Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-529/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(118)- 1546/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 iyul 2015-ci il tarixli, 705 nömrəli qərarına əsasən Nizami RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin fevral ayında aldığı və xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmasından sonra sağ baldırın orta 1/3-nin içəri səthində çapıq toxuması, qamış sümüyünün diafizinin orta 1/3-nin kafi bitişmiş sınığı”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2007-ci il tarixdə TSEK-də müayinədən keçmiş və ona “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları, motor afaziya əlamətləri ilə. Sol tərəfli hemiparez” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2014-cü il tarixdə “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları. Beyin qabığının atrofiyası. Qabarıq asteno nevrotik sindrom. Hipertoniya xəstəliyi İİ m. Sol tərəfli hemiparez” ümumi xəstəlik səbəbindən diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik 2015-ci ildə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək uzadılmışdır. Bundan sonra iddiaçıya xx.xx.2015-ci il tarixdə “Keçirilmiş QKBT-dan sonrakı ensefalopatiya qıcolmalarla. Asteonevrotik vəziyyət” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, “Əlavə müayinəyə ehtiyacın olması – Səbəb: ixtisaslaşmış müayinə və müalicənin davam etdirilməsi məsləhət bilinir, stasionar müalicə müddəti yetərincə deyil. 2013-2020-ci illər ərzində müalicə almışdır” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Bundan sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, U00008952FYY nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 28 iyul 2015-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətinin uzadılmadığı 01 noyabr 2021-ci il tarixdən bərpa edilərək yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Belə ki, Qarabağ bölgəsində aparılan döyüş əməliyyatları zamanı 1992-ci ilin fevral ayında mina partlayışı nəticəsində ayaqlarından çoxsaylı qəlpə yarası alaraq uzun müddət hərbi tibb müəssisələrində müalicə almışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra hərbi xidmət zamanı aldığı yaralar səhhətində öz təsirini göstərməyə başlamış və bu yaralanmanın təsiri altında sağlamlığı pozulmağa bağlamışdır. Nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 iyul 2015-ci il tarixli, 705 saylı qərarı ilə xəsarətlərin hərbi xidmət vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu təsdiqlənərək "Qəlpə yaralanmasından sonra sağ baldırın orta 1/3-də birinin işəri səthində çapıq toxuması, qamış sümüyünün diafizinin orta 1/3-də kafi bitişmiş sınığı" diaqnozu qoyulmuşdur. Həmin diaqnoz 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən də təsdiqlənmiş, döyüş əməliyyatları zamanı aldığı xəsarət və yaralanma nəticəsində "sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərəçarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları” diaqnozu ilə 2015-ci ilin iyul ayında ona 2-ci əlillik dərəcəsi təyin edilmiş, 2016-cı ildə də əlilliyin müddəti 5 il uzadılmışdır. Lakin 2021-ci ilin iyul ayında iddiaçı təkrar müayinədən keçdikdə onun əlillik müddəti əsassız olaraq uzadılmamışdır. Bununla bağlı cavabdehə edilən müraciətlərinə baxmayaraq ona əlillik müddətinin uzadılmaması barədə rəsmi qaydada hər hansı məlumat verilməmiş və bu barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada elektron sistemdə yerləşdirilməmişdir. Dəfələlərlə etdiyi şikayətlərdən sonra 2021-ci ilin noyabr ayında ona bildirilmişdir ki, 2015-ci ildə ona təyin edilmiş əlilliyik 2021-ildə uzadılmamışdır. Lakin ona əlilliyin ləğvi barədə müvafiq qərar təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları => S06 – Kəllədaxili travma-> S06.8 – Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları, motor afaziya əlamətləri ilə. Sol tərəfli hemiparez; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. DİGƏR: Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və yuxarıda qeyd edilən “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları, motor afaziya əlamətləri ilə. Sol tərəfli hemiparez” diaqnozu ilə 1 il müddətinə əlillik verilmişdir. Həmin xəstəxananın xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları => S06 – Kəllədaxili travma> S06.3 – Baş beyinin ocaqlı travması Ocaqlı; Diaqnozun mətni: Keçirilmiş baş beyinin ocaqlı travması. Posttravmatik ensefalopatiya, k/daxili hipertenziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beynin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Həmin xəstəxananın xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları => S06 – Kəllədaxili travma> S06.3 – Baş beyinin ocaqlı travması Ocaqlı; Diaqnozun mətni: Keçirilmiş QKBT-dan sonrakı ensefalopatiya qıcolmalarla. Asteonevrotik vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. “Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Həmin xəstəxananın xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və yuxarıda qeyd edilən “Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” diaqnozu ilə 5 il müddətinə əlillik verilmişdir. 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83 – Serebral iflic və digər paralitik sindromlar => G81 - Hemiplegiya => G81.1 – Spastik hemiplegiya; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının nəticəsi. Diabetik polinevropatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Meyar: Mərkəzə göndərilmənin imtina edilməsinin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması: Səbəb: İxtisaslaşmış müayinə və müalicənin davam etdirilməsi məsləhət bilinir, stasionar müddəti yetərincə deyil. 2013-2020-ci illər ərzində stasionar müalicə almamışdır” səbəbi ilə imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 46 vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Belə ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 15 iyul 2015-ci il tarixli, 705 nömrəli qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra sağ baldırın orta 1/3-nin içəri səthində çapıq toxuması, qamış sümüyünün diafizinin orta 1/3nin kafi bitişmiş sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol ayağında keyimədən və baş ağrılarından şikayətlənmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı patologiya aşkar edilməmiş, aşağı ətraflarda hərəki məhdudluq, əzələlərdə atrofiya müşahidə edilməmişdir. 3 nömrəli şəhər Kliniki Xəstəxanası PHŞ xx.xx.2021-ci il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Norma daxilində baş-beyin KT müayinəsi” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(118)-1546/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri xx.xx.2016-cı il tarixdə ona cavabdeh tərəfindən “Sinir sisteminin müxtəlif mənşəli, kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları” diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Hazırda əsasən kəllə beyin daxilində kista, kimerlinin ikitərəfli deformasiyaya uğraması, epilepsiya və sinir xəstəliyindən əziyyət çəkir. Dövlət xətti ilə Rusiya Federasiyası və Ukrayna Respublikasında müayinə və müalicələr almışdır. Müalicələrdən sonra vəziyyətində dəyişikliklər olmamış, yalnız nitqində bir az irəliləyiş baş vermişdir. 3 nömrəli Şəhər Klinik Xəstəxanada stasionar müalicə aldıqdan sonra 26 nömrəli Şəhər Poliklinikası iddiaçıya növbəti əlillik təyini üçün TSEK-ə göndəriş vermişdir. Lakin TSEKnin xx.xx.2021-ci il tarixli cavabında “Diaqnoz əlillik əlaməti təyin etmemesi, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin xx.xx.2021-ci il tarixli imtina cavabından 30 gün müddətində - noyabr 2021-ci il tarixdə cavabdehin olduğu yer üzrə Bakı İnzibati Məhkəməsinə hazırki iddia tələbi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3909/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. 2016-cı ildən sonra səhhətində heç bir dəyişiklik olmamışdır. Yenidən əlillik təyini üçün TSEK-ə növbəti göndəriş göndərmiş, xx.xx.2022-ci il tarixdə yenidən əlillik təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, 2021-ci ilin noyabr ayında məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən sonuncu dəfə imtina cavabı verildikdən 1 ay müddətində Bakı İnzibati Məhkəməsinə əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə tərəfindən həmin iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra hazırkı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçının vəkili şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbinin qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürməklə qaldırıldığını qeyd edərək iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. Belə ki, işə baxan məhkəmə hazırkı iddianın növünü mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ona 28 iyul 2015-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətinin uzadılmadığı 01 noyabr 2021-ci il tarixdən bərpa edilərək yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad edərək inzibati aktla hüquqları pozulan şəxsin bu qərarın ləğv edilməsini yalnız müəyyən müddət ərzində tələb edə biləcəyini qeyd etmiş, başqa sözlə, iddiaçıya verilən imtina cavabını inzibati akt kimi qiymətləndirmişdir. Halbuki, hər hansı əlverişli şəraiti yaradan halın, konkret halda desək, əlilliyin təyin edilməsinin təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır, çünki belə bir imtina hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.10 və 2.0.11-ci maddələrində əlverişli və əlverişsiz inzibati aktların anlayışları verilmişdir. Belə ki, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Belə aktların fərqləndirilməsi isə birbaşa iddianın növlərinə təsir göstərir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. Bu baxımdan, iddiaçıya əlilliyin təyin edilməsindən imtina məktubu ona münasibətdə hər hansı əlverişsiz hüquqi vəziyyət yaratmadığından, mübahisələndirmə haqqında iddianın da predmeti ola bilməz. İddiaçının hazırki halda hüquqi marağı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədədir ki, buna da məcburetmə haqqında iddia vasitəsilə nail oluna bilər. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 2007-ci ildən ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcəli, 2014-cü ildən eyni səbəblə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik 2015-ci ildən 1 il müddətinə olmaqla 2016-cı il tarixədək uzadılmışdır. Bundan sonra ona xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra isə iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə ona əlilliyin təyinindən imtina edilmişdir. Növbəti dəfə iddiaçı TSEK-ə göndərilməsi üçün Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, U00008952FYY nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, yenə də diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina cavabı verildikdən sonra onun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixdə imtina cavabı verildikdən sonra iddiaçı müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmışdır. Bundan sonra tibb müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, U00008952FYY nömrəli göndəriş tərtib edilmiş, həmin göndəriş əsasında iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina cavabı verilmiş, ən nəhayət cavabdeh tərəfindən iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina haqqında 28 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra da iddiaçı 15 dekabr 2022-ci il tarixdə hazırkı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərardadında iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətin də ötürüldüyünü qeyd etmiş, dolayısı ilə məhkəmə iddiaçıya sonuncu dəfə 28 oktyabr 2022-ci il tarixli qərarla verilən imtinanı nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə iddiaçıya cavabdeh orqanın 28 oktyabr 2022-ci il tarixli, **********6 saylı qərarını ayrıca olaraq mübahisələndirmək imkanını izah etmişdir. Halbuki, yuxarıda şərh edilən mövqeyə əsasən hazırkı iddia mübahisələndirmə deyil, məcburetmə haqqında olmaqla, həmin qərar iddiaçıya münasibətdə əlverişsiz inzibat akt deyil, əlverişli inzibati aktın qəbulundan imtinadır, iddiaçının hazırkı tələbi də məcburetmə haqqında iddia olmaqla əliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iddia mümkün sayılmaqla iddiaya mahiyyəti üzrə baxılmalıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddianı mümkün saymayarkən haqlı olmamışdır. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Odur ki, kollegiya hesab edir ki, şikayət təmin edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(118)-1546/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-529/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-529/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver