Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-532/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Vəkil Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X37 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X6, X10, X14, X11, X15 və X3 adlarına verilmiş xx.xx.2020ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)- 63/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X6, X10, X14, X11, X15 və X3 adlarına verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli Dövlət Aktının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşməklə kodu 30117018 olan JN:0034 satlı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X16 və ailə üzvlərinə məxsus olan 3,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı ilin sentyabr ayında satın almışdır. Qusar rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli 2- 301/2007 saylı qətnaməsi ilə onunla həmin şəxslər arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi və torpaq sahəsinin adına rəsmiləşdirilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Bununla da, o, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqnu əldə etmişdir. Lakin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. O, çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,54 ha hissəsinə dair başqa bir şəxsin adına çıxarış verildiyi üçün onun mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsinə dair üçüncü şəxslər X6, X10, X14, X11, X15 və X3 adlarına xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış isə həmin şəxslərin adlarına kodu 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli Dövlət Aktı əsasında verilmişdir. Halbuki, o, həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdır. Torpaq sahəsinin hansı əsaslara görə həmin şəxsin adına qeydiyyata alınması ona məlum deyildir. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, təqdim edilmiş Qusar rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsində göstərilən JN-0034 KOD 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 34D planşetində əks olunan 3.2741 ha torpaq sahəsinin 0.54 ha hissəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsində üçüncü şəxslər qismində göstərilən X6, X10, X14, X11, X15 və X3 adlarına adlarına JN:331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’na əsasən 5419.66 kv m torpaq sahəsinə ümumi birgə paylar əsasında xx.xx.2021-ci il tarixdə **********52 reyestr, ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7/4 saylı qərarı və Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-151 saylı qətnaməsi əsasında ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-63/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, üçüncü şəxs E.Yüzbəyov və qeyrilərinə verilmiş dövlət aktında aktın verilməsi üçün əsas kimi Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 saylı xx.xx.1998-ci il tarixli qərarı və Qusar rayon Məhkəməsinin 2- 151 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi göstərilmişdir. Məhkəmə Qusar rayon Məhkəməsinin sorğuya cavabına uyğun olaraq həmin qətnamənin mövcd olmaması faktı ilə razılaşır, lakin Qusar rayon Məhkəməsinin 7/4 saylı xx.xx.1998-ci il tarixli qərarı mövcuddur, hazıradək qüvvədədir və arxiv sənədlərinə görə X17 və ailə üzvləri pay almaq hüququ olan subyektlərin siyahısındadır. Arxiv arayışına görə onların adlarının qarşısında almalı olduqları payın ölçüsü qrafasında dövlət aktında olduğu kimi “0.54 ha torpaq sahəsi” qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərə verilmiş dövlət aktının etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Qusar rayonu Kuzun qışlaq kəndində yerləşməklə kodu 30117018 olan JN:0034 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X16 və ailə üzvlərinə məxsus olan 3,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı ilin sentyabr ayında satın almışdır. Qusar rayon məhkəməsinin 19 iyul 2007-ci il tarixli, 2-301/2007 saylı qətnaməsi ilə onunla həmin şəxslər arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi və torpaq sahəsinin adına rəsmiləşdirilməsini DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Bununla da, o, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu əldə etmişdir. Lakin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Buna baxmayaraq həmin çıxarışın verilməsi üçün heç bir hüquqi maneə olmamışdır. Bu yaxınlarda o, adına çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin oradan ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,54 ha hissəsinə dair başqa bir şəxsin adına çıxarış verildiyi üçün onun adına çıxarış verilməsi mümkün deyildir. Araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsinə dair cavabdehlər X6, X10, X14, X11, X15 və X3 adlarına xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış isə həmin şəxslərin adlarına kodu 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli Dövlət Aktı əsasında verilmişdir. İşə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılarkən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, JN-331 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin 16 aprel 2006-cı il tarixli, 2-151 saylı qətnaməsi ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. xx.xx.2022-ci il tarixli **********84 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının (3.27 ha hissəsi ilə) koordinatları X12 və qeyrilərinə verilmiş LN 0331 KOD 30117018 saylı dövlət aktında göstərilən 0,54 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, üst-üstə düşmə halı LN-0034 KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının şimal hissəsində və 0,54 ha təşkil edir. Qeyd: JN0334 KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X18 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsinin dövlət aktındakı cizgiləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar edilmiş dövlət aktlarındakı koordinatlara istinad olunmuşdur. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən 3,46 ha torpaq sahəsinin (JN0034 kod 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” aktının 3.27 ha hissəsi ilə) koordinatlarının X18 və qeyrilərinə verilmiş JN0031 KOD 30117018 saylı dövlət aktında göstərilən 0,54 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, üst-üstə düşmə halı JN0034 KOD30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının şimal hissəsində və 0,54 ha təşkil edir. Rəyin “qeyd” hissəsində göstərilmişdir ki, JN0331 KOD30117018 saylı dövlət aktı əsasında X18 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsinin dövlət aktındakı cizgiləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmamışdır. xx.xx.1998-ci il tarixli 7/4 saylı qərarı ilə X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, KOD 30117018 JN-0034 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X39 ləğv olunmamış barəsində hər hansı dəyişiklik edilməmiş və qüvvədədir. X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30117018 saylı 04 may 2006-cı il tarixli Dövlət Aktı isə həm Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7/4 saylı qərarı ilə, həm də mövcud olmayan məhkəmə qətnaməsi əsasında tərtib edilmiş, tərtib edilərkən isə qanun pozuntularına, o cümlədən onun satın aldığı torpaq sahəsinə dair hüquqlarının pozulmasına yol verilmiş, Sumqayıt İnzibati Məhkəməsi isə həmin halı nəzərə almamışdır. Sumqayıt İnzibati Məhkəməsi KOD 30117018 saylı 04 may 2006-cı il tarixli Dövlət Aktı üzrə X6 və ailə üzvlərinin islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərin siyahısında olduğunu qeyd etmiş, lakin onun satın aldığı torpaq sahəsinin mülkiyyətçiləri olmuş X13 və onun ailə üzvlərinin də pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında olması nəzərə alınmamış, əksinə həmin hüququn pozulmasına haqq qazandırmışdır. Məhkəmə torpaqşünaslıq ekspertizasının məlum rəyinə əsasən X6 və ailə üzvlərinin adına olan KOD 30117018 saylı 04 may 2006-cı il tarixli Dövlət Aktında göstərilən torpaq sahəsi ilə X13 və onun ailə üzvlərinin adına olan KOD 30117018 JN- 0034 saylı Dövlət Aktında göstərilən torpaq sahələrinin üst-üstə düşməsi ətraflı araşdırılmamış, həmin rəyi sübut kimi qəbul etməmiş, qəbul etməməsini isə əsaslandırmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-63/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş şəxslərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh imtinasında qeyd edilmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərizəyə əlavə olunmuş Qusar rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 301/2007 nömrəli qətnaməsində göstərilən JN-0034 KOD 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 34D planşetində əks olunan 3.2741 ha torpaq sahəsinin 0,54 ha hissəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmayaraq iş üzrə düzgün nəticəyə gəlməmişdir. JN-0034 KOD 30117018 seriyalı mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X39 Qusar rayon AİK xx.xx.1998-ci il tarixli 7/4 nömrəli qərarı ilə X21 və onun ailə üzvlərinə verilmiş 3.46 torpaq sahəsinə dair tərtib edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Qusar rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli 2-301/2007 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X16 və qeyriləinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilərək həmin şəxslər arasında torpaqların alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi və JN-0034 saylı kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X16 məxsus 3.46 ha, JN-0031 saylı kod 30117018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7 məxsus 1.26 ha, JN162 saylı kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən X1 məxsus 2.11 ha, JN-003 saylı kod 30117018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasın X27 məxsus 0.53 ha və 0.22 ha, cəmi 0.75 ha, JN-185 saylı kod 30117018 Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən X19 məxsus 3.13 ha və JN-166 saylı kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X5 məxsus 3.10 ha torpaq sahələrinin İddiaçı adına rəsmiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. JN-0331 KOD 30117018 seriyalı xx.xx.2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, 0.54 ha torpaq sahəsi X4 və onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7/4 saylı qərarı və məhkəmənin xx.xx.2006-cı il tarixli 2-151 saylı qətnaməsinə əsasən ayrılmışdır. **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayon Kuzunqışlaq kəndində 0.5419 ha torpaq sahəsi X6 və 6 nəfər ailə üzvünün ümumi birgə mülkiyyətindədir. Qusar rayon Dövlət Arxivinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv çıxarışında görünür ki, Qusar rayonu F.Engels adına sovxozun bazasında yaradılmış “Kuzınqışlaq” birgə kəndli təsərrüfatında torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında X2 əmlakdan pay düşən şəxs kimi təsərrüfat üzrə 0.25 faktiki 0.29 həyətyanı torpaq sahəsi olduğu göstərilmiş, siyahıda adı olan X18, X10, X14, X11 və X15 qarşısında isə “əmlakdan pay düşürümü” qrafasında “yox” qeyd edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubdan görünür ki, X18 və ailə üzvlərinin adına verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsasə olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Əlavə olaraq JN-331 KOD301170018 nömrəli “Torpağa mülkiyyət hüuquna dair” dövlət aktının verilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin 16 aprel 2006-cı il tarixli 2-151 saylı qətnaməsi ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə JN-0331 KOD 30117018 seriyalı xx.xx.2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında istinad edilən xx.xx.2006-cı il tarixli 2-151 saylı qətnamənin mövcud olmadığı, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-151 saylı mülki işin başqa şəxslər arasında olması (iddiaçı X9 cavabdeh Qusar rayon Mucuq kənd orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********84 saylı mütəxəssis rəyindən görünür ki, kod 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 3.27 ha hissəsi ilə) koordinatlarının X12 və qeyrilərinə verilmiş JN 0331 kod 30117018 saylı dövlət aktında göstərilən 0.54 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, üst-üstə düşmə halı JN-0034 kod 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının şimal hissəsində və 0.54 ha təşkil edir. Qeyd: JN 0331 kod 30117018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X18 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.54 ha torpaq sahəsinin dövlət aktındakı cizgiləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmadı. Mütəxəssis rəyi hazırlanarkən məhkəmə iş materiallarına əlavə edilmiş dövlət aktlarındakı koordinatlara istinad olunmuşdur. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyindən görünür ki, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən 3.46 ha torpaq sahəsinin (JN 0034 kod 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının 3,27 ha hissəsi ilə) koordinatlarının X12 və qeyrilərinə verilmiş JN 0331 kod 30117018 saylı dövlət aktında göstərilən 0.54 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, üst-üstə düşmə halı JN 0034 kod 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının şimal hissəsində və 0.54 ha təşkil edir. Rəyin “Qeyd” hissəsində göstərilmişdir ki, JN 0331 kod 30117018 saylı dövlət aktı əsasında X18 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.54 ha torpaq sahəsinin dövlət aktındakı cizgiləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən JN-0331 KOD 30117018 seriyalı xx.xx.2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0.54 ha torpaq sahəsinin X4 və onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7/4 saylı qərarının (qərarın mətnində səhvən Qusar rayon Məhkəməsinin 7/4 saylı xx.xx.1998-ci il tarixli qərarı kimi göstərilmişdir) mövcudluğuna və hazırda qüvvədə olmasına istinad etməklə, arxiv arayışına görə onların adlarının qarşısında almalı olduqları payın ölçüsü qrafasında dövlət aktında olduğu kimi “0.54 ha torpaq sahəsi” qeyd edilməsini göstərməklə iddianın təmin olunmaması nəticəsinə gələrkən Qusar rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv çıxarışının məzmunu düzgün tədqiq etməmişdir. Belə ki, həmin arxiv arayışından yalnız X2 adının Qusar rayonu F.Engels adına sovxozun bazasında yaradılmış “Kuzınqışlaq” birgə kəndli təsərrüfatında torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında “əmlakdan pay düşən şəxs” kimi qeyd edilməsi, təsərrüfat üzrə 0.25 ha faktiki 0.29 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Göründüyü kimi, müvafiq arxiv arayışının məzmunu ilə X2 0.25 ha faktiki 0.29 ha həyətyanı torpaq sahəsinin olduğu nəticəsinə gəlmək olar, halbuki mübahisələndirilən JN-0331 KOD 30117018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0.54 ha torpaq sahəsinin həyətyanı deyil, kənd təsərrüfatı təyinatlı olması qeyd edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında X2 adına 0.54 ha pay torpağına dair tərtib edilmiş ilkin JN-0331 KOD 30117018 seriyalı Dövlət aktının itmədiyini, hazırda mövcud olduğunu və X18 və ailə üzvlərinin məhz hazırda mübahisələndirilən deyil, ilkin Dövlət aktı ilə onlara ayrılmış torpaq sahəsindən istifadə etdiklərini, mübahisələndirilən torpaq sahəsinin isə iddiaçının istifadəsində olduğunu bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işin yuxarıda qeyd edilən halları araşdırılmamış, Qusar rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv çıxarışı mötəbər sübut kimi qəbul edilsə də, həmin çıxarışın məzmunu düzgün müəyyən edilməmişdir. Halbuki, qeyd edilən arxiv sənədində torpaq sahəsinin ölçüsü və təyinatı ilə JN-0331 KOD 30117018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin ölçüsü və təyinatında olan fərqlər nəzərə alınmaqla əlavə araşdırma aparılmalı, “Kuzınqışlaq” birgə kəndli təsərrüfatında torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısının özü (yaxud siyahının müvafiq hissəsinin təsdiqlənmiş surəti) arxivdən tələb edilməkə əlavə araşdırma aparılmalı idi. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmənin xx.xx.2021-ci il taarixli sərəncamına uyğun olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədə iddia ərizəsində cavabdeh kimi göstərilən X18, X22, X26, X23, X28 və X3 üçüncü şəxslər kimi qeyd edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin şəsxləri ayrıca qərardadla üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmiş, lakin iş üzrə yekun qərarda onları üçüncü şəxs kimi qeyd etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhz iddia ərizəsində üçüncü şəxslər kimi qeyd edilmiş yuxarıda göstərilən şəxslərin adına olan dövlət aktı və çıxarış mübahisələndirildiyindən, həmin şəxslərdən hazırda sağ olan şəxslərin İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarının tələblərinə, habelə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadından əks etdirilmiş hüquqi mövqe nəzərə alınmaqla hazırkı iş üzrə icraata zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi məsələsi də işə yenidən baxılarkən həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. Qeyd edilən maddələrin tələblərinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Belə ki, yuxarıda qeyd edilən pozuntular səbəbindən iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən aradşrılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-63/2022 nömrəli nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X6, X10, X14, X11, X15 və X3 adlarına verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 30117018 olan JN:0331 saylı dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-532/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-532/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver