Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-538/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2062/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2062/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “ona “məcburi köçkün vəsiqəsinin” xx.xx.2020-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab olunması və icrrata alınması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkünlük vəsiqəsinin statusa malik olduğu - xx.xx.2001-ci il tarixdən verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası X6 və anası X1 rayonundan məcburi köçkündür və bununla bağlı olaraq da doğulduğu xx.xx.2001-ci il tarixdən ona da məcburi köçkün statusu verilmişdir və məcburi köçkünlərə verilən aylıq müqavinət alır. Lakin buna baxmayaraq, ona məcburi köçkün vəsiqəsi xx.xx.2023-cü il tarixdən verilmişdir və iddiaçı bundan əvvəlki tarixlər üçün imtiyazlarından istifadə etməkdən məhrum olunmuşdur. Bu hüquqlarının bərpa edilməsi məqsədilə ona məcburi köçkün vəsiqəsinin həmin statusa malik olduğu vaxtdan, yəni xx.xx.2001-ci tarixdən verilməsi məqsədilə cavabdehə müraciət etsə də, müraciətindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məcburi köçkünlüyü ilə bağlı ona verilmiş və müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyi nəticəsində istifadə etməkdən məhrum olduğu hüquq və imtiyazlarının bərpa edilməsi məqsədilə ona məcburi köçkün vəsiqəsinin həmin statusun ona verildiyi andan, yəni xx.xx.2001-ci il tarixdən verilməsi mütləq və zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayənədəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı “məcburi köçkün vəsiqəsinin” xx.xx.2020-ci il tarixdən verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məcburi köçkünlük vəsiqəsinin statusa malik olduğu xx.xx.2001-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, Komitə tərəfindən iddiaçıya verilən cavab məktubu 02/1932 nömrəli xx.xx.2020-ci il tarixlidir. Yəni, 2020-ci ildə İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəyə malik olmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmunundan göründüyü kimi, ona Komitə tərəfindən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı doğulduğu gündən məcburi köçkünlərə aid olan hüquq və vəzifələrdən, o cümlədən imtiyazlardan istifadə etməsini iddia edir. İddiaçı xx.xx.2023-cü ildən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə əldə etdiyindən həmin tarixdən başlayaraq onun müvafiq imtiyazlardan istifadə etmək hüququ yaranır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən işin hallarını araşdırmamış, iddianı mümkün saymayarkən İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməməsini, 30 günlük müddəti buraxmaqla məhkəməyə müraciət etməsini əsas gətirmişdir. Halbuki, İddiaçı tərəfindən imperativ xarakter daşıyan qanunun tələbinə tam şəkildə riayət edilmişdir və qanunun tələblərinə uyğun olaraq öz hüquq və imtiyazlarının bərpa edilməsini istəmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “məcburi köçkün” vəsiqəsi verilmişdir. Hazırkı iddia tələbində iddiaçı həmin vəsiqənin xx.xx.2020-ci il tarixdən verilməsini, yəni vəsiqənin verilmə tarixini mübahisələndirir. Hesab edir ki, iddiaçının iddia tələbi mümkün iddia olduğuna görə məhkəmənin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün hesab olunması və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti mümkün sayılmışdır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçı tərəfi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iddia mümkün hesab edilərək, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli il tarixli qərarına əsasən İddiaçı AA 496700 nömrəli xx.xx.2023-cü il tarixli “məcburi köçkün” vəsiqəsi verilmişdir. İddiaçı hazırkı iddia tələbində ona verilmiş vəsiqənin xx.xx.2020-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi - məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olmaqla, İPM-in 38-ci maddəsində bu iddia növünə, yəni öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti kimi iddia müddəti nəzərdə tutulmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbinə məcburetmə haqqında iddia kimi yanaşmaqla, 30 günlük iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən səhvə yol vermiş, düzgün olmayan nəticəyə gəlmişdir. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd eir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2062/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “ona “məcburi köçkün vəsiqəsinin” xx.xx.2020-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın və iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-538/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-538/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver