Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-531/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri NümayəndəN və Nümayəndə3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(118)-7N9/N0N5 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.N0N5-ci il tarixli N-1(118)- 7N9/N0N5 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli 76 nömrəli əmri - İddiaçı aid hissədə ləğv edilmiş və İddiaçı həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(118)-7N9/N0N5 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, həqiqi hərbi xidmətə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.N0N5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli müvafiq əmrinin ləğv edilməsi və onun təkrar həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.N0N5-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli 76 nömrəli əmrinin ona aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbçi olmuş, gizir rütbəsində xidmət etmiş, qərargah və təchizat bölüyünün mühafizə və komendant taqımının komandiri vəzifəsində xidmət etmişdir. Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, “Vətən müharibəsi” iştirakçısı medalı, Suqovuşanın azad olunmasına görə medalı, 4 dəfə fəxri fərman ilə təltif edilmişdir. xx.xx.N0N0 xx.xx.N0N0-ci illərdə İİ Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Antiterror əməliyyatlarında da iştirak etmişdir. Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli müvafiq əmri ilə Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156.e bəndinə əsasən, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Buna uyğun olaraq, N saylı hərbi hissə komandiri tərəfindən N saylı əmrdən çıxarış verilmişdir. Əslində qanunsuz və əsassız olaraq xidmətdən xaric edilmişdir. Belə ki, işdən çıxarılmağına əsas olmuş video-çəkilişdən xəbəri olmamışdır. Yalnız həmin video-çəkiliş tik-tok sosial şəbəkəsində yayıldıqdan sonra, məsələdən xəbərdar olmuşdur. Həmin video-çəkiliş başqası tərəfindən aparılmışdır və onun orada informasiya təhlükəsizliyini pozmağından söhbət gedə bilməz. İddiaçı bunu izahatında da rəhbərliyin nəzərinə çatdırmışdır. O, heç bir çəkiliş aparmamışdır, heç bir paylaşım etməmişdir. Bunu edən başqaları olmuşdur. Həmin videonun ona aidiyyatı yoxdur. Onu tam təqsirsiz, günahsız olduğu halda, başqasının etdiyi hüquqpozmaya görə cəzalandırılmışdır. Vətən qarşısında etdiyi xidmətləri nəzərə alınmamış və başqasının əməlinə görə məsuliyyətə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, İddiaçı Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının 14 noyabr N0N3-cü il tarixli 0117 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması N nömrəli hərbi hissə komandirinin N3 noyabr N0N3-cü il tarixli N nömrəli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı ehtiyata buraxılması barədə təyinat vərəqəsi xx.xx.N0N3-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Şabran rayon şöbəsinə göndərilmişdir. Bundan əlavə İddiaçı N nömrəli hərbi hissənin qərargah bölüyünün mühafizə və komendant taqımının komandiri vəzifəsində xidmət edərkən onun xidmət edən MAHHXHQ əsgərlər X8, X7 ilə birlikdə Beynəlxalq Hüququn normalarını pozaraq xx.xx.N0N3-cü il tarixdə günorta saatlarında antiterror əməliyyatlarının keçirildiyi Ağdərə rayonu Canyataq kəndi ərazisində yerləşən yaşayış sahələrinə daxil olaraq dağıntı və talama kimi qanunsuz əməllərə yol vermişlər. Bundan sonra MAHHXHQ əsgər İ.Ə.Oruclu dağıntı və talama anlarını smartfon tipli mobil telefon vasitəsilə çəkib Whatsapp profilində paylaşmaqla erməni bloqqerlər arasında yayılmasına şərait yaratmışdır. Cavabdeh Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3, 5, 7-ci maddəsinə, Azərbaycan Respublikası Müdafiə nazirinin 6 aprel N0N0-ci il tarixli qərarı ilə əsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.4-cü bəndinə, X3 əsas norması hesab olunan, Azərbaycan Respublikasının da qoşulduğu xx.xx.1907-ci il tarixli “Müharibə aparılması adət və qanunları haqqında” Haaqa konvensiyasının N3-cü maddəsinin “j” bəndinə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N014-cü il tarixli N7 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Silahlı münaqişələr hüququnun tətbiqi üzrə Təlimatın 6.17-ci bəndinə, həmin Təlimatın 3 saylı əlavəsinin (Döyüş əməliyyatlarının iştirakçısı olan Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçusunun davranış kodeksi) 6-cı bəndinə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.N- ci bəndinə, Bu Qaydaların 8.4-cü bəndinə, 10.1-ci yarımbəndinə istinad etmişdir. Cavabdeh qeyd edir ki, işdə olan sənədlərdən İddiaçı “əmrin ləğvi və yenidən hərbi xidmətə bərpa” barədə arzuladığı inzibati aktın qəbul edilməsinin zəruri edən halların mövcudluğunu sübut edə bilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayəti etirazın məzmununa uyğun olaraq əsaslandırılmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi NümayəndəN apellyasiya şikayətinin dəlilinə uyğun izahat verib, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, İddiaçı Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.N0N3-cü il tarixli 0117 gm nömrəli əmri əsasında ehtiyyata buraxılmışdır. İş üzrə qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərarı ilə iddiaçının cəzalandırılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli 76 nömrəli əmri ləğv edilmişdir. Bununla yanaşı iddia tələbi mümkün sayılıb icraata qəbul edilən zaman, iddiaçının hansı tarixdən məhkəməyə müraciət etməsi ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı göndəriş vərəqlərinin qeydiyyatı kitabına xx.xx.N0N3-cü il tarixdə imza etməklə əmrin surəti ona təqdim edildikdən sonra o, 30 gün müddətində məhkəməyə müraciət etməmiş, xx.xx.N0N5-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Ona görə də, iddia tələbinin mümkün hesab edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdi, ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.N0N5-ci il tarixdə verdiyi ərizəsini nəzərə alınmamasını, ilkin tələbində qoyduğu iddiasına baxılmasını xahiş etdi. Həmçinin iddia müddətinin bərpasına dair ərizə verərək bildirdi ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl vəkil tərəfindən mediasiyaya müraciət edilmiş, sonradan ona bildirilmişdir ki, hazırki iş üzrə mediasiyaya müraciət etmək zərurəti olmamışdır. Bu səbəbdən iddia müddətini ötürmüşdür. İddia müddətinin bərpa edilməsini və iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.N0N5-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri, apellyasiya instansiyasi məhkəməsində əldə edilmiş sübutları və apellyasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab vermədən, iddia müddəti ötürülməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilə bilməz. Belə ki, iddiaçının irəli sürdüyü tələb İPMnin N.N.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Müdafiə Nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N3-cü il tarixli 76 nömrəli əmri ilə - X3 (Silahlı Münaqişə Hüququnun) normalarının, habelə informasiya təhlükəsizliyi tədbirlərinin pozulması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol verdiklərinə görə N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün, mühafizə və komendant taqımının komandiri gizir İddiaçı və digər üç nəfər hərbi qulluqçunun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin bəndinə görə həqiqi hərbi xidmətdən buraxılmalarını təmin etmək Şəxsi Heyət Baş İdarəsinin rəisinə təpşırılmışdır. Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.N0N3-cü il tarixli 0117gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin gərargah və təchizat bölüuyünün mühafizə və komendant tağımının komandiri gizir XN “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsas: Müdafiə Nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N3-cü il tarixli 76 nömrəli əmri; N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli təqdimatı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbində - Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.N0N3-cü il tarixli 0117gm nömrəli əmri - N nömrəli hərbi hissənin gərargah və təchizat bölüuyünün mühafizə və komendant tağımının komandiri gizir X1 “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair hissəsində mübahisələndirilir. Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının 14 noyabr N0N3-cü il tarixli 0117 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli N nömrəli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı ehtiyata buraxılması barədə xx.xx.N0N3-cü il tarixli 475 nömrəli göndəriş vərəqəsi xx.xx.N0N3-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Şabran rayon şöbəsinə göndərilmişdir. İddiaçı üçün iddia müddətinin axımı xx.xx.N0N3-cü il tarixli əmrin ona elan edildiyi gündən, yəni xx.xx.N0N3-cü il tarixdən başlamış və xx.xx.N0N3-cü il tarixdə (xx.xx.N0N3-cü il şənbə günü olduğu üçün) başa çatmışdır. İddiaçı XN qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini üzürlü səbəblər olmadan ötürərək, xx.xx.N0N4-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üzürlü səbəblər olmadığına görə ötürülmüş iddia müddəti bərpa oluna bilməz. Bu səbəbdən iddia mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. İnzibati Prosessual Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.N007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N008-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia müddətini ötürməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(118)-7N9/N0N5 nömrəli qərarı ləğv edilsin. İddiaçı ötürülmüş iddia müddətinin bərpasına dair ərizəsi rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.N0N3-cü il tarixli 0117gm nömrəli əmrinin ona aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3rə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-531/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-531/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver