Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-54/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdehin nümayəndələri X10, X1, X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-162/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2016-cı ilədək hər il 1 il müddətinə olmaqla, 2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyəti 0215003AACRF saylı xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya olması-əlavə müalicəyə ehtiyac olması səbəbilə əlilliyin təyinindən imtina edilmişdir.
3. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 0215003AACRF nömrəli, xx.xx.2022-ci il tarixli göndəriş ilə iddiaçıya əsas diaqnoz-K 63 Bağırsağın digər xəstəlikləri, ağırlaşma halı K91.1-“operasiya olunmuş mədə sindromu, D50.0 qan itirmə nəticəsində yaranan ikinci dəmir defisitli anemiya Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya. Xroniki forma, yanaşı xəstəliklər- K76.0-qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, İİİ9-(durğunluq) ürək çatışmazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertneziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİ dərc, ər İV, K20ezofaqit ezofaqit, K44.9-diafraqma yırtığı, keçməməmzlik və ya qanqrena olmadan diafraqma yırtığı, keçməməmzlik və ya qanqrena olmadan, K31.7- mədə və on iki barmaq bağırsağın polipi, mədə və on iki barmaq bağırsağın polipi, E110- insulindən asılı olmayan şəkərli diabet, koma ilə. insulindən asılı olmayan şəkərli diabet, koma ilə. Diabet tip 2 diaqnozu qoyulmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin 3-17-4/2-6115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıda əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ömürlük əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək iddiaçıya orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona bağırsağın digər xəstəlikləri, “Operasiya olunmuş mədə” sindromu, qan itirmə nəticəsində yaranan ikincili dərəcəli dəmir defısitli anemiya, xroniki forma, qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, arterial hiepertenziya İİ dərc. ər. İV. koma ilə, şəkərli daibet tip 2. ezofaqit, diafraqma yırtığı, keçməməzlik və ya qanqrena olmadan, mədə və on iki barmaqlıq bağırsağın polipi diaqnozu ilə 2005-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilmişdir. 2016cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci il tarixdə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlavə müalicəyə ehtiyacın olması əsas gətirərək əllik dərəcəsinin uzadılmasından imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyd edilən əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməsinin 3.1.1-3.1.3-cü bəndlərinə əsasən əlilliyi qiymətləndirmək, əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifəsidir. Həmin Əsasnamənin 4.1-4.2-ci bəndlərinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır və göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməsi”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə də, 2011-ci il tarixdə ona əlillik dərəcəsi təyin edilərkən qanunvericilik normalarına uyğun olaraq əlillik dərəcəsi təyin edildiyindən, 10 ildən çox eyni xəstəlikdən əziyyət çəkdiyindən, qanunvericilik normalarına əsasən ikinci dərəcəli əlilllik dərəcəsi olan şəxslər fasiləsiz olaraq 10 il təyin olunduğu halda müddətsiz əllik dərəcəsi təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əllik dərəcəsinin uzadılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0215003AACRF saylı xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olduğundan əlilliyin təyinindən imtina edilmişdir. Bildirilir ki, hər iki göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Belə ki, Əsasnamənin 3.1.22-ci bəndinə əsasən cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.1-K91.9, K92-K92.9) Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına uyğun olaraq əlilliyin təyinini nəzərdə tutur. Göndərişlərdə qeyd edilən məlumatlardan məlum olur ki, iddiaçıda Xİ sinif həzm sistemi xəstəlikləri, K90K93, həzm orqanlarının digər xəstəlikləri K91, Həzm orqanlarının, başqa rubrikalarda təsnif edilməyən, tibbi prosedurlardan sonra baş verən pozğunluğu vardır və ona “operasiya olunmuş mədə” sindromu, qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya xroniki forma, qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Arterial hipertenziya İİ dərəcə İV koma ilə, şəkərli diabet tip 2 ezofaqit diafraqma yırtığı, keçməməzlik və ya qanqrena olmadan, mədə və onikibarmaq bağırsağın polipi diqanozu qoyulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1248/2022 nömrəli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 1 (bir) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh qeyd etmişdir ki, Nümayəndə2 Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAE3S nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamışdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-162/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı orqanizmin funksiyalarının pozulmasının 35- 60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.(hakim C.Məmmədov).
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi-mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, ekspert rəyində qeyd edilənlərə əsasən müvafiq xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyinatına əsas vermir. Müvafiq xəstəliklərin bəziləri əlillik təyinatına əsas verir, lakin Forma-88-də heç biri öz əksini tapmır. İddiaçı 2006-cı ildən sonra bir dəfə 2021-ci ildə müalicə olunmuşdur. Ətraflı müayinəmüalicə olmadan Forma-88 rəsmiləşdirilmişdir. Tibbi göndərişdə göstərilən xəstəliklər iddiaçıda öz təsdiqini tapmamışdır. Operasiya olunmuş mədə sindromu meyarı Nazirlər Kabinetinin 187 nömrəli qərarında yoxdur. Əsas diaqnoz K63-dür. K63 diaqnozu meyarlarda var, lakin iddiaçıda həmin xəstəliyi təsdiq edən müayinələr yoxdur. Meyarlarda həzm funksiyasının mülayim pozulması-xəstəliyin orta ağır forması qeyd edilmişdir, bədən kütlə indeksi əsas götürülür(16-17.5). İddiaçının bədən kütlə indeksi qeyd edilməmişdir. D50 diaqnozu qaydalarda var, amma iddiaçıda yoxdur. Qan itirmə nəticəsində yaranan ikinci dərəcəli defisitli anemiya, xroniki forma meyarlarda var. Forma-88-də dövri qan köçürmələr haqqında məlumat olmalı idi. Ən azından ambulator müayinə bölməsində qeyd edilməli idi. İddiaçı əyani müayinəyə gəlməmişdir. İ11.9 diaqnozu meyarlarda vardır. Bu diaqnoz üçün hədəf orqanlarının zədələnmələri olmalıdır, iddiaçıda bu diaqnoz yoxdur, Forma-88-də qeyd edilməmişdir. Hədəf orqanları göz və böyrəklərdir. Qaraciyər ölçüsü norma, öd kisəsi xolesistektomiya olunub, dalaq ölçüsü norma, hər iki böyrək ölçüsü genişlənməyib, sidik kisəsi ölçüsü norma, konkrment qeyd olunmur. Göz müalicəsi yoxdur. K20, K44, K31, K76, K91 diaqnozları meyarlarda yoxdur. E11 diaqnozu meyarlarda vardır, iddiaçıda bu diaqnozu təsdiq edən müalicə yoxdur. Şəkərli diabet xəstəliyi zamanı orqan funksiyalarının pozuntularına, ağırlaşmalara əsasən əlillik təyin edilə bilər. Şəkərli diabet tez-tez olan, simptomsuz hipoqlikemik hallarla və şəkərli diabet ağır hipoglikemik vəziyyətlərlə diaqnozu təzə meyralarda uşaqlar üçün nəzərdə tutulmuşdur. Hipoglikemik hal şəkərin aşağı düşməsidir. İddiaçıda hipoglikemik hal yoxdur. Böyrəklərin zədələnməsi, nefropatiya diaqnozu, gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik retinopatiya diaqnozu, şəkərli diabet-nevroloji fəsadlaşmalarla (diabetik tipik distal sensomotor və avtonom nevropatiya), şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena), şəkərli diabet-digər dəqiqləşdirilmiş fəsadlaşmalarla (diabetik neyro-osteoatropatiya (Şarko)) diaqnozları iddiaçıda yoxdur. Zədələnmələr olmadan adi qiymətləndirmə ilə əlillik təyin edilmir. Tibbi göndərişdə köməkçi diaqnostik müayinələr, ağırlaşmalar qeyd edilməsə, əlillik təyin edilə bilmir. K63 diaqnozu ilə bağlı boy-kütlə indeksinə uyğun olaraq əlilliyin təyin edilməsi mümkündür. BKİ(boy-kütlə indeksi) 16-17.5 aralığında olmalıdır. 16-dan aşağı l qrup əlillik təyinatına əsas verir. BKİ boyun kvadratının çəkiyə bölünməsi düsturu ilə hesablanır.
16. İş üzrə iddiaçını əyani müayinə etmiş və rəy vermiş tibbi-sosial ekspert X7 məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 müayinə edilmişdir. İddiaçının adına olan Forma-88 xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş, iddiaçının əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. İddiaçının hazırkı vəziyyəti əlillik təyinatına əsas vermir, müalicələri davam edir. İddiaçının xəstəliyi həzm funksiyasının mülayim pozulmasıdır. Bağırsaq əməliyyatı olmuşdur. Həzm sisteminin bütün xəstəliklərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə əsasən boy kütlə indeksi 18%, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na əsasən isə 16- 17.5% aşağı olmalı idi. İddiaçının boyu 170 sm, çəkisi 84 kq, boy kütlə indeksi 29-dur. AR NK-nın 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 3.4.1.1 bəndinə əsasən həzm funksiyasının mülayim pozulması-İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunmalıdır. Qeyd olunan halların hamısı vətəndaşda olmalıdır. Boy-kütlə indeksi aşağı olsaydı, digər əlamətlər də olardı. Ağırlaşma D50.0 diaqnozu faktiki olaraq iddiaçıda yoxdur. İddiaçının anemiyası yoxdur. Əsas diaqnoz K63 diaqnozu meyarlarda vardır. Boy kütlə indeksi aşağı olmalıdır, lakin iddiaçıda 29-dur. Ekspertiza keçirilən zaman vətəndaş sadəcə mədə-bağırsaq xəstəliklərindən şikayət etmişdir. Hipertenziya ağırlaşmaları əlillik təyinatına əsas verir. Ağırlaşmalar hədəf orqanlarına zərər vurulması deməkdir. Hədəf orqanları beyin, böyrək, ürək və gözdür. K44 diaqnozunun qiymətləndirmələri iddiaçıda yoxdur. E11 diaqnozunun ağırlaşması yoxdur.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişlər ki, iddiaçıya əlillik təyin edilmiş, 10 il tamam olduqdan sonra ömürlük əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmuşdur. 10 il tam olduqdan sonra cavabdeh inzibati orqan tərəfindən 5 il müddətinə əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsinin 15 il müddəti 2021-ci ilin fevral ayında tamam olmuşdur. Yenidən müraciət edilən zaman cavabdeh imtina cavabı vermiş, kodun dəyişməli olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarına istinad edilmişdir. İddiaçıya ikinci dərəcə əlillik təyin edilmişdir. Hal-hazırda neçənci qrup əlilliyin təyin edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. İddiaçı mədə əməliyyatı keçirmişdir. Diaqnoz K91.1, həzm və həzmdə ağırlaşma olmuşdur. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X12” nə əyani müayinəyə getdiyi zaman TSEK-dən nümayəndə də iştirak etmiş, iddiaçının çəkisini ölçərək boy-çəki indeksinin uyğun gəlmədiyini bildirmişlər. İddiaçının boyu 1.70 sm, çəkisi 85 kq-dır. Müəyyən düsturla hesablama apardıqlarını deyərək bildirdilər ki, 1.70 boyunda insan, 62 yaşında 49-50 kq olduğu zaman əlilliyin təyin edilməsinə əsas verir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...
22. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). ...4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra–göndəriş) əsasında aparılır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
28. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
30. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. İddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşdüyündən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Kollegiya qeyd edir ki, şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbäycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Adı çəkilən Qaydada göndəriş verilməsi üçün bir neçə əsas müəyyən edilmişdir. Bununla belə, aşağıda qeyd edilən hallarda göndəriş təyinatına görə məhz əlilliyin qiymətləndirilməsi məqsədi ilə verilir: -şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;
33. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayaraq müalicənin nəticələrini araşdırır, zərurət olduqda isə diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndəriş verir və ya göndərişin verilməsindən imtina edir.
34. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, 0215003AAE3S saylı (Forma 88) göndəriş tərtib edilmişdir. Həmin göndərişin “ambulator tibbi yardım” bölməsində müalicə olunduğu, “stasionar müalicə aldığı müəssisələr” bölməsində isə 2006, 2021-ci illərdə müxtəlif tibb müəssisələrində stasionar müalicədə olduğu qeyd edilmişdir.
35. Məhkəmə kollegiyası tərəfindən “Abşeron Rayonu Mərkəzi Xəstəxanası” PHŞ-nə sorğu verilərək iddiaçının göndərişdə qeyd edilən xəstəliklərlə həmin Xəstəxanada xx.xx.2022-ci il tarixli, 0215003AAE3S saylı göndərişin tərtib olunmasından əvvəl son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olub-olmaması ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur.
36. “Abşeron Rayonu Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunun məzmunu ilə müəyyən olunur ki, “Nümayəndə2 2022 və 2023-cü il ərzində hər hansi xəstəliklə bağiı Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişdir. Tibbi Sosial Ekspert Komissiyasına Göndəriş (Forma 088) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin e-health.gov.az X2ması və hal-hazırda bu sistemin bağlı olması səbəbilə tələb olunan formanın olub-olmaması barədə məlumatın verilməsi mümkün deyil. Nümayəndə2 müalicədə olması ilə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surəti məktuba əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, xx.xx.2004-cü ildə iddiaçının keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyəti ilə bağlı “Ömür” klinikasının epikrizi, 2006-cı ildə olan müalicə, müayinələrlə bağlı sənədlər, Respublika Klinik Xəstəxanasının xx.xx.2004-cü il tarixli epikrizi, Bakı Sağlamlıq Mərkəzinin epikrizi əlavə olunmuşdur. Göründüyü kimi, həmin sənədlərdən yalnız Bakı Sağlamlıq Mərkəzinin iddiaçı ilə bağlı verilmiş epikrizində iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə stasionar müalicəyə qəbul edildiyi qeyd olunmuşdur.
37. Beləliklə, hazırki mübahisə üzrə “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1-ci bəndində təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmamışdır.
38. Bununla belə, məhkəmə kollegiyası tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilərək, iddiaçının xəstəlikləri nəzərə alınmaqla müvafiq səhiyyə müəssisəsinin həkimi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaçının əyani müayinəsində iştirak etməyən ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 publik hüquqi şəxsinə tapşırılmış, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı canlı müayinə olunmaqla, onda 0215003AACRF nömrəli Forma 88 göndərişdə qeyd edilmiş aşağıdakı xəstəliklər müşahidə edilirmi:
1. əsas diaqnoz: Bağırsağın digər xəstəlikləri (K 63);
2. ağırlaşma halı: “Operasiya olunmuş mədə sindromu(K91.1), qan itirmə nəticəsində yaranan ikinci dəmir defisitli anemiya Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya. Xroniki forma; (D50.0); yanaşı xəstəliklər: Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası(K76.0); (durğunluq) ürək çatışmazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertneziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİ dərc, ər İV, (111.9), ezofaqit ezofaqit(K20), diafraqma yırtığı, keçməməmzlik və ya qanqrena olmadan diafraqma yırtığı, keçməməmzlik və ya qanqrena olmadan (K44.9), mədə və on iki barmaq bağırsağın polipi, mədə və on iki barmaq bağırsağın polipi (K31.7), insulindən asılı olmayan şəkərli diabet, koma ilə. insulindən asılı olmayan şəkərli diabet, koma ilə. şəkərli diabet tip 2 (E110)
39. Məhkəmə-Tibbi Ekspertiza və X13 publik hüquqi şəxsi tərəfindən verilmiş T900/2023 nömrəli ekspert rəyinin məhkəmə tibbi müayinə hissəsində qeyd olunmuşdur ki, müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Rəyin nəticə hissəsində isə qeyd olunmuşdur ki, SN-nin “MTE və PA Birliyi” PHŞ-in müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin iş materiallarında olan tibbi sənədlərinə əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş 0215003AACRF nömrəli Forma 88 göndərişində onda “Operasiya olunmuş mədə sindromu. Qan itirmə nəticəsində yaranan ikinci dəmir defısitli anemiya xroniki forma. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Arterial hipertenziya İİ dərc. Koma ilə. İV koma ilə.; şəkərli diabet tip 2; Ezofaqit, diafraqma yırtığı, keçməməmzlik və ya qanqrena olmadan; Mədə və on iki barmaq bağırsağın polipi” (əsas xəstəlik, onun ağırlaşmaları və yanaşı xəstəliklər) xəstəliklərin olduğu müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.
40. Cavabdehin nümayəndəsi-mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, ekspert rəyində qeyd edilənlərə əsasən müvafiq xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyinatına əsas vermir. Müvafiq xəstəliklərin bəziləri əlillik təyinatına əsas verir, lakin Forma-88-də heç biri öz əksini tapmır. İddiaçı 2006-cı ildən sonra bir dəfə 2021-ci ildə müalicə olunmuşdur. Ətraflı müayinəmüalicə olmadan Forma-88 rəsmiləşdirilmişdir. Tibbi göndərişdə göstərilən xəstəliklər iddiaçıda öz təsdiqini tapmamışdır. Operasiya olunmuş mədə sindromu meyarı Nazirlər Kabinetinin 187 nömrəli qərarında yoxdur. Əsas diaqnoz K63-dür. K63 diaqnozu meyarlarda var, lakin iddiaçıda həmin xəstəliyi təsdiq edən müayinələr yoxdur. Meyarlarda həzm funksiyasının mülayim pozulması-xəstəliyin orta ağır forması qeyd edilmişdir, bədən kütlə indeksi əsas götürülür(16-17.5). İddiaçının bədən kütlə indeksi qeyd edilməmişdir. D50 diaqnozu qaydalarda var, amma iddiaçıda yoxdur. Qan itirmə nəticəsində yaranan ikinci dərəcəli defisitli anemiya, xroniki forma meyarlarda var. Forma-88-də dövri qan köçürmələr haqqında məlumat olmalı idi. Ən azından ambulator müayinə bölməsində qeyd edilməli idi. İddiaçı əyani müayinəyə gəlməmişdir. İ11.9 diaqnozu meyarlarda vardır. Bu diaqnoz üçün hədəf orqanlarının zədələnmələri olmalıdır, iddiaçıda bu diaqnoz yoxdur, Forma-88-də qeyd edilməmişdir. Hədəf orqanları göz və böyrəklərdir. Qaraciyər ölçüsü norma, öd kisəsi xolesistektomiya olunub, dalaq ölçüsü norma, hər iki böyrək ölçüsü genişlənməyib, sidik kisəsi ölçüsü norma, konkrment qeyd olunmur. Göz müalicəsi yoxdur. K20, K44, K31, K76, K91 diaqnozları meyarlarda yoxdur. E11 diaqnozu meyarlarda vardır, iddiaçıda bu diaqnozu təsdiq edən müalicə yoxdur. Şəkərli diabet xəstəliyi zamanı orqan funksiyalarının pozuntularına, ağırlaşmalara əsasən əlillik təyin edilə bilər. Şəkərli diabet tez-tez olan, simptomsuz hipoqlikemik hallarla və şəkərli diabet ağır hipoglikemik vəziyyətlərlə diaqnozu təzə meyralarda uşaqlar üçün nəzərdə tutulmuşdur. Hipoglikemik hal şəkərin aşağı düşməsidir. İddiaçıda hipoglikemik hal yoxdur. Böyrəklərin zədələnməsi, nefropatiya diaqnozu, gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik retinopatiya diaqnozu, şəkərli diabet-nevroloji fəsadlaşmalarla (diabetik tipik distal sensomotor və avtonom nevropatiya), şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena), şəkərli diabet-digər dəqiqləşdirilmiş fəsadlaşmalarla (diabetik neyro-osteoatropatiya (Şarko)) diaqnozları iddiaçıda yoxdur. Zədələnmələr olmadan adi qiymətləndirmə ilə əlillik təyin edilmir. Tibbi göndərişdə köməkçi diaqnostik müayinələr, ağırlaşmalar qeyd edilməsə, əlillik təyin edilə bilmir. K63 diaqnozu ilə bağlı boy-kütlə indeksinə uyğun olaraq əlilliyin təyin edilməsi mümkündür. BKİ(boy-kütlə indeksi) 16-17.5 aralığında olmalıdır. 16-dan aşağı l qrup əlillik təyinatına əsas verir. BKİ boyun kvadratının çəkiyə bölünməsi düsturu ilə hesablanır.
41. İş üzrə iddiaçını əyani müayinə etmiş və rəy vermiş tibbi-sosial ekspert X7 məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 müayinə edilmişdir. İddiaçının adına olan Forma-88 xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş, iddiaçının əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. İddiaçının hazırkı vəziyyəti əlillik təyinatına əsas vermir, müalicələri davam edir. İddiaçının xəstəliyi həzm funksiyasının mülayim pozulmasıdır. Bağırsaq əməliyyatı olmuşdur. Həzm sisteminin bütün xəstəliklərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə əsasən boy kütlə indeksi 18%, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na əsasən isə 16- 17.5% aşağı olmalı idi. İddiaçının boyu 170 sm, çəkisi 84 kq, boy kütlə indeksi 29-dur. AR NK-nın 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 3.4.1.1 bəndinə əsasən həzm funksiyasının mülayim pozulması-İİ dərəcə zülalenerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunmalıdır. Qeyd olunan halların hamısı vətəndaşda olmalıdır. Boy-kütlə indeksi aşağı olsaydı, digər əlamətlər də olardı. Ağırlaşma D50.0 diaqnozu faktiki olaraq iddiaçıda yoxdur. İddiaçının anemiyası yoxdur. Əsas diaqnoz K63 diaqnozu meyarlarda vardır. Boy kütlə indeksi aşağı olmalıdır, lakin iddiaçıda 29-dur. Ekspertiza keçirilən zaman vətəndaş sadəcə mədə-bağırsaq xəstəliklərindən şikayət etmişdir. Hipertenziya ağırlaşmaları əlillik təyinatına əsas verir. Ağırlaşmalar hədəf orqanlarına zərər vurulması deməkdir. Hədəf orqanları beyin, böyrək, ürək və gözdür. K44 diaqnozunun qiymətləndirmələri iddiaçıda yoxdur. E11 diaqnozunun ağırlaşması yoxdur.
42. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan hallarına istinadən qeyd edir ki, iddiaçının ona əlillik təyin edilməli olması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.
43. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-162/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.