Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-542/2023 23.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı “icra ödənişinin tutulması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2236/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə pul vəsaitinin tutulması” tələbinə dair iddiası Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli qiyabi qətnaməsi ilə təmin edilərək İddiaçı ASC-dən DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinin xeyrinə 2.272.376,04 (iki milyon iki yüz metmiş iki min üç yüz yetmiş altı) manat 04 (dörd) qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Sumqayıt Yerli İqtisad Məhkəməsi tərəfindən məhkəmənin 2009-cu il tarixli, 2(85)- 639/2009 nömrəli qətnaməsinin icrası ilə əlaqədar 13 oktyabr 2009-cu il tarixində icra sənədi verilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sumqayıt şəhər İcra İdarəsinə göndərilmiş, Sumqayıt şəhər İcra İdarəsinin rəisi X3 xx.xx.2016-cı il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Sumqayıt şəhər İcra İdarəsinin 17 oktyabr 2016-cı il tarixli qərarına əsasən Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)-639/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-dən ümumi borc məbləğinin 7 faiz həcmində (159.067 manat) icra ödənişi tutulması qərara alınmışdır. İddiaçı ASC Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti ilə aralarında barışıq sazişi bağlandığını bildirmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2011-ci il tarixli, 2(85)-639/2011 nömrəli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı ASC cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2(85)-639/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri İcra İdarəsinin 7 faiz icra ödənişinin tutulması haqqında 17 oktyabr 2016-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-639/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, sığortaedən (İddiaçı ASC) tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda İri Sığortaedənlərlə İş üzrə Departamenti həmin sazişin ləğv edilməsi və sazişin ləğv olunduğu tarixə sığortaedən tərəfindən yaranmış borcun tam məbləğdə ödənilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin həmin qərardadının özündə birbaşa olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinə istinad edilir və “vəsaitin tutulması barədə icra sənədi üzrə icraata xitam verilməsi” haqqında məhkəmə tərəfindən qərar qəbul edilir. “İcra haqqında” AR Qanununun həmin dövrdə qüvvədə olmuş 21.1-ci maddəsinə əsasən məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üz məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilir. “İcra haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış və ya xitam verilmiş icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qanunun qeyd edilən tələblərinə baxmayaraq xx.xx.2016-cı ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-639/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadına zidd olaraq həmin qərardadla icraata xitam verilməsinə baxmayaraq, yəni qüvvədə olmayan - icraata xitam verilməsi barədə qərardaddan əvvəl verilmiş köhnə icra vərəqəsinin dublikatı əsasında icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən - həmin sənədin müvafiq məhkəmə və digər orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dublikatı - İcra sənədinin əsli itdikdə verilir. Normanın tələbindən göründüyü kimi dublikatın verilməsi üçün əsas icra sənədinin əslinin itməsidir. Halbuki, icra sənədinin əsli itməmişdir, məhkəmə qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti ilə iddiaçı müəssisə arasında əldə olunmuş razılığa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc, o cümlədən, xx.xx.2011-ci il tarixli 07A saylı barışıq sazişində nəzərdə tutulan məbləğ hissəhissə könüllü qaydada tərəflərindən ödənilməyə başlanılmış və son ödəniş 2022-ci ilin yanvar ayında başa çatmışdır. DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. Bunlara baxmayaraq, cavabdeh orqan 06 dekabr 2022-ci il tarixində 23779/20 saylı məktubla iddiaçıya müraciət edərək 2(85)- 639/2009 saylı icra sənədinin könüllü icrasını tələb etmiş və bildirmişdir ki, qeyd edilən icra sənədi icra olunmadığı təqdirdə əmlaklarının üzərinə həbs qoyularaq tələbə yönələcəkdir. İddiaçı cavabdehin qeyd edilən məktubuna xx.xx.2022-ci il tarixli məktubla cavab verərək göstərilən tələbin artıq çoxdan ödənildiyi bildirilmişdir. Bundan sonra cavabdeh həmin icra sənədi üzrə iddiaçıdan 7 faiz həcmində icra ödənişini də tələb etməyə başlamışdır. Qeyd edir ki, həmin qərarda ondan şikayət vermə qaydası və şikayət vermə müddəti göstərilməmişdir. Digər pozuntu qərarların çıxarılma tarixi ilə bağlıdır. Belə ki, 05 oktyabr 2016-cı il tarixində 2(85)-639/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədini icraatına icra məmuru Kazım Kazımov qəbul etmiş və həmin tarixdə icraata başlama haqqında qərarı özü imzalamışdır. Yeni, 2023-cü ildə təqdim edilmiş, 7 faiz məbləğində icra ödənişinin tutulması barədə qərarda isə icra məmuru Orxan Məmmədovun imzası ilə tarix olaraq keçmiş tarix - 17 oktyabr 2016-cı il yazılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2236/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Sumqayıt Yerli İqtisad Məhkəməsinin qiyabi qətnaməsi ilə işə iqtisadi mübahisə kimi baxıldığı üçün həmin işin icrasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılmasının hüquqi əsası yoxdur. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən tərəf icra məmurunun qərarlarından və hərəkətlərindən şikayət verərkən - bu ayrıca iddia ərizəsi şəklində inzibati icraat qaydasında deyil, - icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində şikayət şəklində baxılmalıdır. Hazırkı halda bu cür nəzarəti işə inzibati qaydada baxaraq icra sənədini vermiş Sumqayıt İnzibati Məhkəməsi (o zaman Sumqayıt İnzibati-İqtisad Məhkəməsi) həyata keçirir. Lakin, birinci instansiya məhkəməsi yuxarıda göstərilən normalara əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Kollegiya İPMnin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1 və 2.1.1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli qiyabi qətnaməsinin və onunla bağlı xx.xx.2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli icra sənədinin icrasına yönələn qərarı və ya hərəkəti ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 1.1-ci, 2.1-ci və 2.2–ci maddələrində təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə həmin şərt ödənilmədiyi üçün ərizə mümkün sayılmamalıdır. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. İddiaçı apellyasiya şikayətinin dəlillərində haqlı olaraq icra məmurunun qərarlarından verilən şikayətlərə icra sənədinin icra edilməsinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən baxılmalı olduğunu qeyd etmiş, lakin belə nəzarətin işə inzibati qaydada baxaraq icra sənədini vermiş Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həyata keçirildiyini hesab etmişdir. Halbuki, işdən görünür ki, mübahisələndirilən 7 faiz icra ödənişinin tutulması haqqında Sumqayıt şəhəri İcra İdarəsinin 17 oktyabr 2016-cı il tarixli qərarı məhz Sumqayıt Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli icra sənədinə əsasən tutulmuşdur. Hansı ki, həmin dövrdə yerli iqtisad məhkəmələrində iqtisadi mübahisələrə (hazırkı kommersiya mübahisələri) baxılırdı. Daha sonra “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043 nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli, 304 nömrəli Fərmanına əsasən Yerli İqtisad Məhkəmələri əsasında İnzibati- İqtisadi Məhkəmələr yaradılmış və məhz həmin məhkəmələrdə iqtisadi mübahisələrlə yanaşı, inzibati mübahisələrə də baxılmağa başlanılmışdır. Nəhayət, “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632 nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək İnzibati və Kommersiya Məhkəmələri yaradılmışdır. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş üzrə icraya nəzarət Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən həyata keçirildiyindən ərizəçi həmin məhkəməyə müraciət etməli idi. Məhkəmə kollegiyası qeyd olunan fikirlərin davamı olaraq vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2236/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-542/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-542/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver