Məhkəmə qərarları › İş №2-1(105)-546/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-546/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-546/2022 09.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “bələdiyyə qərarının və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2- 1(118)-2034/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli çıxarışının ləğv edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba bələdiyyəsinin adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Quba şəhəri 223-cü Atıcı diviziya küçəsində kommersiya obyekti inşa etmişdir, obyekt iki mərtəbədən və zirzəmidən ibarətdir. Zirzəminin (anbarın) girişi, obyektin arxa tərəfindəndir. Obyektin anbarına girişçıxışı təmin etmək üçün zərurət yarandığından, Quba Bələdiyyəsinin mülkiyyətində olan 21 kv.m torpaq sahəsində pilləkənlər inşa edilmişdir. 2011-ci ilin dekabr ayında Quba Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək həmin 21 kv.m torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, 60 kv.m torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Lakin, bələdiyyə sədri tərəfindən ona bildirilmişdir ki, həmin ərazidən AR X7 Regional Mərkəzinə və AR Beynəlxalq Bank ASC-nin Quba filialına məxsus 6 kV-luq 9 ədəd yüksək gərginlikli yeraltı kabel xətləri keçdiyindən və həmin ərazidə olan torpaq sahəsi ümumi istifadədə olan torpaq olduğundan onun satılması qanunla qəti qadağandır və iddiaçıya yalnız obyektinin zirzəmisinə giriş-çıxış hissədə inşa etdiyi pilləkənlərin altında olan Quba Bələdiyyəsinə məxsus 21 kv.m torpaq sahəsi satıla bilər. İddiaçı isə əvvəlcə bununla razılaşmamış, daha sonra həmin ərazidən həqiqətən də yüksək gərginlikli yeraltı elektrik xətləri keçdiyi və həmin torpaq sahəsinin həqiqətən ümumi istifadədə olan torpaq sahəsi olduğunu öyrəndikdən sonra 2014-cü ilin əvvəllərində Quba Bələdiyyəsinin sədri ilə alqısatqı müqaviləsi bağlayaraq istifadəsində olan Quba Bələdiyyəsinə məxsus 21 kv.m torpaq sahəsini almışdır. Bu ilin yanvar ayının əvəllərində onunla qonşuluqda yerləşən, əvvəllər A.A.Bakıxanov adına kinoteatr binası olmuş, indi isə Nərgiz Plaza şadlıq sarayı kimi fəaliyyət göstərən obyektin sahibi X5 onun obyektinin arxasında, anbarın giriş hissəsində yerləşən 300 kv.m torpaq sahəsini, sahibkarlıq məqsədi ilə aldığını bildirərək həmin yerə yük maşınları ilə mişar daşları boşaldaraq, anbarın giriş-çıxışını bağlayaraq həmin hissədə tikinti işlərinin aparılmasına hazırlaşırdı. Tofiq Xəlilovun həmin torpağı alması ilə bağlı DƏDRX-nin 5 Xaçmaz Ərazi İdarəsinə vəkil sorğusu verildikdə ona məlum olmuşdur ki, Quba Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 9/4 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarına və xx.xx.2012-ci il tarixli AN-405630 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən Quba şəhərində yerləşən 0.03 ha torpaq sahəsinə dair Quba Bələdiyyəsinin adına 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Quba rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə/01-105 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X3 adına özgəninkiləşdirilmiş və xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Tofiq Xəlilovun mülkiyyət hüququ tanınmışdır. Həmin ərazidən yüksək gərginlikli yeraltı elektrik kabel xətlərinin keçməsini və torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğunu bildiyindən Quba bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 9/4 nömrəli qərarından çıxarışın saxta olması barədə onda şübhələr yaranmış və ona görə də X8 filialına vəkil sorğusu vermişdir. Sorğu nəticəsində ona məlum olmuşdur ki, Quba Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 9/4 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarından çıxarış saxtadır. Belə ki, Quba bələdiyyəsinin 30 may 2012-ci tarixli iclasında 7 (yeddi) məsələ gündəliyə çıxarılıb müzakirə edilib və həmin məsələlərlə bağlı qərarlar qəbul olunsa da, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 300 kv.m və ya 0.03 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılmasıyla bağlı məsələ həmin tarixdə ümumiyyətlə gündəlik məsələ kimi müzakirəyə çıxarılmayaraq, həmin torpaqla bağlı heç bir qərar qəbul edilməmişdir. Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli protokolu 9/40 nömrəsi ilə başlayaraq 9/46 nömrəsi ilə yekunlaşır. Qeyd edir ki, Quba bələdiyyəsi ona məxsus mağazanın anbarının qiriş-çıxış hissəsində yerləşən ümumi istifadədə olan 300 kv.m ha torpaq sahəsini X2 onun obyektinin anbarının giriş-çıxış hissəsini bağlamış və iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozaraq sahibkarlıq fəaliyyətinə ciddi zərər vurmuşdur. Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən ona satılmış 21 kv.m torpaq sahəsi ilə Tofiq Xəlilova məxsus 300 kv.m və 90 kv.m torpaq sahələri eyniləşdirilərək, Quba bələdiyyəsinin həmin torpaqlarla bağlı hərraca çıxarılması barədə hər hansı bir qərarı aşkar edilmədiyindən, həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin (yəni onların adlarına olan Dövlət Reyestrindən verilən çıxarışların) etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi məqsədilə Quba bələdiyyəsinə təklif məktubu ilə müraciət edilmişdir. Quba bələdiyyəsi Xaçmaz Regional Ədliyyə İdarəsinin təklif məktubuna əsasən, X4 və iddiaçıya qarşı onların mülkiyyətində olan Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 300 kv.m, 90 kv.m və 21 kv.m ha torpaq sahələrinin geri alınması üçün (Torpaq hərracının və ya müsabiqənin nəticələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və istifadədə olan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair) Quba rayon məhkəməsində mülki iş üzrə iddia qaldırmışdır. Hesab edir ki, Quba bələdiyyəsi 300 kv.m torpaq sahəsinin Tofiq Xəlilovun adına DƏDRX tərəfindən verilən çıxarışı məhkəmə qaydasında ləğv elətdirərək, öz adına olan çıxarışı saxlayaraq, həmin torpaq sahəsini başqa şəxsə satmaq istəyir. Bu isə yolverilməzdir, ona görə ki, həmin torpaq sahəsində gələcəkdə hər hansı bir obyekt tikilərsə, ona məxsus mağazanın anbarının giriş-çıxışı bağlanaraq onun hüquqları və qanunla qorunan maraqları pozulacaqdır. Hesab edir ki, həmin 300 kv.m torpaq sahəsinin altından yüksək gərginlikli elektrik kabel xətləri keçdiyindən, torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olduğundan, Quba bələdiyyəsinin adına olan hüquqmüəyyənedici sənədlər ləğv edilərək torpaq əvvəlki vəziyyətinə, yəni ümumi istifadəyə qaytarılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-2034/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək əlavə olaraq qeyd etdi ki, ona məxsus mağaza Tofiq Xəlilova satılan 300 kv.m torpaq sahəsindən bir tərəfdən 1 metr, digər tərəfdən 1,3 metr ara məsafədə yerləşir. İddiaçı şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı 2011-ci ildə ona məxsus obyektin yanındakı torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə müraciət etdiyini, lakin bələdiyyə tərəfindən ona həmin torpaq sahəsinin ayrılmadığını və buna görə də bələdiyyənin öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququnun olduğu müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Eyni zamanda ləğv olunması tələb olunan çıxarış hər hansı bir şəxsə torpaq sahəsi üzərində hüququn qeydiyyatı ilə bağlı deyil, bələdiyyənin həmin torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını təsdiq edir. Bələdiyyənin sözügedən torpaq sahəsi üzrə hüququ isə mübahisə predmeti deyildir. Qeyd olunduğu kimi mübahisə iddiaçının ona ayrılmasını tələb etdiyi torpaq sahəsinə bələdiyyənin adına verilmiş çıxarışın ləğvi ilə bağlıdır ki, bu halda iddiaçının hər hansı hüquqlarının və qanunla qorunan mənafelərinin pozulduğu müəyyən edilmir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli qərarının ləğv edilməsi; 2) Quba bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi. Məhkəmə kollegiyası iddiaçının 1-ci tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İşdə olan Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli iclas qərarından görünür ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 300 kv.m və ya 0,03 ha torpaq sahəsi ................................. həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları bələdiyyə mülkiyyət hüququ üzrə Quba bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan (iş vərəqə səh.13) vəkil sorğusuna cavab olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubundan görünür ki, Quba şəhərində yerləşən 0,03 ha torpaq sahəsi Quba rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə/01-105 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Tofiq Xəlilovun mülkiyyət hüququ tanınmışdır. xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 223cü Atıcı diviziya küçəsində yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Kollegiya hesab edir ki, iddiaçının bələdiyyənin adına qeydə alınmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla bələdiyyə qərarını və çıxarışı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçının Quba şəhərində yerləşən 300 kv.m torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını mübahisələndirməkdə hüquqi marağı (faktiki tələbinə uyğun) ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 223-cü Atıcı diviziya küçəsində yerləşən 0,0189 ha ehtiyat fondu torpaqları və torpaq sahəsində yerləşən ümumi sahəsi 427,6 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə ümumi sahəsi 427,6 kv.m olan mağazanın Texniki Pasportu tərtib edilmişdir. İddiaçı hesab edir ki, Quba bələdiyyəsi ərazidən yüksək gərginlikli yeraltı elektrik kabel xətlərinin keçməsi və torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmasını nəzərə almayaraq ona məxsus mağazanın anbarının giriş-çıxış hissəsində yerləşən 300 kv.m torpaq sahəsini X2 onun obyektinin anbarının giriş-çıxış hissəsini bağlamış və iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozaraq sahibkarlıq fəaliyyətinə zərər vurmuşdur. Bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli iclas qərarı 300 kv.m torpaq sahəsinin X1 barədə deyil, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Həmçinin, Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Qeyd edilməlidir ki, qanunvericilikdə torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydə alınması prosedurunu qadağan edən birbaşa norma nəzərdə tutulmamışdır. Digər tərəfdən, qeyd edilən normaların tələblərinə görə isə yalnız elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaqların istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə bağlı məhdudiyyətlər vardır. Bundan başqa, iş materiallarında olan (iş vərəqə səh.28) vəkil sorğusuna cavab olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli çıxarışla X4 məxsus xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışlar baza məlumatlarına əsasən birləşmir. Sərhədlər bir tərəfdən 1 metr, digər tərəfdən 1,3 metr ara məsafədə yerləşir. Yəni, qeyd olunan məktubun məzmunundan aydın olur ki, iddiaçının mülkiyyətində olan 189 kv.m torpaq sahəsində yerləşən mağaza ilə bələdiyyə tərəfindən Tofiq Xəlilova satılmış 300 kv.m torpaq sahəsi üst-üstə düşmür. Həmçinin, iddiaçı məhkəmə iclasında izahatında ona məxsus mağazanın Tofiq Xəlilova satılan 300 kv.m torpaq sahəsindən bir tərəfdən 1 metr, digər tərəfdən 1,3 metr ara məsafədə yerləşdiyini qeyd etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, 300 kv.m torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Başqa sözlə, iddiaçının bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını mübahisələndirməyə subyektiv hüququ yoxdur. Bu baxımdan, iddia həmin hissədə mümkün deyildir. İddia tələbinin 2-ci, yəni Quba bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların mübahisələndirilməsinə dair iddia tələblərində cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq ərazi idarələri çıxış edir. Hazırkı halda isə iddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh kimi Quba bələdiyyəsinə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının, eyni zamanda iddianın düzgün olmayan cavabdehə yönəldilməsinin iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı iddiasına olduğu kimi baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, kollegiya hesab edir ki, çıxarışın etibarsız hesab edilməli hissəsində iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmadığından bu hissədə də iddia mümkün deyildir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-2034/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar