Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-544/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu(sədrlik edən və məruzəçi), hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Söhüb Bələdiyyəsinə qarşı “Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-308/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı və onun ailə üzvlərinə ayrılmış 5,40 ha torpaq sahəsinə dair Quba rayon torpaq şöbəsi tərəfindən sonuncuların adına 19 iyun 2000-ci il tarixli, JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçıya və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncuların adına 07 may 2003-cü il tarixli, JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. 12.01.22-ci il tarixdə Quba rayon Söhüb bələdiyyəsi tərəfindən iddiaçıya tədiyyə bildirişi göndərilmiş və həmin bildirişdə iddiaçının əmlak vergisi 101.40 manat, torpaq vergisi 320,42 manat və icarə borcu 780 manat, cəmi 1201,82 manat borcu olduğu göstərilmişdir. Həmçinin göstərilən borcları Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 10 (gün) müddətinə Quba rayonu Söhüb bələdiyyəsinin Azərpoçt MMC-nin Quba Filialında yerləşən hesaba ödənilməsi, əks təqdirdə “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 82.2 və 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8, 8.1-ci maddələrinə əsasən barəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edəcəyi bildirilmişdir. Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli iclas qərarına əsasən iddiaçıya, ümumilikdə, 1201,82 manat əmlak, torpaq və icarə vergisinin bələdiyyənin hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 10 gün müddət verilməsi, sonuncu tərəfindən həmin müddət ərzində göstərilən vergi borcu ödənilmədiyi halda borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Quba rayon Söhüb bələdiyyəsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə 1201,82 manat əmlak, torpaq və icarə vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə iddiaçı barəsində məcburi icra tədbirləri görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı Quba rayonu Söhüb bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarı ilə müəyyən edilmişdir ki, onun bələdiyyəyə 101,40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi və 780 manat icarə haqqı borcu vardır. Halbuki, 2019-cu ildən sonra onun icarəsində hər hansı torpaq sahəsi olmamışdır. Həmçinin, əmlak və torpaq vergisi ilə əlaqədar hesablanan məbləğlərin hansı dövrü əhatə etdiyi və hansı meyarlar əsasında hesablandığı aydın deyildir. Bələdiyyə nəzərə almamışdır ki, qeyd olunan məbləğlər ancaq son 3 il üçün hesablana bilərdi. Hazırda qeyd olunan qərar əsasında əsassız olaraq İcra və Probasiya şöbəsi tərəfindən onun gəlirlərindən tutulmalar aparılır. İddiaçı bələdiyyənin qeyd olunan qərarını əsassız hesab edərək ləğv olunmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsində mübahisələndirilən borc məbləği xx.xx.2021-ci il tarixədək bələdiyyə büdcəsinə ödənilməli olan fiziki şəxslərin əmlak və torpaq vergisi, həmçinin, 2020-ci və 2021-ci illərdə iddiaçının zəbtində olan torpaq sahəsindən istifadəyə görə icarə haqqıdır. İddiaçıya məxsus Quba rayonun Rük kəndində 132 kv.m sahəni əhatə edən fərdi yaşayış evi vardır. Həmin sahənin 30 kv.m hissəsinə güzəşt tətbiq edilməklə, qalan 102 kv.m hissəsinin illik əmlak vergisi 10,20 manat təşkil edir. Torpaq vergisinə gəldikdə, iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi üçün illik 1,10 manat, 5,40 ha biçənək sahəsi üçün illik 6,48 manat, zəbtdə olan 0,38 ha sahə üçün illik 19,0 manat olmaqla, cəmi illik 36,78 manat torpaq vergisi təşkil edir. İddiaçının Söhüb bələdiyyəsinə həmin vergiləri ödəmədiyi illər üzrə 101.40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi, 2020-2021-ci illər üzrə 140 ha torpaq sahəsinin icarə haqqı olaraq 780 manat olmaqla, ümumilikdə 1201,82 manat borcu yaranmışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə tədiyyə bildirişi göndərilməsinə baxmayaraq həmin şəxs tərəfindən vergi borc ödənilmədiyindən xx.xx.2022-ci il tarixdə iclas keçirilmiş, 01/03 nömrəli qərar qəbul edilmişdir. Qərarın surəti iddiaçıya 01 fevral 2022-ci ildə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə qərar icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan başqa Söhüb bələdiyyəsinə aid 140 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verməsi ilə əlaqədar bələdiyyə tərəfindən Quba rayon Prokurorluğuna məlumat verilmiş və müvafiq araşdırma aparılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2-1(118)-308/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilərək Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evinin olması öz təsdiqini tapmamış, cavabdeh tərəfindən də iddiaçının mülkiyyətində və ya istifadəsində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh bələdiyyə iddiaçının 60.0 ha torpaq sahəsini zəbt etməsi və başqa şəxsə icarəyə verməsini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Bundan başqa, hüquqmüəyyənedici sənəd olmadan vətəndaşa vergi hesablanması qanunsuzdur. Bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun iddiaçının mülkiyyətində və ya istifadəsində olan hansı əmlaka (torpağa, evə və s.) hesablandığını qeyd etməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023- cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərardan göründüyü kimi, məcburi qaydada icrası tələb edilən borcun tərkibinə əmlak və torpaq vergisi ilə yanaşı, 780,00 manat icarə haqqı da daxildir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış icarə münasibətləri xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzimlənmir, bu münasibətlərdə tərəflər bərabərhüquqludur. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha həyətyanı torpaq sahəsi və 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Mübahisələndirilən qərardan isə torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanması aydın deyildir. Belə ki, həmin qərarda iddiaçı barəsində vergi məbləğinin hesablanmasına əsas olmuş torpaq sahəsi ilə bağlı, ümumiyyətlə, heç bir məlumat qeyd edilməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 379/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarı qismən, yəni Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı əmlak və torpaq vergisinə münasibətdə ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir (hakimlər X4 (sədrlik edən və məruzəçi), X2, X3 ibarət tərkibdə). APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ e) Apellyasiya şikayətinin dəlilləri Hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərarı qəbul edilərkən iş üçün əhəmiyyətli olan hallar hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçıdan tutulmalı olan borc məbləği 31 dekabr 2021-ci il tarixədək bələdiyyə büdcəsinə ödənilməli olan əmlak və torpaq vergisi və 2020-2021-ci illərdə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin icarə haqqıdır. İddiaçının yalnız mülkiyyətində olan fərdi yaşayış evinə görə 101,40 manat əmlak vergisi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə görə 320,42 manat torpaq vergisi borcu vardır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində hər hansı əmlakın və ya torpaq sahəsinin olmasına dair sübut təqdim edilməməsini əsas gətirərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının mülkiyyətində əmlak və torpaq sahəsi olması barədə iddiaçının özündə hüquqmüəyyənedici sənədlər vardır. Qanunverciliyin tələbinə əsasən fiziki şəxslərin əmlak və gəlir vergiləri bələdiyyə vergilərinə aiddir və fiziki şəxslərin istifadəsində olan torpaq sahələri də müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergitutma qaydasına əsasən vaxtında vergi ödəyicilərinə, həmçinin, iddiaçıya bildiriş göndərilmişdir. Mübahisələndirilən qərarda iddiaçının istifadəsində hansı əmlakın və torpaq sahəsinin olması və sahəsi barədə tam müfəssəl məlumat vardır. İddiaçı isə yalnız icarəsində torpaq olmamasını göstərir, halbuki onun istifadəsində və sahibliyində halhazıradək də əmlak və torpaq sahəsi vardır. Hesab edir ki, məhkəmədə işə baxılarkən iş üçün əhəmiyyətli olan faktiki hallar araşdırılmamışdır. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, cavabdeh bələdiyyəyə onun mülkiyyətində hər-hansı torpaq sahəsinin olması barədə heç bir rəsmi sənədin olunmaması ilə bağlı dəfələrlə müraciət etsə də bu günədək təsərrüfatını, heyvandarlığını artırmaq məqsədi üçün ona torpaq sahəsi ayırmamışdır. Lakin, iddiaçının xəbəri olmadan və ona heç bir bildiriş verilmədən cavabdeh qərar qəbul edərək Quba rayon İcra və Propasiya şöbəsinə onun bələdiyyə borcunun olmasını bildirirək əmək haqqından 1201 manat və digər xərclərin tutulması barədə məlumat vermişdir. Cavabdeh yalnız İcra və Propasiya şöbəsinə sənəd göndərilməmişdən əvvəl bir dəfə ona bələdiyyə borcunun olması ilə bağlı bildiriş göndərmişdir. Halbuki, onunla bələdiyyə arasında heç bir borc barəsində müzakirə olmamışdır. İcra və Propasiya şöbəsindən onun əmək haqqından tutulmalar aparıldıqdan sonra məlum olmuşdur ki, bələdiyyəyə borcu vardır. Hal-hazırda cavabdeh onun 1021 manat borcu olmasını bildirsə də əmək haqqından həmin borcdan daha çox tutulmuşdur. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq tərəflərə hüquqi yardım edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin əsas səbəbi bələdiyyənin mübahisələndirilən qərarla iddiaçıya icarə haqqı hesablaması və torpaq sahəsinin qanunsuz istifadəsi ilə bağlıdır. Bələdiyyə iddia edir ki, Söhüb bələdiyyəsinə aid torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verilmişdir. Bələdiyyə mübahisələndirilən qərarla həmin sahəsi ilə əlaqədar icarə haqqı hesablamışdır. İddiaçı JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə vergi borcunu ödəməyə hazır olduğunu bildirmiş, Söhüb bələdiyyəsinə aid torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verilməsini qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsin apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.1. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; Maddə 203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 206. Vergi dərəcələri 1.1. 1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. 1.3. 3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:... digər şəhərlər və rayon mərkəzləri...yaşayış fondlarının həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) - 0,6 manat “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 23.1. Aşağıdakılar icra sənədləri sayılır: ... 23.1.1. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
24. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə: 24.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 24.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 24.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; ...
1. 2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək;
2. 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir.
3. 4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər.
4. 5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır.
5. 6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. “İnzibati icraat haqqında” Qanun: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia rədd edilməli, qalan hissədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin araşdırılan halları ilə müəyyən edilir ki, JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı və ailə üzvlərinə ayrılmış 5,40 ha torpaq sahəsi, eləcə də JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən AİK-nin həmin qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsi iddiaçı vəonun ailə üzvlərinin faktiki istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçının ünvanına icarə haqqı, əmlak və torpaq vergisinin ödənilməsi üçün xx.xx.2022-ci il tarixli tədiyyə bildirişi göndərilmiş, lakin, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində istifadəsində olan torpaq sahəsinə görə 2022-ci il üzrə 780,00 manat icarə haqqı, 320,42 manat torpaq vergisi və 101,40 manat əmlak vergisi ödəmədiyindən Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarına əsasən, borc öhdəliklərinin icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alnmışdır. Hazırda iddiaçının hüquqi marağı cavabdehin yuxarıda qeyd olunan qərarının ləğvinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evinin olması öz təsdiqini tapmamış, cavabdeh tərəfindən də iddiaçının mülkiyyətində və ya istifadəsində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh bələdiyyə iddiaçının 60.0 ha torpaq sahəsini zəbt etməsi və başqa şəxsə icarəyə verməsini bildirsə də, bunu təsdiq edən hər hansı sübutü təqdim edə bilməmişdir. Bundan başqa, hüquqmüəyyənedici sənəd olmadan vətəndaşa vergi hesablanması qanunsuzdur. Bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun iddiaçının mülkiyyətində və ya istifadəsində olan hansı əmlaka (torpağa, evə və s.) hesablandığını qeyd etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023- cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərardan göründüyü kimi, məcburi qaydada icrası tələb edilən borcun tərkibinə əmlak və torpaq vergisi ilə yanaşı, 780,00 manat icarə haqqı da daxildir.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış icarə münasibətləri xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzimlənmir, bu münasibətlərdə tərəflər bərabərhüquqludur. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha həyətyanı torpaq sahəsi və 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Mübahisələndirilən qərardan isə torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanması aydın deyildir. Belə ki, həmin qərarda iddiaçı barəsində vergi məbləğinin hesablanmasına əsas olmuş torpaq sahəsi ilə bağlı, ümumiyyətlə, heç bir məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 379/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarı qismən, yəni Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı əmlak və torpaq vergisinə münasibətdə ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi mübahisələndirilən qərarın icarə haqları ilə bağlı olan hissəsi birinci instansiya məhkəməsi tərəfindən ləğv edilmiş, həmin hissələrdə cavabdeh tərəfindən verilən şikayətlər təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq tərəflərə hüquqi yardım edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından görsənir ki, tərəflər arasında yaranmış mübahisənin əsas səbəbi bələdiyyənin mübahisələndirilən qərarla iddiaçıya icarə haqqı hesablaması və həmin torpaq sahəsindən istifadə ilə bağlıdır. Bələdiyyə iddia edir ki, Söhüb bələdiyyəsinə aid torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verilmişdir. Bələdiyyə mübahisələndirilən qərarla həmin sahəyə icarə haqqı hesablamışdır. İddiaçı məhkəmə iclasında JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə vergi borcunu ödəməyə etiraz etməmişdir, Söhüb bələdiyyəsinə aid torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verilməsini isə qəbul etməmişdir. Mübahisənin həmin hissəsinə mülki məhkəmə icraatı qaydasında baxıla biləcəyi məhkəmə qərarları ilə müəyyən edilmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki apellyasiya məhkəməsinin qərarı Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 saylı qərarının “torpaq sahəsinin istifadəsinə görə iddiaçıya hesablanmış 780 manat icarə haqqı borcunun ləğv edilməsi” hissəsində əsaslıdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış icarə münasibətləri xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzimlənmir, bu münasibətlərdə tərəflər bərabər hüquqludur. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əmlak və torpaq vergisinə münasibətdə mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, həmin hissədə qərar ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Apellyasiya məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən iki dəlil irəli sürmüşdür: 1. iddiaçının istifadəsində 0,11 ha həyətyanı torpaq sahəsi və 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var, lakin torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanması aydın deyildir və 2. bələdiyyə tərəfindən mübahisələndirilən qərar (inzibati akt) qəbul edilərkən inzibati icraat aparılmamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin mövqeyini aşağıdakı səbəblərə görə əsaslı hesab etməmişdir. Belə ki, cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, iddiaçıya məxsus Quba rayonun Rük kəndində 132 kv.m sahəni əhatə edən fərdi yaşayış evinə 30 kv.m hissəsinə güzəşt tətbiq edilməklə, qalan 102 kv.m hissəsinin illik əmlak vergisi 10,20 manat, iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi üçün illik 1,10 manat, 5,40 ha biçənək sahəsi üçün illik 6,48 manat, zəbtdə olan 0,38 ha sahə üçün illik 19,0 manat olmaqla, cəmi illik 36,78 manat torpaq vergisi təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən hansı torpaq sahələrinə və hansı məbləğdə verginin hesablanmasını aydın şəkildə izah edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, istinad olunan qanunvericilikdə torpaq və əmlak vergilərinin ödənilməsi fiziki şəxslərin öhdəliyi kimi göstərilmiş və həmin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edilməsi bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində və istifadəsində 5.4 ha kənd təsərrüfatı təyinatlı və 0.11 ha həyətyanı torpaqlar üzrə vergi öhdəliyi yerinə yetirilməsi müəyyən olunmur. Halbuki, Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya tədiyyə bildirişi göndərərək onu bələdiyyə borcunun olması ilə bağlı məlumatlandırmış və 10 gün müddətində həmin borcun ödənilməsi zərurəti iddiaçının nəzərinə çatdırılmışdır. Həmin borcun ödənilməməsi səbəbindən cavabdeh 28 yanvar 2022-ci il tarixli, 01 saylı protokolunun 03 saylı qərarı ilə ödənişin həyata keçirilməsi üçün iddiaçıya yenidən 10 gün vaxt verilmişdir. Bundan sonra, cavabdehin 15 fevral 2022-ci il tarixli qərarı ilə əmlak, torpaq və icarə vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə iddiaçı barəsində məcburi icra tədbirləri görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Göstərilən hallar, cavabdehin vergilərin yığılması istiqamətində həyata keçirdiyi hərəkətlərin və qəbul etdiyi qərarların ümumən icraatın özünün aparılmasına dair tələblərə riayət edilməklə aparıldığını təsdiq edir. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 70.2-ci maddəsinə əsasən inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilə bilər. Odur ki, təkrar baxışda məhkəmə, yalnız yekun qərarın mahiyyətinə təsir edəcək xarakterli pozuntuların qərarın icraatla bağlı tələblərə riayət edilməmə əsası ilə ləğvinə səbəb ola biləcəyini nəzərə almalıdır. Belə ki, Quba rayon Söhüb bələdiyyəsi tərəfindən iddiaçıya tədiyyə bildirişi göndərilmiş və həmin bildirişdə iddiaçının əmlak vergisi 101.40 manat, torpaq vergisi 320,42 manat və icarə borcu 780 manat, cəmi 1201,82 manat borcu olduğunu göstərilmişdir. Həmin bildirişdə həmçinin göstərilən borcları Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 10(gün) müddətinə Quba rayonu Söhüb bələdiyyəsinin Azərpoçt MMC-nin Quba Filialında yerləşən hesaba ödənilməsi, əks təqdirdə “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 82.2 və 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8, 8.1-ci maddələrinə əsasən barəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Bildirişdə göstərilən vergi borcları iddiaçı tərəfindən ödənilməməsi səbəbindən Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli iclas qərarına əsasən iddiaçıya, ümumilikdə, 1201,82 manat əmlak, torpaq və icarə vergisinin bələdiyyənin hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 10 gün müddət verilməsi, sonuncu tərəfindən həmin müddət ərzində göstərilən vergi borcu ödənilmədiyi halda borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Quba rayon Söhüb bələdiyyəsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə 1201,82 manat əmlak, torpaq və icarə vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə iddiaçı barəsində məcburi icra tədbirləri görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının 5.4 ha və 0.11 ha torpaq sahələrinin mülkiyyətində olması işin mübahisəsiz halıdır və iddiaçının Vergi Məcəlləsinin 203, 204, 205, 206-cı maddəsinə uyğun olaraq torpaq vergisinin vaxtı vaxtında, hər hansı bir inzibati icraatdan asılı olmayaraq, ödəməni həyata keçirməyi öhdəliyi olmuşdur. Buna baxmayaraq bələdiyyə vergisi ilə bağlı cavabdeh tərəfindən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.2.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya tədiyyə bildirişi göndərmiş, həmin bildirişi alınmasını iddiaçı təsdiq etmiş, lakin iddiaçı cavabdehin bildirişini cavabsız saxlamış və öz növbəsində vergi öhdəliklərini yerinə yetirilməsi üçün bələdiyyə vergisinin əsasları ilə bağlı maraqlanmayaraq hərəkətsizliyə yol vermişdir. Kasssaiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki: Bununla yanaşı qeyd olunmalıdır ki, 5.4 ha və 0.11 ha torpaq sahələri iddiaçının və onun ailə üzvlərinin birgə paylı mülkiyyətindədir. İşə təkrar baxan apellyasiya məhkəməsi torpaq və əmlak vergisinin məbləğini iddiaçının payına münasibətdə olan hissəsinə qiymət verməlidir. Belə ki, torpaq və əmlak vergisinə münasibətdə ödəyici yalnız iddiaçı deyil, həm də adları şəhadətnamədə göstərilən digər şəxslərdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kolegiyası Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. İşin araşdırılan hallarından görsənir ki, cavabdeh bələdiyyə mübahisələndirilən qərarı qəbul edərkən, iddiaçının bələdiyyəyə olan icarə haqları, torpaq vergisi və əmlak vergisi üzrə borclarının ödənilməsini təmin etmək məqsədi güdmüşdür. Məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə tam olaraq əməl etmədən qərar qəbul etsədə, iddiaçını torpaq və əmlak vergisinə cəlb etməsi qanuni olmuşdur və həmin hissələrdə mübahisələdirilən qərarın ləğv edilməsinə zərurət yoxdur. Lakin məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh bələdiyyə əmlak və torpaq vergisi hesablayarkən mülkiyyətçi kimi yalnız iddiaçını nəzərə almış və həmin hissədə qanunsuzluğa yol vermişdir. Beləki, JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə tanınanan mülkiyyət hüquqları yalnız iddiaçıya deyil, eyni zamanda onun ailə üzvlərinə paylı mülkiyyət hüququ ilə məxsusdur. Cavabdeh bələdiyyə iddiaçıya əmlak və torpaq vergisi hesablayarkən yalnız iddiaçının həmin sənədlərlə müəyyən edilmiş payına uyğun vergi hesablaya bilərdi. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı iddiaçının JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN- 005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdəki paylı mülkiyyətində olan hissələrinə münasibətdə qanuni olmuş, digər hissələrdə qanuni olmamışdır. Yuxarıda qeyd edilən hallar məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı öz əmlak payına münasibətdə torpaq və əmlak vergisini qəbul etdiyi üçün, məhkəmə kollegiyası əlavə araşdırma aparmağa zərurət görməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-308/2023 nömrəli qərarı qismən 101,40 manat əmlak vergisi və 320,42 manat torpaq vergisinin iddiaçının paylı mülkiyyətinə uyğun olan hissəsi ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı 101.40 manat əmlak vergisinin və 320,42 manat torpaq vergisinin iddiaçın JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə müəyyən edilmiş paylı mülkiyyətnə uyğun hissəsi ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarının icrası nəticəsində 780 manat icarə haqqı borcu bütövlükdə silinməli, eyni zamanda 101,40 manat əmlak vergisi borcu və 320,42 manat torpaq vergisi borcu JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə müəyyən edilmiş digər paylı mülkiyyətçilərin payına uyğun hissədə silinməli, mübahisələndirilən Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı iddiaçın JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN- 005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə müəyyən edilmiş paylı mülkiyyətnə uyğun hissədə qüvvədə saxlanıldığı üçün, həmin məbləğ iddiaçıdan tələb edilməlidir. Eyni zamanda izah edilsin ki, icarə haqları və torpaqdan istifadə ilə bağlı tələblər mülki məhkəmə icraatı qaydasında nəzərdə tutlmuş hüquq müdafiə vasitələrindən istifadə edilməklə tələb edilə bilər. Eyni zamanda izah edilsin ki, iddiaçının payçısı olduğu JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə müəyyən edilmiş digər payçıların paylarına uyğun əmlak və torpaq vergiləri yeni inzibati icraat aparılaraq, onların özündən payına uyğun olaraq tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-308/2023 nömrəli qərarı qismən, 101,40 manat əmlak vergisi və 320,42 manat torpaq vergisinin iddiaçının paylı mülkiyyətinə uyğun olan hissəsi ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı 101.40 manat əmlak vergisinin və 320,42 manat torpaq vergisinin iddiaçın JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı və JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə müəyyən edilmiş paylı mülkiyyətnə uyğun hissəsi ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-308/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.