Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-532/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında 10 mart 2023-cü il tarixli, 3-17-1/3-3-6145/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-720/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçya xx.xx.2023-cü ilədək xx.xx.2008-ci il tarixdən hesablanmış pensiya məğləği müvafiq artımlar nəzərə alınaraq hesablanmış və ödənilmişdir. Cavabdeh inzibati orqan həmin tarixə qədər ödədiyi pensiyanın düzgün olmaması qənatinə gəlmiş 10 mart 2023-cü il tarixli qərarla pensiyanı yenidən hesablamışdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-6145/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq, ona 424 manat 91 qəpik pensiya məbləği hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış 16 iyun 2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, pensiya işinə dair sənədlərə əlavə edilmiş 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin ona dair 23 aprel 2007-ci il tarixli 5 nömrəli arayışında xx.xx.1976-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 1№li siyahının kimya istehsalatı bölməsinə deyil, 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsinə aiddir. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-cnil tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq onun əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinə sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 8 ay 21 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 33,91 manat (28,72 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 60,59 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6929,28 manat sığorta kapitalına uyğun 48,12 (6929,28:144) manat və 100 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixinə 208,71 (60,59+48,12+100) manat məbləğində əmək pensiyası müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üz il üçün tutulur. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 79411,62 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 79411,62 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə hər ay (42,50 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyası haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 370,44 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 424,90 manat təşkil edir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı 52 yaşından - xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilmə qaydasında dəyişiklik olaraq, əvvəlki pensiyasının bərpa edilərək ödənilməsi, əmək pensiyasının üç mindən üç yüzə azaldılması barədə qərarın surətinin ona təqdim olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında 10 mart 2023-cü il tarixli, 3-17-1/3-3- 6145/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”nı məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona güzəştli şərtlərlə pensiyanın təyin edilmə qaydasında dəyişiklik olaraq, əmək pensiyası azaldılmışdır. Bununla bağlı xx.xx.2023-ci il tarixdə Binəqədi filialının DOST Mərkəzinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası şöbəsinə yazılı olaraq müraciət etmişdir. Nə səbəbdən və qanunvericiliyin hansı əsaslarına uyğun olaraq əmək pensiyasının azaldılması barəsində məlumat vermələrini xahiş elmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənmiş pensiya məbləği ona inzibati akt göndərilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin.vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericİklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-111QL) nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin "a" bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Həmin aktda onun Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin "a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən hüquq əldə etmədiyi qeyd edilir. Lakin o, kükürd, sintetik kauçuk, sulfat fosfor sexində, civə və sair işləmişdir. Bu aşağıdakı hallara əsasən müəyyən edilir: xx.xx.2007-ci il tarixli 05 saylı - Azərbaycan Respublikası "xxxx" MMC-nin direktoru L.X.Mamed tərəfindən möhürlənmiş və imzalanmış verilən - arayışda qeyd olunub: "X1 1956-cı il təvəllüdlü ona görə ki. o həqiqətən "1-ci Sumqayıt Tikinti Quraşdırma” MMC (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki - Quraşdırma idarəsində) xx.xx.1974 ildən (əmr nömrə 44-k, xx.xx.1974-ci il) xx.xx.1974-ci ilədək (əmr nömrə 416-k, xx.xx.1974-ci il) elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. O, xx.xx.1974-ci ildən xx.xx.1976-ci ilə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-ci ildən (əmr nömrə 241-k, xx.xx.1976-ci il) xx.xx.1982-ci ilə kimi (əmr nömrə 23-k. xx.xx.19820-ci il) elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. xx.xx.1982-ci ildən (əmr nömrə 23-k, xx.xx.1982-ci il) xx.xx.1989-ci ilə kimi (əmr 53- xx.xx.1989-ci il) 6-ci dərəcə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 nömrəli 1080A010 qərarına əsasən istehsalatda 1-ci siyahıya 8-ci dərəcəyə aid edilir.” Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma” MMC-nin təsisçisi S.S. Əsədullayev tərəfindən möhürlənmiş və imzalanmış verilən arxiv arayışında qeyd olunub: “Verilir - X3 1956-cı il təvəllüdlü -ona görə ki, o həqiqətən "1-ci Sumqayıt l ikinti Quraşdırma” MMC (keçmiş "Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki Quraşdırma idarəsində) xx.xx.1974 ildən xx.xx.1989-ci ilə kimi elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Göstərilən peşə (vəzifə) AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 nömrəli qərarın qeyd olunan bölməsi: 1080A010 - xüsusi istehsalat (çənlərin, tutmların təmizlənməsi, yuyulması, xüsusi istehsal üzrə toksik taraların təmiri, düzılməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər (əl ilə qaynaq aparan elektrik qaynaqçıları): kommunikasiyaların, deqazlaşdırma. İstehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları, sexlərin fəhlələri, ustaları, mexanikləri və energetikləri.” “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Hesab edir ki, cavabdeh orqan tərəfindən aparılan yanlış icraat nəticəsində onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı İşlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu İlə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü İl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №- li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü İl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı İşlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-İi siyahı”sının kimya istehsalatı bölməsində (Vİİİ) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (1080A00) işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglərlə işləyən fəhlələr, rəhbərlər və mütəxəssisləri, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçısı peşələri nəzərdə tutulmuşdur. İddiaçının pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin ona dair 23 aprel 2007-ci İl tarixli 5 nömrəli arayışında xx.xx.1976- xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 №-li Siyahının kimya istehsalatı bölməsinə deyil 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsinə aiddir. Siyahıda peşə və vəzifələr məhz müəyyən sahələr üzrə təsnifləşdirilib. Bu isə o deməkdir ki, hansısa peşə məhz İstehsalatın konkret müəyyən olunmuş sahəsində zərərli əmək şəraitinə aid edilə bilər. Məsələn, kimya istehsalında zərərli iş kimi nəzərdə tutlmuş peşə, digər bütün sahələrdə də (tikinitdə və ya yüngül sənayedə) zərərli hesab oluna bilməz. Peşənin zərərli hesab olunması onun aid olduğu sahədəki fəaliyyətin xüsusiyyətləri ilə müəyyən edilir. Lakin buna baxmayaraq məhkəmələr sahə uyğunsuzluğunu nəzərə almır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 8 ay 21 gün təşkil edir. Bununla əlaqədar iddiaçının xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 33,91 manat (28,72 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 60,59 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6929,28 manat sığorta kapitalına uyğun 48,12 (6929,28:144) manat və 100 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixinə 208,71 (60,59+48,12+100) manat məbləğində əmək pensiyası müəyyən edilib. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 79411,62 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 79411,62 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə hər ay (42,50 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 370,44 manat, 29- cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 424,90 manat təşkil edir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya İnzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, “İnzibati icraat haqqında" Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirmişdir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə İnzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-720/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 10 mart 2023-cü il tarixli, 3- 17-1/3-3-6145/2023 saylı qərar ləğv edilmiş, İddiaçı təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilərək, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digəri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 3-17-1/3-3-6145/2023 saylı, 10 mart 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Cavabdeh təşkilatın iddia tələbinin rədd edilməsinə dair arqumentinə münasibətdə, məhkəmə hesab etmişdir ki, mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi yazılı çıxışını təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 1№li siyahı 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanunvericiliyin tələblərinə tam olaraq uyğun olmasada, gəldiyi nəticə qanunvericiliyə uyğun olduğu üçün birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçya xx.xx.2023-cü ilədək xx.xx.2008-ci il tarixdən hesablanmış pensiya məğləği müvafiq artımlar nəzərə alınaraq hesablanmış və ödənilmişdir. Cavabdeh inzibati orqan həmin tarixə qədər ödədiyi pensiyanın düzgün olmaması qənatinə gəlmiş, 10 mart 2023cü il tarixli qərarla pensiyanı yenidən hesablamışdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-6145/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq, ona 424 manat 91 qəpik pensiya məbləği hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış 16 iyun 2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh inzibati orqan gəldiyi nəticəni aşağdakı kimi əsaslandırır: Pensiya işinə dair sənədlərə əlavə edilmiş 1-ci Sumqayıt Tikinti Quraşdırma MMCnin ona dair 23 aprel 2007-ci il tarixli 5 nömrəli arayışında xx.xx.1976-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 1№li siyahının kimya istehsalatı bölməsinə deyil, 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsinə aiddir. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-cnil tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq onun əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinə sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 8 ay 21 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 33,91 manat (28,72 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 60,59 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6929,28 manat sığorta kapitalına uyğun 48,12 (6929,28:144) manat və 100 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixinə 208,71 (60,59+48,12+100) manat məbləğində əmək pensiyası müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üz il üçün tutulur. Qeyd olunanlara əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 79411,62 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 79411,62 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə hər ay (42,50 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyası haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 370,44 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 424,90 manat təşkil edir. Cavabdeh inzibati orqan iddiaya etirazındada, apellyasiya şikayətindədə eyni əsaslara istinad etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2008-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qəbul etdiyi qərarın qanunsuz olduğu nəticəsinə gəlməsinə səbəb, 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin 23 aprel 2007-ci il tarixli 5 nömrəli arayışında iddiaçının xx.xx.1976-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işləməsinin qeyd edilməsi və iddiaçının işlədiyi sahənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 1№li siyahının kimya istehsalatı bölməsinə deyil, 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsinə aid olması nəticəsinə gəlməsi olmuşdur. Hansıkı ilkin inzibati aktın qəbul edilməsində həmin arayış pensiya təyin edilməsi üçün əsaslardan biri kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl etmədən inzibati icraat aparmaqla mübahisələndirilən qərarı qəbul etməklə bərabər, gəldiyi nəticənin hüquqi əsaslandırmasıda qanunvericiliyə uyğun olmamışdır. Belə ki, qeyd edilən siyahıda konkret olaraq qaynaqçı peşəsi qeyd edilməsədə, iddiaçının işlədiyi 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin 23 aprel 2007-ci il tarixli 5 nömrəli arayışında qeyd edilən iş yerlərinin xüsusiyyətləri, iddiaçının işlədiyi işin həmin siyahıya uyğuluğunun nəzərə alınmasının əsaslı olduğunu göstərir. Cavabdeh inzibati orqan 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin 23 aprel 2007-ci il tarixli 5 nömrəli arayışında iddiaçının xx.xx.1976-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işləməsini qeyd etsədə, həmin arayışda konkret olaraq qeyd edilən illər üzrə iş yerlərinə istinad etməmiş, ədalətsiz və qanunsuz nəticəyə gəlmiş, özünün 15 il əvvəl qəbul etdiyi qanuni qərarı qanunsuz əsalarla ləğv etmiş, öz hakimiyyət səlahiyyətlərini qanunvericiliyin tələblərinə zidd istfadə edərək, iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh inzibati orqan qeyd edir ki, "xxxx" MMC-nin ona dair 23 aprel 2007-ci İl tarixli 5 nömrəli arayışında xx.xx.1976- xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 №-li Siyahının kimya istehsalatı bölməsinə deyil 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsinə aiddir. Siyahıda peşə və vəzifələr məhz müəyyən sahələr üzrə təsnifləşdirilib. Bu isə o deməkdir ki, hansısa peşə məhz İstehsalatın konkret müəyyən olunmuş sahəsində zərərli əmək şəraitinə aid edilə bilər. Məsələn, kimya istehsalında zərərli iş kimi nəzərdə tutlmuş peşə, digər bütün sahələrdə də (tikinitdə və ya yüngül sənayedə) zərərli hesab oluna bilməz. Peşənin zərərli hesab olunması onun aid olduğu sahədəki fəaliyyətin xüsusiyyətləri ilə müəyyən edilir. Lakin buna baxmayaraq məhkəmələr sahə uyğunsuzluğunu nəzərə almır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının konkret işlədiyi sahələri araşdırmadan, iddiaçının xeyrinə olan halları nəzərə almadan iddiaçının zərərinə qərar qəbul etməsi, hakimiyyət səlahiyyətlərini qanunvericiliklə onlara verilmiş səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmədiyini göstərir. Məhkəmə kolegiyası hesab edir ki, cavabdeh inzibati orqana verilmiş hakimiyyət səlahiyyətinin məqsədi daha az pensiya ödənişi həyata keçirmək yox, konstitusiya ilə müəyyən edilmiş sosial hüquqları vətəndaşların mənafeyini əsas götürməklə həyata keçirməkdən ibarət olmalıdır. Hazırkı işdə cavabdehin istinad etdiyi 1-ci Sumqayıt Tikinti Quraşdırma” MMC-nin ona dair 23 aprel 2007-ci İl tarixli 5 nömrəli arayışında iddiaçının xx.xx.1976- xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilsədə, illər üzrə iş yerləri göstərilmişdir. Həmin arayışda iddiaçının 1974-cü ildə Superfosfat zavodunda sulfat turşusu sexində, 1978-ci ildə Superfosfat zavodunda sulfat turşusu sexində, 1979-cu ildə Superfosfat zavodunda sulfat turşusu sexində, 1980-ci ildə Superfosfat zavodunda sulfat turşusu sexində, 1981-ci ildə Kimya zavodunda 115-elektroliz vannaları sexində, 1982-ci ildə Superfosfat zavodunda sulfat turşusu sexində, 1983-cü ildə Superfosfat zavodunda sulfat turşusu sexində, 1984cü ildə Superfosfat zavodunda sulfat turşusu sexində və Kimya zavodu lindan sexində, 1985-ci ildə Superfosfat zavodunda E-9 ammiak sexində və Superfosfat zavodunda sulfat turşusu sexində, 1986-cı ildə Sintezkauçuk zavodu, E-9 ammiak sexində, 1987-ci ildə Sintezkauçuk zavodu, E-9 ammiak sexində, 1988-ci ildə Sintezkauçuk zavodu, KN-2D-1- 13, E-9, Q-1-8 sexində, 1989-cu ildə Sintezkauçuk zavodu, D-1-13, 50, Q-1-8 sexində və Kimya zavodu alkin benzol sexində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı elektrik qaynaqçısı işləsədə işlədiyi sahələr kimya sənayesi sahəsinə aiddir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 1№li siyahının 1080A010 sətrində xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər qeyd edilmişdir. Göründüyü kimi qanunvericiliklə həmin iş yerəri üzrə çənlərin təmiri və düzəldilməsi ilə məşğul olan işçilərin işlədiyi sahələrin zərəli olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin sahədə işləyən bütün işçilərin zərəli işlərdə işlədiyi qanunverici tərəfindən müəyyən edilib. Məhkəmə iclasındada iddiaçı məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, qaynaqçı kimi əsas işi cənlərinin təmiri olmuşdur. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 1№li siyahının yuxarıda qeyd edilən 1080A010 sətrinə istnad edilməklə iddiaçının həmin sahəyə uyğun olaraq işləməsi barədə əlavə verilmiş arxiv arayışı iş materiallarının 11-ci səhifəsində olduğu halda cavabdeh inzibati orqan iddiaçının xeyrinə olan halları araşdırmamış və nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci Sumqayıt Tikinti Quraşdırma” MMC-nin 23 aprel 2007-ci İl tarixli 5 nömrəli arayışında qeyd edilənlər ilkin inzibati aktın qəbul edilməsində qanuni əsaslarla nəzərə alındığına görə, mübahisələndirilən qərarın qəbul edilməsinə hüquqi əsas müəyyən olunmur, ona görədə cavabdehin yenidən hesablama barədə qərarı qanunsuz olmuşdur, həmin qərar ləğv edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)-720/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-532/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-532/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver