Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-527/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliyeva (Nəzərova) Gülşən Nüsrətəli qızının cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Əliyeva (Nəzərova) Gülşən Nüsrətəli qızının cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli(seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1763/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. Tikinti işlərinin dayandırılması barədə qərarda göstərilmişdir ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində tikinti obyektində yüngül konstruksiyadan 8 ədəd çadırın quraşdırılması işləri aparılır. Həmçinin həmin qərarda pozuntuların aradan qaldırılması üçün aşağıdakı məzmunda göstəriş verilmişdir: “Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsi təmin edilsin”. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsində quraşdırılan 8 ədəd çadırdan ibarət tikilinin quraşdırılmasına və ya tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən icazə tələb olunmur. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlı olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDRdən çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsində quraşdırılan 8 ədəd çadırdan ibarət tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələbinə əsasən icazə tələb olunmayan tikili hesab edilir. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDRdən çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsində quraşdırılan 8 ədəd çadırdan ibarət tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələbinə əsasən məlumatlandırma icraatı həyata keçirilməsi tələb olunan tikililər hesab edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Əliyeva (Nəzərova) Gülşən Nüsrətəli qızı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli(seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarının ləğv edilməsi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(112)-12548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən Çıxarışa əsasən X3 mülkiyyətindədir. Sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan “Torpaq sahəsinin planı və ölçüsü" xx.xx.2009-cu il tarixdə tərtib edilmişdir. Bu il həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə bu ilin yay aylarında həmin torpaq sahələrində yüngül konstruksiyalı 8 ədəd ÇADİRın quraşdırılmasına başlamışdır və artıq 8 ədəd ÇADİRın quraşdırılmasını qismən başa çatdırmışdır. Bu zaman əraziyə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 əməkdaşları gələrək, torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2022-ci il tarixli 0606 saylı qərar qəbul etmişlər. Həmin qərarın surəti onlara xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə təqdim etmək üçün rəsmi qaydada verilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, həmin qərardan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində tikinti obyektində yüngül konstruksiyadan 8 ədəd ÇADİRın quraşdırılması işləri aparılır. Həmçinin həmin qərarda pozuntuların aradan qaldırılması üçün aşağıdakı məzmunda göstəriş verilmişdir: “Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsi təmin edilsin”. Həmin qərardan da göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işləri deyil, məhz yüngül konstruksiyadan 8 ədəd çadırın quraşdırılması işləri aparılmışdır. Həmin Məcəllənin 92-ci maddəsi də “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması"nı müəyyən edir. Belə ki, həmin normanın, o cümlədən 92.4.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, həmin norma yüngül konstruksiyadan quraşdırma işlərini deyil, Tikinti işlərinin dayandırılmasını ehtiva edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsinə əsasən: 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə. Belə olan halda, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinin tələbləri iddiaçının yüngül konstruksiyadan quraşdırdığı çadırlara şamil edilə bilməz. Belə ki, qanunun həmin maddəsi tikintisinə icazə tələb olunan obyeklər barədədir. Hesab edir ki, çadır, tikintisinə icazə tələb olunan və ya məlumatlandırılma icraatı tələb olunan tikinti kateqoriyasına aid deyil, təməli olmayan, yüngül konstruksiyalı quraşdırmadır, yəni ümumiyyətlə qanunvericiliyin də tələblərindən göründüyü kimi, quraşdırma işi olmaqla, tikinti deyildir. Lakin cavabdeh aktla işin bu halını doğru qeyd etsə də, həmin çadırları xüsusi icazə tələb olunan tikinti kimi təqdim etmişlər. Beləliklə, göründüyü kimi, torpaq sahəsində quraşdırılan çadırlar barədə qəbul edilmiş 15 avqust 2022-ci il tarixli 0606 saylı Qərar qanunsuz və əsassızdır. Belə ki, bir daha qeyd edir ki, həmin Qərarda istinad edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin ona məxsus ərazidə quraşdırılmasına icazə tələb olunmayan yerüstü çadırlara heç bir aidiyyəti yoxdur. Belə ki, qanunun həmin maddəsi tikintisinə icazə tələb olunan obyeklər barədədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən torpaq sahəsində, həmin torpaq sahəsinin mülkiyyətçisi X4 tərəfindən yüngül konstruksiyalardan taxta platformalar üzərində 8 ədəd çadırın quraşdırılması və 2 ədəd çadır üçün platformaların hazırlanması faktı aşkar olunmuşdur. Aparılan tikinti işləri Gülşən Nəzərova tərəfindən dövlət orqanları tərəfindən mühafizə olunan obyektdən 400-500 metr məsafədə yerinə yetirilir. Quraşdırılan çadırlarda gələcəkdə vətəndaşların, habelə əcnəbilərin müvəqqəti qalacaqlarını nəzərə alaraq, onların təhlükəsizliyini təmin etmək, həmin obyektin torpağın təyinatına uyğun olub-olmamasını, ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısı ilə mənfi təsirinin olub-olmamasını müəyyən etmək, habelə dövlət təhlükəsizliyi maraqlarının qorunması məqsədilə tərəflərindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1- ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə 15 avqust 2022-ci il tarixli 0606 nömrəli qərar qəbul edilmiş və obyektin tikintisinə (quraşdırılmasına) müvafiq qaydada icazənin alınması tələb olunmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü həmin Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əsasən yoxlanılır. Bundan sonra icazə verən orqan (qurum) layihəsiekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxmalı, tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir. Eyni zamanda, iddiaçı məsələ ilə bağlı inzibati qaydada Agentliyə də şikayətlə müraciət etmişdir, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə uyğun olaraq inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılmalı olduğunu nəzərə alaraq, həmin şikayət üzrə başlanılmış icraata tərəflərindən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1763/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarının ləğv edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı deyildir. Cavabdeh inzibati orqan mübahisələndirilən inzibati akt ilə tikintinin dayandırılmasını tələb etmiş, əsas olaraqda tikintiyə icazə sənədinin olmamasını göstərmişdir. Halbuki, mübahisələndirilən qərarda cavabdeh inzibati orqanın özü tikinti işlərinin aparıldığını yox, yüngül konstruksiyadan 8 ədəd çadırın quraşdırılması işləri aparıldığını qeyd etmişdir. Yüngül konstruksiyalı çadırın quraşdırılması üçün qanunvericilikdə icazə tələb olunmasının müəyyən olunduğunu inzibati orqan sübut edə bilməmişdir. Mübahisələndirilən qərarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 saylı qərarı ilə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma işlərinin siyahısında 3 və 4-cü bəndlərə istinad edilməmiş, yüngül kanstruksiyalı çadır quraşdırıldığı qeyd edilmişdir. Bundan əlavə quraşdırılan çadırların asanlıqla sökülərək digər yerlərdə guraşdırıla bilməsi işin mübahisə olunmayan halı kimi müəyyən edilmişdir. Cavabdeh özü də mübahisələndirilən qərarında 8 ədəd çadırın yüngül konstruksiya olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən tikinti işlərinin aparılmaması mübahisələndirilən qərardada qeyd edilmişdir, eyni zamanda bu hal məhkəmə tədqiqatı zamanıda öz təsdiqini tapmışdır. İddiaçının həmin ərazidə göstərəcəyi fəaliyyətə nəzarəti digər müvafiq qurumlar həyata keçiriyi üçün, bu halların araşdırılmasını səlahiyyətli qurumlar həyata keçirməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk növbədə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən tabeliyində olan inzibati ərazidə aparılan qanunsuz tikiliyə münasibəti aydınlaşdırılmamışdır. Eyni zamanda sözü gedən obyektin dövlət orqanları tərəfindən mühafizə olunan obyektdə yaxın məsəfədə yerləşməsi nəzərə alınmamışdır, (hava məsafəsi 400-500 metr təşkil edir). Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə əsasən Tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququnun olması ilə əiaqədar məhkəməyə izah verildiyi halda məhkəmə yüngül konstruksiyalı çadırların tikinti işlərinə aid olmamasını və buna icazə tələb olunmamasını əsas gətirərək mübahisələndirən inzibati aktı əsassız hesab etmişdir. Halbuki texniki göstəricilərinə görə çadırın quraşdırıldığı taxta materialı yünğül tikinti materialı hesab olunur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 saylı qərarı ilə təsdiq edilmiş Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma işlərinin siyahısında 3 və 4-cü bəndlərdə metal konstruksiyaların və ağac konstruksiyaların quraşdırılması kimi göstərilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin həmin dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, əvvəla Azərbaycan Respublikası MM-in 180-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin normanın hazırkı mübahisənin predmetinə heç bir aidiyyəti yoxdur. İkincisi, apellyasiya şikayətində Azərbaycan Resdpublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə istinad edilməsi də tamamilə qanunsuzdur. Bundan başqa, apellyasiya şikayətinin Şamaxı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına calb edilməsinin zərurətinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri də tamamilə qanunsuz və əsassızdır. Əvvəla ona görə ki, Şamaxı Rayon İcra Hakimiyyətinin hazırkı mübahisənin predmetinə heç bir aidiyyəti yoxdur. İkincisi, ona görə ki, hətta əsaslı olsa idi belə, birinci instansiya məhkəməsində cavabdehin belə bir vəsatəti olmamışdır. Bundan başqa, apellyasiya şikayətinin texniki göstəricilərinə görə çadırın quraşdırıldığı taxta materialı yüngül tikinti materialı hesab olunur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 saylı qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinn siyahısı”nda 3 və 4cü bəndlərdə metal konstruksiyaları va ağac konstruksiyalarının quraşdırılması kimi göstərilməsi” və s. barədə dəlilləri də tamamilə qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1763/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilidir. Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: Maddə 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; ..... Maddə 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Maddə 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarının ləğv edilməsi”ni tələb edir. Cavabdeh inzibati orqan tərəfindən qeyd olunan qərarın qəbul eidlməsi əsası kimi həmin obyektin tikintisinə icazə sənədinin təqdim edilməməsi halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan toraq sahəsində yüngül konstruksiyalı 8 ədəd çadır quraşdırmağa başlamış, cavabdeh inzibati orqan tərəfindən isə həmin tikilinin quraşdırılması üçün icazə tələb olunduğu halda, icazə sənədinin təqdim edilməməsi halına istinad edilməklə, həmin tikilin quraşdırılmasının dayandırılması qərara alınmış, iddiaçı həmin qərar əsassız olduğundan, ləğv edilməsini tələb etmişdir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən dəlil qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavədə qeyd edilmiş Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma işlərinin Siyahısında 3-cü bəndə qeyd edilmiş Metal konstruskiyaların quraşdırılması və 4-cü bənddə qeyd edilmiş Ağac konstruksiyaların quraşdırılması halına, habelə qeyd edilən tikilinin quraşdırıldığı müvafiq torpaq sahəsinin mühafizə zonası yaxınlığında yerləşməsi halına istinad etmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən tikilinin müvafiq qanunvericiliyin norma və tələblərinə əsasən icazə tələb olunan tikili olub-olmaması halının müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə eksertizası təyin edilmiş, ekspert rəyinin məzmununda 8 ədəd çadırdan ibarət tikilinin quraşdırılmasına və ya tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən icazə tələb olunmadığı, həmin Məcəllənin 79-cu maddəsinin tələbinə əsasən icazə tələb olunmayan tikili hesab edilməsi, habelə həmin Məcəllənin 80-cı maddəsinin tələbinə əsasən məlumatlandırma icraatı həyata keçirilməsi tələb olunan tikililər hesab edilməsi qeyd edilmişdir. İndiki halda isə cavabdeh inzibati orqan tərəfindən qeyd edilən halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bununla da cavabdeh inzibati orqanın dəlil kimi istinad etdiyi müvafiq tikintiyə icazə sənədinin təqdim edilməməsi əsası ilə bağlı istinad etdiyi hal iş materialları əsasında təkzib olunmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan Şamaxı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinin zərurətinin məhkəmə tərəfindən nəzərə alınmamasını, habelə həmin tikilinin quraşdırılması ilə bağlı yerli icra hakimiyyəti orqanının münasibətinin aydınlaşdırılmaması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə eyd edir ki, formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq hər hansı inzibati iş üzrə şəxsin adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunması üçün bir sıra şərtlərin məcmu halda mövcud olması zəruridir, həmin şərtlərə daxildir: üçüncü şəxs qismində cəlbetmə ilə bağlı məhkəmənin icraatında inzibati iş olmalı, prosessual fəaliyyət qabiliyyəti olmalı, inzibati aktın digər şəxsin hüquqlarına birbaşa təsir etməsi halı (zərrui cəlbetmə halında) və ya şəxsin qanunla qorunan maraqlarına digər qaydada toxunma halı (adi cəlbetmə halında) mövcud olmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı). Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda mübahisə predmeti qismində məhz cavabdeh tərəfindən qəbul edilmiş tikilinin quraşdırılmasının dayandırılması barədə qərar çıxış etmiş, işin mübahisəli halı isə məhz həmin tikili ilə bağlı icazə sənədinin verilməməsi halı təşkil etmişdir. İndiki halda isə həmin tikiliyə dair icazə sənədinin verilməsi halnın tələb olunmadığı müəyyən edilmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan tələb müvafiq yerli icra hakimiyyəti orqanın fəaliyyəti ilə bağlı olmadığından, habelə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının müvafiq yerli icra hakimiyyəti orqanın hüquqlarına birbaşa təsir etmə və ya qanunla qorunan maraqlarına toxunması halının mövcudluğu müəyyən edilmədiyindən, qeyd edilən hissədə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan qeyd edilən tikilinin mühafizə olunan obyektə yaxın məsafədə yerləşməsi halına istinad etmişdir. Lakin buna baxmayaraq, həmin hala dair heç bir dəlilə istinad etməmiş, qeyd olunan halın nədən ibarət olması, habelə müvafiq tikilinin quraşdırılmasının hansı mühafizə qaydalarına zidd olması ilə bağlı heç bir hala istinad etməmişdir. Bununla da məhkəmə araşdırması zamanı qeyd edilən halın da müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş ürə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1763/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-527/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-527/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver