Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-53/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Quliyev İsmayıl Rza oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-684/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Cavabdehin imtina məktubundan görünür ki, İddiaçı təqdim etdiyi əmək kitabçası, hərbi biletin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 23 il 12 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 12 gün sığorta stajınıza uyğun alaraq 19943,28 manat, xx.xx.2018-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 1478,59 manat olmaqla, ümumilikdə 21421,87 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı İl tarixindən xx.xx.2018-ci İİ tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (İşə daxil olma və işdən azad olunma haqqında qeydlər eyni qələmlə yazıldığına görə) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmayıb. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2005-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 5 saylı X5 İdarəsində olan dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan 25 il olmadığı uçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yasa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün “Kapital Bank" ASC-yə müraciət etməyiniz tövsiyə edilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Milli Arxiv İdarəsi tərəfindən verilmiş məktublardan görünür ki, sorğuda qeyd olunan 5 və 6 saylı X5 İdarələri haqqında tam məlumat olmadığına, tabeçiliyi göstərilmədiyinə, eləcə də vətəndaşın əmək kitabçasının surəti təqdim olunmadığına görə sorğunun icrası imkan xaricindədir. Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, dövlət reyestrində “6 saylı İnşaat İstehsalat İdarəsi” və “5 saylı İnşaat İstehsalat İdarəsi” adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı 5 saylı X5 İdarəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 19368 nömrə ilə dövlət qeydiyyatından keçməsi, fəaliyyətinin aktiv olması və 6 saylı X5 İdarəsinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 17517 nömrə ilə dövlət qeydiyyatından keçməsi, fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən, 5 saylı X5 idarəsi tərəfindən 2006-2011-ci illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumat aşkar edilməmiş, hesabatlarda əks olunan digər sığortaolunanların sayı çox olduğundan sözügedən məlumatların təqdim edilməsi mümkün olmamışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 6 saylı X5 idarəsinin fəaliyyəti ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin arxivində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “6 nömrəli X5 İdarəsi” xx.xx.1994-cü il tarixdə 17517 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə ********** saylı VÖEN ilə vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Saatlı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətinizlə əlaqədar Saatlı rayon Dövlət Arxivinə verilmiş sorğu əsasında daxil olmuş 03 dekabr 2024-cü il tarixli 3-48-37.RA/53 nömrəli məktubda 6 saylı X5 idarəsinin sənədlərinin arxivdə olmadığı bildirilmişdir. Eyni zamanda bildiririk ki, 6 saylı X5 idarəsinin fəaliyyəti barədə rayon icra hakimiyyətində hər hansı məlumat mövcud deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 13 aprel 2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi barədə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə 6 saylı X5 İdarəsində və xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə 5 saylı X5 İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə anadan olmuşdur. Cavabdehin 13 aprel 2023-cü il tarixli imtinası əsassız və qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərə münasibətdə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olunma haqqında qeydlər eyni qələmlə yazıldığına görə) və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X5 İdarəsində olan dövrün sığorta stajına daxil edilərək pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətinə əsasən və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidməti nəzərə alınmaqla) 23 il 12 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 6 ay 12 gün sığorta stajına uyğun olaraq 19943,28 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1478,59 manat olmaqla, ümumilikdə 21421,87 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-684/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X5 İdarəsində fəhlə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 5 saylı X5 İdarəsində bənna işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan onun əmək kitabçasında qeyd olunan iş stajını və hərbi xidmət müddətini hesablayaraq onun cəmi 23 il 12 gün sosial sığorta stajına malik olması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X5 İdarəsində tikinti sahəsinə fəhlə və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X5 İdarəsində bənna işlədiyi müddətləri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrü əmək kitabçasında qeydlərin eyni qələmlə aparılması ilə bağlı onun sosial sığorta stajına daxil etməkdən imtina edir. Cavabdehin bu dəlilini əsassızdır, bu hal iddiaçının həmin dövrdə göstərilən idarədə işləməsi faktını inkar etmir. Əvvəla, qələmin rənginin eyni olması qeydlərin eyni vaxtda aparılmasına dəlalət etmir. Bundan başqa əmək kitabçasının doldurulmasına işçi deyil, işəgötürən cavabdehlik daşımışdır və bu onun məsuliyyət sferasına aid məsələ olmamışdır. Əmək kitabçasının düzgün doldurulması işəgötürənin vəzifələriə aid edildiyindən iddiaçı hər hansı pozuntuya görə cavabdehlik daşımamalı və buna görə onun sosial təminat hüququ pozulmamalıdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən social sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. Bundan başqa cavabdeh işəgötürən müəssisənin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üçün məcburi sosial sığorta haqqının ödənilməməsin əsası ilə iddiaçının xx.xx.2005-ci il tarixdən həmin müəssisədə işlədiyi dövrü də onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir ki, bu dəlili də məhkəmə ədalətsiz və əsassız hesab edir. İddiaçınnı mübahisələndirilən dövrlərlə qeyd edilən müəssisələrdə işləməsi onun əmək kitabçası, müəssisələrin vergi orqanı tərəfindən 1994-cü ildən qeydiyyata alınması və şahid ifadələri ilə təsdiq edilir. Bununla yanaşı məhkəmə müəssisə tərəfindən iddiaçı üçün xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqını ödəməməsini nəzərə alaraq iddia tələbinin həmin hissədə rədd edilməsini məqsədəuyğun hesab edir. Buna baxmayaraq iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçı əmək kitabçasının, hərbi biletinin surətlərinə əsasən sığorta stajının (09.11,1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 23 il 12 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı X1 əmək kitabçasında xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X2 idarəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. Eyni zamanda 5 saylı X2 idarəsinin sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı X1 5 saylı X2 idarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat aşkar edilə bilməməsinə baxmayaraq məhkəmə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixədək olan dövrləri sosial sığorta stajına əlavə etmişdir. Eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X5 idarəsində işləməsi ilə bağlı olan qeydlərin, doldurulma qaydasının pozulduğu (işə daxilolma və işdən azadolma qeydləri eyni qələmlə yazıldığından) müəyyən edilmiş, lakin məhkəmə göstərilən hallara qiymət vermədən həmin dövrləri də sosial sığorta stajına daxil etmişdir. Həmçinin vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iiİddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə 6 saylı X5 İdarəsində və xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə 5 saylı X5 İdarəsində işlədiyi dövləri sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il ümumi iş satjına aid şərt ödənilmədiyindən, yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin olması zəruridir: 1) qanunla müəyyən edilmiş pensiya yaş həddinə çatmaq 2) azı 25 il sosial sığorta stajına malik olmaq və ya pensiya təminatına imkan verən həcmdə pensiya kapitalının qeydə alınması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, pensiya yaş həddinə çatmış, qanunla tələb olunan həmin şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 23 il 12 gün ümumi iş stajına malik olması halını qəbul edir. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.2002xx.xx.2004-cü il tarixdə işlədiyi dövrün əmək kitabçasının doldurulma qaydası pozulduğundan (işə daxil olma və işdən azadolma haqqında qeydlərin eyni qələmlə yazıldığından), habelə xx.xx.2005xx.xx.2007-ci il tarixlərdə işlədiyi dövr pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dörlərdə iddiaçının işləməsinə dair müvafiq qeydlər ona məxsus olan əmək kitabçasında öz əksini tapmışdır. İndiki halda cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmiş, sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlı istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, əmək kitabçasının qanunla müəyyən edilmiş qaydada doldurulması işçinin deyil, məhz işəgötürənin vəzifəsi kimi ehtiva edilmişdir. Belə olan halda, iddiaçının təqsiri ilə əhatə olunmayan və onun məsuliyyət daşımadığı hala istinad edilməklə, onun hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericilik normasında əks olunan mütənasiblik prinsipinin tələblərinə ziddir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdehin mübahisələdnirdiyi dövrlərdə iddiaçı 6 saylı İnşaat İstehsalat İdarəsi və 5 saylı İnşaat İstehsalat İdarəsində işləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 5 saylı İnşaat İstehsalat İdarəsi xx.xx.1994-cü il tarixdə, 6 saylı İnşaat İstehsalat İdarəsi xx.xx.1994cü il tarixdə dövlət qeydiyyatına alınmış, habelə 1998-ci il tarixdə statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən əmək fəaliyyəti dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması üçün fərdi hesbaın sığorta hissəsində pensiya kapitalının qeydə alınması (məcburi sosial sığorta haqqının ödənildiyi halda nəzərə alınmasına dair) ilə bağlı şərt nəzərdə tutulmamış, yalnız əmək kitabçası iş stajının müəyyən edilməsi üçün əsas sənəd qisimində ehtiva edilmişdir. Nəticə etibarilə, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iş stajına aid dövrlər iddiaçının müvafiq dövrlərdə işlədiyi əmək kitabçasında qeyd olunmuş müəssisənin mövcud olması və müvafiq dövrlərdə fəaliyyət göstərməsi işə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının həmin müəssisələrdə işləməsinə dair arxiv sənədlərin aşkar edilməməsi halı da iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Bu baıxmından məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdehin mübahisələndirdiyi dövrlər-xx.xx.2002-xx.xx.2004-cü il tarixdə işlədiyi dövr (1 il 10 ay 12 gün), xx.xx.2005-xx.xx.2006-ci il tarixlərdə işlədiyi dövr (7 ya 23 gün) iş stajı kimi nəzərə alınmalı olduğu halda, cavabdeh tərəfindən həmin dövr nəzərə alınmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münaisbətdə cavabdeh tərəfindən mübahisələndirilməyən 23 il 12 gün və nəzərə alınmalı olan dövr 2 il 6 ay 6 gün nəzərə alındıqda, qanunla tələb olunan azı 25 il ümumi iş stajına aid olan şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-684/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.