Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-535/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Hacıyev Vahid Məcid oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan X3na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-578/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür AZ-İ № 695589 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az yəni 16 il 4 ay 7 gün təşkil etdiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan X3na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1959-cu ildə Quba rayonu, Amsar kəndində anadan olmuşdur. X3, anası X4 olmuşdur. X8 09 sentyabr 1998- ci il tarixdə, X3 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdiyi günə qədər İ qrup müharibə əlili olmuş və onun əlilliyi İİ Dünya müharibəsində iştirakla bağlı yaranmışdır. Atasına 1995-ci ilin yanvar ayına kimi X8 baxaraq qulluq etsə də, 1995-ci ilin əvəllində anası iflic xəstəliyinə tutularaq səhhəti ağırlaşmışdır. Ona görə 1995-ci ildən vəfat etdiyi günə, yəni 22 oktyabr 2014-cü il tarixə qədər İ qrup əlil olan X3na özü baxıb qulluq etmişdir. O eyni zamanda 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işləmişdir. Həmin müəssisədə qeyd olunan müddətdə işləməyi adına tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçı birinci qrup əlilə qulluq etdiyi müddətin və işlədiyi müddətlərin sığorta stajı olaraq nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilatın 04 aprel 2023-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında inzibati aktı ilə ona sığorta stajının 16 il 4 ay 7 gün olduğu və 25 il təşkil etmədiyi, eyni zamanda hazırki qanunvericiliyin tələbinə əsasən X5 qulluq etdiyi dövrün məhkəmə qərarı ilə təsdiqlənmədiyi üçün qulluq dövrünün sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd edilən imtina cavabı ilə razılaşmır. Belə ki, cavabdeh təşkilat onun İ qrup əlil atasına qulluq etdiyi 1995-ci ildən xx.xx.2014-cü il tarixədək olan dövrü nəzərə almamış, eyni zamanda Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək olan və əmək kitabçası ilə təsdiq olunan dövrdə stajını 16 il 4 ay 7 gün kimi hesablamışdır. Göründüyü kimi, hal-hazırda yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən artıq stajı həm işlədiyi, həm də İ qrup əlil atasına qulluq etdiyi üçün yaranmışdır. Lakin cavabdeh təşkilat əmək pensiyası təyin etməkdən imtina edir. İ qrup əlil olan X3na qulluq etməyi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1-ci dərəcəli əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt tərtib edilmişdir. Onun yaşa görə əmək pensiyası hüququnun yarandığı 2021-ci ilin aprel ayında “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarına əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilirdi. Hal-hazırda qanunvericiliyin dəyişdirilərək bu faktın məhkəmə qaydasında müəyyən edilməsi hesab edir ki, ona aid edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda qeyd etdiklərimə əsasən cavabdeh təşkilatın imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, əmək kitabçasının surətinə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az yəni 16 il 4 ay 7 gün təşkil etdiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etmək lazımdır ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı tələbi iki hissədən ibarətdir: 1. ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işlədiyi dövr; 2. İ qrup əlil olan X3na 1995-ci il tarixdən xx.xx.2014cü il tarixədək qulluq etdiyi dövr. 1. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 17-1/2-S-70354/2023 nömrəli məktuba əsasən ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrlər nəzərə alınmaqla sığorta stajı 16 il 4 ay 7 gün müəyyən edilmişdir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh orqanın İddiaçı ünvanlanmış məktubun məzmunundan da göründüyü kimi iddia tələbinin birinci hissəsiylə bağlı iddiaçının subyektiv hüququnu pozan mübahisə mövcud deyildir. 2. İddiaçı 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək vəfat etmiş ahıl X3na qulluq etdiyini iddia edir. İddiaçı iş materiallarına bu barədə Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 04 nömrəli Aktı əlavə etmişdir. İş materiallarında olan 695589 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Qeyd edilən hallar nəzərə alındıqda əvvəla iddia tələbi üçün əsas gətirilmiş Qulluq Aktı mübahisələndirilməlidir. İlk növbədə Qulluq Aktı şəhər (rayon) icra hakimiyyati orqanlarının, yaxud Şöbənin va ya İdaranin nümayandələrindən ibarat komissiya tərəfindən tərtib edilməli olduğu halda Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı 1922- ci il təvəllüdlü 92 yaşlı İ qrup əlil 2014-cü ildə vəfat etmiş X5 1995- ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etmişdir. X10q edilən şəxsin ifadələrinə əsasən tərtib edilməli idi. İş materiallarında olan 695589 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Aktın tərtib edilməsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmiş, qonşuların şahidliyi əks olunmamış və xidmət edilən şəxs vəfat etmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün əsaslar nəzərə alınmaqla iddia tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli Akt mötəbər hesab edilə bilməz. Hazırda qüvvədə olan qanunvericilik aktlarından da aydın olduğu kimi, sözügedən halda iddiaçının qulluq etdiyi ahıl ailə üzvü vəfat etdiyindən tərtib olunan akt əsaslı sayıla bilməz. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-578/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan X3na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işlədiyi dövr hissəsində cavabdeh tərəfindən nəzərə alınır. Cavabdeh tərəfindən nəzərə alınmayan dövr iddiaçının İ qrup əlil olan X3na 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etdiyi dövrlərdir. İddiaçı əlil atasına qulluq edilməsi faktının təsdiqi ilə müvafiq ümumi məhkəməyə müraciət etmiş, lakin iddianın yolverilməzliyi əsası ilə onun tələbinə baxılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçının qulluq faktı ilə əlaqədar müvafiq araşdırmaların aparılması üçün Quba rayon İcra Hakimiyyətinə 17 dekabr 2021-ci il və 03 iyun 2022-ci il tarixlərdə ərizə ilə müraciət etmişdir. Bu baxımdan iddiaçının 2021-ci il tarixdə müraciət etdiyi halda qulluq aktının gec, müvafiq qaydalara dəyişiklikdən sonra tərtib edilmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz və həmin aktın mötəbərliyinə şübhə yarada bilməz. Göründüyü kimi qaydalarda da müvafiq aktın tərtib olunmasında həm şəhər (rayon) icra hakimiyyəti orqanlarına həmdə müvafiq şöbənin və ya İdarənin nümayəndələrindən ibarət yaradılacaq komissiyaya səlahiyyət verilmişdir. Yuxarıda qeyd olunduğu kimi müvafiq icra hakimiyyəti orqanının aktı ilə iddiaçının atasına qulluq etməsi öz təsdiqini tapmışdır. İnzibati orqanın aktda qeyd edilənlərin həqiqiliyinə şübhəsi olduğu halda özü qanunvericiliyin göstərişi üzrə inzibati araşdırma funksiyasını yerinə yetirə bilər və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırki halda məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə münasibətdə hərhansı şübhə müəyyən olunmur. İddiaçının atasına qulluq etdiyi dövrlər nəzərə alınarsa bu halda cavabdeh tərəfindən nəzərə alınan 16 il 4 ay 7 gün və 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlər birlikdə iddiaçının 25 ildən çox sosial sığorta stajının olduğuna əsas verir. Bu halda iddiaçının 05 aprel 2021-ci il tarixdən, 62 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Maddə 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; ...... 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi işlədiyi dövrün və vəfat etdiyi əlil atasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqanın imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasının surətinə əsasən iddiaçının ümumi sosial sığorta stajı 16 il 4 ay 7 gün təşkil edir, xx.xx.2006-xx.xx.2018-ci l tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış,atasına qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmədiyindən, həmin dövr sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci insatsniya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) pensiya yaş həddi; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1959-ci il təvəllüdlü olmaqla, onun pensiya yaş həddinə çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 16 il 4 ay 7 gün iş stajına malik olması halını qəbul edir, iddiaçının əlil atasına qulluq etdiyi 1995-2014-cü illərə aid olan dövrləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qulluq etdiyi dövr təsdiq edilmədiyindən mübahisələndirmişdir. İş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrlərdə işləməsinə dair qeydlər əmək kitabçasında mövcud olmuşdur. Həmin dövrlər cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası İ qrup əlil olmaqla24 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan müvafiq icra hakimiyyəti orqanının Qəyyumluq və Himayəçilik Komissiyasının ahıla qulluq müddəti barədə 20 iyun 2022-ci il tarixli aktın məzmunundan görünür ki, iddiaçı 1995-ci ildən xx.xx.2014-cü ilədək atası, 1922-ci il təvəllüdlü 1-ci qrup əlil X1 şəxsin qulluğuna ehtiyacı olduğu üçün qulluq etmişdir, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılmış və aktın verilməsinə əsas olmuş sənədlər iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması zamnanı Quba Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, həmin aktın tərtib edilməsinə əsas olmuş sənədlər tələb edilmişdir. Qeyd edilən sənədlərin məzmunundan görünür ki, Quba rayonu Amsar kənd sakinləri tərəfindən iddiaçının 1995-ci ildən 2014-cü ilə kimi İ qrup müharibə əlili olan atasına, 1995-ci ildən 1998-ci ilə kimi yataq xəstəsi ahıl anasına onlar vəfat edənədək kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün qulluq etməsi barədə akt tərtib edilmişdir. Quba Bələdiyyəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı 1995-ci ildən mərhum atası 1-ci qrup müharibə əlili atası və mərhum anası vəfat edənədək onlarla bir evdə yaşamış, onlara qulluq etmişdir. Quba rayonu İHB-nin Amsar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, , iddiaçı 1995-ci ildən mərhum atası 1-ci qrup müharibə əlili atası və mərhum anası vəfat edənədək onlarla bir evdə yaşamış, onlara qulluq etmişdir. İş materiallarında olan Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş 033440 nömrəli arayışın məzmunundan görünür ki, 1922-ci il təvəllüdül X9 birinci dərəcə əlildir, özgəsinin xidmətinə ehtiyacı vardır, arayışın verilməsinə əsas olan sənəd ВТЕК tərəfindən verilmiş 714 nömrəli müayinə aktı çıxış etmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının əlil atasına qulluq etdiyi dövrlə bağlı tərtib edilmiş həmin aktı mötəbər sənəd kimi qəbul etməmiş, əsas kimi qulluq aktının qulluq edilən şəxsin sözləri əsasında tərttib edilməli olmalı olduğu halda, bu qaydada tərtib edilməməsi və aktın müvafiq komissiya (DSMF-nin nümayəndəsinin iştirakı ilə) tərəfindən tərtib edilməli olduğu halda, Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilməsi halına istinad edərək, həmin aktın 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarla təsdiq edilmiş Qaydalara uyğun tərtib edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarından görünür ki, iddiaçı əlil atasına qulluq göstərməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında, iddia tələbi irəli sürmüş, müvafiq məhkəmə qərardadı ilə iş üzrə icraata xitam verilməsi və aidiyyəti üzrə inzibati məhəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının 1995-ci il tarixdən 22 oktyabr 2014-cü il tarixədək olan dövrdə mərhum İ dərəcə əlil olan atasına qulluq etməsi faktı məhz iş materiallarında olan sənədlər-müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi qulluq aktı, bələdiyyə tərəfindən verilmiş arayış, müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayış, qonşular tərəfindən tərtib edilmiş akt əsasında öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının mərhum atasının əlilliyi ilə əlaqədar olaraq kənar şəxsin qulluğuna ehtiyacının olması halı məhz əlilliyi təyin edən orqan tərəfindən müəyyən edilmiş, həmin hal qeyd edilən orqan tərəfindən verilmiş müayinə aktı və arayışın məzmununda da öz əksini tapmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının mərhum İ dərəcə əlil olan atasına qulluq etməsi faktı yalnız qulluqetmə barədə tərtib edilmiş akt əsasında deyil, iş materiallarında olan digər mötəbər sənədlər əsasında da öz təsdiqini tapmışdır. Qeyd edilən hallar özlüyündə qulluqetmə barədə aktın mötəbərliyini də təsdiq edir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh tərəfindən həmin halları təkzib edən, qeyd edilən sənədlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının 1995-22 oktyabr 2014-cü ilədək mərhum İ dərəcə əlil atasına qulluq etməsi faktı iş materialları əsasında öz təsdiqini tapmaqla, sübuta yetirildiyindən, həmin hal iddiaçıya münasibətdə qanunun tələbinə əsasən sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbində işlədiyi xx.xx.1974-ci il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu Amsar kəndində yerləşən qqənnadı sexində işlədiyi və İ qrup əlil atasına qulluq etdiyi 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilərək, 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini qeyd etmişdir. İndiki halda iddiaçı iddia tələbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini qeyd etsə də, həmin dövr cavabdeh inzibati orqan tərəfindən ona münaisbətdə sosial sığorta stajı kimi nəzərə alınmış, bu hal işin mübahisəsiz halı kimi çıxış etmişdir. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Bu halda, məhkəmə kollegiyası İPM-in 52-ci maddəsinin tələblərini əsas götürərək, habelə iddiaçının hüquqi marağını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-578/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı İ qrup əlil olan X3na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.