Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-527/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Hüseynzadə Leyla Afət qızının nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-159/2022 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarın, həmin qərar əsasında mərhum X13 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-ci il tarixli vərəsəlik şəhadətnməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən verilmiş ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X10 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirmiş, sonuncu tələbində mərhum X13 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, AR X22 Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından göründüyü kimi Quba rayonu Xucbala kənd Sovetinin Digah kəndi üzrə təsərrüfat başına kitabında babası X8 təsərrüfat başçısı olması və şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış sahəsi və xüsusi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsinin olması göstərilmiş, axırıncının xx.xx.1986-cı ildə vəfatından sonra və 1991-2000-ci illlərə aid təsərrüfat başına kitabında atası X4 təsərrüfat başçısı kimi göstərilərək onun şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmiş, eyni zamanda xx.xx.1990-cı ildə X4 vəfatından sonra həmin kitabda təsərrüfat başçısı kimi əmisi X13 adının yazıldığı göstərilmişdir. Göründüyü kimi qeyd edilmiş rəsmi arxiv arayışı ilə mübahisə edilən yaşadığı evin və torpaq sahəsinin atası X4 şəxsi mülkiyyətində olması müəyyən edilmiş, lakin atasının vəfatından sonra təsərrüfat başçısı kitabında əvəllər RF-nın Surqut şəhərində,1980-ci ildən isə vəfat edən günədək, yəni 2011-ci ilədək, Bakı şəhərində qeydiyyatda olmuş və yaşamış əmisi X13 adının qeyd edilməsi göstərilmişdir. Baxmayaraq ki, əmisi Afət Mirzəxanov mərhum atasının mülkiyyətində olan evdə bir gün də yaşamamış, qeydiyyatda olmamış, əvvəl Rusiyanın Surqut şəhərində, daha sonra isə 1980-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 2011-ci ildə də Bakı şəhərində vəfat etmişdir. X2 məxsus olmuş Quba rayonu Digah kəndində yerləşən evdə özü yaşamış, atasının vəfatından sonra da o, anasının himayəsində həmin evdə yaşamışdır. 2 yaşında olarkən yəni 1992-ci ildə anası onu atasının evində goyub getmiş, Bakı şəhəri Binəqədi rayon İHB-nın xx.xx.1994-cü İl tarixli, 898 saylı qərarı ilə bibisi X20 ona qəyyum təyin edilmiş və o vaxtdan da o yetkinlik yaşına çatanadək bibisi Rübabə Saidovanın himayəsində yaşamış, yetkinlik yaşına çatanadək bibisi atasından ona miras qalmış əmlakı, o cümlədən, sözügedən 40 kv.m olan fərdi yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsini, rəsmi qəyyumu olaraq faktiki qəbul edib idarə etmiş, onun tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqların və əşyaların yerləşdiyi həmin ev onun sərəncamında və istifadəsindədir. 2018-ci ilin mart ayının əvəllərində həmin evə gələn və ondan evin açarlarını tələb edən üçüncü şəxs X9 ona məlum olmuşdur ki, o, iddiaçının yaşadığı evi və evin yerləşdiyi torpaq sahəsini xx.xx.2011-ci il tarixdə vəfat etmiş əmisi X13 qızı Hüseynzadə Leyla Afət qızı ilə aralarında xx.xx.2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsi əsasında almışdır. Faktla bağlı Quba rayon məhkəməsində Hüseynzadə Leyla Afət qızına, X14 və qeyrilərinə qarşı qaldırdığı tələb əsasında müvafiq rəsmi orqanlardan tələb edilmiş sənədlərdən ona məlum olmuşdur ki, X13 adına xx.xx.2002-ci il tarixdə həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ verən şəhadətnamə verilmiş və onun vəfatından sonra həmin əmlak qızı cavabdeh Hüseynzadə Leyla Afət qızının adına xx.xx.2011-ci il tarixdə vərəsəlik qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında axırıncının adına xx.xx.2012-ci il tarixli reyestrdən çıxarış verilmiş, həmin çıxarış əsasında da o, evi və torpaq sahəsini xx.xx.2017-ci il tarixdə X1. Aparılmış araşdırmalar nəticəsində Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1253/2018 saylı qətnaməsi ilə cavabdehlər Hüseynzadə Leyla Afət qızına və qeyrilərinə qarşı əmisi X13 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-cİ il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X10 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli AN-l ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı,1236167 saylı, xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilmiş, həmin qətnamədən X10 verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 773/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Hüseynzadə Leyla Afət qızının xx.xx.2020-ci il tarixdə verdiyi kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-469/2021 saylı qərarı ilə Hüseynzadə Leyla Afət qızının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-773/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə bir nəticəyə gələrkən, apellyasiya instansiya məhkəməsində işə baxarkən mübahisəli torpaq sahəsinə dair X15 şəhadətnamənin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı saylı qərarı əsasında verildiyini, həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi qaldırılmadığını, qeyd edilmiş qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılmasının qeyri-münkün olduğunu, inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın mübahisələndirilməsi "İnzibati icraat haqqında" qanunun 1.2ci, İPM-nin 1.1 və 1.2-ci maddələrinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğunu əsas olaraq göstərmişdir. Kassasiya instansiya məhkəməsinin istinad edilmiş göstərişlərinə uyğun olaraq mərhum X15 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasın xx.xx.1997-ci il tarixli, 04 saylı saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair aidiyyatı orqanlara müraciət edilmiş, müraciətlərə cavab olaraq Quba rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə bu haqda X22 Filialına müraciət edilməsi tövsiyyə edilmiş, X22 Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 04 saylı iclas protokolunun 0,21 ha torpaq sahəsinin verilməsi haqda məlumat aşkar edilməməsi bildirilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Quba rayon AİK-nin sözügedən qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin DTXK tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilmədiyini və nəhayət "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər barədə Mərkəzin arxivində heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Daha sonra DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci tarixli və xx.xx.2021-ci tarixli məktubları ilə həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Həmin qərarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciət mahiyyəti üzrə baxılması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş, axırıncının xx.xx.2021-ci il tarixli, **********34 saylı məktubu ilə bir daha təsdiq edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər barədə Xidmətin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilmiş rəsmi sənədlərdən məlum olur ki, mərhum Afət Mirzəxanovun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın əsasını təşkil edən sənədlər müəyyən edilmədiyindən həmin qərar əsasında axırıncının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, həmin şəhadətnamə əsasında cavabdeh Leyla Hüseynzadənin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış, o cümlədən axırıncı ilə cavabdeh Vüsalə Cəfərovanın aralarında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış qanuni və əsaslı sayıla bilməz. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2002-ci il tarixli şəhadətnamənin qeyriqanuniliyi eyni zamanda onunla sübuta yetirilir ki, X25 rayonu, Digah kəndində ümumiyyətlə qeydiyyatda olmamış, yaşamamış, əvəllər RF-nın Surqut şəhərində, daha sonra isə xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək olan müddət ərzində ünvan 1 ünvandan qeydiyyatdan çıxaraq ünvan 2kr, Məmmədov küçəsi, ev 209, mənzil 60-a qeydiyyata düşmüş və xx.xx.2011-ci ildə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hesab edir ki, Respublika üzrə rayonlarda 2005-ci ilədək fəaliyyət göstərmiş X11 yalnız ərazi üzrə qeydiyyatda olmaqla yaşayan sakinlərin qanuni əsaslarla istifadələrində olan torpaq sahələrinə dair şəhadətnamələrin verilməsinə dair qərarlar qəbul edildiyindən, ümumiyyətlə, Quba rayonu Digah kəndində qeydiyyatda olmamış, yaşamamış, 1980-cı ildən vəfat edən günədək Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış X13 adına torpaq şəhadətnaməsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarın aşkar edilməməsi həmin qərarın etibarsız olması və qeyd edilmiş qərar əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərinin etibarsız olmasına dair qərar qəbul edilməsi üçün əsas kimi qəbul edilməlidir. Digər tərəfdən X7 rayonun Digah kəndində qeydiyyatda olmaqla yaşamış olsa belə vəfat edən günədək atası X4 şəxsi mülkiyyətində olan yaşayış sahəsi 40 kv.m olan yaşayış evinə və həmin evin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə atasının birinci növbəli vərəsəsi ola-ola əmisi X13 adına torpağın mülkiyyətə verilməsinə dair qərarın qəbul edilməsi qanunla yolverilməzdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarix, 04 saylı qərarı, həmin qərar əsasında mərhum X13 adına Quba rayonu Digah kəndində yerləşən 0.21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 217,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X10 aralarında bağlanmış və Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105) 773/2019 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-159/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, mərhum X13 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmişdir (hakim L.Mirzəyeva). Üçüncü şəxs Hüseynzadə Leyla Afət qızının nümayəndəsi və vəkili həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçının Quba Rayon Məhkəməsinə təqdim etdiyi X22 filialının xx.xx.2018-ci il tarixli arxiv arayışında iddiaçı X3 adı olmamışdır. Bundan əlavə, həmin arxiv arayışında Zeydulla Mirzəxanovun mülkiyyətində olmuş evin ümumi sahəsi 40 kv.m göstərilmişdir, vərəsəliklə onun mülkiyyətinə keçmiş və satdığı evin ümumi sahəsi isə 127,7 kv.m-dir. Birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilən “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Afət Mirzəxanovun adına Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı əsasında tərtib olunmuşdur. Hesab edir ki, AİK-nın həmin qərarı qüvvədə olduğu halda onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsinin qanuni əsası yoxdur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, heç bir dövlət orqanı Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarının mövcud olmadığını və ya saxta olduğunu bildirməmişdir. 30 ildən sonra – saxlama müddəti bitəndən sonra arxivdə həmin qərarın surətinin aşkar olunmaması həmin qərarın ümumiyyətlə mövcud olmaması və ya onun əsasında verilmiş sənədlərin qanunsuz sayılması üçün əsas ola bilməz. Qeyd edir ki, iddiaçı tərəf yaxın qohumları olmaqlarına baxmayaraq bilərəkdən məhkəmə prosesində iştirakına maneələr yaradaraq, məhkəmə prosesində iştirakını təmin etməmişlər və bir sıra sübutları məhkəməyə təqdim etməmişlər və bu səbəbdən məhkəmə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı 0,21 ha torpaq sahəsinin Afət Mirzəxanovun mülkiyyətinə verilməsi barədə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarından qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verməmişdir, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı qüvvədə olduğu halda iddiaçı həmin qərarı mübahisələndirmədən müddət keçdikdən sonra onun nəticəsi olaraq JN-399F kod 30327028 nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələb etmişdir. Qeyd edir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Hüseynzadə Leyla Afət qızının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən X15 hər hansı torpaq sahəsinin ayrılmasına dair qərarın mövcudluğu müyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması, ümumiyyətlə X13 adına aqrar islahat zamanı torpaq sahəsinin ayrılmasının müəyyən olunmaması həmin şəhadətnamənin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu hal qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddia tələbi X13 adına tərtib edilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin ləğv edilməsi barədədir. İş materiallarında olan JN-399FA seriyalı KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 04 saylı, 03 may 1997-ci il tarixli qərarına əsasən 0,21 ha torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Məhkəmə, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının qərarının mövcud olmadığına istinad edərək iddia tələbini təmin etmişdir. Halbuki, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 dekabr 2021-ci il tarixli, **********10 saylı məktubla təqdim edilmiş sənəddən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba rayonunun Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 399cu bəndində X13 adı qeyd edilmiş və ona 0,21 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir. Beləliklə, Quba rayonunun Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, X15 islahat zamanı 0,21 ha torpaq sahəsinin ayrıldığının qeyd edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə əlavə araşdırma aparılmamışdır. X12 Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halları araşdırılmaq məqsədilə "xxxx" MMC-yə təkrar sorğu ilə müraciət edilməklə Quba rayonu Digah kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin adlı siyahısının tam mətni və həmin siyahının tərtib edilməsinə əsas olan Aqrar İslahat Komissiyasının qərarı tələb edilməli, Dövlət Arxivinə sorğu edilərək, 1997-ci il tarixdə Quba rayonu Digah kəndində aqrar islahatın aparılması ilə bağlı yerli aqrar islahat komissiyasının qərarı və islahat zamanı torpaq payı alan subyektlərin adlı siyahısı, o cümlədən Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarının tam mətninin arxiv surəti tələb edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının sonuncu dəqiqləşmədən öncəki tələbi mübahisələndirmə haqqında iddia olmaqla, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarının ləğvi barədə olmuş, sonradan iddiaçı tələbini dəqiqləşdirərək, şəhadətnamənin ləğvinə dair öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Odur ki, yuxarıda qeyd edilən qaydada aparılmış araşdırma nəticəsində Aqrar İslahat Komissiyasının qərarının mövcudluğu müəyyən edildiyi təqdirdə, iddiaçıya hüquqi yardım edilməklə iddia tələbini dəqiqləşdirmək təklif edilməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi, iddianın növünün dəyişdirilməsinə yalnız birinci instansiya məhkəməsində icraat zamanı yol verilir. Beləliklə, kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-159/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-527/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-527/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver