Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-529/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-971/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 19 yanvar 2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən iddiaçının sığorta stajı 18 il 05 ay 12 gün təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin, idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmamış və bu səbəbdən də həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı AR ƏƏSMN tabeliyində DSMF-nin X1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin X1 müraciət edərək ona 29 oktyabr 2021-ci il tarixindən əmək pensiyası təyin edilməsini xahiş etmiş, X2 tərəfindən ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən Qaydalara 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir ki, həmin siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd təqdim olunur. Göründüyü kimi tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri, işlədiyi müəssisənin arayışını cavabdehə təqdim etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçası, hərbi bilet və diplomun surətinə əsasən iddiaçının mübahisəsiz sığorta stajı 18 il 05 ay 12 gündür. İddiaçının əmək kitabçasında xx.xx.1995xx.xx.1999-cu il tarixlərdə “8 N-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “Pərviz-H.A” müəssisəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin, “8 №li Təmir tikinti” sahəsinin və “Pərviz-H.A” müəssisəsinin hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (08 il 03 ay 15 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq tərəflərindən mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisələr ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********704900 nömrəli məktubda “8 N-li Təmir tikinti” sahəsinin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə 8/5-39 nömrə ilə və “Pərviz-H.A” müəssisəsinin xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatdan keçdiyi qeyd olunmuşdur. Belə olan halda “8 N-li Təmir tikinti” sahəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçdiyini nəzərə alaraq, xx.xx.1995-xx.xx.1999-cu illər (04 il 05 gün) sosial sığorta stajına daxil edilə bilməz. “Pərviz-H.A” müəssisəsinin dövlət qeydiyyatı mövcud olmasına baxmayaraq hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından xx.xx.2000-xx.xx.2004-cü illər (04 il 03 ay 10 gün) sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə iddiaçının işə daxilolma, işdən azad edilmə əmrləri, əməkhaqqı cədvəlləri, məzuniyyətdə olduğu dövrlər barədə məlumatların təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli, **********0 nömrəli sorğu göndərilməsinə baxmayaraq cavab gəlməmişdir. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-971/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli **********3 nömrəli təkrar sorğu göndərildikdən sonra Milli Arxiv İdarəsinin və X7 filialının məktublarına əsasən hər iki müəssisə üzrə sənədlərin mühafizə üçün arxivə təhvil verilmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qərarını Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********178400 nömrəli məktubla əsaslandırılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan həmin məktubda hüquqi ünvanı Qubadlı rayonu olan 8 №-li Təmir-Tikinti Sahəsinin xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatından keçdiyi göstərilmişdir. Lakin iddiaçının əmək kitabçasında onun “8 №-li Təmir tikinti” sahəsində işlədiyi qeyd olunmasına baxmayaraq, Qubadlı rayonuna dair hər hansı qeyd mövcud olmamışdır. Göründüyü kimi “8 №-li Təmir tikinti” sahəsinin dövlət qeydiyyatına dair ziddiyyətlər mövcuddur. Eyni zamanda Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialından daxil olmuş **********4 nömrəli məktubda “8 №-li Təmir tikinti” sahəsinin və “Pərviz-H.A” müəssisəsinin hesabat məlumatlarının filiala təhvil verilmədiyi göstərilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası təşkil edir. İş materiallarına əsasən, iddiaçının mübahisəsiz sığorta stajı 18 il 05 ay 12 gündür. Əmək kitabçasına əsasən, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddət cavabdeh tərəfindən sığorta stajına daxil edilmədiyindən iddiaçıya pensiya təyinindən imtina edilmişdir. Belə ki, cavabdehin mövqeyinə görə, Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********704900 nömrəli məktubda “8 N-li Təmir tikinti” sahəsinin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə 8/5-39 nömrə ilə və “Pərviz-H.A” müəssisəsinin xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatdan keçdiyi qeyd olunmuşdur. Belə olan halda “8 N-li Təmir tikinti” sahəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçdiyini nəzərə alaraq, xx.xx.1995-xx.xx.1999-cu illər (04 il 05 gün) sosial sığorta stajına daxil edilə bilməz. “Pərviz-H.A” müəssisəsinin dövlət qeydiyyatı mövcud olmasına baxmayaraq halhazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından xx.xx.2000xx.xx.2004-cü illər (04 il 03 ay 10 gün) sosial sığorta stajına daxil edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında Dövlət Vergi Xidmətinin verdiyi xx.xx.2022-ci il tarixli məlumatdan məlum olmuşdur ki, 8 nömrəli Təmir Tikinti Sahəsi 2002-ci ildən deyil, xx.xx.1993-cü ildən dövlət qeydiyyatından keçmiş, “Pərviz-H.A” müəssisəsi isə xx.xx.1994cü ildə qeydiyyatdan keçmiş və 2004-cü ildən inventarlaşmadan keçərək VÖEN almaq üçün müraciət etməmişdir. Yəni həmin məlumatdan görünür ki, Pərviz-H.A müəssisəsi xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək fəaliyyətdə olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin faktiki hallarını tam araşdırmamışdır. İlk növbədə kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası İcarə Müəssisəsi “Azmənzilsənaye” Təmir Tikinti Birliyi Füzuli rayon 1 nömrəli Təmir Tikinti Trestinin 8 nömrəli Xətai Təmir Tikinti Sahəsində işləməsinə baxmayaraq, cavabdeh iddia ərizəsinə etirazında və apellyasiya şikayətində tamam fəqrli müəssisə barədə məlumatlara istinad etmiş, eləcə də, birinci instansiya məhkəməsi tərəfindən də, qeyd edilən hala diqqət yetirilməmiş, iddiaçıya aidiyyəti olmayan başqa bir müəssisə barədə verilən cavaba istinad edilərək iddia təmin edilmişdir. Belə ki, cavabdeh, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********704900 nömrəli məktubuna istinad edərək, VÖEN ********** olan “8 №-li Təmir tikinti” sahəsinin xx.xx.2002-ci il tarixdə 8/5-39 nömrə ilə dövlət qeydiyyatından keçdiyindən iddiaçının həmin idarədə xx.xx.1995-xx.xx.1999-cu illər (04 il 05 gün) ərzində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********178400 nömrəli məktubuna əsasən, dövlət reyestrində hüquqi ünvanı Qubadlı rayonu olan 8 №-li Təmir tikinti Sahəsinin xx.xx.1993cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumata istinad edərək, həmin illəri sosial sığorta stajına daxil etmişdir. Beləliklə, işdən göründüyü kimi, cavabdehin etirazında qeyd etdiyi VÖEN ********** olan “8 №-li Təmir tikinti” sahəsinin hüquqi ünvanı Tovuz rayonu, məhkəmənin isə xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatından keçməsinı istinad etdiyi 8 №-li Təmir tikinti Sahəsinin isə hüquqi ünvanı Qubadlı rayonu olmaqla həmin müəssisələrin heç birinin iddiaçının işlədiyi 8 nömrəli Xətai Təmir Tikinti Sahəsinə aidiyyəti yoxdur. Nə məhkəmə, nə də cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisə ilə bağlı araşdırma aparmamışdır. İddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi “Pərviz-H.A” müəssisəsinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin müəssisəsinin xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatdan keçməsi barədə məlumata istinad etsə də, hüquqi şəxsin təsis sənədləri tələb edilərək tədqiq edilməmişdir. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halları araşdırılmaq məqsədilə aidiyyatı qurumlara müvafiq sorğular verilərək, iddiaçının Azərbaycan Respublikası İcarə Müəssisəsi “Azmənzilsənaye” Təmir Tikinti Birliyi Füzuli rayon 1 nömrəli Təmir Tikinti Trestinin 8 nömrəli Xətai Təmir Tikinti Sahəsi və “Pərviz-H.A” müəssisələrindəki iş stajı hərtərəfli araşdırılmalı, zərurət yaranarsa hər iki müəssisənin rəhbərləri, o cümlədən iddiaçı ilə eyni vaxtda həmin müəssisələrdə işləmiş iş yoldaşlarının məhkəmə iclasına şahid qismində çağırılaraq dindirilməsi təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-971/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7
Məhkəmə qərarları › İş №2-1(105)-529/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-529/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver