Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-534/2022 06.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “xx.xx.2020-ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli 2-1(118)- 144/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi riskli xilasetmə və Mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti 0770/Ş nömrəli əmrinə əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi gizir İddiaçı tutduğu vəzifədən azad edilmiş və Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis-pirotexniki vəzifəsinə təyin edilmişdir. Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) bəzi hərbi qulluqçuları (o cümlədən iddiaçı) narko-testdən keçirilmək üçün “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmiş və sonuncunun 30 yanvar 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının narko-testi “pozitiv”dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinənin (iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmişdir) nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Cavabdeh 5 fevral 2020-ci il tarixli 018/Ş nömrəli əmri ilə iddiaçı xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış, əmrdə iddiaçının narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3 fevral 2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayının 20-dən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə taborunda mütəxəssis-mühafizəçi işləmiş, son bir ilə yaxındır ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə-mütəxəssisi vəzifəsində işləmiş və işlədiyi müddətdə dəfələrlə qüsursuz xidmətinə görə təltif edilmişdir. Bu vaxta qədər hər hansı inzibati tənbehə məruz qalmamışdır. 30 yanvar 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri baş leytenant Vəli Vəlibəyovun göstərişi ilə məcburi narkotest müayinəsindən keçirilmişlər. Həmin testin nəticələrinə görə guya sidik analizində narkotik müəyyən edildiyindən işdən azad edilmişdir. O, bununla razılaşmamış və öz təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasına müraciət etmiş və narkoloji testdən keçmişdir. 4 fevral 2020-ci il tarixli laborator cavabdan tam aydın olmuşdur ki, onun qanında hər hansı narkotikin əlamətləri movcud olmamışdır. Əsassız olaraq işdən azad edilməsi ilə əlaqədar idarəyə müraciət etsə də, rəhbərliyin qəbuluna düşə bilməmiş, kadrlar idarəsində ona bildirilmişdir ki, əgər işdən çıxması barədə ərizə yazarsa sonradan o, işə götürülə bilər. Əgər ərizə yazmasa ümumiyyətlə heç vaxt işə qəbul etməyəcəklər. Ona görə də, ərizə yazmış, lakin həmin ərizə onun iradəsini ifadə etmir, ona görə ki, işdən çıxmaq istəməmişdir. Həmin ərizəsi etibarsız sayılmalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, 30 yanvar 2020-ci il tarixdə saat 15:30 radələrində narkotik maddələrin olub-olmamasını aşkar etmək üçün İddiaçı sidik analizi götürülmüş, Analizin cavabı “pozitiv” olmuşdur (THC(+) marixuana, AMP(+) psixotrop maddələr aşkar olunmuşdur) İddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə-narkoloji ekspertizasının təyin olunmasını xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 4 mart 2021-ci il tarixli, 2-1(118)-144/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 4 may 2021-ci il tarixli, 2-1(118)-144/2021 nömrəli qərarı (hakim: V.Əzizova) ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş 3 fevral 2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Cavabdeh Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Xüsusi Riskli xilasetmə bölüyünün istehkam və pirotexnik tağımının mütəxəssis pirotexniki gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsas götürülərək həqiqi xərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ilə fərdi söhbət aparılması barədə iş materiallarına iki ədəd söhbət vərəqi əlavə olunsa da, həmin söhbət vərəqlərinin arasında cəmi 3 gün müddət verilmişdir. Söhbət vərəqləri iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Əsasnamənin 163-cü maddəsi pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmamışdır. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bir sıra pozuntularla həyata keçirilmişdir. Həmçinin yuxarıda göstərilən əmrdə “əmrin verilməsi üçün əsas” bəndində Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) komandiri baş leytenan Vəli Vəlibəyovun 30 yanvar 2020-ci il tarixli 37/37-023 №-li məktubu, təqdimatı və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubu göstərilmişdir. İstinad olunan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubunda sadəcə 4 nəfərin, o cümlədən İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunması və onlarda narkotestlərin pozitiv olması qeyd edilmişdir. Həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməmişdir. Məhkəmə prosesində zamanı dindirilən ekspert M.Allahverdiyevanın şərhini nəzərə alaraq məhkəmə hesab edir ki, 30 yanvar 2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 4 fevral 2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxması üst-üstə düşmür və ağlabatan deyildir. Cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspert qismində dindirilən M.Allahverdiyeva xx.xx.2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun xx.xx.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxmasının üst-üstə düşmədiyini və ağlabatan olmadığını bildirmişdir. Məhkəmə ekspertin izahatına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxmasının Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib etdiyi qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə heç bir əsas olmadan analiz cavablarından birini digərindən mötəbər hesab etmiş, bununla da yalnız iddia tərəfin sübutlarına əhəmiyyət verərək qərar qəbul edilməsini təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının müayinə nəticəsində İddiaçı cinsi “qadın” olaraq qeyd edilmişdir. Bu da həmin nəticənin qeyri-dəqiqliyinə dəlalət edir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının müayinə nəticəsinin qeyridəqiqliyinə dəlalət edən əsaslı şübhələr olduğu halda məhkəmə həmin sənədi iş materiallarında olan digər sübutdan - Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubundan üstün və mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubunda hansı narkotik maddələrin aşkar edilməsi, həkimin adı və soyadının göstərilmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edirlər ki, məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubunda iddiaçıdan götürülmüş sidik analizində THC(+) marixuana və AMP(+) psixotrop maddələr aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə həmin məktuba istinad etməyərək iddiaçıdan götürülmüş sidik analizində hansı narkotik maddələrin olmasının müəyyən edilmədiyini qeyd etmişdir. Həmçinin, Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə hərbi qulluqçuların müayinə nəticələri deyil, yalnız narkotest nəticəsi pozitiv çıxmış şəxslərin kimliyi barədə məlumat verilmişdir. Həmin məlumat məktub formasında tərtib edilmiş və xəstəxananın direktoru tərəfindən imzalanmışdır. Sözügedən məktub səlahiyyətli şəxs tərəfindən imzalandığından orada müayinəni həyata keçirmiş həkimin ad və soyadının qeyd olunmasına zərurət olmamışdır. Məhkəmə həkimin adı və soyadının göstərilmədiyini əsas gətirərək həmin sübutun mötəbərliyinə şübhə ilə yanaşmışdır. Halbuki, məhkəmə tərəfindən həmin sənədin mötəbərliyinə şübhə yarandığı zaman məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq məktubun verilməsinə əsas olmuş sənədləri Xaçmaz rayon Mərkəzi Xəstəxanasından tələb edə bilərdi. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə halın (iddiaçıdan götürülmüş sidik analizində marixuana və psixotrop maddələrin aşkar olunması) öz təsdiqini tapmadığını qeyd etmiş və bu zaman məhkəmə iclasında dindirilən ekspertin izahatına istinad edilmişdir. Bu da qəbul edilmiş məhkəmə qərarının qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır. Həmçinin, məhkəmə analizlər arasında ziddiyyət olmasının səbəblərini tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclaslarında iddiaçı tərəfindən xüsusi dərman preparatlarının qəbul edilərək narkotestin cavabının “neqativ” çıxa biləcəyini dəfələrlə bildirsələr də, məhkəmə tərəfindən bu hal araşdırılmamış, bu barədə məhkəmə tərəfindən ekspert qismində dindirilən şəxsin fikri öyrənilməmiş və məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun olaraq (işin hallarının araşdırılması prinsipi) mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmayaraq yalnız işdə olan digər materiallarla kifayətlənmişdir. Məhkəmə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinin pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmadığını bildirir. Rəyin alınmamasına səbəb İddiaçı hərbi-həkim komissiyasının rəyinin alınmasına ehtiyac olmadığını bildirməsi olmuşdur. Həmçinin iddiaçının xidmətdən ehtiyata buraxılmasına əsaslardan biri onun təqrirlə N saylı hərbi hissə komandirinə müraciət etməsi olmuşdur. Lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də hesab edilir ki, hazırki iş üzrə olan qərar ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı İddiaçı vəkili Vəkil tərəfindən təqdim edilmiş etirazda göstərilir ki, apellyasiya şikayətində qeyd edilən məhkəmə tərəfindən ekspert qismində dindirilən M.Allahverdiyeva xx.xx.2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun xx.xx.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxmasının üst-üstə düşmədiyi və ağlabatan olmadığı fikri tamamilə məhkəmənin mövqeyini yanlış yönləndirməyə istiqamətlənmişdir. Belə ki, məhkəmə haqlı olaraq qeyd edir ki, cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir. Həmçinin, xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubunda iddiaçıdan götürülmüş sidik analizində THC(+) marixuana və AMP(+) psixotrop maddələr aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməməsini qərarda haqlı olaraq qeyd etmiş, habelə qeyd olunan cavab məktubunda məhkəmənin sorğusunun ətraflı cavablandırılmaması, sadəcə THC(+) marixuana və AMP(+) psixotrop maddələrinin aşkar olunmasının qeyd edilməsi məktubun mötəbərliyini təkzib edən fakt kimi qiymətləndirilməlidir, çünki ikinci dəfə bu məsələ ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuda ətraflı qeydlər edilməklə sorğu verilmişdir. Apellyasiya şikayətində apellyator məhkəmənin qərarında əks olunan Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubunda hansı narkotik maddələrin aşkar edilməsi, həkimin adı və soyadının göstərilməməsinin qeyd edilməsi ilə razılaşmayaraq, həmin məlumatın məktub formasında tərtib edilməsi və xəstəxananın direktoru tərəfindən imzalanmasını əsas gətirərək həmin sübutların mötəbər hesab edilməsini iddia edir. Sözügedən məktub səlahiyyətli şəxs tərəfindən imzalandığından orada müayinəni həyata keçirmiş həkimin ad və soyadının qeyd olunmasına zərurət olmadığını hesab edir. Məhkəmənin haqlı mövqeyi ilə razılaşaraq əlavə etmək istəyirlər ki, qeyd edilən cavab məktublarının səlahiyyətli şəxs tərəfindən imzalandığı iddia edilsə də, imzaların səlahiyyətli şəxsə aid olması şübhə doğurur. Belə ki, cavab məktubları Xaçmaz rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev tərəfindən imzalandığı halda imzalar bir-birilə eyniyyət təşkil etmir. Bu isə məktubların sübuti əhəmiyyətinə kifayət qədər əlavə şübhə yaradır. Odur ki, verilmiş apellyasiya şikayətinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(105)-467/2021 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 8 dekabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(105)-24/2022 nömrəli qərarı (hakimlər: R.Ağayev (sədrlik edən və məruzəçi) H.Babayeva və R.Nəbizadə) ilə Sumqayıt İnzibati Məhkəməsinin 4 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində yazmış olduğu işdən azad edilməsi barədə təqririn iradəsinə uyğun olmadığını vurğulasa da, həmin təqririn yazıldığı 30 yanvar 2020-ci il tarixindən məhkəməyə müraciət etdiyi 6 mart 2020-ci il tarixinədək nə xidmət etdiyi hərbi hissə komandirinə, nə də ki, xidmətin rəhbərliyinə hər hansı formada (ərizə, teleqram və ya şifahi qaydada) müraciət etməmiş, bu da özü-özlüyündə 30 yanvar 2020-ci il tarixində yazmış olduğu təqririn əsasının hələ 29 noyabr 2019-cu il tarixdə aparılan söhbət vərəqəsindəki müraciəti ilə üst-üstə düşməsi ilə əlaqəli olmasını göstərir, digər tərəfdən həmin təqririn yazılması hərbi qulluqçuların bir qisminin növbəti narkotestin cavabı olaraq “pozitiv” nəticə alınması ilə də əlaqələndirilə bilər. Bundan əlavə, cavabdeh xidmətin öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün hərbi qulluqçularının müvafiq həkim yoxlamalarından keçirilməsi işin xüsusi riskli xüsusiyyətindən irəli gəldiyindən Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli, 138 saylı məktubundan da göründüyü kimi, Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş 4 şəxsdə, o cümlədən İddiaçı narkotesti “pozitiv” olduğundan sonuncunun həmin xidmətdə saxlanılmasının mümkünsüzlüyü barədə xidmət rərbərliyinin 3 fevral 2020-ci il tarixli 0050/ş nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etdiyi ekspert M.Allahverdiyevanın şərhinin əsas tutularaq gəldiyi qənaəti, əsassız hesab edilir, ona görə ki, məhkəmə qərarının beşinci vərəqəsinin sonuncu abzasında istinad edilən M.Allahverdiyeva adlı ekspert (i.v.102) məhkəmə iclasında dindirilməmişdir. Əlavə olaraq, İddiaçı yoxlanılan zaman labarator nəticələrində zərərli maddələrin aşkar edilməməsi, sonuncunun təxminən bir il öncə yoxlanılması zamanı müəyyən olunmuş “pozitiv” nəticənin əsassızlığına dəlalət edə bilməz ona görə ki, iddiaçının həqiqi xidmətdə olduğu xidmətin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı qərəzliliyin olması barədə məhkəmə araşdırması zamanı hər hansı hal müəyyən olunmamış, əksinə belə bir halın aşkarlanmasından bir aydan artıq müddətdən əvvəl aparılmış istər 1-ci söhbət zamanı, istərsədə “pozitiv” nəticənin aşkar olunmasından sonra aparılmış 2-ci söhbət zamanı iddiaçı qəbul edilmiş qərarla tam razı olduğunu, xahiş və iddiasının olmamasını imzası ilə təsdiq edib yazmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 760/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər K.Bədəlov və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(105)-24/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə tərəfindən iş materiallarında olan ziddiyyətli hallar aradan qaldırılması istiqamətində hərəkətlər edilməmiş, sadəcə iddiaçının təqrirdə qeyd etdiklərinə və söhbət vərəqəsində yazılanlara istinad etməklə, iddiaçının ehtiyata buraxılmasının onun iradəsinə uyğun olması nəticəsinə gəlmişdir. Eyni zamanda, iddiaçı barəsində aparılmış narko-testin mötəbərliliyi ilə bağlı da məhkəmə araşdırması natamam aparılmış, bununla bağlı məhkəmə tərəfindən lazımi qiymətləndirmə aparılmamışdır. Belə ki, məhkəmə iddiaçı barəsində aparılmış narko-test zamanı analizin kim tərəfindən və hansı şəraitdə götürülməsi ilə bağlı akt, iddiaçı barəsində testin aparılması barədə protokol və s. iş materiallarında yoxdur və məhkəmə tərəfindən tələb edilməmişdir. Eyni zamanda, iddiaçının 4 fevral 2020-ci il tarixdə keçdiyi müayinənin nəticəsi də (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1- Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir) ilkin aparılan təstin mötəbərliliyini şübhə altına alır. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçı barəsində aparılan testin həqiqətə uyğunluğu ilə bağlı işdəki sübutlara (ekspert izahatı, ekspert rəyi) hərtərəfli qiymət verilməmiş, apellyasiya instansiya məhkəməsi həmin sübutlarla razı olmadığını bildirsə də, bu istiqamətdə əlavə araşdırma aparmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (...) e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən; Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (...)
Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Maddə 96. Ali Məhkəmədə icraat (...) 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 760/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(105)-24/2022 nömrəli qərarı bütövlükdə ləğv edilib, təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında xx.xx.2016-cı il tarixli öhdəlikdən görünür ki, kiçik gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq etməyə, o cümlədən həqiqi hərbi xidmətdə olarkən, Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, ona tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0593/Ş nömrəli əmrindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi Riskli Xilasetmə və Mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssismühafizəçisi vəzifəsinə təyin edilmişdir, SHXÇDX Xaçmaz rayon şöbəsində qeydiyyatdadır. Əsgər İddiaçı kiçik gizir hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0770/Ş nömrəli əmrindən görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi gizir İddiaçı tutduğu vəzifədən azad edilmiş və Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis-pirotexniki vəzifəsinə təyin edilmişdir. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 138 saylı məktubundan görünür ki, İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş və 4 şəxsdə o cümlədən İddiaçı narkotest “pozitiv” olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2020-ci il tarixli 0050/ş nömrəli əmrin çıxarışından görünür ki, həmin əmrlə Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis pirotexniki gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının xx.xx.2020-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti N saylı hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabı № 37/36-36-dan görünür ki, xx.xx.2020-ci il tarixli hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması haqqında əmr İddiaçı xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 37/34-035 saylı təyinat vərəqəsindən görünür ki, gizir İddiaçı xx.xx.2020-ci il tarixdə SHXÇDX Xaçmaz rayon şöbəsinə qeydiyyatda durmaq üçün getməyi əmr edilmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 018/Ş nömrəli əmrin çıxarışından görünür ki, həmin əmr İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alaraq, 2020-ci ilin növbəti məzuniyyəti hesabına 06 fevral 2020-ci il tarixdən 3 təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 09 fevral 2020ci il tarixdən şəxsi heyətin siyahısından silinməsi, hər növ təminatlardan çıxarılması və 12 fevral 2020-ci il tarixədək hərbi qeydiyyata durmaq üçün SHXÇDX Xaçmaz rayon şöbəsinə göndərilməsi haqqında verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində narkotik maddələrin olub-olmamasını aşkar etmək üçün İddiaçı sidik analizi götürülmüşdür. Analizin cavabı “pozitiv” olmuşdur. THC(+) marixuana, AMP(+) psixotrop maddələr aşkar olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsində ekspert qismində dəvət edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və X2 Məhkəmə kimya şöbəsinin rəisi M.Axundova bildirmişdir ki, narkotik vasitələrin onu qəbul etmiş şəxsin qan və sidiyində qalma müddəti individualdır. Bu göstərici şəxsin hansı maddədən istifadə etməsi və hər bir insanın orqanizmindən asılı olaraq ən azı 5-6 gündən başlayaraq 2 ay müddətinə qədər qala bilər. Eyni zamanda bu göstərici nümunənin hansı üsulla yoxlanılması və qan və ya sidikdən götürülməsindən asılıdır. İddiaçının barəsində aparılmış yoxlamalar eyni üsulla, yəni GC-MS cihaz ilə yoxlanılmış, Cannabis, THC- COOH və THCOHH maddələri yoxlanılmışdır ki, bunlar ana maddələr hesab edilir, çətənə bitkisindən hazırlanılr və narkotik maddələr hesab edilir. Epizodik istifadə olunduqda sidikdə 29 gün ərzində, davamlı isitifadə zamanı isə 2 aydan çox qala bilir. Narkotesterdən istifadə olunanda 100%-lik nəticə vermir. Sadəcə isitiqamətverici rol oynayır. Məsələn, baş ağrısı üçün istifadə edilən “Solpadein” ağrıkəsici dərmanın istifadəsi zamanı da narkotestin cavabı yanlış çıxa bilər. Çünki tərkibində morfi maddəsi mövcuddur. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2-1(105)-467/2021 nömrəli məktubuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxsi Toksikoloji-kimyəvi müayinələr üzrə Referans laboratoriyasının cavab məktubunda (səh.141) qeyd olunmuşdur ki, 04 fevral 2020-ci il tarixli 43 kodlu müayinə cədvəli həqiqətən də İddiaçı məxsusdur. Qadın, kişi qrafasında kişi sözünün yerinə qadın sözü səhv olaraq yazılmışdır. Toksikoloji-kimyəvi müayinələr üzrə Referens laboratoriyasında hər iki cinsin (qadın, kişi) bioloji materiallarında (sidik, qan) aparılan müayinələr eyni metodika ilə işlənilir və bunun nəticələrə heç bir təsiri yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 08 dekabr 2021-ci il tarixli ekspert rəyində həmçinin göstərilmişdir ki, analiz üçün istifadə olunan skrininq-testlərin yüksək həssaslığının olmasına baxmayaraq, kross-reaktivliyi onların nöqsanlarından biridir. Bu o deməkdir ki, test üsulu ilə yoxlama zamanı sidikdə narkotik və psixotrop maddələrə strukturca yaxın olan başqa birləşmələrlə üzə çıxmaq ethimalı var. O, da yalnış müsbət və yalnış mənfi nəticələrə gətirib çıxarır. Məsələn, Kardiomagnil adlı dərman preparatının əsas tərkib hissəsi aspirindir (asetilsalisil turşusu). Belə ki, kardiomagnil (aspirin) qəbul etdikdən sonra kannabinoid üçün olan ekspress-test üsulu ilə müayinə zamanı sidik nümunəsində yalnış müsbət nəticə alınır. Odur ki, ekspress-test üsulu narkotik və psixotrop maddələrin qəbul etdiyi faktını ancaq ilkin təyini üçün istifadə oluna bilər və alınan müsbət nəticələr başqa instrumental və selektiv xromatoqrafık metodları ilə təsdiqlənməlidir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən əmrdə “əmrin verilməsi üçün əsas” bəndində Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetməyə mühafizə taborunun (N saylı hərbi hissə) komandiri baş leytenant Vəli Vəlibəyovun 30 yanvar 2020-ci il tarixli 37/37-023 №-li məktubu, təqdimatı və Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubu göstərilmişdir. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubunda sadəcə 4 nəfərin, o cümlədən İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunması və onlarda narkotestlərin pozitiv olması qeyd edilmişdir. Həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməmişdir. İş üzrə təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə 17 may 2022-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırılma aparılmış, İddiaçı barəsində aparılmış narko-test zamanı analizin kim tərəfindən və hansı şəraitdə götürülməsi ilə bağlı aktın, protokolun və ya digər sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmiş, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 23 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 15:30 radələrində Azərbaycan Respublikası FHN-nin Xaçmaz bölməsinin müraciəti əsasında xəstəxananın narkoloji kabinetində həkim-narkoloq Ağakərim Muradxanov tərəfindən tibbi müayinə olunmuşdur. Vətəndaş tibbi müayinə olunarkən aşağıdakı tərkibdə komissiya təşkil edilmişdir. 1. “Xaçmaz RMX" PHŞ-in həkimnarkoloqu; 2. FHN-nin kadrlar şöbəsinin rəisi; 3. FHN-nin həkimi; 4. FHN-nin Xaçmaz bölməsinin komandiri; Vətəndaş İddiaçı sorğu keçirən zaman bir dəfə narkotik maddə qəbul etdiyini təsdiq etmiş, (TGC-Marixuana) və bir gün əvvəl ağrıkəsici dərman preparatı (baş ağrısı) qəbul etdiyini bildirmişdir. Məhkəmənin təkrar sorğusuna 18 oktyabr 2022-ci il tarixli cavab məktubunda isə qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 15:30 radələrində narkotik maddələr qəbul edib-etməməsinin təyin olunması üçün Azərbaycan Respublikası FHN-nin Xüsusi riskli xilasetmə xidməti tərəfindən xəstəxanaya gətirilmişdir. Vətəndaş İddiaçı Xaçmaz RMX-nın narkoloji kabinetində həkim-narkoloq Ağakərim Muradxanov tərəfindən müayinə (narko-test) olunmuş və ondan götürülmüş testin nəticəsi “pozitiv” kimi qiymətləndirilmişdir. (THC+, Marixuana) İddiaçı müayinə olunmasını təsdiq edən tibbi sənədlər həkim-narkoloq A.Muradxanov tərəfindən FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlarına təqdim olunduğundan həmin sənədlər Xaçmaz RMX-da saxlanılmamışdır. Məsələ ilə bağlı həkimnarkoloq A.Muradxanovdan alınmış izahatı təqdim edilir. Həkim-narkoloq A.Muradxanov 15 oktyabr 2022-ci il tarixində yazdığı izahatında isə iddiaçının narko-test üsulu ilə müayinə edilərkən narkotik maddə qəbul etdiyini etiraf etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından iddiaçının narkotik maddələrdən istifadə əsası ilə hərbi xidmətdən ehtiyata buraxılmasına razı olduğu müəyyən olunmur. Bu halı iddiaçı ilə aparılmış ilk söhbətin 29 noyabr 2019-cu il tarixdə olması da təsdiqləyir. Halbuki, narkotestin nəticəsi ilə bağlı məktub 30 yanvar 2020-ci il tarixlidir. 30 yanvar 2020-ci il tarixli söhbət isə 2-ci söhbət omuşdur ki, bu vərəqədə yalnız “Birinci söhbət zamanı xahiş və sualların yerinə yetirilməsinə münasibəti” qrafasının qarşısında “Qəbul edilmiş qərarla tam razıyam” qeydi yazılmışdır. İddiaçı isə narkotik maddələrdən istifadə etmədiyini, narkotik maddələrdən istifadə etdiyinə görə ehtiyata buraxılmalı olması ilə bağlı cavabdehin qərarı ilə razı olmadığını, işdən çıxması barədə ərizənin onun iradəsini ifadə etmədiyini iddia edir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd etdiyi kimi, mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdır. İnzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən isə, əlverişsiz inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. İnzibati icraat zamanı isə ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Hazırkı iş üzrə isə, yuxarıda qeyd olunan normaların və prinsiplərin əksinə olaraq, iş materiallarında olan sənədlərdən iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narko-testin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması müəyyən olunmur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyi iddiaçı tərəfindən təqdim edilmiş laboratoriya testinin nəticəsi ilə mübahisələndirilsə də, cavabdeh bu ziddiyyətli halın aradan qaldırılması üçün əlavə araşdırma aparmamış, iddiaçının xeyrinə ola biləcək halları nəzərə almadan, yalnız onun ziyanına olan testin nəticəsinə istinad etməklə, iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İş materiallarından iddiaçının narkotik vasitə qəbul etməsi barədə yazılı və ya söhbət zamanı etirafı iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmir. Əksinə, 30 yanvar 2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması barədə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubundan sonra 4 fevral 2020-ci il tarixdə, yəni 5 gündən sonra iddiaçıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1- Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması, daha sonra iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıdan götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməməsi ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020ci il tarixli məktubunda göstərilən halın mötəbərliyi təsdiqini tapmamışdır. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 08 dekabr 2021-ci il tarixli ekspert rəyindən həmçinin görünür ki, analiz üçün istifadə olunan skrininq-testlərin yüksək həssaslığının olmasına baxmayaraq, kross-reaktivliyi onların nöqsanlarından biridir. Bu o deməkdir ki, test üsulu ilə yoxlama zamanı sidikdə narkotik və psixotrop maddələrə strukturca yaxın olan başqa birləşmələrlə üzə çıxmaq ethimalı var. O, da yalnış müsbət və yalnış mənfi nəticələrə gətirib çıxarır. Məsələn, Kardiomagnil adlı dərman preparatının əsas tərkib hissəsi aspirindir (asetilsalisil turşusu). Belə ki, kardiomagnil (aspirin) qəbul etdikdən sonra kannabinoid üçün olan ekspress-test üsulu ilə müayinə zamanı sidik nümunəsində yalnış müsbət nəticə alınır. Odur ki, ekspress-test üsulu narkotik və psixotrop maddələrin qəbul etdiyi faktını ancaq ilkin təyini üçün istifadə oluna bilər və alınan müsbət nəticələr başqa instrumental və selektiv xromatoqrafık metodları ilə təsdiqlənməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas onun narkotik vasitədən istifadə etməsi olmuşdur. Göstərilən hal isə iş materialları ilə təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli 2-1(118)-144/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.