Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-539/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Azərboru ASC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Azərboru ASC-nin “2(85)-310/2011 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 7% icra ödənişi tutulması haqqında 27 iyun 2016-cı il tarixli Qərarını ləğv edilməsi; Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(060)-6491/2016 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “Qaz-53” markalı, 50AD 145 qeydiyyat nişanlı (q/n), “Qaz-3102”minik markalı, 50 AA-302 q/n. “Nissa M 522” markalı, 50-Ad-321 q/n, “ Nissan Sunny” markalı **-AA-*** q/n, “Kamaz 5320” markalı, 50 AC-034 q/n, Kaz 4540” markalı, 50 AC-756 q/n, “Zil MMZ 4502” markalı, 50 AC-464 q/n, “ Kavz 3271” markalı, 50 AC-857 q/n, “Moskviç 2141201” minik markalı, 50 AA-279 q/n, “Skoda Yeti markalı, 99 AL-290 q/n, “ Kaz 4540” markalı, 50 AC-756 q/n, “ Raf 2203” markalı, 50 AC-251 q/n, “ Kaz 4540” markalı, 50 AD-377 q/n, “Uaz 330301” markalı, 50 AC-967 q/n, “Moskviç İJ 2717 220 “ markalı, 50 AD -374 q/n, “Qaz 53” markalı, 50 AD-145 q/n, “ Kamaz 5511’’markalı, 50 AD082 q/n, “Qaz 27” markalı, 50 AA-192 q/n, “Zil 431410”markalı, 50 AD-508 q/n, “Juk A 07” markalı, 50 AD-69 q/n, “Bakaz 3219” markalı, 50 AC-297 q/n, “Skoda Yeti” markalı, 99 AL280 q/n, “Raf 22031” markalı, 50 AC-238 q/n, “Zil 431410” markalı, 50 AD- 508 q/n, “ Uaz 996201” markalı, 50 AC-252 q/n, “ Foton Forland” markalı, 50 AE-219 q/n, “ Juk A 07” markalı, 50 AC-856 q/n, “ Qaz 2410” markalı, AA-252 q/n, “Nissa 522” markalı, 50 AC-249 q/n, “Kamaz 5410 “markalı, 50 AC-684 q/n, Nissan Maxima markalı, 50 AA-334 q/n, “Vaz 21214” markalı, 50 AA-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin həbsdən azad edilməsinə dair şikayət ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2237/2023 nömrəli qərardadından Azərboru ASC tərəfindən verilmiş şikayətin geri götürülməsi barədə ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Şikayətçi Azərboru ASC məhkəməyə müraciət edərək nəqliyyat vasitələrinin həbsdən azad edilməsi barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2237/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: İ.Quliyev). Azərboru ASC həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərboru ASC-nin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətini geri götürmək iddiaçının hüququ olduğundan və hazırki iş üzrə iddiaçının bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə Azərboru ASC tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. NƏTİCƏVİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2237/2023 nömrəli qərardadından Azərboru ASC tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-539/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-539/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver