərtin tələblərinə əməl etməli və istehsal etdiyi malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun texniki şərtin tələblərinə uyğunluğunu təmin etməlidir. Texniki şərtlərin müddəaları bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. 9.4. Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir. Milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 (on beş) gün müddətində onun bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfat subyektinə təqdim etmədikdə, həmin texniki şərt təsərrüfat subyekti tərəfindən istifadə edilə bilər. 13.1. Uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, "Xəzər-2019” MMCyə məxsus olan və iddiaçı ilə aralarında bağlanmış istifadəsinə razılıq bildirən xx.xx.2022-ci il tarixli 01 nömrəli müqavilə əsasında istifadə edilmiş TŞ AZ **********.001- 2020 Texniki Şərtlərin tələblərinə əsasən iddiaçı cəmiyyət tərəfindən misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və ikitərəfli şpilka məhsullarının Türkiyə Respublikasına ixracı nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş mallar barədə yoxlama həyata keçirmiş, həmin malların müvafiq texniki şərtlərə uyğun olmaması, texniki şərtlərin sahibi ilə iddiaçı arasında ondan istifadə edilməsinə dair müqavilənin dövlət qeydiyyatından keçirilməməsi, malları müşayiət edən pasportun təqdim edilməməsi hallarında istinad edərək, malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsindən imtina etmişdir. Göründüyü kimi, cavabdeh üç əsasla malların ixracından imtina etmişdir: 1-malların müvafiq texniki şərtlərə uyğun olmaması, 2- texniki şərtlərin sahibi ilə iddiaçı arasında ondan istifadə edilməsinə dair müqavilənin dövlət qeydiyyatından keçirilməməsi, 3-malları müşayiət edən pasportun təqdim edilməməsi Hazırki iş üzrə iddia tələbi müvafiq yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş malların ixrac edilməsinə icazə verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən lazımi qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş ekspert rəyinə istinad edərək ixraca təqdim edilmiş məhsulun standart tələblərə uyğun olmaması, texniki şərtlərin ötürülməsi ilə bağlı müqavilənin qeydə alınmaması və həmin texniki şərtlərin artıq ləğv edilməsi ilə bağlı cavabdehin qənaəti ilə razılaşmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyəti məhz məhsulların texniki xüsusiyyətlərinin uyğunluğu məsələsi deyil, gömrük orqanlarının qanunla müəyyən olunmuş səlahiyyətləri çərçivəsində həyata keçirdikləri yoxlama və rəsmiləşdirmə prosedurlarının qanuniliyidir. Bu fərq hüquqi tənzimləmə baxımından olduqca mühümdür, çünki gömrük orqanlarının əsas vəzifəsi təqdim olunan sənədlərin və malların gömrük qaydalarına uyğunluğunu yoxlamaqdır, məhsulların texniki standartlara uyğunluğu məsələsi isə əsasən digər normativ-hüquqi aktlarla tənzimlənir və bu, gömrük prosedurlarının sərhədlərini aşır. Gömrük Məcəlləsinə əsasən, gömrük orqanları malların və sənədlərin düzgünlüyünü yoxlamaq, çatışmayan sənədlərin təqdim edilməsini tələb etmək, eləcə də mallardan nümunələr götürərək ekspertizanın aparılması üçün müvafiq prosedurları həyata keçirmək hüququna malikdirlər. Lakin ekspertizanın məqsədi məhz gömrük nəzarətinin həyata keçirilməsi, yəni malların gömrük prosedurlarına uyğunluğunun təsdiqlənməsidir. Qanunvericilikdə ekspertizanın məqsədi məhsulların texniki şərtlərə və ya standartlara uyğunluğunu müəyyənləşdirmək kimi göstərilməyib və buna görə də ekspert rəylərində texniki uyğunluq məsələsinə əsaslanaraq malların ixracına qadağa qoymaq qanuni əsas ola bilməz. Digər tərəfdən, texniki şərtlərin dövlət qeydiyyatının ləğv edilməsi və sonradan bərpası ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən diqqətlə araşdırılmamış, iddiaçının bu barədə təqdim etdiyi əsaslı arqumentlər qiymətləndirilməmişdir. Bu fakt işin tam və obyektiv araşdırılmamasının daha bir sübutudur. Məhkəmə işin hüquqi və faktiki aspektlərini araşdırarkən, iddiaçının əsaslandırdığı bu halları xüsusi olaraq nəzərə almalı, müvafiq sənədləri qiymətləndirməli idi. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, texniki şərtlərin istifadəsinə dair müqavilənin mövcudluğu tərəflər arasında mübahisəsizdir. Əlavə olaraq, qanunvericiliyə əsasən, belə müqavilələrin dövlət qeydiyyatına alınması texniki şərtlərin sahibinin öhdəliyidir və qeydiyyatın olmaması avtomatik olaraq iddiaçının mallarının ixracına qadağa qoymaq üçün qanuni əsas yarada bilməz. Bu, həm hüquqi məntiqə, həm də normativ-hüquqi aktların tələblərinə uyğundur. Müqavilənin qeydiyyata alınmaması yalnız texniki şərtlərin qanunvericilik çərçivəsində təsdiqi ilə bağlı prosedur xarakter daşıyır və ixrac əməliyyatlarının qadağan edilməsi üçün əsas ola bilməz. Hazırkı işdən də göründüyü kimi, iddiaçının ixrac etdiyi məhsulun kodunun və tərkibinin müəyyən edilməsi məqsədi ilə gömrük orqanı tərəfindən araşdırılma aparılmış və məhsuldan nümunələr götürərək gömrük ekspertizasına göndərilmişdir. İş materiallarında olan “Azərbaycan Standartlaşdırma İnstitutu”-nun xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza məhsulun texniki şərtlərin tələbinə uyğun istehsal olunub-olunmaması istiqamətində aparılmışdır. Halbuki, Gömrük Məcəlləsinin Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları adlandırılan 322-ci maddəsində gömrük ekspertizasının aparılmasının məqsədləri sadalanmış və orada məhsulun texniki şərtlərin tələbinə uyğunluğu qeyd edilməmişdir. Bundan əlavə cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2200-012/0xx-xx/006643 saylı məktuba əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutu PHŞ-si tərəfindən Komitəyə ünvanlanan 03 noyabr 2022-ci il tarixli **********0 saylı məktubda “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” yükünə dair Standartlaşdırma sahəsində normativ sənəd olan TŞ AZ **********.001-2020 “Saflaşdırılmış misdən və bürüncdən (latun) hazırlanmış birtərəfli və iki tərəfli şpilkalar” Texniki Şərtlərin qeydiyyatının ləğv olunduğu bildirilərək həmin sənədlər əsasında uyğunluğun qiymətləndirilməsi prosesinin aparılması və məhsulların sertifikatlaşdırılması müvafiq qanunvericiliyin tələblərinə ziddir, qeyd olunanları nəzərə alaraq “latun şpilka” adlı malın XİF MN üzrə sinifləşdirilməsi malın qüvvədə olan müvafiq standartlaşma sahəsində normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd təqdim olunduqdan sonra aparıla bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ixraca mallar xx.xx.2022-ci ildə bəyan edilmişdir, lakin yuxarıda qeyd edilən TŞ AZ **********.0012020 Texniki Şərt xx.xx.2022-ci ildə ləğv edilmişdir. Yəni, iddiaçı tərəfindən mallar bəyan edilən vaxt həmin Texniki Şərtlər qüvvədə olmuşdur. Bundan əlavə isə qeyd edilməlidir ki, adıçəkilən Texniki Şərtlərin ləğv edilməsinə dair cavabdeh “Azərbaycan Standartlaşdırma İnstitutu”nun hərəkətlərinin qanunsuz hesab edilməsi və Texniki Şərtlərin dövlət qeydiyyatının bərpa edilməsinə dair iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilmiş və Texniki Şərtlərin dövlət qeydiyyatı yenidən bərpa edilmişdir. Lakin birinci instansiyası məhkəməsi iddianı rədd edərkən bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X2 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Yəni, gömrük məqsədləri üçün bəyan etmə zamanı təsnifat kodu əsas götürülür. Təsnifat kodları isə öz növbəsində, Gömrük Məcəlləsinin 319.5-ci maddəsinə və AR NK-nin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən məhz Nazirlər kabineti tərəfindən müəyyən edilir. Bəyan etmə zamanı malların məhz bu təsnifata uyğun olubolmaması müəyyən edilir. Bu zaman həmin NK-nın qərarda təsnifatlaşdırmaya dair tələblər və şərhlər rəhbər tutulur. Bununla bağlı nəzərə almaq lazımdır ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində nümunəsi təqdim edilmiş silindir formalı, sarı rəngli 99,1 faiz mis əsaslı ərintidən hazırlanmış metalın “7415 39 000 0“ nömrəli koda uyğunluğu müəyyən olunması bildirilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin ekspert rəyi məhsulun standartlara uyğun olub-olmaması məsələsi ekspertiza tədqiqatının predmeti olmaması səbəbindən qəbul edilməmişdir. Halbuki, qeyd edildiyi kimi, məhsulun standartlara uyğun olub-olmaması gömrük məqsədləri üçün hər hansısa bir əhəmiyyət kəsb etmir. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdu ki, “Aparılmış hesablamalara və təhlillərə əsasən, 1) Ekspertizaya təqdim edilmiş və İddiaçı MMC (VÖEN **********) tərəfindən istehsal olunan uzunluğu 30x70 sm, diametri 100x170 sm, 5-7sm rezba şəklində açılmış, ortası yonulmamış latun, mis məlumat SPİLKA-dır. 2) Tərkibində dəmir, qurğuşun, alüminium, nikel, qalay, manqan, silikonun kimi kimyavi elementlərin miqdarının texniki şərtdə göstəriləndən 1% aşağı və ya 1% yuxarı o masının məhsuiun şpilka adiandınlmasına və koduna təsiri yoxdur.” Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş ekspert rəylərini qiymətləndirərkən, gömrük məqsədləri üçün malların standartlara uyğunluğunun mütləq olmaması prinsipini nəzərə almalı idi. Bu isə sübut edir ki, məhkəmə hüquqi və faktiki hallara yetərincə qiymət verməyib, əsaslı arqumentləri və qanuni tələbləri düzgün qiymətləndirməyib. Ekspert rəylərində malların texniki standartlara uyğunluğu ilə bağlı fikirlər olmasına baxmayaraq, bu fikirlərin gömrük prosedurlarında birbaşa tətbiqinin mümkün olmadığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əksini tapan göstərişlər və tövsiyələrə müvafiq olaraq, iş materiallarını araşdırmış, müvafiq sorğu vermis və bunun nəticəsində müəyyən etmişdir ki, iddiaçı tərəfindən eyni növ və eyni tərkibə malik məhsullar müvafiq sənədlər əsasında və əvvəlki tarixlərdə Azərbaycan Respublikasından rəsmi qaydada ixrac edilmişdir. Bu hallar iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim olunmuş və işə əlavə edilmiş müvafiq sənədlərlə (GB ilə) təsdiq olunmuşdur. Sözügedən sənədlər məhsulların həmin vaxt da mövcud hüquqi və normativ tələblərə uyğun şəkildə gömrük orqanları tərəfindən rəsmiləşdirildiyini və müvafiq dövlət qurumları tərəfindən təsdiq edildiyini göstərir. Beləliklə, Ali Məhkəmənin qərarında qeyd olunan hallara uyğun olaraq, iddiaçının eyni məhsulların qanuni əsaslarla daha əvvəlki dövrlərdə də Azərbaycan Respublikasından ixrac etdiyi faktı iş materiallarında təsdiqini tapmışdır. Bu, o deməkdir ki, iddiaçının ixrac etdiyi məhsulların texniki şərtlərinin və digər sənədlərinin müvafiq qaydada tənzimlənməsi və təqdim edilməsi, eləcə də gömrük orqanlarının bu sənədlər əsasında məhsulların ixracını rəsmiləşdirməsi praktikada mövcud olmuşdur. Məhkəmə kollegiyası belə bir vəziyyətin mövcudluğunu nəzərə alaraq, cavabdeh inzibati orqanın hazırkı məhkəmə prosesində irəli sürdüyü əsasların hüquqi əsaslandırmasının zəifliyini və qanuniliyinin şübhə altında olduğunu vurğulayır. Bundan başqa, həmin sənədlər əsasında müəyyən edilir ki, iddiaçının məhsullarına dair texniki şərtlərin qeydiyyatı və digər müvafiq normativ tələblərin təmin olunması ilə bağlı prosedurlar müvafiq dövrlərdə tam icra edilmiş, dövlət qeydiyyatı və sənədlərin təqdimatı baxımından gömrük orqanları tərəfindən heç bir etiraz və rədd cavabı olmamışdır. Bu isə sübut edir ki, hazırkı iş üzrə cavabdehin məhsulların ixracını rəsmiləşdirməkdən imtina etməsinin əsasları mövcud deyil və onlar faktiki olaraq əvvəlki praktikanın ziddinədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-1094/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli **********8043 nömrəli, **********8040 nömrəli və **********8038 nömrəli yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş mallarının ixrac edilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar