Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-539/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Hərbi Məktəbinə qarşı 29.07.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: iddia müddəti, mübahisələndirmə haqqında iddia üzrə iddianın mümkünlük şərti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Hərbi Məktəbinnin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Hərbi Məktəbinə qarşı 29.07.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli № 2-1(118)-1128/2021 saylı qərardadından İddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 29.07.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) görə xaric edilsin” sözlərinin “öz xahişi ilə məktəbdən xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə prosessual müddətin bərpası və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə 17 iyun 2021-ci il tarixdə ərizə verərək Azərbaycan Respublikası DİN X7 Hərbi Məktəbi tərəfindən verilmiş 29.07.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını və bununla bağlı iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, 14.08.2017-ci il tarixdən Azərbaycan Respublikası DİN X7 Hərbi Məktəbində zabit hazırlayan tədris taborunun 2-ci zabit hazırlayan tədris bölüyünün kursantı olmuşdur. 2019-cu ilin iyul ayında yaranmış vəziyyətlə bağlı məcburiyyət qarşısında qalaraq cavabdehə müraciət edərək həmin tədris müəssisəsindən öz xahişinə əsasən xaric edilməyi barədə ərizə vermiş və ona əmrin surətini almağa və tanış olmağa belə macal verilmədən 29.07.2019-cu il tarixdən hərbi xidmət keçmək üçün dərhal Daxili Qoşunların qapalı (dizbat) hərbi hissəsinə göndərilmiş və orada bir il xidmət etmişdir. Xidmətləri ilə bağlı həmin hərbi hissə komandirləri tərəfindən mükafatlandırılmış, bununla bağlı rəhbərlik tərəfindən valideynlərinə təşəkkür məktubu da göndərilmişdir. Ona məktəbdən xaric edilməsi barədə əmrin surəti həmin vaxt təqdm edilməmiş, yalnız 19.08.2021-ci il tarixdə özü məktəbə müraciət edərək əmrin surətini rəsmi qaydada aldıqda ona məlum olmuşdur ki, cavabdeh qəbul etdiyi 29.07.2019-cu il tarixli 178-2 nömrəli, Nizami hissə üzrə Əmri ilə onu öz xahişi əsasında deyil, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü və Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) əsasən məktəbdən xaric etmişdir. Halbuki ondan həmin vaxt məktəbdən öz xahişi ilə xaric edilməyi barədə məcburi ərizə alınmış və bu fakt qarşı tərəfin bundan əvvəlki məhkəmə prosesinə təqdim etdikləri etiraz ərizəsində də öz əksini tapmışdır. Bundan başqa bildirir ki, əgər o, daxili nizam-intizam qaydalarını pozurdusa, onda nə üçün bununla bağlı ondan həmin vaxt izahat alınmırdı və yaxud da əmrin surəti həmin vaxt dərhal təqdim olunmurdu və ya elan edilmirdi. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən hazırki əmr qəbul edilərkən onun hüquqları pozulmuşdur. O, Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası DİN-nin X7 Hərbi Məktəbi tərəfindən verilmiş 29.07.2019-cu il tarixli 178-2 nömrəli, Nizami hissə üzrə Əmrə düzəlişin verilməsi və həmin əmrdə «”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü və Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) görə xaric edilsin» sözlərinin «öz xahişi ilə məktəbdən xaric edilsin» sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin Sumqayıt İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə bunu iddia müddətinin ötürülməsi ilə əlaqələndirmişdir. Məhkəmə araşdırması zamanı tərəfindən iddia müddətinin bərpası barədə vəsatət verilməmiş və məhkəmə tərəfindən hüquqi yardım kimi ona təklif olunmamışdır. Lakin həmin qərarda müddət məsələsinə qiymət verən məhkəmə qeyd etmişdir ki, o, əmrin surətini almasa da, həmin əmrdən məlumatlı olmuş, lakin vaxtında məhkəmədə iddia qaldırmamışdır. O, əmrin surətini alana qədər elə bilirdi ki, həmin əmrdə öz xahişi ilə işdən çıxarılmağı göstərilib, lakin əmrin surətini aldıqda ona məlum olmuşdur ki, öz xahişi ilə çıxarılmağı barədə ərizə yazmağına baxmayaraq o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü və Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə əsasən xaric edilmiş, bu isə hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma ilə bağlı qəbul edilən normalardır. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
Cavabdehin etirazları:
4. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2000-ci il təvəllüdlü olmaqla X7 Hərbi Məktəb rəisinin 189 nömrəli 14.08.2017-ci il tarixli əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında" Əsasnamə»nin 47-ci maddəsinin «v» bəndinə müvafiq olaraq X5 müvəffəqiyyətlə vermiş mülki gənclərin siyahısında 14.08.2017-ci il tarixdən X7 Hərbi Məktəbinə qəbul olunaraq «əsgər» hərbi rütbəsi verilməklə Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınmaqla bütün təminatına daxil edlmiş, Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanının 29.07.2019-cu il tarixli 90 nömrəli əmrinə əsasən X7 Hərbi Məktəbin rəisinin 178 nömrəli, 30.07.2019-cu il tarixli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) uyğun olaraq Ali Hərbi Məktəbdən xaric edilib, əsgər rütbəsi verilərək 29.07.2019-cu il tarixdən müddətli həqiqi hərbi xidmət keçmək üçün digər hərbi hissəyə göndərilmiş, 29.07.2019-cu il tarixə 5 ay 25 gün xidmət etmiş hesab edilmişdir. Göndərildiyi hərbi hissə komandirinin N nömrəli 30.07.2019-cu il tarixli əmrinə əsasən şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilərək patrul taborunun 1-ci patrul bölüyünün 1-ci patrul tağımının 2-ci manqasında atıcı vəzifəsinə təyin edilmiş, həmin hərbi hissə komandirinin N nömrəli 01.07.2020-ci il tarixli əmrinə əsasən şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılaraq tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılmışdır. Məlum olmuşdur ki, İddiaçı Ali Hərbi Məktəbdə xidmət etdiyi müddət ərzində dəfələrlə yol verdiyi intizam pozuntularına görə müxtəlif vaxtlarda intizam qaydasında cəzalandırılmışdır. Belə ki, 07.02.2018-ci il tarixdə bölük komandiri tərəfindən öz vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına və şəxsi intizamsızlığına görə «Töhmət», 11.04.2018-ci il tarixdə bölük komandiri tərəfindən gün nizam qaydalarını pozduğuna və vəzifə borclarının icrasına məsuliyyətsiz yanaşdığına görə «Töhmət», 07.01.2019-cu il tarixdə tabor komandiri tərəfindən məzuniyyətdə olarkən davranış qaydalarını pozduğuna və şəxsi intizamsızlıq nümayiş etdirərək yol hərəkəti qaydalarına əməl etmədiyinə görə «Şiddətli töhmət» intizam cəzaları ilə cəzalandırılmışdır. İddiaçı 25.07.2019-cu il tarixli raportla komanda üzrə məruzə edərək Ali Hərbi Məktəb Nizamnaməsinin 7.24.1-ci maddəsinə əsasən öz arzusu ilə məktəbdən xaric edilməsini bildirmiş, Ali Hərbi Məktəb rəisinin 26.07.2019-cu il tarixli raportu ilə Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı qarşısında vəsatət qaldırılmışdır. Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı kursant İddiaçı təhsil aldığı müddətdə yol verdiyi intizam pozuntularna görə aldığı intizam cəzalarını və onun barəsində tərtib olunmuş arayışı, həmçinimn Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci (hərbi intizamı, məktəbin daxili nizam qaydalırını kobud şəkildə və dəfələrlə pozma) və 7.25-ci maddələrini əsas götürərək onun məktəbdən xaric olması barədə əmr vermişdir. İddiaçı dəfələrlə mükafatlandırılması və bu barədə valideynlərinə məlumat verilməsini bildirsə də, o, təhsil aldığı müddətdə yalnız intizam pozuntularına yol vermişdir. Ali Hərbi Məktəb Nizamnaməsinin 7.23-cü maddəsinə əsasən hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara «Azərbaycan Respublikası Silahlı X1»ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir. Qeyd olunan Nizamnamədə intizam pozuntularına yol vermiş hərbi qulluqçulardan izahatların alınması nəzərdə tutulmamışdır. Həmçinin İddiaçı Ali Hərbi Məktəbdən digər hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilərkən ona Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) maddəsi ilə xaric edildiyi barədə məlumat verilmiş və bu barədə onun hərbi biletinin xüsusi qeydlər bölməsində qeydiyyat aparılmışdır. Həmçinin iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Bununla bağlı iddiaçının iddia ərizəsində qeyd olunan tələblərin tamamilə əsassız və göstərilən normativ aktların tələblərinə zidd olduğundan təmin edilməməsi xahiş edilir.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli № 2-1(118)-1128/2021 saylı qərardadı ilə (hakim V.E.Əzizova) iddiaçının nümayəndəsi Nümayəndə iddia müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməyərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Hərbi Məktəbinə qarşı 29.07.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır.
6. Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-1128/2021 saylı qərardadının ləğv edilməsini, onun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Hərbi Məktəbi tərəfindən verilmiş 29.07.2019-cu il tarixli 178-2 nömrəli, Nizami hissə üzrə Əmrə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) görə xaric edilsin” sözlərinin “öz xahişi ilə məktəbdən xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə prosesual müddətin bərpası barədə vəsatətinin təmin edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
7. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14.08.2017-ci ildən Azərbaycan Respublikası DİN-nin X7 Hərbi Məktəbində zabit hazırlayan tədris taborunun 2-ci zabit hazırlayan tədris bölüyünün kursantı olmuş, 2019-cu ilin iyul ayında yaranmış vəziyyətlə bağlı məcburiyyət qarşısında qalaraq həmin tədris müəssisəsindən öz xahişi ilə xaric edilməyi barədə ərizə vermiş və dərhal əmrin surətini almağa və tanış olmağa belə ona macal verilmədən 29.07.2019-cu ildən hərbi xidmət emək üçün qapalı (dizbat) hərbi hissəyə göndərilmiş və N (bir) il həmin hərbi hissədə xidmət etmişdir. Xidmətləri ilə bağlı həmin hərbi hissə komandirləri tərəfindən dəfələrlə mükafatlandırılmışdır, bununla bağlı rəhbərlik tərəfindən valideynlərinə təşəkkür məktubu da göndərilmişdir. Ona məktəbdən xaric edilməsi barədə əmrin surəti həmin vaxt təqdim edilməmiş, yalnız 19.08.2020-ci il tarixdə məktəbə müraciət edərək əmrin surətini rəsmi qaydada aldıqda ona məlum olmuşdur ki, cavabdeh qəbul etdiyi 29.07.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə Əmri ilə onu məktəbdən öz xahişi əsasında deyil, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.2.4.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma) əsasən məktəbdən xaric etmişdir. Halbuki həmin vaxt ondan məktəbdən öz xahişi ilə xaric edilməsi barədə məcburi ərizə alınmış və bu fakt qarşı tərəfin bundan əvvəlki məhkəmə prosesinə təqdim etdikləri etiraz ərizəsində də öz əksini tapmışdır. Onu da bildirmək istəyir ki, əgər o, daxili nizam-intizam qaydalarını pozurdusa, onda nə üçün bununla bağlı həmin vaxt ondan izahat alınmırdı və yaxud da əmrin surəti həmin vaxt dərhal təqdim olunmurdu və ya elan edilmirdi. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən hazırki əmr qəbul edilərkən onun hüquqları pozulmuş, Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müracət etərək cavabdeh Azərbaycan Respublikası DİN-nin X7 Hərbi Məktəbi tərəfindən verilmiş 29.07.2019-cu il tarixli 178-2 nömrəli, Nizami hissə üzrə Əmrə düzəlişin verilməsi və həmin əmrdə “«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə (hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozma ) görə xaric edilsin” sözlərinin “öz xahişi ilə məktəbdən xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin Sumqayıt İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli Qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. AR İPM-nin 22-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. AR İPM-nin 24-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosesual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edlməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Lakin göründüyü kimi məhkəmə müddətin bərpasına dəlalət edən yetərincə əsasların olmasına baxmayaraq bu barədə təqdim etdiyi vəsatətini rədd etmiş və iddia tələbini mümkünsüz saymışdır. Məhkəmənin qəbul etdiyi qərar hüquq normalaranını pozulması ilə qəbul edilmiş, ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsində göstərilir ki, konstitusiyada təsbit edlmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyəti orqanlarının borcudur.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, apelyasiya şikayətində göstərilənləri müdafiə etməklə yanaşı onu da bildirmək istəyir ki, oğlunun öz ərizəsi ilə hərbi məktəbdən xaric edilməməsi əsassız olmuş, hərbi məktəbin əmri oğluna verilmədən dərhal 29.07.2019-cu ildən hərbi xidmət emək üçün qapalı hərbi hissəyə göndərilmiş və bir il həmin hərbi hissədə xidmət etmiş, yalnız hərbi xidməti başa vurduqdan sonra əmrin surəti əldə edildikdə bu barədə məlumatları olmuşdur. Əgər oğlu daxili nizam-intizam qaydalarını pozurdusa, onda nə üçün bununla bağlı həmin vaxt ondan izahat alınmamış və yaxud da əmrin surəti həmin vaxt dərhal təqdim olunmamış və ya oğluna elan edilməmişdir. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən hazırki əmr qəbul edilərkən oğlunun hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmamış, ona görə də qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş edir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək əlavə olaraq vurğuladı ki, hərbi məktəbdə kursant kimi xidmətdə olmuş İddiaçı dəfələrlə daxili nizam-intizam qaydalarını pozması ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən intizam qaydasında cəzalandırılmış, sonuncu dəfə nizam-intizam qaydasını pozaraq, yəni geyim qaydalarını pozaraq zabit rütbəsi taxaraq təlim-tədris məşğələsində iştirak etməsi səbəbindən X7 Hərbi Məktəbin rəisinin əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və Ali Hərbi Məktəbin Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq Ali Hərbi Məktəbdən xaric edilərək əsgər rütbəsi verilməklə 29.07.2019-cu il tarixdən müddətli həqiqi hərbi xidmət keçmək üçün digər hərbi hissəyə göndərilmiş və xidmətini orada başa vurmuşdur. İddiaçı məktəbdən xaric edilərkən hansı əsaslarla xaric edilməsi ona elan olmuş, hətta hərbi biletində qeydiyyat aparılmış və xidmət etdiyi müddət ərzində hərbi bileti onun üzərində olmuşdur. Göründüyü kimi, məktəbdən xaric edilməsi barədə iddiaçının məlumatı olmuşdur. Ehtiyata buraxılandan sonra da iddiaçı məktəbdən xaric edilməsini mübahisələndirməmiş, yalnız bir ildən sonra hazırkı iddianı qaldırmışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
17. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
18. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
21. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
23. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
24. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
27. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
28. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
29. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
30. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
31. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
32. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
33. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 11-15 və 21-27-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir. Mübahisələndirilən əmrin iddiaçıya vaxtlnda təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı hansı əsasla məktəbdən xaric edildiyindən xəbərdar olmuş və həmin əmrin surətinin alınmaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə iddiaçının məhkəməyə 1 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətilə razılaşaraq, eyni zamanda hazırkı qərardadın 16-20-ci bəndlərində istinad edilən prosessual hüquq norlarının tələblərinə əsaslanaraq qeyd edir ki, mübahisələndirmə haqqında iddia xarakterinə görə hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Mübahisələndirilən əmrin hətta belə desək ki, iddiaçıya vaxtında təqdim edilməsi olmasa belə, əmrdə göstərilən əsasların iddiaçıya məxsus hərbi biletin 20 və 21-ci səhifələrində xüsusi qeydlər bölməsində göstərilməklə iddiaçının hansı əsasla məktəbdən xaric edildiyi vurğulanmış və bu halın iddiaçıya məlum ola bilməməsi qəbul edilən deyil. İddiaçının hərbi məktəbdən xaric edilərək əsgər rütbəsində hərbi xidmətini davam etdirilməsi üçün digər hərbi hissəyə göndərilməsindən və hərbi xidməti 2020-ci ilin iyulunda başa vurduqdan sonra özünün dediyi kimi 19 avqust 2020-ci ildə hərbi məktəbdən əmrin surətini almış olsa belə, yenə də xeyli müddət keçdikdən sonra 2021-ci ildə məhkəməyə müraciət etməsi özü-özlüyündə iddia müddətinin ötürülməsini göstərir və bu müddətin üzrlü səbəblərdən buraxılmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
37. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
38. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi vurğulamışdır ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
39. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
40. Hazırkı qərardadın 7-ci bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia tələbinin dəlillərilə eynilik təşkil etdiyindən həmin dəlillərə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır, eyni zamanda hazırkı qərardadın 33-cü bəndində istinad edilən qanun normalarının tələbləri baxımından da müəyyən olunduğu kimi iddiaçının mübahisələndirdiyi əmrin ona məlum olmasından 6 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi və ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün heç bir əsasın məhkəməyə təqdim edilməməsi apelyasiya şikayətinin dəlillərinin qəbul edilməməsinə əsas verir.
41. Beləliklə, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş və ərizəsində müddəti ötürməsinin səbəbləri bildirilməmiş, məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi oğlunun əsəb gərginliyi keçirməsi səbəbindən vaxtında iddia qaldırılmaması qeyd edilsə də, iddiaçı tərəfindən müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməmiş, eyni zamanda cavabdehin üzərinə iddia olunan vəzifənin qoyulması tələbinə dair iddianı mümkün saymamışdır. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-1128/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prosekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.