Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-531/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yerli icra hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndəliyinin sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması, mülkiyyət hüququnun ötürülməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 4 yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0976 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1445/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzətində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1998-ci il tarixli, 39 saylı sərəncamında Abşeron rayon XDS İKnin və ya Abşeron Rayon İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması barədə müvafiq qərarlarına istinad olunmadığı müəyyən olunmuşdur. Abşeron rayonu Saray Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 202 nömrəli məktubunda görünür ki, Abşeron rayonu Saray qəsəbəsi İN-in xx.xx.1999-cu il tarixli 39 saylı sərancamına əsasən X5 fərdi ev tikintisi məqsədi ilə Saray qəsəbə ərazisində 0.10 ha torpaq sahəsi ayrılmışdır. X7 həmin torpaq sahəsində ev inşa etmiş və 10782 saylı 1322 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsi almışdır. Həmin ev xx.xx.2017-ci il tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı adma qeydə alınmış və **********82-10301 reyestr nömrəli çıxarış verilmişdir. Saray X1 məxsus 0.10 ha torpaq sahəsi bələdiyyə qrumu yaranandan əvvəl ayrıldığından, həmin torpaq sahəsinin İddiaçı Vəli oğlunun adına hüquqi sənəd verilməsinə etiraz etmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ünvan 4 yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0976 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 yerləşən fərdi yaşayış evi **********82-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də ərizəmin icrasından xx.xx.2022-ci il tarixli, **********75 nömrəli bildiriş məktubu ilə imtina edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinin ərazisində yerləşən 0.10 ha torpaq sahəsi atası X3 adına ayrılmış, istifadə və sahibliyinə verilmişdir. xx.xx.1999-cu il tarixli, 39 saylı Sərəncama əsasən X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən atası X3 adına ayrılmış 0.10 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə 10782 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir.Cavabdehə X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 10782 qeydiyyat vəsiqəsinə əsasən atasının mülkiyyətində olmuş, hal-hazırda **********82-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətinidə olan fərdi yaşayış evi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 39 saylı Sərəncamına əsasən atasının adına ayrılmış və həmin evin yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli bildiriş məktubları ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, faktiki torpaq sahəsi 920 kv.m olduğundan, ona uyğun olan torpağın hüquqi qeydiyyatdan keçirilməsini və çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə 01 noyabr 2022-ci il tarixli, ********** nömrəli müraciət olmuşdur. Aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1998-ci il tarixli, 39 saylı sərəncamında Abşeron rayon XDS İK-nin və ya Abşeron Rayon İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması barədə müvafiq qərarlarına istinad olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1445/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi reyestrdən çıxarışda bələdiyənin mülkiyyəti kimi göstərildiyinə görə həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsi mümkün deyil. Belə ki, bələdiyyə torpaqlarının şəxslərin mülkiyyətinə ayrılması qaydası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində öz əksini tapıb. Cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Torpaq Məcəlləsinə əsasən mübahisə predmeti olan torpaq sahəsi onun istifadəsinə bələdiyyə tərəfindən verilə bilməzdi. Torpaq sahəsi yalnız onun icarəsinə verilə bilərdi ki, bu halda da **********82- 10301 reyestr nömrəli çıxarışda torpaq sahəsi üzərində hüququn növü kimi - icarə hüququ qeyd edilmiş olardı. Bu qeyd isə **********82-10301 reyestr nömrəli çıxarışın xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən verildiyini nəzərə alsaq yalnız mübahisə predmeti olan torpaq sahəsi üzərində Saray Bələdiyyəsinin mülkiyyət hüququ tanındıqdan sonra və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən (Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər) açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi keçirildikdən sonra mümkün ola bilərdi. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********82-10301 reyestr nömrəli çıxarışda bələdiyyə mülkiyyəti kimi göstərilməsi üçün əsas "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü"nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı olmuşdur. Həmin Fərmanın 2.1.10 və 2.1.11-ci maddələrinə əsasən Dövlət reyestrindən çıxarışın təsvirində torpaq sahəsinin mülkiyyət növü torpaq sahəsi üzərində hüququn növünün qeyd edilməsi zərurəti olmuşdur. **********82-10301 reyestr nömrəli çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən (4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır; 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır) verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və bu barədə 10782 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Odur ki, **********82-10301 reyestr nömrəli çıxarış verilən zaman torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyatının aparılmadığını, torpaq sahəsi dövlət mülkiyyətində olmadığını və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşdiyi və sonuncu məqam barədə çıxarışın formasında xüsusi qeyd nəzərdə tutulmadığı üçün torpaq sahəsinin mülkiyyət növü kimi bələdiyyə müikiyyəti qeyd edilmişdir. Birinci instansiya məhkəməsi bu barədə lazımi araşdırma aparmamış, müvafiq sorğular verməmiş və bu hala düzgün qiymət verməmişdir. Sorğular nəticəsində aydın olardı ki, mübahisə predmeti üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış, bu barədə bələdiyyənin hər hansı qərarı və ya müraciəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni Məcəllənin 139.3-cü maddəsinə əsaən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. **********82-10301 reyestr nömrəli çıxarış fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə verilmişdir, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə verilməmişdir. Bundan başqa fərdi yaşayış evinə dair verilmiş **********82-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin müayinəsi zamanı bu sənədlərin siyahısında bələdiyyəyə dair heç bir sənədin olmadığı məlum olur. Fərdi yaşayış evinə dair verilmiş 10782 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi öz növbəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 39 saylı Sərəncamına əsasən verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ən azı bu tarixdən ailəsinin istifadəsində olub, bu halda isə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ heç bir halda qeydiyyata alına bilməzdi. Çünki “Bələdiyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 11-22-ci maddələrinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir) Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 39 saylı sərəncamı faktiki olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncamına əsasən verilmişdir. Bunu təsdiq edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 39 saylı sərəncamının arxiv arayışında olan qeyd iddia ərizəsinə əlavə edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında faktiki torpaq sahəsi 920 kv.m olduğundan, ona uyğun olan torpağın hüquqi qeydiyyatdan keçirilməsini və çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instasniya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. .....
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının Bənd 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. .... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlaını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamında Abşeron rayonu XDS İK-nin və ya Abşeron Rayon İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması barədə müvafiq qərarlarına istinad edilməməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə Nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 №li Sərəncamı ilə iddiaçının atsının adına fərdi yaşayış evinin tikintisi məqsədilə 10,0 ha torpaq shaəsi ayrılmış, həmin Sərəncamda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Saray üzümçülük Sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmri ilə qəsəbə daixlində boş, istifadəyə yararsız torpaq sahələri və Abşeron Rayon İcra Hakimiyyətinin 28 aprel 1994-cü il tarixli 233 saylı Sərəncamı ilə Saray qəsəbə nümayəndəliyinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən ayrılması qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan fərdi yaşayış evinə dair Texniki Pasportun məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi iddiaçı olmaqla, onun yerləşdiyi torpaq sahəsi haqqında məlumatda torpaq shaəsinin faktiki ölçüsünün 0,0920 ha olduğu qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan Seriya RX ******* №li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, onun yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00837 ha və bələdiyyə mülkiyyətində olduğu qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında Abşeron Rayonu İcra Hakimiyyətinin 28 aprel 1999-cu il tarixli Sərəncamının məzmunundan görünür ki, fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 ha hesabı ilə 250 ailəyə 25 ha həyətyanı və 3,3 ha küçə və yollar altına, cəmi 28,3 ha torpaq shaəsi Saray üzümçülük sovxozundan alınıb, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və etirazın əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlərin ötürülməsinə dair arxiv sənədləri mövcud olmaqla, Saray qəsəbə nümayəndəliyi tərəfindən də məhz torpaq sahəsinin ayrılmasına dair öz sərəncamında həmin sənədlərə istinad edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinanın və etirazın əsası kimi istinad etdiyi həmin hallar əsassız olmaqla, iş materialları ilə təkzib olunur. Həmçinin, qeyd edilməlidir ki, indiki halda birinci instansiya məhkəməsi müvafiq torpaq shaəsinin iddiaçıya aid çıxarışda bələdiyyə mülkiyyəti kimi qeyd edilməsi halına istinad edərək, indiki halda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına keçirilməsinin mümkün olmaması ilə əsaslandırmış, bununla bağlı bələdiyyə torpaqlarının şəxslərin mülkiyyətinə ayrılması ilə bağlı müvafiq Qanunun müddəalarına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, indiki halda həmin torpaq sahəsinin müvafiq sərəncam əsasında iddiaçının atasına ayrılması iş materialları ilə təsdiq olunsa da, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması halına dair hər hansı sənəd olması aşkar edilməmişdir. Bununla yanaşı, Abşeron Rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, qeyd edilən torpaq sahəsinin iddiaçının atasına ayrılması, atası tərəfindən həmin torpaq sahəsinə yaşayış evi tikilməsi, bununla bağlı qeydiyyat vəsiqəsi alması, daha sonra həmin evin xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında iddiaçının adına qeydə alınması qeyd edilmiş, habelə həmin torpaq sahəsinin iddiaçının atasına bələdiyyə qurumu yaranmazdan əvvəl ayrıldığından, ona dair hüquqi sənəd verilməsinə etirazının olmadığını bildirmişdir. Göründüyü kimi həmin torpaq sahəsinin idddiaçının atasına ayrılması halı iş materialları (arxiv sənədləri) əsasında öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərdən keçirilməmiş, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması halı qəbul edilərək, buna əsas olan hallar araşdırılmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda yuxarıda istinad edilən müvafiq Fərmanın 2.7-ci bəndinə əsasən sözügedən torpaq shaəsinə dair iddiaçının atasının mülkiyyət hüququ yaranmışdır. İndiki halda iddia tələbi həmin torpaq shaəsinə dair mülkiyyət hüququnun iddiaçının özünün adına qeydiyyata alınması ilə bağlı olduğundan məhkəmə kollegiyası aşağıdakı halların qeyd eidlməsini zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuş, ona dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, onun adına qeydiyyat vəsiqəsi tərtib edilmiş və həmin qeydiyyat vəsiqəsində də evə dair mülkiyyət hüququnun qeydə alınmasının əsası kimi məhz Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 39 №li qərarı qeyd edilmiş, texniki pasportun məzmununda isə torpaq sahəsinin ölçüsü 920,0 kv.m olduğu göstərilmişdir. İddiaçının atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş, həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququ vərəsəlik qaydasında iddiaçıya keçmiş, xx.xx.2017-ci il tarixdə iddiaçının həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, hazırdada həmin evin xüsusi mülkiyyətçisi qismində məhz iddiaçı çıxış edir. Həmçinin, qeyd edilməlidir ki, hazırda həmin evə dair iddiaçının adına tərtib edlmiş texniki pasportun məzmununda da torpaq sahəsinin ölçüsünün 920 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atasının sözügedən torpaq shaəsinə dair mülkiyyət hüququ mövcud olmuş (müvafiq Fərmanın 2.7-ci bəndinə əsasən), habelə indiki halda həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, başqa sözlə desək, mülkiyyət hüququ iddiaçıya ötürüldüyündən, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquq da məhz fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edən şəxs kimi iddiaçıya keçir (Torpaq Məcəlləsinin 88.1-3-cü maddəsi). Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, indiki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının atasının adına olan müvafiq sənədlərdə torpaq sahəsinin ölçüsü 920 kv.m qeyd edilmiş, indiki halda isə iddiaçının adına tərtib edilmiş müvafiq sənədlər də torpaq sahəsinin ölçüsünün 920 kv.m olduğu göstərilmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, torpaq haqqında qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə əsasən indiki halda iddiaçıya həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ məhz ona ötürülən həcmdə, yəni 920 kv.m ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququ keçmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi əsas götürülməklə, iddia tələbi təmin edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdeh inzibati orqanın imtinası əsasları ilə bağlı araşdırma aparılmamış, işin halları tam tədqiq edilməmiş, mülkiyyət hüququnun yaranması əsasları və bu hüququn ötürülməsi ilə bağlı işin halları qanunvericilik normalarının tələbi baxımından əlaqəli şəkildə təhlil edilməmiş, işin halları baxımından qanunvericilik normaları düzgün düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1445/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən 920 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.