Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-541/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsinin 1 saylı regional ərazi filialına qarşı iş üzrə Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “onun 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək rayonlararası 26 saylı Təmir Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 01.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2- 1(118)-622/2021 saylı qərarından cavabdehin səlahiyyətli nümayəndəsi - Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın aparıcı mütəxəssisi Münəvvər Cabbarlı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək rayonlararası 26 saylı Təmir Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 01.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərarın çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, 06.02.2020-ci il tarixində əmək pensiyasının təyin edilməsindən cavabdeh tərəfindən imtina olunmuş və imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında ” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Şöbəyə təqdim etdilən şəxsiyyət vəsiqəsinə əsasən o, xx.xx.1955-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı 22 il 04 ay sosial sığorta stajı olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Onun 03.10.1996-cı ildən 22.11.2005-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmaması səbəbindən sosial sığorta stajı kimi hesablanması mümkün deyildir”. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, cavabdeh orqan qanunvericiliyin tələblərinə lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Əmək kitabçasında göstərilən iş müddətləri və eyni zamanda rayonlararası 26 saylı Təmir Tikinti Tresti tərəfindən təsdiqlənmiş arayışda göstərilən işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyası təyin olunmalıdır.
Cavabdehin etirazları:
3. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz göndərərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeydlərin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq təşkilatlara sorğular göndərilmiş, lakin iddiaçının 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək 26 saylı rayonlararası Təmir Tikinti Trestində işləməsi barədə məlumat əldə olunmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək kitabçasında göstərilmiş 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək 26 saylı rayonlararası Təmir Tikinti Trestində işlədiyi müddətlər də, sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 01.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddia tələbinin rədd edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya məhkəmə icraatı iştirakçılarının izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin müəyyən olunan müddətdən sonra verilməsi səbəbindən şikayətin mümkün sayılmamasını xahiş etdi.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına, eləcə də məhkəmə iclasının təyin olunduğu vaxtdan 30 dəqiqə keçməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tədbiq edilən hüquq
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
10. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
11. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
12. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
13. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
14. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəmə qərarından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır.
15. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
16. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bu səbəbdən buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi cavabdehə təklif olunmuşdur. Lakin cavabdeh apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə də məhkəməyə təqdim etməmişdir.
17. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi, apelyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir.
18. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
19. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
20. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
21. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
22. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hazırkı qərarın 9-18-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını və iş materiallarını nəzərdən keçirib qeyd edir ki, verilmiş şikayətin mümkünlüyü məsələsinin müzakirə edilməsi zəruridir. Bu baxımdan cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin 19 may 2021-ci il tarixli qərarından apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim olunmadığından, başqa sözlə, ötürülmüş müddətin üzrlü səbəblərdən buraxılması xahiş edilmədiyindən, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir.
24. Belə ki, mübahisələndirilən qərarın surəti müşayiətedici məktubla sifarişlixəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş və cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişi “digər qaydada” qrafasına “Cəlilova E.(katibə)” adlı şəxs tərəfindən imza edilməklə 03 iyun 2021-ci il tarixdə qəbul edilmişdir (i.v.65).
25. Cavabdehin mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası (veriləcək şikayətin Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ilə verilməsi), müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı (yurisdiksiya qaydalarına uyğun olaraq şikayətin Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmalı olması) dəqiq və konkret qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti 12.07.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə, 07.07.2021-ci il tarixdə isə poçt şöbəsinə daxil olmuşdur. Halbuki, onun həmin qərardan şikayət verməsinin son müddəti 05.07.2021-ci il tarixdə bitmişdir (i.v.76-77).
26. Məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün 02 sentyabr 2021-ci il tarixə məhkəmə iclasının təyin edilməsi barədə cavabdehə göndərilmiş 04 avqust 2021-ci il tarixli məhkəmə bildirişində hüquqi yardım göstərərək, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair müvafiq ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif etmişdir (i.v.78-80).
27. İşdə olan sənədlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarı cavabdeh Fond tərəfindən 03 iyun 2021-ci il tarixdə qəbul edilsə də, apelyasiya şikayətinin poçta təqdim edilmiş zərfin (i.v.74) üzərində olan poçt göndərişlərinin izlənilməsi barədə SS682871820AZ kodu ilə müəyyən olunduğu kimi məhkəmənin qərarından tərtib edilmiş apelyasiya şikayəti 07 iyul 2021-ci ildə poçt şöbəsinə təhvil verilmiş və həmin şikayət 12.07.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, bununla da apelyasiya şiikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddət iki gün ötürülmüş, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin bərpasına dair müvafiq ərizənin verilməsi təklif edilmiş olsa da, cavabdehin tərəfindən belə bir ərizə təqdim edilməmiş və nümayəndəsi məhkəmə kollegiyasının iclasına üzürlü səbəblər olmadan gəlməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi - Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın aparıcı mütəxəssisi Münəvvər Cabbarlı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmayaraq apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi - Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın aparıcı mütəxəssisi Münəvvər Cabbarlı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 3ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.