Məhkəmə qərarları › İş №2-1(105)-533/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-533/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-533/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu(sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X10, X1, X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdehin 30 noyabr 2023-cü il tarixli “əlillik əlaməti təyin edilməməsi” barədə qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixindən ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-133/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişində qeyd edilmişdir ki, İddiaçı “ Əsas diaqnoz M51.0 Bel və digər şöbənin fəqərəarası disklərinn mielopatiya ilə zədələnmələri (G99.2), Diskogen bel – oma mieloradikulopatiyası, davamlı ağrı sindromu ilə, L5-SZ osteoxondroz, L1-L2, L4-L5, L5- S1 fəqərəarası disk protuziyaları, L4-L5 forminal yırtıq; Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində xəstəyə L3 fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi c/əməliyyatdan sonrakı vəziyyət; R53 Əzginlik (süstlük) və yorğunluq, kəskin asteno nerotik sindrom; İ11.9 (Durğunluq) ürək çatışmamazlığı olmadan, əsas ürəyin zədələnməsi ilə hipertenzi (hipertoniya) xəstəlik, arterial hipertenziya İİİ dərəcə risk qrupu İV; Ağırlaşma R26.1 Paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, G82.0 Süst paraplegiya, aşağı süst paraparez” diaqnozları müəyyən edilmişdir. İddiaçı dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, ona “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50- G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...) diaqnozları ilə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müayinə nəticələrindən görünür ki, cavabdeh tərəfindən ona “göndərişin natamam doldurulması” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 T327/2023 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xİİİ sinif sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M40-M54 – dorsopatiyalar – M50-M54- Digər dorsopatiyalar – M51 – Digər şöbələrin fəqərəarası disklərin zədələnmələr... Diaqnozun mətni: bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələr (G99.2), diskogen bel-oma mieloradikulopatiyası davamlı ağrı sindromu ilə; L5-S1 osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 foraminal yırtıq, paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, süst paralegiya, aşağı süst paraprez, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində L3 fəqərəarasının sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət, əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom, durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV” diaqnozu şəxsin stasionarda müalicəzi amanı anamnestik kliniki, laborator-instrumental müayinələrinin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; vətəndaş İddiaçı 2013, 2014, 2015, 2016-cı illərdə əlillik müayinə edilərkən qoyulmuş diqnozdakı (diskogen, fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L3 radikulopatiyası davamlı ağrı sindromu) xəstəlikləri hazırda müşahidə olunur”. Tibbi-Sosial Ekspertiza və X6-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “ona xəstəliyinə və əlilliyinə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, “cavabdehin 30 noyabr 2023-cü il tarixli “əlillik əlaməti təyin edilməməsi” barədə qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixindən ikinci qrup əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci il təvəllüdlü olmaqla uzun müddətdir ki, xəstə və ikinci qrup əlildir. Aldığı çoxsaylı müalicələrə baxmayaraq vəziyyətində əsaslı yaxşılaşma hiss olunmur. 11 may 2013-cü il tarixində ona L.3 fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyəti: ST NEV:Bütün onurğa sütunu boyu, xüsusən bel-oma nahiyyəsində hərəkət məhdudluğu, dözülməz ağrıları vardır. Bel lordozu düzlənmiş vəziyyətdə olmaqla sinirin dartılma simptomları hər iki tərəfdə (+), hər iki baldır nahiyyəsində hipotoniya, hipotrofiya qeyd olunur. Aşağı süst parararez vəziyyətindədir. Diz refleksləri kər iki aşağı ətrafda enmiş olmaqla, yerişinin və kiçik çanaq orqanlarımın funksiyalarının pozulması qeyd olunur. Hərəki istinad funksiyasının ifadəli şəkildə pozulması qeyd olunur. Onda çoxsaylı somatik patalogiyaların olmalarının nəzərə alaraq X20 tərəfindən təkrar TŞEK-ə göndərilmişdir. Onda sidik saxlamamazlıq, kəskin asteno nevrotik sindromlar, arterial hipertenziya 111 dərəcə risk qrupu İV kimi yanaşı xəstəliklər də aşkar olunmuşdur. Onaqeyd olunan tibbi vəziyyətinə görə əvvəllər əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilməklə pensiya almışdır. Lakin əlillik müddətinin bitməsi ilə əlaqədar yenidən baxılma üçün TSEK-ə göndəriş almışdır. O, vaxtaşırı 2021-ci ilin mart, avqust, sentyabr aylarında Qusar MRX-da və Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında stasionar müalicə almışdır. Lakin qeyd etdiyi kimi müalicələrin nəticəsi elə də təsirli olmamışdır. Lakin ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına iki dəfə-xx.xx.2021-ci il və xx.xx.2022-ci ildə göndəriş verilsə də, hər dəfə X13 tərəfindən verilmiş göndərişin qrafalarının düzgün doldurulmaması kimi absurd əsasla imtina verilmiş, hansı qrafanın düzgün doldurulmaması, düzgün olmayan halın nədən ibarət olması, xəstəyə hansı əlavə müayinə və müalicələrin tövsiyyə olunması” qeyd edilmədən mücərrəd cavablar verilmişdir. Dövlət tibb müəssisələrinin həkimləri ilə bunun bəhanə olduğunu və göndərişin tam doğru doldurulmasını bildirirlər. Beləliklə, hesab edir ki, ona əsassız olaraq imtina verilmişdir. Hazırda cavabdehin əsassız və qanunsuz qərarı ilə razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə'zi erkən ağırlaşmaları -> T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: Diskogen; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə'zi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: Diskogen; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X3 Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G55 - Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...; Diaqnozun mətni: FƏQƏRƏARASİ DİSKLƏRİN ZƏDƏLƏNMƏSİ DİSKOGEN L3-L4 RADİKULOPATİYASİ DAVAMLİ AĞRİ SİNDROM; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstğlik; “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri : => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G55* - Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...; Diaqnozun mətni: FƏQƏRƏARASİ DİSKLƏRİN ZƏDƏLƏNMƏSİ .DİSKOGEN L3-L4 RADİKULOPÄTİYAS! DAVAMLİ AĞRİ SİNDROM; Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-cİ il tarixli göndərişi əsasında baxılmış və “X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar ~> M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(Ğ99.2), Diskogen bel-oma mieloradikuiopatiyası. Davamlı ağrı sindromu ilə. L5-S1 osteoxondroz.L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protruziyaları. L4-L5 foraminal yırtıq. Paralitik yeriş, Hərəki istinad funksiyanın və yerişin pozulması. Süst paraplegiya, Aşağı süst paraparez. Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Sidik saxlamam-azlıq - Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində xəstəyə L3 fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi c/əməliyyatdan sonrakı vəziyyət. Əzginlik (süstlük) və yorğunluq, Kəskin asteno nevrotik sindrom. [Durğunluq] ürək çatmamazhğı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi]. Arterial hipertenziya İİİ dərəcə risk qrupu İV; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxümış və “X3. Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M40-M54 - Dorsopatiyalar -> M50-M54 - Digər dorsopatiyalar-> М51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr Diaqnozun mətni: M51.0 Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(G99.2)i Diskogen bel- oma mieloradikuiopatiyası. Davamlı ağrı sindromu iiə. L5-S1 osteoxpndroz.L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protruziyaları. L4-L5 foräminai yırtıq. Ağırlaşma R26.1 Paralitik yeriş, Hərəki istinad funksiyanın və yerişin pozulması. R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Sidik saxlamamazlıq. G82.0 Süst paraplegiya, Aşağı süst paraparez; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Doğru qərar verilməsi üçün, əsas diaqnoz və ağırlaşmaları Köməkçi diaqnostik müayinələrlə əsaslandırılmalıdır. Xəstənin hazırkı vəziyyəti, ıpütdxəssislərin rəyləri, funksional pozğunluq, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilib, ətraflı qeyd edilməlidir. Xəstəyə əlavə müayinə və müalicə tövsiyə edilir." səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11: nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-çü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Doğru qərar verilməsi üçün, əsas diaqnoz və ağırlaşmaları köməkçi diaqnostik müayinələrlə əsaslandırılmalıdır. Xəstənin hazırkı vəziyyəti mütəxəssislərin rəyləri, funksional pozğunluq, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilib, ətraflı qeyd edilməlidir. Xəstəyə əlavə müayinə və müalicə tövsiyə edilir" olmuşdur. Odur ki, iddiaçıya əlavə müalicə olunduqdan və qeyd edilən xüsusiyyətlər dəqiqləşdirildikdən sonra əlilliyin qiymətləndirilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-133/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X6-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı 06 aprel 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50-G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...)” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında “ümumi xəstəlik” səbəbi ilə iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)-559/2023 saylı, xx.xx.2023cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 T327/2023 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xİİİ sinif sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M40-M54 – dorsopatiyalar – M50-M54- Digər dorsopatiyalar – M51 – Digər şöbələrin fəqərəarası disklərin zədələnmələr... Diaqnozun mətni: bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələr (G99.2), diskogen bel-oma mieloradikulopatiyası davamlı ağrı sindromu ilə; L5-S1 osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 foraminal yırtıq, paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, süst paralegiya, aşağı süst paraprez, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində L3 fəqərəarasının sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət, əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom, durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV” diaqnozu şəxsin stasionarda müalicəzi amanı anamnestik kliniki, laborator-instrumental müayinələrinin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; vətəndaş İddiaçı 2013, 2014, 2015, 2016-cı illərdə əlillik müayinə edilərkən qoyulmuş diqnozdakı (diskogen, fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L3 radikulopatiyası davamlı ağrı sindromu) xəstəlikləri hazırda müşahidə olunur. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və bildirmişdir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci İİ tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmişdir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Həmçinin, anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən, X20nin qiymətləndirməyə əsas verən göndərişlərində həm 01,07.2022-ci il tarixinə kimi qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, "Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı yeni meyarlara uyğun olaraq əlillik təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X9 bildirdi ki, Qusar rayon sakini, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əvvəllər iki dəfə göndəriş rəsmiləşdirilməklə 1 il müddətinə əlillik səviyyəsi müəyyən edilib. 2016-cı ildən 2021-ci ilə kimi sistem tərəfindən avtomatik uzadılma həyata keçirilib. Diaqnoz 2014-cü ildən 2015-ci ilə kimi müəyyən olunan diaqnoz idi. Onurğa beyninin xəstəliyi və travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və çanaq orqanlarının funksiyalarının pozulması hallarının ağır sindromu diaqnozu ilə təkrar qiymətləndirilib. Təkrar qiymətləndirmədə 1 il müddətinə əlillik səviyyəsi müəyyən edilib. Quba rayon Mərkəzi xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş göndərilmiş, tibbi-sosial ekspertiza tərəfindən qiymətləndirilmə aparılmışdır. Göndərişin natamam doldurulması və doğru qərar verilməsi üçün zəruri olan əsas diaqnozun və ağırlaşmaların ilkin diaqnostik müayinəsinin əsaslandırılması, xəstənin fiziki vəziyyəti, mütəxəssislərin rəyləri, funksional pozuntu, ekspertiza üçün əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi ətraflı qeyd edilmədiyindən xəstəyə əlavə müayinə və müalicə tövsiyə edilməklə göndəriş tibb müəssisəsinə geri qaytarılmışdı. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, 30 noyabr 2023-cü il tarixdə məhkəmənin qərardadı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndə ekspert komissiyasına dəvət olunmuş və orda əyani müayinədən keçmişdi. Mütəxəssislərin iştirak etdiyi əyani komissiyada olub. Xəstənin hazırki vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. 30 noyabr 2023-cü il tarixdə əyani komissiyada obyektiv vəziyyətin müayinəsi zamanı xəstənin şikayətləri olmuş, belində və sağ ayağında ağrılar olduğunu, xəstə olduğunu və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Vətəndaş tərəfindən müəyyən sənədlər təqdim olunub. “Medistyle Hospital”da müayinədən keçib. L3, L4 fəqərələr arası diskin sağ tərəfinin yırtığı tomoqrafiya olunub. L3, L4 bel fəqərələrinin aralığına aid diskdə ağırlaşmalarla müşahidə olunan ekstruziya müəyyən olunmuşdur. Yəni, yırtıq yox, ekstruziya aşkarlanıb. Əlillik səviyyəsində olması üçün qeyd olunan ağırlaşmalar (L3, L4 fəqərələrində olan dəyişikliklər, ekstruziya və qabarmaların olması) aşağı ətraflarda ifliclə nəticələnməlidir. Yəni zədələnən sinir kökcükləri aşağı ətraflarda iflic verməlidir. İddiaçı müayinə olunub, qeyd olunan vəziyyət aşkarlanmayıb. Daha sonra hipertaniya müayinə olunub, hipertaniyanın müayinəsində də arterial təzyiqin yuxarısı 130 mm, aşağısı isə 70 mm civə sütunu olub, 1 dəqiqədə nəbzi 85 olub. Burda da əlillik səviyyəsi aşkar olunmayıb. Böyrəklər yoxlanılıb, ultrasəs müayinəsi aparılıb. Böyrəklərin yerləşməsi və funksiyası əlillik səviyyəsində olmayıb. Həkim nevropatoloqun əyani müayinəsində hər iki aşağı ətraflarda vətər-sümük refleksləri norma daxilində olub. Əzələ gücü aşağı olmayıb.Tonus normal olub, parez aşkar olunmayıb. Bütün bunlar da onu deməyə əsas verir ki, xəstədə əlillik səviyyəsində olan parez və iflic aşkar olunmayıb. Məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X11 bildirdi ki, onlar vətəndaşda paraparez və paraplegiya olduğunu qeyd etmişlər. Nevropatoloq müayinəsinə göndərmişlər, müayinə nəticəsində həmin diaqnoz aşkarlanıb. Aprel ayında göndərişlə göndərmişlər, müayinə nəticəsində aşkar olunub. Nevropatoloq müayinəsindən keçirilib. Aşağı ətraflarda 3 balla qiymətləndirilib. Onlar EMQ-yə və netropatoloq müayinəsinə əsasən rəy vermişlər. Müalicə müəssisəsi olmadıqları üçün şəxsi müayinə etməyə səlahiyyətləri yoxdur. Göndəriş əsasında müalicə müəssisəsinə göndərirlər. R26 onların rəyinə əsasən təsdiqini tapıb. R26 üçün instrumental müayinə olmayıb. Onlarda müayinə zamanı şəxs əsa ilə gəlmişdi. İynə batırma üsulundan da istifadə ediblər, lakin reaksiya vermədi. Əzələ gücü 3 baldır. Müalicə müəssisəsi olmadıqları üçün nevropatoloq müayinəsinə əsasən yazmışlar. Tibbi sənədlərdə sidik saxlaya bilməmək diaqnoz olaraq qeyd olunmuşdur. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X3na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 3.1.36. müalicəsi mümkün olmayan daimi sidik, nəcis və sidik tənasül fistulları, sidik və nəcis saxlamanın pozulmaları (N36.0, N82.1, K60.3, R15.R32); 3.1.39. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları (G80.0-G80.9, A80, B91, Q05, Q06.2-Q06.4, Q65-Q66, Q67.5- Q68.8, Q71-Q74, Q76-Q79, M08, M41, S10-S39, R26, R27); “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 6.6.3 digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri M51

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, əlliyin müəyyən edilməsinin yeni qydalarında əllik dərəcə ilə yox, inzibati orqan tərəfindən müvafiq olaraq faizlərlə müəyyən edilir.Buna görədə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya yeni meyarlara uyğun olaraq əlilliyinin təyin edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50- G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...)” diaqnozları ilə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X6-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 06 aprel 2022-ci il tarixdən əlilliyin təyin edilməsini istəyir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50-G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...)” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında “ümumi xəstəlik” səbəbi ilə iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)-559/2023 saylı, 14.02.203-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 T327/2023 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xİİİ sinif sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M40-M54 – dorsopatiyalar – M50-M54- Digər dorsopatiyalar – M51 – Digər şöbələrin fəqərəarası disklərin zədələnmələr... Diaqnozun mətni: bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələr (G99.2), diskogen bel-oma mieloradikulopatiyası davamlı ağrı sindromu ilə; L5-S1 osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 foraminal yırtıq, paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, süst paralegiya, aşağı süst paraprez, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində L3 fəqərəarasının sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət, əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom, durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV” diaqnozu şəxsin stasionarda müalicəzi amanı anamnestik kliniki, laborator-instrumental müayinələrinin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; vətəndaş İddiaçı 2013, 2014, 2015, 2016-cı illərdə əlillik müayinə edilərkən qoyulmuş diqnozdakı (diskogen, fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L3 radikulopatiyası davamlı ağrı sindromu) xəstəlikləri hazırda müşahidə olunur. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, işin araşdırılan halları ilə iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək müəyyən edilmiş əlilliyinin istisna edəcək hallar müəyyən olunmur. İş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 T327/2023 saylı rəyindən görünür ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xİİİ sinif sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M40-M54 – dorsopatiyalar – M50-M54- Digər dorsopatiyalar – M51 – Digər şöbələrin fəqərəarası disklərin zədələnmələr... Diaqnozun mətni: bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələr (G99.2), diskogen bel-oma mieloradikulopatiyası davamlı ağrı sindromu ilə; L5-S1 osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 foraminal yırtıq, paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, süst paralegiya, aşağı süst paraprez, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində L3 fəqərəarasının sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət, əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom, durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik kliniki, laborator-instrumental müayinələrinin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; vətəndaş İddiaçı 2013, 2014, 2015, 2016-cı illərdə əlillik müayinə edilərkən qoyulmuş diaqnozdakı (diskogen, fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L3 radikulopatiyası davamlı ağrı sindromu) xəstəlikləri hazırda müşahidə olunur. Sözügedən ekspert rəyinin tərtib edilməsində iştirak edən ekspertin məhkəmə iclasında iştirakı təmin edilmiş, ekspert X11 izahatında EMQ-yə və nevropatoloq müayinəsinə əsasən rəy verildiyini, iddiaçıda paraparez və paraplegiya aşkarlandığını, aşağı ətraflarda əzələ gücünün 3 balla qiymətləndirildiyini, R26 diaqnozunun ekspert rəyinə əsasən təsdiqini tapdığını, müayinə zamanı şəxsin əsa ilə gəldiyini və iynə batırma üsulundan istifadə edilməsinə baxmayaraq iddiaçının heç bir reaksiya vermədiyini qeyd etmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 2 nömrəli Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının həkim eksperti – mütəxəssis X9 iddiaçıda siyahıda qeyd olunan xəstəliklərin aşkarlandığını, amma əlillik səviyyəsində olmadığını, ekspert rəyində yalnışlığa yol verildiyini və iddiaçıda paraparez və paraplegiya olmadığını, fəqərələr arası zədələnmə olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında iştirak edən həkim ekspert – mütəxəssis X9 əlillik səviyyəsində ağırlaşmalar olmadığını bildirməsinə baxmayaraq son nəticədə iddiaçıda qeyd olunan xəstəliklərin olması ilə razılaşmış, qoyulan diaqnozların bəzilərinin yeni meyarlara uyğun olduğunu bildirmişdir. Eyni zamanda iddiaçıda xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək olan əlliyə əsas olan xəstəliklərin olması ekspert rəyi ilə yanaşı məhkəmə iclasında iştirak edən X2 izahatı ilə də öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının xəstəliyinə dair göndərişdə təsbit olunan diaqnoz iddiaçıya əlillik dərəcəsi təyin edilməsinə əsas olmuş diaqnozun göstəriciləri ilə üst-üstə düşdüyü halda, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər qanunvericiliyə uyğun olaraq əlilliyin təyin edilməsi üçün əsas təşkil etmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalı, iddiaçıya hazırda qüvvədə olan qanunvericilik meyarlarına uyğun əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-133/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar