Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-526/2024 31.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı müddətsiz əlilliyinin bərpa edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(118)-2362/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: xx.xx.2000-ci il tarixli müayinə aktına əsasən İddiaçı 2000-ci ildən ”ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcəli əlillik, xx.xx.2017-ci il tarixdən isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən 5 il müddətinə xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. 01 noyabr 2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik əlllik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2000-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında fəal iştirak etmiş və ağır yaralanmışdır. xx.xx.2000-ci il tarixdən ikinci dərəcəli ümumi xəstəliklə əlaqədar müddətsiz əlil olmuş, sonradan onun barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən 2017-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra onun əlilliyinin səbəbi dəyişdirilərək xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən 5 il müddətinə xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ona müddətsiz əlillik təyin edilməli idi. Belə ki, onun əlilliyinin yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki artıq xx.xx.2017-ci ildə qiymətləndirilmişdir. Agentlik 2017-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci dərəcə əlilliyi müddətsiz təyin etməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(118)-2362/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdehnə qarşı “xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və həmin iddia ərizəsinə dair inzibati iş hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Qeyd olunan iddia ərizəsi ilə hazırki inzibati işdə olan iddia ərizəsinin ifadə tərzi fərqli olsa da, tələblərin məzmunundan görünür ki, iddiaçı mahiyyət üzrə eyni tələblə məhkəməyə yenidən müraciət etmişdir. Lakin, qanunvericiliyin tələbinə əsasən iddiaçı iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında əlavə olaraq bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən eyniməzmunlu iddia ərizələrinə bir neçə məhkəmədə baxıla bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının oxşar məzmunlu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etdiyi, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən belə eyni bir iddia ilə başqa məhkəməyə müraciətin yolverilməz olduğu əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, məhkəmə iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, iddiaçı hazırkı iddiası ilə eyni vaxtda digər iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən ikinci dərəcəli əlilliyin əlllik altsistemində etibarsız hesab edildiyi 01 noyabr 2021-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2- 1(118)-2226/2024 saylı qərardadına əsasən, inzibati orqana ilkin müraciətin olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan hazırda iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, iş apellyasiya instansiyasının icraatındadır. İşə baxan məhkəmə iddiaçının yuxarıda qeyd edilən tələbi ilə hazırkı iddia tələbini mahiyyəti üzrə eyni tələblər kimi qiymətləndirərək, İPM-nin 45.5.1-ci maddəsinə istinad edərək işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən hər hansı birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsi yolverilməz olduğundan iddianı mümkün saymamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının digər tələbi ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi 01 noyabr 2021-ci il tarixdən bərpa edilməsi barədədir, hazırkı iddiasında isə əlilliyinin müddətlə bağlı komponentini mübahisələndirir. Tələblər fərqli olduğundan, İPM-in 45.5.1-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Lakin kollegiya hesab edir ki, hazırkı iddia başqa əsasla mümkün deyildir. Belə ki, AR İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, iddiaçı ərizənin xahiş etdi hissəsində xx.xx.2000-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, ərizənin məzmunundan görünür ki, iddiaçı əslində xx.xx.2017-ci il tarixdən təyin edilmiş ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlilliyin 5 il müddətinə təyin edilməsi ilə razılaşmır və məhz həmin əlilliyin müddətsiz təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçıya əvvəlcə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, daha sonra isə özünün müraciəti əsasında xx.xx.2017-ci il tarixdən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək ona ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddia ərizəsində məhz 2017-ci ildə aparılan qiymətləndirmə zamanı əlilliyin müddətli təyin edilməsi ilə razılaşmadığını bildirir və əsas kimi, bundan öncə 17 il ərzində müddətsiz əlil olduğunda istinad edir. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırkı məzmunda qaldırdığı iddiada xx.xx.2017ci il tarixdən təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcəli əlilliyin müddətinin dəyişdirilərək, ümumi səbəbdən əlillik (2000-2017) təyinatı zamanı olduğu kimi, müddətsiz əlillik təyin edilməsini xahiş edir. İddianın növü ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya instansiyası məhkəmələrinə və inzibati məhkəmələrinə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 65, 66 və 67-ci bəndlərində göstərilmişdir ki, əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq diferensiallaşdırıldığından, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa sikayət etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Bu kimi mübahisələrdə, məhkəmələr tərəfindən ilk növbədə, iddiaçının əlilliyi olan şəxs statusuna malik olub-olmamasının dəqiqləşdirilməsi zəruridir. Belə ki, işlərin öyrənilməsi zamanı bəzən əlilliyi ləğv edilmiş şəxsin əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı iddiasına məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmaqla həll edilməsi halları da müəyyən edilmişdir. Əlilliyin dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyinin dəyişdirilməsinə dair iddia qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın iddiaçıya təqdim edildiyi vaxtdan 30 gün ərzində məhkəmə qaydasında mübahisələndirilməli olması mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İşdən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, iddiaçı həmin qərardan təyinat aparıldığı vaxtdan məlumatlı olmuş, qərarla razılaşmış, əlilliyin müddətlə bağlı komponentini ötən 6 il ərzində mübahisələndirməmiş, yalnız xx.xx.2023-cü il tarixdə hazırkı məzmunda iddia ilə məhkəməyə müraciət etmiş və bununla da, İPM-in 38.1-ci maddəsində göstərilmiş 01 aylıq iddia müddətini ötürmüşdür. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Sadalananlara əsasən kollegiya hesab edir ki, hazırkı iddia iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə cavab vermədiyindən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(118)-2362/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-526/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-526/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver