Məhkəmə qərarları › İş №2-1(105)-541/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-541/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-541/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Xaçmaz Bələdiyyəsinin Cavabdeh qarşı “alqı-satqı aktının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)-2517/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Xaçmaz Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılmasına dair Xaçmaz Bələdiyyəsi ilə R.T.Camalova arasında bağlanmış 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi, həmin 0.30 ha torpaq sahəsinə dair cavabdehin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə Cavabdeh ictimai iaşə obyektlərinin tikintisi üçün bələdiyyə mülkiyyətində olan parkdan 0.30 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında 15 iyul 2003-cü il tarixdə bələdiyyə ilə cavabdeh arasında həmin 0.30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı tərtib edilmiş və həmin torpaq sahəsinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə cavabdehin adına MH seriyalı, ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarı ilə 0.30 ha torpaq sahəsinin R.T.Camalovaya satılmasına dair bələdiyyənin 10 aprel 2003-cü il tarixli 05 saylı qərarı ləğv edilmişdir. Bundan sonra iddiaçı cavabdeh R.T.Camalovaya qarşı “bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdehə 0.30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(067)-272/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alqı-satqı aktı və DƏDRX tərəfindən verilmiş MU seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alqı-satqı aktına əsasən cavabdehin istifadəsində olan 0.2454 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən bir neçə dəfə apellyasiya və kassasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 06 may 2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 13 dekabr 2022-ci il tarixli, 2(102)- 5228/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli qətnaməsini ləğv edilmiş, iddiaçıya həmin tələblə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilərək mülki iş üzrə icraata xitam verilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini əsas tutaraq hazırkı iddia ilə inzibati məhkəməyə müraciət etmişdir. Hesab edir ki, alqı-satqı aktının və hüquqların dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş bələdiyyə qərarı ləğv edildiyi üçün onun əsasında tərtib edilmiş alqı-satqı aktı etibarsız hesab edilməli, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)-2517/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı bundan əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 13 dekabr 2022-ci il tarixli, 2(102)- 5228/2022 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddia tələblərinə məhkəmə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olmasını nəzərə almamışdır, eyni zamanda iddiaçıya həmin iddia tələbləri üzrə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçı Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq hazırki iddia ərizəsi ilə aidiyyatı - Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə Ali Məhkəmənin qərarında qeyd edilənləri qəbul etməyərək iddia ərizəsində göstərilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına qənaətinə gəlmişdir. Qeyd edir ki, məhkəmələrin işə fərqli mövqelərdən yanaşması nəticəsində hüquqlarını müdafiə edə bilmirlər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı orqan 0.30 ha torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* nömrəli qeydiyyatın ləğv edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün saymışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin ona cavab verməli olan orqana qarşı qaldırılmaması, alqı-satqı aktının etibarsız hesab edilməsi hissəsində alqı-satqı müqaviləsinin müqavilə öhdəliklərinə aid olması səbəbindən həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi, çıxarışın ləğv edilməsi tələbi ilə səlahiyyətli inzibati orqana müraciətin olmaması, torpaq sahəsinin boşaldılması tələbinin mülki məhkəmə icraatının predmetinə aid olması əsasları ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı işdən görünür ki, iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) Xaçmaz Bələdiyyəsi tərəfindən 0.30 ha torpaq sahəsinin satılmasına dair onunla Cavabdeh arasında bağlanmış 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi; 2) Həmin torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* nömrəli qeydiyyatın ləğv edilməsi; 3) Torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması. Məhkəmə kollegiyası 1-ci tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin müqavilə öhdəliklərinə aid olması səbəbindən həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi səbəbi ilə həmin hissədə iddianı mümkün saymarakən haqlı olmamışdır. Belə ki, işdən görünür ki, Xaçmaz Bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı protokol qərarı ilə bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarının Cavabdeh 0.30 ha torpaq sahəsinin satılması ilə bağlı 3-cü bəndinin 2-ci abzası ləğv edilmişdir. Hazırda iddiaçının hüquqi marağı məhz həmin torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi və sonuncunun torpaq sahəsindən çıxarılmasıdır. Başqa sözlə, reyestrə aparılmış qeydiyyatın əsası inzibati akt, yəni bələdiyyə qərarı olduğundan, eləcə də bu qərar bələdiyyənin özü tərəfindən ləğv edildiyindən, həmin qərardan irəli gələrək fiziki şəxslə bələdiyyə arasında bağlanmış alqı-satqı aktının etibarsız hesab edilməsi tələbi iddiaçının hüquqi marağına uyğun olmamaqla, belə aktın etibarsız sayılması və ya ləğv edilməsi ilə bağlı ayrıca tələblə də məhkəməyə müraciət etməyə ehtiyac yoxdur. İddiaçı apellyasiya şikayətinin dəlillərində onunla cavabdeh arasında olmuş əvvəlki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5228/2022 saylı qərarı ilə iş üzrə icraat xitam verilərək ona hazırkı iddia ilə eyni olan tələbləri üzrə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun izah edildiyini, həmin hüquqi mövqeyə uyğun olaraq inzibati məhkəməyə müraciət etdiyini, lakin birinci instansiya məhkəməsinin Ali Məhkəmənin qərarında qeyd edilənlərin əksinə iddia ərizəsində göstərilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına qənaətinə gəldiyini bildirmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, işdən görünür ki, iddiaçının bələdiyyə qərarına əsasən cavabdehə 0.30 ha torpaq sahəsinin satılması haqqında alqısatqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, bələdiyyə tərəfindən cavabdehə 0.30 ha torpaq sahəsinin satılması haqqında 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının və cavabdehin adına aparılmış 02 iyun 2007-ci il tarixli qeydin ləğv edilməsi və həmin alqı-satqı aktına əsasən cavabdehin istifadəsində olan 0.2454 ha torpaq sahəsinin boşaldılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(102)- 5228/2022 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilərək iddiaçıya göstərilən tələblər üzrə aidiyyəti inzibati məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə qarşı müvafiq tələblərinə məhkəmə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olmasını nəzərə almamış, məhkəmə aidiyyəti qaydalarını pozmaqla inzibati icraat qaydasında baxılmalı olan tələblərə mülki məhkəmə icraatı qaydasında baxmışdır. Kollegiya hesab edir ki, kassasiya məhkəməsi həmin qərarında iddiaçının hüquqi marağının əsası olan fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı iddia tələbinə inzibati qaydada baxılmalı olmasını vurğulamışdır. Bu baxımdan, şikayətin həmin dəlili əsassızdır. Kollegiya torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı 2-ci tələbə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Hazırki işin hallarından görünür ki, iddiaçının 2-ci tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi barədə olsa da, iddiaçı iddia ərizəsində cavabdeh qismində fiziki şəxs Cavabdeh göstərmişdir. Halbuki, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Ərazi İdarələrinin səlahiyyətlərinə aid edildiyindən belə qeydiyyatların ləğvi tələblərinə dair iddialar da cavabdeh qismində həmin idarələrə qarşı qaldırılır. Göründüyü kimi 2-ci iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə ................., qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .................. yoxlamalıdırlar. Adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası (məcburetmə) haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur. Bu mənada, iddiaçının həmin tələblə bağlı əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur. İşdən görünür ki, iddiaçı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmişdir. Beləliklə, kollegiya hesab edir ki, 2-ci iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün deyildir. Məhkəmə kollegiyası 3-cü yəni, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması tələbi ilə bağlı qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinin boşaldılması ilə bağlı tələbi mülki hüquq və vəzifələrin həyata keçirilməsinin təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Bu mənada iddiaçıya həmin tələblə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.1-15.3-cü bəndləri). Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)-2517/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar