Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-535/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarsı “Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: icarə hüququnun özgəninkiləşdirilməsindən imtinanın əsaslı olması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(118)-904/2021 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaxını X3 ilə birlikdə, onlara məxsus olan 3 mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü edərək kənd təsərrüfatı məhsullarının əkibbecərilməsi, istehsalı və emalı ilə məşğul olmaq üçün kreditə pul götürərək Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən Cavabdeh balansında olan 3.0 ha torpaq sahəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 noyabr 2019-cu il tarixli Çıxarışı ilə Cavabdehndə hüququ yüklü edilmiş Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsi 14 mart 2007-ci il tarixli 084 nömrəli icarə müqaviləsi, 27 avqust 2014-cü il tarixli 3M/162 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi və Abşeron Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 2(012)-93/2018 saylı icra vərəqəsi ilə onun adına **********96 reyestr nömrəsi ilə yüklü edilmişdir. O, banka olan kredit borcunu ödəyə bilmədiyi üçün "xxxx" ASC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək kredit borcunun tutulması və ipoteka ilə yüklü edilmiş əmlakların satılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə, 02.05.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər olan ona və X2 qarşı iddia ərizəsi qismən təmin edilərək, 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh kimi ondan ümumilikdə 115871.39 manat məbləğində borc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutulmanın həmin kredit müqaviləsinin təminatı qismində X3 tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 51 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 42 saylı mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X2 qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh kimi ondan tutulması qət edilmişdir. Bundan başqa, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarılmış, təkrar hərracda alıcı olmadığından, həmin əmlaklar "xxxx" ASC-yə satılmışdır. Hazırda "xxxx" ASC-yə olan borcu ödəyib bank tərəfindən hərracda satılmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 51 saylı mənzili, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 42 saylı mənzili və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzili (alıcı "AGBank) geri almaq üçün Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsini icarə hüququnu satmaq zərurəti yaranmışdır. Torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətiniz araşdırılarkən onun icarəsində olan əkinə yararlı 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı və icarə haqlarının ödənilmədiyi aşkar edilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərildiyi kimi torpaq sahəsi üzərində icarə hüququnun ləğvi üçün əsasdır. O, 2014-2015-ci illərdə icarəyə götürdüyü torpaq sahəsində kənd təsərrüfat işləri ilə məşğul olmaq üçün torpaq sahəsinin bir hissəsində qarğıdalı və sarımsaq əkmiş, ərazini suvarmaq üçün nəzərdə tutulmuş kanallarda yetərli miqdarda su olmadığı üçün sahənin əsaslı suvarılması mümkün olmadığı üçün yetərli məhsul əldə edilməmişdir. Göstərilən səbəbdən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının əkilməsi rentabelli olmadığı üçün qərara almışdır ki, sahədə iri buynuzlu heyvanların saxlanması üçün ferma tiksin. Nəticədə isə o, iki il ərzində xeyli ziyana düşmüşdür. Bundan başqa, sonrakı illərdə suvarma məsələsi həll olunmadığı üçün məcbur olaraq məişət suyundan istifadə etmiş, bu da çox baha başa gəldiyi üçün faydalı olmamışdır. Qeyd edilən səbəblərdən gəlir əldə edilməmiş və kredit borcunu vaxtında ödəyə bilməmişdir. Buna görə də, ipoteka ilə yüklü edilmiş mənzillər hərraca çıxarılaraq satılmışdır. Həmin mənzillərin bankdan geri alınması üçün yalnız torpaq sahəsinin özgəninkiləşdirilməsinə ehtiyac var.
Cavabdehin etirazları:
3. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, lakin məqsədli təyinatına uyğun istifadə olunmamış, torpaq sahəsində qanunsuz tikinti işləri həyata keçirilmişdir. Ayrılmış sahə əkinə yararlı torpaq sahəsi olmasına baxmayaraq torpaq sahəsində əkin işləri aparılmamış, ümumiyyətlə təyinatına uyğun istifadə edilməmiş, icarə haqları ödənilməmişdir. Odur ki, torpaq sahəsi üzərində icarə hüququnun digərinə satılması Rayon İcra Hakimiyyəti tərəfindən məqsədə müvafiq hesab edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-cı il tarıxlı 2-1(118)-904/2021 saylı qərarı ilə (hakim L.E.Mirzəyeva) İddiaçı Cavabdehnə qarsı Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir.
5. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(118)-904/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 noyabr 2019-cu il tarixli Çıxarışı ilə Cavabdehndə hüquqi yüklü edilmiş Abşeron rayonu 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsi 14 mart 2007-ci il tarixli 084 nömrəli icarə müqaviləsi, 27 avqust 2014-cü il tarixli 3M/162 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi və Abşeron Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli 2(012)-93/2018 saylı icra vərəqəsi ilə İddiaçı adına **********96 reyestr nomrəsi ilə yüklü edilmişdir. İddiaçı banka olan kredit borcunu ödəyə bilmədiyi üçün "xxxx" ASC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək kredit borcunun tutulması və ipoteka ilə yüklü edilmiş əmlakların satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)936/2018 saylı iş üzrə 02.05.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı ümumilikdə 115871,39 manat məbləğində borc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutulmanın həmin kredt müqaviləsinimn təminatı qismində X3 tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri 9-cu mikrorayon 23A/8 saylı evin 51 saylı mənzilinə, Sumqayıt şəhəri 9cu mikrorayon 23 A/8 saylı evin 42 saylı mənzilinə və Bakı şəhəri Binəqədi rayonu, Şəmsi Rəhimov küəsi 57 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka qoyan X2 qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh İddiaçı tutulması qət edlmişdir. Bundan başqa icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarılmış, təkrar hərracda alıcı olmadığından, həmin əmlklar "xxxx" ASC-yə satılmışdır. Hazırda "xxxx" ASC-yə olan borcu ödəyib bank tərəfindən hərracda satılmış Sumqayıt şəhəri 9-cu mikrorayon 23A/8 saylı evin 51 saylı mənzilinə, Sumqayıt şəhəri 9-cu mikrorayon 23 A/8 saylı evin 42 saylı mənzilinə və Bakı şəhəri Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi 57 saylı evin 34 saylı mənzili (alıcı "xxxx") geri almaq üçün Abşeron rayonu 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerlşən 3,0 ha torpaq sahəsinin icarə hüququnu satmaq zərurəti yaranmışdır. Torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətiniz araşdırılarkən İddiaçı icarəsində olan əkinə yararlı 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı və icarə haqlarının ödənilmədiyi aşkar edlmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərildiyi kimi torpaq sahəsi üzərində icarə hüququnun ləğvi üçün əsasdır. Bundan başqa, iddiaçı bildirmişdir ki, 2014-2015-ci illərdə icarəyə götürdüyü torpaq sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün torpaq sahəsinin bir hissəsində qarğıdalı və sarımaq əkmiş, lakin ərazini suvarmaq üçün nəzərdə tutulmuş kanallarda yetərli miqdarda su olmadığı üçün sahənin əsaslı suvarılması mümkün olmadığı üçün yetərli məhsul əldə edilməmişdir. Ona görə də torpaq sahəsində kənd təsərrüfatı məhsullarının əkilməsi rentabelli olmadığı üçün sahədə iri buynuzlu heyvanların saxlanması üçün ferma tikilmişdir. Nəticədə isə iddiaçı iki il ərzində xeyli ziyana düşmüşdür. Sonrakı illərdə suvarma məsələsi həll olunmadığı üçün məcbur olaraq məişət suyundan istifadə etmiş, bu da çox baha başa gəldiyi üçün faydalı olmamışdır. Qeyd edilən səbəblərdən gəlir əldə edilməmiş və kredit borcunu vaxtında ödəyə bilməmişdir. Buna görə də, ipoteka ilə yüklü edilmiş mənzillər hərraca çıxarılaraq satılmışdır. Həmin mənzillərin bankdan geri alınması üçün yalnız torpaq sahəsinin özgəninkiləşdirilməsinə ehtiyac vardır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-904/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı Abşeron rayonu 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsinini icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək yerli icra hakimiyyəti başçısının səlahiyyəti kimi müəyyən edilmişdir. Məhkəmə Torpaq Məcəlləsinin 81, 56.5-ci, Mülki Məcəllənin 706.2 və 712.1-ci maddələrinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən nəzərə almamışdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində olan hüquqları mübahisələndirməmiş, işin o halını qəbul edir. Sadəcə imtina üçün əsas olmuş halların iddiaçının iradəsindən asılı olmayan səbəblərlə bağlı hissəsinə münasibət bildirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən icarə haqlarının ödənilməməsi əsası ilə Cavabdeh tərəfindən imtina verildiyini, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamasını qeyd etsə də, əslində iddiaçı tərəfindən icarə haqları 06.04.2021-ci il tarixdə Kapitalbank vasitəsi ilə ödənilmiş və bu barədə qəbz məhkəməyə təqdim olunmuşdur. Bundan başqa birinici instansiya məhkəməsi nəzərə almamışdır ki, torpaq sahəsində əkilmiş əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş kanalda yetərli suyun olmaması səbəbindən əkin sahələrinin suvarılması mümkün olmamışdır. Göstərilən səbəbdən iddiaçı külli miqdarda ziyana düşmüş və nəticədə banka olan borcları qaytara bilməmişdir. Bundan başqa, iddiaçı bildirir ki, 27 avqust 2014-cü il tarixli 3M/162 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi ilə 3,0 ha torpaq sahəsi aldıqdan sonra torpaq sahəsindən yaxşılaşdırma işləri görmək məqsədi ilə özünə məxsus pullarını və Nailə Əhmədovaya məxsus olan daşınmaz əmlakları girov qoyaraq əldə olunan pullar torpaq sahəsinin münbitləşməsinə istifadə olunmuşdur. Torpaq sahəsinin bir hissəsində əkin əkilmiş, suvarma sistemi olmadığına görə xeyli miqdarda ziyan etmişdir. Üzləşdiyi ziyana görə banka olan borclarını qaytara bilməmiş, özü isə əlavə vəsait yatırmaq üçün başqa şəxslərdən borca pul alaraq yenidən torpaq sahəsində heyvandarlıqla məşğul olmaq üçün tikinti işləri aparmışdır. Gəlir əldə edə bilmədiyindən borcları qaytara bilməmiş və şikayətlər əsasında həbs olunmuşdur. İddiaçı torpaq sahəsini alanda böyük ümidləri olmuş, lakin torpaq ona böyük bəlalar gətirmiş, azadlığını əlindən almış, həyatını puç etmişdir. Özü azmış kimi Nailə Əhmədova da evlərindən məhrum olaraq kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh isə faktiki vəziyyətlərini görərək bundan istifadə etməyə çalışır, İcra Hakimyyətinin guya icarə haqqının ödənilməməsi barədə verdiyi imtina əslində formal xarakter daşıyır. Belə ki, nümayəndəsi vasitəsilə dəfələrlə yazılı öhdəlik götürə biləcəyini bildirmişdir ki, icarə hüquququnun özgəninkiləşdirilməsinə icazə verildiyi halda torpaq sahəsini başqasının istifadəsinə verib ondan əldə olunan gəlirdən isə zəruri olan ödənişləri ödəsin.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən nəzərə almamışdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində olan hüquqları mübahisələndirməmiş, yəni işin o halını qəbul edir. Sadəcə imtina üçün əsas olmuş halların iddiaçının iradəsindən asılı olmayan səbəblərlə bağlı hissəsinə münasibət bildirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən icarə haqlarının ödənilməməsi əsası ilə Cavabdeh tərəfindən imtina verildiyini, iddiaçı tərəfin isə bunun əksini təsdiq edən sənədin məhkəməyə təqdim etməməsini qeyd etsə də, əslində iddiaçı tərəfindən icarə haqları 06 aprel 2021-ci il tarixdə Kapitalbank vasitəsi ilə ödənilmiş və bu barədə qəbz məhkəməyə təqdim olunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, torpaq sahəsində əkilmiş əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş kanalda yetərli suyun olmaması səbəbindən əkin sahələrinin suvarılması mümkün olmamışdır. Göstərilən səbəbdən iddiaçı külli miqdarda ziyana düşmüş və nəticədə banka olan borcları qaytara bilməmişdir. İddiaçının məhkumluğunun torpaq sahəsi ilə bağlılığı yoxdur, o, Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məhkum olunmuşdur. Həmin torpağın dörd bir tərəfi əkin sahəsidir. İddiaçıya məxsus torpaqda tövlə və yardımçı otaqlar yerləşir. Hazırda icarə hüququnun subicarə hüququ ilə əvəz edilməsini istəyir. Apelyasiya şikayətini müdafiə edir, bildirir ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
9. 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olsa da, sonuncu tərəfindən heç bir vəsatət məhkəmə kollegiyasına daxil olmamışdır.
10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, eləcə də, Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
20. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün muüddətində inzibati məhkəmə vasitəsilə verilir.
23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra–Ali Məhkəməyə) şikayət verilə bilər.
27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
29. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsi: Bənd 1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Bənd 2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. Bənd 3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Bənd 4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Bənd 5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.
31. Həmin Məcəllənin 81-ci maddəsinə görə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları kimi müəyyən edilmişdir.
32. Həmin Məcəllənin 86.5-ci maddəsinə torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbini öhdəliyin icrası haqqında iddia tələbi təşkil edir. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı hal-hazırda icarə hüququnun başqa şəxsin adına özgəninkiləşdirilməsini istəyir. O, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
36. Məhkəmə kollegiyası hazırki hazırkı qərarın 6-cı bəndində əksini tapan iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, icarə müqaviləsi əsasında iddiaçı tərəfindən icarəyə götürülmüş 3.0 ha torpaq sahəsi məqsədli təyinatına uyğun istifadə olunmaması, torpaq sahəsində qanunsuz tikinti işlərinin həyata keçirilməsi, ayrılmış sahənin əkinə yararlı torpaq sahəsi olmasına baxmayaraq torpaq sahəsində əkin işlərinin aparılmaması, eləcə də icarə haqlarının ödənilməməsi səbəbindən dövlət mülkiyyətində olan torpağın Cavabdeh tərəfindən subicarəyə verilməsinə razılıq verilməmişdir.
37. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin yerinə-yetirilib yetirilməməsi hazırki məhkəmə araşdırmasının predmetinə aid olmasa da, dolayısı ilə, qeyd edilən hallara qiymət verilməsi Cavabdeh diskresion səlahiyyətlərinin həddini aşıbaşmaması hallarının müəyyən edilməsi istiqamətində əhəmiyyət kəsb etmiş, bu baxımdan cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur.Yəni, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn özgəninkiləşdirilməsinə razılıq verilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilməklə həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir.Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.
38. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının icarə haqlarının ödənilməsinə əhəmiyyət verilməməsi barədə göstərilənlər əsaslı hesab edilə bilməz ona görə ki, iddiaçı tərəfindən 2014-cü ildən icarəyə götürülən torpaq sahəsilə bağlı 15.05.2014-cü ildə 80 manat, 24.06.2014-cü ildə iki dəfə, hər dəfə 80 manat olmaqla 160 manat və hazırki iddia məhkəməyə verildikdən sonra 06.04.2021-ci ildə 150 manat icarə haqqı ödənilmiş, halbuki, icarə haqqı illik 150 manat təşkil edir. Deməli, 7 il ərzində yalnız 2,7 il üçün icarə haqqı ödənilməsi müəyyən olunur(i.v.29-30).
39. Apelyasiya şikayətinin iddiaçının torpaq sahəsinin münbitləşdirilməsinə xeyli miqdarda vəsait xərcləsə də, suvarma sistemi olmadığına görə ciddi ziyan çəkməklə borc aldığı şəxslərin borcunu qaytarmadığından borcverənlərin şikayəti əsasında həbs olunması, torpaq sahəsini alanda iddiaçının böyük ümidlərinin olması, lakin torpağın iddiaçıya böyük bəlalar gətirməklə azadlığının əlindən alınması, həyatının puç olması barədə dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, işdə olan Ali Məhkəmənin 30.01.2019-cu il tarixli qərarından göründüyü ki, İddiaçı satış məqsədilə külli miqdarda saxta valyutanı əldə edib daşıyarkən 21.09.2016-cı ildə həbs edildiyindən, Azərbaycan Respublikasının CM-nin 32.3, 204.3.2-ci maddələrilə təqsirli bilinb 9 il müddətinə məhkum olunmuşdur (i.v.73-76).
40. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 30-33-cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından hesab edir ki, Cavabdeh qeyd olunan torpaq sahəsinin iddiaçı tərəfindən özgəninkiləşdirilməsinə razılıq verməməsi həmin normalarda qeyd edilən səlahiyyətinə uyğun olduğundan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(118)-904/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.