Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-533/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(118)-411/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinə qarşı iddia qaldıraraq Xaçmaz rayonu, Həsənqala bələdiyyəsi tərəfindən icarə müqaviləsinin 2.9-cu bəndinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 03 saylı protokolun və qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbi dəqiqləşdirilərək Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Asan xidmət mərkəzində bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin müvəqqəti istifadə hüququnun alğı-satqı müqaviləsinə əsasən X5 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 02/4290 saylı arayış və X4 Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 5452, KOD 30213078 saylı qeydiyyat nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 2.50 ha torpaq sahəsi üzrə xx.xx.2103-cü ilədək olan müvəqqəti istifadə hüququnu ona 15000 manata satmışdır. Yuxarıda qeyd edilən müqavilədən əlavə yenə də Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin müvəqqəti istifadə hüququnun alğı-satqı müqaviləsinə əsasən X2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 02/4291 saylı arayış və X4 Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 5194, KOD 30213078 saylı qeydiyyat nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 10.0 ha torpaq sahəsi üzrə xx.xx.2103-cü ilədək olan müvəqqəti istifadə hüququnu ona 15000 manata satmışdır. Daha sonra müqavilələr üzrə müvəqqəti istifadə hüququnu satın aldığı Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 12.50 ha torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən icarə hüququ qeydiyyata alınmışdır. Qeyd edilən 12.50 torpaq sahəsinin əvvəlki icrarədarları ilə Xaçmaz rayonu, Həsənqala kənd bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin 2.9-cu bəndinə əsasən torpaq sahəsinin icarə haqqı 1.0 ha 20 manat müəyyən edilmiş və qeyd edilən şəkildə ödənilmişdir. O da icarədarı olduğu torpaq sahəsindən istifadə üçün yuxarıda qeyd edilən müqavilənin 2.9-cu bəndinə uyğun olaraq icarə haqqı ödəmişdir, lakin Cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli 18 saylı bildirişdə qeyd edilmişdir ki, 2002-2004-cü illərdə bağlanmış müqavilələrdə heç bir dəyişiklik edilməmişdir, lakin müəyyən qədər inflyasiya olmuşdur. Bununla əlaqədar olaraq icarə haqları müəyyən miqdarda qaldırılmalıdır. Bələdiyyə üzvlərinin ümumi yığıncağı ilə uzunmüddətli icarə haqları üzrə 1.0 ha torpaq sahəsi üçün 100 manat icarə haqqı təyin edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.3-cü maddəsinə əsasən torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi bələdiyyə torpaqlarının idarə edilməsi prisipidir. Həmin Qanunun 4.0.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətidir. Həmin Qanunun 19.6-cı maddəsinə əsasən hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir. Həmin Qanunun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər - icarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən torpaq icarə müqaviləsində icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası nəzərdə tutulur. İcarəsində olan topraq sahəsinin icarə haqlarının cavabdeh Xaçmaz rayonu Həsənqala kənd bələdiyyəsi tərəfindən bir tərəfli qaydada artırılması yuxarıda sadalanan qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Cavabdeh Xaçmaz rayonu Həsənqala kənd bələdiyyəsi tərəfidən icarə haqqının artırılması müəyyən qədər inflyasiyanın olması ilə əlaqələndirməsi tam əsassızdır. Belə ki, icarədə olan torpaq sahəsinin icarə haqqı qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılmaqla razılaşdırılmalı, razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldırılmalı olduğu halda cavabdeh orqan qanunvericiliyin aşağıda qeyd edilən tələblərinə əməl etmədən birtərəfli qaydada icarə haqqını müqavilədə qeyd edilən haqdan (20 manat) beş dəfə artırmaqla 100 manat etməsi vəzifə səlahiyyətlərini aşmaqla iddiaçı tərəfin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, hazırki dövrdə bir hektar torpaq sahəsinin icarə haqqının 20 manat olması özünü doğrultmur, həmçinin bələdiyyənin DSMF qarşısında 10500 manat, bələdiyyə işçilərinə isə 19000 manat əmək haqqı borcu var idi. Həmin borcların qarşılanması və icarə haqqının iqtisadi vəziyyətə uyğunlaşdırmaq üçün bələdiyyənin qərarı ilə icarə haqqının məbləği artırılaraq 100 manat müəyyən edilməklə bütün icarəçilərə, o cümlədən idddiaçıya rəsmi məlumat verilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi özünün xx.xx.2020-ci il tarixli 09/9-1 13 saylı məktubu ilə Xaçmaz rayonu Həsənqala bələdiyəsinin nəzərinə çatdırmışdır ki, bələdiyyənin icarədə olan torpaq sahələrinin icarə haqqlarının real bazar qiymətindən xeyli aşağı olması müəyyən edilmiş, ötən dövr ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsinə baxmayaraq, Həsənqala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən icarəyə verilmiş torpaq sahələrinin icarə haqları bazar qiymətinə uyğunlaşdırılmamışdır. Həmin məktubla Həsənqala bələdiyyəsinin yuxarıda göstərilən bələdiyyə qərarı ilə torpaq sahəsinin icarə haqqının qaldırılmasında haqlı olması bir daha öz təsdiqini tapır. Bundan da əlavə, iddiaçının “müvəqqəti istifadə hüququ” əldə etdiyi torpaq sahələrinə dair əvvəlki icarəçiləri ilə bağlanmış icarə müqavilələrinin 2.7-2.9-cu bəndlərində qeyd olunur ki, icarə haqqının miqdarı ildə bir dəfə və ya tərəflərinin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. İndeksləşmə və inflyasiya ilə əlaqədar müəyyən olunmuş icarə haqqının miqdarı yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Xaçmaz rayon Həsənqala bələdiyyəsinin torpaq sahəsinin icarə haqlarının 1 ha torpaq sahəsinə görə 100 manat müəyyən edilməsinə dair xx.xx.2020 -ci il tarixli 03 saylı iclas qərarı qanuni və əsaslıdır. Sumqayıt İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(118)-411/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarının İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə iddiaya qarşı etirazda gətirdiyi dəlilləri ümumiyyətlə nəzərə almamış, iş üzrə bütün halları tam və obyektiv araşdırmamış, nəticə etibarı ilə iş üzrə əsassız qərar qəbul etmişdir. Məhkəmənin qərarından belə çıxır ki, iddiaçının “müvəqqəti istifadə hüququ”nu satın aldığı 12,5 ha torpaq sahəsinə dair 2004-cü ildə bağlanmış icarə müqavilələrində göstərilmiş icarə haqqı müqavilənin qüvvədə olduğu bütün müddət ərzində (99 il) dəyişilməz qalmalıdır(?!). Müqavilələrin bağlandığı 2004-cü ildə icarəyə verilən 1 ha torpaq sahəsinə görə icarə haqqının 20 manat müəyyən edilməsi həmin dövrün iqtisadi vəziyyətinə uyğun idi. Keçən 18 il ərzində iqtisadi vəziyyət kökündən dəyişmiş, bir neçə dəfə inflyasiya baş vermiş, özünüidarəedən orqan olaraq bələdiyyə öz fəaliyyətini qura bilmir, ona görə də tam haqlı olaraq icarəyə verilən torpaq sahələrinə görə icarə haqqını qaldırmaqda haqlı olmuşdur. Onu da qeyd etmək lazımdır ki, ölkədə bütün sahələr üzrə xidmət haqları və kommunal xərcləri qalxmış, bələdiyyə orqanı cəmiyyətin tərkib hissəsi olaraq bu proseslərdən kənarda qalmamışdır. Məhkəmənin qərarında göstərilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 03 saylı qərarı İddiaçı aid hissədə ləğv edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 03 saylı qərarı konkret şəxsə (şəxslərə) aid verilməmişdir və orada hər hansı şəxsin adı və soyadı göstərilməmişdir. Sadəcə olaraq həmin qərarda göstərilmişdir ki, Cavabdeh balansında olan torpaq sahələrinin icarə haqqı 1 hektara görə 20 manatdan 100 manata qaldırılsın. Belə olan halda məhkəmənin qərarında “Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarı İddiaçı aid hissədə ləğv edilsin” göstərilməsi tamamilə əsassızdır. Hazırda iddiaçının istifadə etdiyi torpaq sahəsinə dair əvvəlki icarəçiləri ilə bağlanmış icarə müqavilələrinin 2.7-2.9-cu bəndlərində qeyd olunur ki, icarə haqqının miqdarı ildə bir dəfə və ya tərəflərdən birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. İndeksləşmə və inflyasiya ilə əlaqədar müəyyən olunmuş icarə haqqının miqdarı yenidən hesablanmalıdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 717. Torpaq icarəsi haqqında müqavilənin razılaşdırılması 717.1. Əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 12,5 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydiyyata alınmışdır. Cavabdeh 27 fevral 2020-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, uzunmüddətli icarə haqlarının qaldırılması və 1 ha torpaq sahəsinə görə 100 manat icarə haqqı təyin olunması qərara alınmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolu iddiaçıya münasibətdə qəbul edilməmişdir. Qeyd edilən tarixdə keçirilən bələdiyyə iclasında bir sıra məsələlər gündəlik məsələ kimi qoyulmuş və müzakirə edilmişdir. Həmin məsələlərdən biri də uzunmüddətli icarə haqlarının qaldırılması məsələsinin müzakirəsi olmuşdur. Qeyd olunan məsələ ilə bağlı icarə haqlarının qaldırılması və 1 ha torpaq sahəsinə 100 manat icarə haqqının təyin olunması qərara alınmışdır. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin 2.7-ci bəndində qeyd olunmuşdur ki, icarə haqqının miqdarının müqavilədə göstərilən hallarda ildə bir dəfə və ya tərəflərin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtında əvvəl dəyişdirilmə imkanı nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh qismində inzibati orqan olan Xaçmaz rayon Həsənqala bələdiyyəsini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Bələdiyyələr isə mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmədiyindən işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(118)-411/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının ona aid hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-533/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-533/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver