Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-545/2022 08.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrü və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qobustan rayon şöbəsində gəlirlər sektorunda məsləhətçi vəzifəsində işlədiyi dövrü dövlət qulluğu stajı kimi müəyyən edilməsi və dövlət qulluğu stajı kimi nəzərə alınmayan dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-600/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur.
1. İddiaçı 03 noyabr 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun dövlət qulluğu stajı 15 ildən az (9 il 8 ay 10 gün) (xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası ƏƏSMN Nazirliyinin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından onun xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək olan müddətin Qobustan rayon Mərəzə Bələdiyyəsində ümumi şöbə müdiri vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası “Bələdiyyələrin statusu haqqında qanun”un 25-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun tanınması barədə və DSMFnin Qobustan rayon şöbəsində xx.xx.2007-ci tarixindən xx.xx.2013-cü il dövrü əks etdirən 6 il 8 ayın dövlət qulluğu statusu kimi tanınmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, daha sonra iddiasını dəqiqləşdirərək “onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007- ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrü və xx.xx.2007ci il tarixindən xx.xx.2013-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qobustan rayon şöbəsində gəlirlər sektorunda məsləhətçi vəzifəsində işlədiyi dövrü dövlət qulluğunda qəbul stajı kimi müəyyən edilməsi və dövlət qulluğu stajı kimi nəzərə alınmayan dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, onun 65 yaşı tamam olmuşdur, hal-hazırda 3 aydır ki, təqaüd alır. O, xx.xx.2021-cı ıl tarixdə DSMF-nin Xüsusi Təyinat üzrə Mərkəzi Filialına dövlət qulluqçusu kimi pensiya təyinatı aparılması barədə müraciət etmişdir. Müraciət sorğu onu qane etməmişdir. Belə ki o, xx.xx.2007-ci ildən Azərbaycan Respublikası DSMF-nin Qobustan rayon şöbəsində gəlirlər sektoruna məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Həmin vəzifə inzibati vəzifə olunması ilə bərabər dövlət qulluğu kataqoriyasına aiddir. “Dövlət Qulluğu haqqında" qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına uygun olaraq dövlətin məqsədlərinin və funksiyalarını həyata keçirilməsinə vəzifə funksiyasını icra etmişdir. Bundan əvvəldə 3 il digər dövlət orqanında işləmişdir. Daha sonra Bələdiyyə qurumunda ümumi şöbə müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildən DSMF-nin Qobustan rayon şöbəsində işə qəbul olunmuşdur. Bütün bunlar əmək kitabçasında əks olunmuşdur. Bələdiyyə qurumunda işlədiyi müddətdə "Bələdiyyələrin statusu haqqında” Qanunun 25-ci maddəsinin 3 hissəsinə görə Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir." Bələdiyyə qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Mərkəzi Filial onun Fondda işlədiyi xx.xx.2007- 24 10.2013-cü il tarixə olan 6 il, 8 ay dövlət qulluğu tutduğu vəzifə stajına və Bələdiyyə orqanınında işlədiyi xx.xx.2002 - xx.xx.2007 dövr üçün olan müddəti hansı ki, yuxarıda göstərdiyi qanuna uygun şəkildə qulluq stajına əlavə etməkdən və tanınmasından imtina edir və ona dövlət qulluqçusu kimi əmək pensiyası verilməsindən imtina edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
5. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********3 nömrəli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1- ci və 20.11.2-ci maddələrinə və Dövlət Qulluğu haqqında Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olmadığından dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 20.1.7 -ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin qanunun 20.1.8- ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Göründüyü kimi, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və Dövlət Qulluğu haqqında Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olan şəxsə münasibətdə təyin edilir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasından da göründüyü kimi dövlət qulluğu stajı 15 ildən az (9 il 08 ay 10 gün (xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2013- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı il təsdiq olunmuş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda xx.xx.2002- 27.11,2007-ci il tarixdə işlədiyi bələdiyyə orqanları və həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Həmçinin, ******* nömrəli əmək kitabçasından və 766/K nömrəli əmrdən göründüyü kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edildiyindən həmin işlədiyi dövrlər dövlət qulluğu vəzifəsinə aid edilə bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluğu stajı 15 ildən az olduğundan qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
6. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-600/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş stajı olmadığına görə, ona bu əsasa görə pensiya təyin edilməsi qanunvericiliyə ziddir və iddianın hüquqi əsası yoxdur.
8. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə göstərir ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qərarda cavabdehin etirazının məzmununa və X4 xx.xx.2022-ci il tarixli cavab məktubuna istinad etmişdir. Adından da göründüyü və əsasnaməsində də göstərildiyi kimi X4 müxtəlif istiqamətdə dövlət imtahanlarının təşkilini kəyata keçirən mərkəzdir. Yəni DİM-nin hər hansı bir qanunu şərh etmək və mülahizə yürütmək səlahiyyəti və hüququ yoxdur. Eyni zamanda X4 göndərdiyi bu məktub da normativ hüquqi akt kimi qiymətləndirilərək onun əsasında hər hansı bir iddiaya qiymət verilməsi də qeyri-qanunidir. Çox qəribədir ki, inzibati işin sənədlərində onun iddianı sübut edən yetərincə qədər fakt olmasına baxmayaraq məhkəmə əsassız olaraq onun iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, o, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinə kimi X3 və Sahibkarlığa Kömək Komitəsinin Qobustan rayon X1 direktoru vəzifsində işləmişdir. xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinə kimi Qobustan rayon Mərəzə bələdiyyəsində Ümumi şöbənin müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi AR DSMF-nun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinə kimi isə AR DSMF-nun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsində işləmişdir. İşlədiyi sahələrdən də görünür ki, onun bütün əmək fəaliyyəti dövlət qulluğu stajına hesablanan sahələrdə olmuşdur. Dövlət qulluğu vəzifəsində ümumi stajı 21 il olduğu halda cavabdeh orqan əsassız olaraq onun dövlət qulluğunda ümumi stajını 9 il 8 ay, 10 gün kimi hesablamışdır. Cavabdehin məktubundan açıq-aydın görünür ki, onun Mərəzə bələdiyyəsində işlədiyi xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinə kimi vaxt və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi AR DSMF-nun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsində işlədiyi dövr dövlət qulluğu vəzifə stajına hesablanmamışdır. Bu isə tamamilə qanunsuz və əsassız yanaşmadır. Belə ki, “Bələdiyyələrin status haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən Bələdiyyə orqanlarında qulluq müddəti Dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Göründüyü kimi qanunvericiliyin bu normasına görə bələdiyyə orqanlarında qulluq dövlət qulluğu vəzifəsində staja daxil edilir. Eyni zamanda cavabdeh orqan onun xx.xx.2007-ci il tarixindən AR DSMF-nun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edilməyi barədə əmri əsas götürərək onun bu vəzifədə 6 il müddətində işlədiyini nəzərə almamış və həmin müddəti əsassız olaraq dövlət qulluğu vəzifəsində staja hesablamamışdır. Təbii ki, hamıya məlumdur ki, müvəqqəti vəzifə 6 il müddətində icra edilə bilməz. AR Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir. Lakin işin hallarından da görünür ki, o, həmin müvəqqəti əmrlə 6 il müddətində işləmişdir. Fəaliyyət göstərdiyi təşkilatın onun isə qəbulu ilə əlaqədar verdiyi əmrin qanunamüvafiq qaydada tərtib olunmaması nəticəsində onun hüquqlarının pozulması yolverilməz bir haldır. Ona görə də cavabdehin onun həm bələdiyyə qulluğunda işlədiyi müddəti, həm də AR DSMF-nun Qobustan rayon şöbəsində müvəqqəti əmrlə işlədiyi müddəti onun dövlət qulluğu vəzifəsində əmək stajına hesablanmaması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə həmçinin qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində onun xx.xx.2007-ci il tarixində AR DSMF-nun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilərkən X5 imtahan və müsahibə mərhələsindən keçmədən və həmçinin dövlət qulluqçusu kimi işə başlayarkən and içmədən işə qəbul olunduğu üçün onun həmin müddəti də dövlət qulluqçusu kimi işə başlayarkən and içmədən işə qəbul olunduğu üçün onun həmin müddəti də dövlət qulluqçusu kimi ümumi stajı kimi hesab edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə də əsassız və qanunsuzdur. Belə ki, hər hansı bir işçini işə qəbul etmək və onunla müqavilə bağlamaq işəgötürənin hüquq və vəzifələrinə aiddir. Əgər həmin vaxt onun DİM-də imtahan verərək və dövlət qulluqçusu kimi işə başlamazdan əvvəl and içməli olduğu lazım və vacib idisə, onda o, işə götürən təşkilat həmin tələblərə riayət edərək onun işə qəbulunu rəsmiləşdirməli idi. Amma işin hallarından görünür ki, cavabdeh orqan həmin vaxtda onun hüquqlarını pozmuş və lazımi qaydada rəsmiləşdirməni həyata keçirməmişdir. Lakin onunla işə qəbul müqaviləsinin və digər rəsmiləşdirmənin cavabdehin günahı səbəbindən lazımi qaydada rəsmiləşdirilməməsi onun günahı deyildir. O, faktiki olaraq dövlət orqanı sayılan təşkilatda işə qəbul edilmişdir, dövlət qulluqçusuna aid olan hüquq və vəzifələri faktiki olaraq icra etmişdir. Ona görə də xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi onun AR DSMF-mim Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi işlədiyi dövr dövlət qulluqçusu stajına hesablanmalıdır. Eyni zamanda bildirmişdir ki, onun Mərəzə bələdiyyəsində işlədiyi xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinə kimi işlədiyi dövr də dövlət qulluğu vəzifəsi stajına hesablanmalı olduğu halda, əsassız olaraq hesablanmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
11. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. “Əmək pensiyaları haqqında” Qanun: Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
14. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: .... 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
15. “Bələdiyyələrin statusu haqqında” Qanun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bu qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir. Maddə 2. Əsas anlayışlar
2. Bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.
9. Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Maddə 25. Bələdiyyə qulluğu Bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir. Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir.
16. “Bələdiyyə qulluğu haqqında” Qanun Bu Qanun bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir. Maddə 2 . Bələdiyyə qulluğu və bələdiyyə qulluqçusu anlayışları Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Maddə 10. Bələdiyyə qulluqçusunun iş vaxtı, məzuniyyəti, pensiyası və digər sosial təminatları Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 1. X6 istifadə olunan əsas anlayışlar 1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu); Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. ... 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. ... 10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2007- ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrü və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsində məsləhətçi vəzifəsində işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilməsin xahiş edir.
22. İddiaçının qeyd edilən dövrlərdə müvafiq bələdiyydə və dövlət orqanında işləməsi faktının özü işin mübahisə olunmayan halıdır. Cavabdeh iddiaçının qeyd edilən dövrlərdəki əmək fəaliyyətini qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilməsinə əsasən verən staja daxil edilməsindən imtina etmişdir.
23. İddiaçının iddiasını təmin etməyən məhkəmə, müvafiq qanunvericiliyə və məhkəmənin sorğusuna cavab olaraq X4 xx.xx.2022-ci il tarixli cavab məktubuna istinad etməkə göstərmişdir ki, iddiaçı xx.xx.2007-xx.xx.2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Qobustan Rayon şöbəsində məsləhətçi vəzifəsini dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni müsabiqə (test imtahanı və müsahibə mərhələsi) əsasında deyil, müddətli əmək müqaviləsi əsasında tutmuş və həmin illərdə dövlət qulluqçusu statusuna malik olmamışdır. Bundan əlavə, iddiaçı xx.xx.2007-ci il tarixdə qeyd edilən vəzifəyə müvəqqəti təyin edilmiş, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Qobustan Rayon şöbəsində məsləhətçi vəzifəsini müvəqqəti tutduğu xx.xx.2007-xx.xx.2013-cü illərdə ixtisas dərəcəsinə malik olmamışdır. Eyni zamanda məhkəmə iddiaçının Mərəzə bələdiyyəsində işlədiyi dövrün də müvafiq staja daxil edilməməsini əsaslı hesab etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından, o cümlədən iddiaçının əmək kitabçasında görünür ki, İddiaçı 2007-ci il 30 noyabr tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qobustann rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir (xx.xx.2007-ci il tarixli 766/K saylı Əmr). Daha sonra o, xx.xx.2013-cü il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. (xx.xx.2013-cü il tarixli 1599/K saylı Əmr). İddiaçı Qobustan rayon Mərəzə bələdiyyəsində xx.xx.2002-ci ildən xx.xx.2007ci il tarixədək ümumi şöbə müdiri vəzifəsində işləmişdir. (Qobustan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 46 saylı məktubu).
25. İddiaçının qeyd edilən dövrlərin ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə əsas verən dövlət qulluğu stajına hesablanılmalı olması barədə müvafiq dəlillərinə, habelə apellyasiya şikayətinin və iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi vəsatətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 14-18-ci bəndlərində istinad edilən müvafiq qanunvericilik normalarının təhlilindən görünür ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun bələdiyyə orqanlarında qulluq müddətinin dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilməsini nəzərdə tutan 25.3-cü maddəsi iddaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2007- ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmasına əsas vermir. Belə ki, xx.xx.1999-cu ildə qəbul edilmiş həmin qanun bələdiyyə qulluqçularının pensiya təminatı ilə bağlı münasibətləri deyil, yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir. Bələdiyyə qulluğu ilə bağlı münasibətləri və bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyən “Bələdiyyə qulluğu haqqında” qanuna əsasən isə bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə qulluqçularının pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunda isə bələdiyyə qulluqçuları qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçılarının dairəsinə aid edilməmiş, habelə bələdiyyə qulluğu dövrünün “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının stajına daxil edilməsi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı olmaqla, eyni zamanda “Bələdiyyələrin statusu haqqında” Qanundan sonra qəbul edildiyindən dövlət və bələdiyyə qulluqçularının pensiya təminatı ilə bağlı münasibətlərin tənzimlənməsində həmn qanun tətbiq olunmaldır.
26. Bundan əlavə, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsində işlədiyi dövrlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı həmin dövrlərdə müvafiq vəzifəni dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada deyil, müddətli əmək müqaviləsi əsasında müvəqqəti tutmuş, ixtisas dərəcəsinə malik olmamış və beləliklə də Dövlət qulluğu haqqında” Qanunun tələbləri baxımından dövlət qulluqçusu statusuna malik olmamışdır. Bunda görə də qeyd edilən dövrlərin də dövlət qulluğu stajı kimi nəzərə alınmasından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-600/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.