Məhkəmə qərarları › İş №2-1(105)-525/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-525/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-525/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu, Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qusar rayonunun X4 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün iddiaçıya satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-851/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında inzibati məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli 04 nömrəli qərarından görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədilə 5.28 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. 16 saylı, 07 aprel 2005-ci il tarixli “Mədaxil orderin qəbzi”ndən görünür ki, İddiaçı tərəfindən Qusar rayonu X4 hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəməyə sorğu əsasında daxil olmuş JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli 04 nömrəli qərarı ilə 5.28 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, iddiaçıya 5.28 ha torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. “Torpaqların alqı-satqısı”na dair 18 aprel 2005-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi Qusar rayonu X4 hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mübahisə predmeti olan torpaq sahəsinə dair Qusar rayonu X7 tərəfindən iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarında öz əksini tapmamışdır, lakin “Azərbaycan Respublikasında torpaq münasibtlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 22 iyun 2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının Qusar rayonu X4 04 nömrəli, 15 aprel 2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən JN-335 nömrəli (KOD********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bundan əlavə JN-335 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qusar rayonunun X4 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün iddiaçıya satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən ona Qusar rayonunun X4 ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün 5,28 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 18 aprel 2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akta əsasən ona yerində təhkim edilmişdir. Həmin 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun adına 12 may 2006-cı il tarixdə JN:335 KOD 30115028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasındakı xəritədə həmin 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən adına verilmiş JN:335 KOD 30115028 saylı Dövlət Aktı qeydə alınmışdır. Ötən 18 ildən artıq müddətdə həmin torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuş, həmin torpaq sahəsindən heç kimin etirazı olmadan istifadə etmişdir. O, həmin torpaq sahəsinə öz adına mülkiyyət hüququnu qeydə aldırıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 22 iyun 2023-cü il tarixdə mənə yazılı cavab verməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməsindən imtina etməsini onunla əsaslandırmışdır ki, Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən ona satılmış 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun adına verilmiş 12 may 2006- cı il tarixli JN:335 KOD 30115028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı DT və XK Qusar rayon şöbəsi tərəfindən DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bunu səbəb tutan DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Buna etiraz edərək bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən adına verilmiş 12 may 2006-cı il tarixli JN:335 KOD 30115028 saylı Dövlət Aktının cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmaması və həmin dövlət aktının arxiv nüsxəsinin 5 saylı Ərazi İdarəsində aşkar edilməməsi həmin torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, Qusar rayonunun X4 ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün 5,28 ha torpaq sahəsinin ona satılmasına dair Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı hal-hazırda qüvvədədir, həmin qərarın və digər ilkin sənədlərin arxiv nüsxələri də mövcuddur. Ona görə də həmin torpaq sahəsinə onun adına verilmiş 12 may 2006-cı il tarixli JN:335 KOD 30115028 saylı Dövlət Aktının cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydiyatda olmaması cavabdehin həmin torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina etməsi üçün əsas deyildir. Cavabdeh DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına və digər ilkin sənədlərə əsasən həmin 5,28 ha torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-851/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Qusar rayonu X4 04 nömrəli, 15 aprel 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin və Qusar rayonu İcra Hakimiyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyləri ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 15 aprel 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə aidiyyatı üzrə sorğular vermişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarında öz əksini tapmamışdır, lakin “Azərbaycan Respublikasında torpaq münasibtlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Quba rayonu Dağlı kəndi ərazisində yerləşən mərhum X5 məxsus 1,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən JN-335 nömrəli (KOD********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bundan əlavə JN-335 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məluma bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd üzrə olan kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmiş, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məzmunda imtina cavabı verilməmişdir və bununlada inzibati akt mövcud deyildir. Göründüyü kimi, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 aylı Xaçmaz Ərazi İdarəsinə JN-335 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında müraciəti olmuşdur və ərizənin icrasına həmin sənəd əsasında münasibət verilmişdir. Bildirilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-851/2024 saylı qərarında göstərildiyinə tam əks olaraq İddiaçı tərəfindən Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında mülkiyyət hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciəti olmamışdır, ərizəyə dair münasibət bildirilməmiş, imtina cavabı verilməmişdir və bununla da inzibati akt mövcud deyildir. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, guya iddiaçı “İddiaçı Quba rayonu Dağlı kəndi ərazisində yerləşən mərhum X5 məxsus 1,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Buna etiraz edərək qeyd etmişdir ki, İddiaçı Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən kənd təsərrüfatı məqsədləri üçün ona satılmış və onun adına verilmiş JN:335 KOD 30115028 saylı Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında qeydə alınmış 5,28 ha torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Həmin ərizə xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda qeydə alınmış, xx.xx.2024-cü il tarixdə isə cavabdeh həmin ərizəni icra etməkdən imtina etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş JN-335 KOD 30115028 sayh torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bundan əlavə JN-335 KOD 30115028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Buna etiraz edərək qeyd etmişdir ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı adına verilmiş JN-335 KOD 30115028 sayh torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarda öz əksini tapmamışdır, lakin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr informasiya sistemində(TEKUİS) öz əksini tapmışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, guya İddiaçı yalnız onun adına verilmiş JN-335 KOD 30115028 sayh Dövlət Aktına əsasən ona məxsus 5,25 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən ona satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciət etməmişdir. DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi də öz növbəsində iddiaçıya yalnız JN- 335 KOD 30115028 sayh Dövlət Aktına münasibətdə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Cavabdeh qeyd etmişdir ki, nə qədər ki, DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddiaçıya Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməmişdir, Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-851 /2024 sayh qərarı ilə cavabdehin üzərinə Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən iddiaçıya satılmış 5,28 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyini qoyması düzgün deyildir. Buna etiraz edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək “Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən kənd təsərrüfatı məqsədləri üçün ona satılmış və onun adına verilmiş JN:335 KOD 30115028 sayh Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında qeydə alınmış 5,28 ha torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün müraciət etmişdir.” Həmin ərizəyə İddiaçı şəxsiyyət vəsiqəsinin surəti, Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarının və digər ilkin sənədlərin surətləri və JN:335 KOD 30115028 saylı Dövlət Aktının surəti əlavə olunmuşdur (həmin ərizənin surətini və poçt qəbzini etiraza əlavə edirik). Cavabdeh DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə həmin ərizəni icra etməkdən imtina etmiş, faktiki olaraq həm JN:335 KOD 30115028 sayh Dövlət Aktında əks olunmuş torpaq sahəsinə münasibətdə, həm də Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarında əks olunmuş torpaq sahəsinə münasibətdə iddiaçının hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin bu dəlili də əsaslı hesab edilə bilməz. Qeyd etmişdir ki, işə birinci instıınsiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisə predrneti olan “torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd üzrə kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi müəyyən edilməmişdir. Buna etiraz edərək bildirmişdir ki, cavabdeh DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməsini onunla əsaslandırmışdır ki, Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən iddiaçıya satılmış 5,28 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli JN:335 KOD 30115028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı DT və XK Qusar rayon şöbəsi tərəfindən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Cavabdeh öz imtinasını “torpaq sahəsinin yerləşdiyi yerin sxemi, kommunikasiya xətlərin mühafizə zolaqları, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi” ilə əlaqələndirməmiş, iddiaya qarşı bu barədə etiraz təqdim etməmişdir. Bu barədə iradlarını yalnız apellyasiya şikayətində qeyd etmişdir. Bununla əlaqədar qeyd etmişdir ki, həmin torpaq sahəsi İddiaçı satılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən həmin 5,28 ha torpaq sahəsinin iddiaçıya satılması qanuna müvafiq hesab edilmişdir. Bu, o deməkdir ki, torpaq sahəsinin yerləşdiyi yer, torpaq sahəsinin sənəd üzrə kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərin mühafizə zolağına düşməməsi, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyənləşdirildikdən sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən həmin rəy verilmişdir. Bundan əlavə həmin torpaq sahəsi iddiaçıya satılarkən Qusar rayonu X7 tərəfindən iddiaçının adına yerquruluşu planından çıxanş tərtib edilmiş, həmin plan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi və Qusar rayonu X7 tərəfindən təsdiqlənmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə verilmiş yazılı etirazı müdafiə edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

1. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Qusar rayonu, X4 alqı-satqı predmeti olan 5,28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qeydiyytına alınmasınan ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdhin apellyasiya şikayətində qeyd etdiyi dəlillər məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Cavabdeh apellyasiya şikayətində hazırkı tələblə inzibati orqana müraciət edilmədiyini qeyd etsədə, bu iş materialları ilə təkzib olunur, beləki iş materialaarından görsənir ki, iddiaçının müraciəti xx.xx.2023-cü il tarixdə imtina verilmişdir. Eyni zamanda iş materiallarından gösrənir ki, JN-335 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında da öz əksini tapmasada, cavabdeh idarəyə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmasada, iddiaçıya mülkiyyət sənədi hesab edilən müvafiq sənəd verilmişdir və eyni zamanda həmin sənədin veriməsinə əsas olmuş ilkin torpaqayırma sənədləridə məhkəməyə təqdim edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyət sənədi olmasa idi belə, ilkin torpaqayırma sənədləri əsasında onun mülkiyyət hüququ qeydə alınmalı idi. Cavadehin hazırkı apellyasiya şikayətinin, habelə imtinasının və etirazının yuxarıda qeyd edilən dəlillərinə uyğun araşdırma aparan birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 15 aprel 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 3.390.000 (üç milyon üç yüz doxsan min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Qusar rayonu X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə qərarında onu da qeyd etmişdir ki, verilmiş sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 335, KOD 30115028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarında öz əksini tapmamışdır, lakin “Azərbaycan Respublikasında torpaq münasibtlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində (DVJ xəritə məlumatı üzərində) və DBF siyahılarında öz əksini tapmadığı halda, Azərbaycan Respublikasında torpaq münasibtlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapması cavabdeh inzibati orqanın imtinası ilə ziddiyyət təşkil edir və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasında yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapması torpaq sahəsi ilə bağlı mübahisənin olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Qusar Rayon X4 müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı ona məhz 5,28 ha torpaq sahəsi ayrılması barədə 15 ildən artıqdır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə fakitiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, X4 15 aprel 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-851/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar