Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-525/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N409/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 7N nömrəli əmri ilə ştatdan kənar edilərək barəsində cinayət işi başlandığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtina qərarının ləğv olunması və “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 7N nömrəli əıııri ilə ştatdan kənar edilərək barəsində cinayət işi başlandığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müahribə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur”. İmtina məktubu səhvən Bakı şəhərinə eyni ünvana göndərilmiş, daha sonra Qazax rayonuna göndərililmiş və ona ancaq 29 aprel 2024-cü ildə təqdim edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 598 nömrəli arayışından görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 7N nömrəli əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilərək barəsində cinayət işi başlanmışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmətdə olarkən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən sonuncunun “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N409/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə də iş materiallarında olan sənədlərdə iddiaçının döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq İddiaçı müharibə veteranı adı və vəsiqənin verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrə xidmət yerini özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Bu fakt SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş 0N46 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş iddiaçının şəxsi işində və təqdim edilmiş arxiv arayışlarında öz təsdiqini tapmışdır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxsə - münasibətdə şamil edilməməsi barədədir. Göründüyü kimi fərariliyə və ya digər hərbi cinayətlərə məhkumluqdan söhbət gedir. Məhkumluq barədə hökm olmalıdır. İşdə heç bir başlanmış cinayət işi, ittiham aktı, məhkəmə hökmü yoxdur. Hazırkı işdə də iş materiallarında olan sənədlərdə onun döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq ona müharibə veteranı adı və vəsiqənin verilməməsi qanunaziddir. Məhkəmə tərəfindən İPM-nin tələbləri pozulmuşdur. Məhkəmə qərarı işin həqiqi hallarına uyun deyildir, qanun qarşısında bərabərlik prinsipi pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarının aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi halına istinad edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan arxiv arayışının məzmunundan görünür ki, iddiaçı N saylı hərbi hissənin komandirinin xx.xx.N993-cü il tarixli 282 nömrəli əmri əsasında xx.xx.N993-cü il tarixdən tankəleyhinə tağım komandiri vəzifəsinə təyin edilmiş, N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, N saylı hərbi hissə komandirinin 3N yanvar N994-cü il tarixli N0 nömrəli əmri əsasında xx.xx.N994-cü il tarixdən siyahılara və bütün növ təminatlara daxil edilmişdir, hərbi hissəni özbaşına tərk etdiyi üçün 25 mart N994-cü il tarixli 7N №li əmrində bütün növ təminatlardan çıxarılmaqla, ştatdan kənar edilərək, haqqında cinatət işinin qaldırılması barədə məlumat vardır, zabit ehtiyat taborunun komandirinin N8 iyul N994-cü il tarixli 32 №li əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlara daxil edilmişdir, 28 sentyabr N994-cü il tarixli 65 nömrəli əmr əsasında N saylı hərbi hissəyə göndərilmişdir,N saylı hərbi hissənin komandirinin N oktyabr N994-cü il tarixli 253 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək,bütün növ təminatlarla təmin edilmişdir, Azərbaycan Respublikası Müdafə Nazirinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun N8-ci maddəsinin F bəndinə (ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuş, N saylı hərbi hissənin komandirinin N7 aprel N995-ci il tarixli N04 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. İş materiallarında olan ZE № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçının hərbi xidməti və hərbi xidmətdən təxris olunması barədə məlumat əks olunmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının şəxsi işinə aid materiallar tələb edilərək, tədqiq edilmiş, həmin məlumatlarda onun məhkum olması barədə hər hansı məlumat əks olunmamışdır. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı N saylı hərbi hissədə xidmət etmiş, onun barəsində heç bir təqsirləndirici material və ya cinayə işi olmamışdır. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçının N saylı hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissəni özbaşına tərk etməsi faktı ilə bağlı aparılmış təhqiqat materialları Mərkəzi Arxivə daxil olmamış, məktuba əlavə edilmiş 25 mart N994-cü il tarixli 7N №li əmrin məzmununda iddiaçının hərbi hissəni özbaşına tərk etdiyinə görə bütün növ təminatlardan çıxarılması, ştatdan kənar edilməklə, haqqında cinayət işinin qaldırılması qeyd edilmişdir. İş materiallarından görünür ki, N saylı hərbi hissə xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İndiki halda cavabdeh inzibati orqanının imtinasının yeganə əsasını məhz iddiaçının müvafiq hərbi hissəni özabşına tərk etməsi və bu fakt üzrə cinayət işinin qaldırılması ilə bağlı hallar təşkil etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. Həmçinin, həmin qanunvericilik normasında istisna norma kimi qeyd edilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi müvafiq qanunvericilikdə müharibə veteran adının verilməsi əsasları mövcud olsa belə, həmin adın verilməsini istina edən hallar və əsaslar imperativ norma şəkildə əks olunmuşdur. Həmin normanın məzmunundan görünür ki, şəxsə müharibə veteranı statusunun verilməsi əsasları mövcud olsa belə, şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə hərbi cinayətinə görə məhkum edilməsi və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi halının mövcud olması, ona qeyd edilən adın və statusun verilməsini istisna edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 25 mart N994-cü il tarixli müvafiq əmr əsasında hərbi hissəni özbaşına tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılmaqla, ştatdan kənar edilərək, haqqında cinatət işinin qaldırılması əmr edilsə də, cinayət işinin materialları mövcud olmamış, habelə cinayət iş üzrə məhkəmə hökmünun qəbul edilməsi, iddiaçının məhkum edilməsi halları mövcud olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, N8 iyul N994-cü il tarixli müvafiq əmr əsasında şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlara daxil edilmiş, müvafiq əmr əsasında isə xx.xx.N995-ci il tarixdə qanuni əsaslarla hərbi xidmətdən təxris olunmuşdur. Göründüyü kimi iddiaçıya münasibətdə hərbi hissəni özbaşına tərk etmə hərbi cinayətinə görə məhkum edilməsi və ya bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi halları aşkar edilməmiş, əksinə iddiaçının hərbi xidmətdə olması, hərbi xidmətini davam etdirməsi və qanuni əsaslala hərbi xidmətdən təxris olunması halı müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdə olması, özbaşına tərketmə halından sonra şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi, hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada təxris olunması, habelə barəsində məhkəmə hökmünün qəbul edilməsi, məhkum edilməsi halları olmadığı halda, formal olaraq yalnız cinayət işinin qaldırılması barədə əmrə istinad etmişdir. Bu hal isə qanunvericilik normasının tələbinə zidd olmuşdur. Belə ki, qanunvericiliyin qeyd edilən normasının dispoztiv şərtində müharibə veteranı statusunun verilməsinin əsaslarının şamil edilmədiyi hallara cinayət işinin qaldırılması halının mövcudluğu deyil, cinayətə görə məhkum edilməsi və ya bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi halı qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazının dəlilləri əsassız olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinə münasibətdə onun qanuni əsası qismində çıxış edən "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin dispoztiv şərtləri (döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla hərbi xidmətdən təxris olunması) mövcud olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N409/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-525/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-525/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver