Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-546/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əiziz oğlunun cavabdeh DSMF-nin Xızı rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi) Sədrlik edən və məruzəçi-hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Əiziz oğlunun cavabdeh DSMF-nin Xızı rayon şöbəsinə qarşı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işiərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”na əsasən güzəştli əmək stajı kimi; xx.xx.1989-cu il tarixdən xx.xx.1977-ci il tarixədək 142 N-li Təmir Tikinti İdarəsində işlədiyi müddətin ümumi iş stajı kimi müəyyən edilməklə sosial sığorta stajına daxil edilərək, 52 yaşdan, yəni 22 aprel 2007-ci il tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq orta aylıq əmək haqqının Dövlət Statitstika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2005-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 507.3 manat olmaqla pensiyanın hesablanması və hal-hazırki tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə dair ərizəsi barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-2245/2017 nömrəli qərardadından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı” na əsasən güzəştli əmək stajı kimi; xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək 142 №-li Təmir Tikinti İdarəsində işlədiyi müddətin ümumi iş stajı kimi müəyyən edilməklə sosial sığorta stajına daxil edilərək, 52 yaşdan, yəni 22 aprel 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq, orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2005-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə, işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 507,3 manat olmaqla pensiyanın hesablanması və hal-hazırki tarixədək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xızı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(105)- 374/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi məhkəməyə ünvanladığı xx.xx.2017- ci il tarixli 76/2-647 saylı məktubunda qərarın icra edildiyini bildirmişdir. Hazırda Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağh Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2245/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, iş materiallarında xx.xx.1988-ci il tarixli 78 saylı arayışa görə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, habelə xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində şpurlayıcı (betonçu) peşəsində işləmişdir. Halbuki, "xxxx" ASC tərəfindən Mərkəzi Filialın sorğusuna cavab olaraq ünvanlanmış 01/130 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda vətəndaş İddiaçı Bakı Şin Zavodunda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Avtokamer sexində 2 dərəcəli ventil əyicisi- doldurucusu, 08.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təlimatçı sazlayıcı, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək iqtisadçı, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək mühəndis proqramist, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarxədək Avtomatik idarəetmə sexində rəis müavini, xx.xx.1990-cı il tarixdən xx.xx.1996- cı il tarixədək sex rəisi vəzifəsində işləmişdir. Bakı Şin zavodu üzrə verilmiş 01 -k saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Göründüyü kimi məhkəmənin qərarında iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1988- ci il tarixədək Ermənistan Tespublikası Vardenis rayonu “Zod” qızıl mədənində şpurlayıcı (betonçu) işləməsi müəyyən olunduğu halda, iddiaçının eyni zamanda xx.xx.1979-cu il taixdən xx.xx.1997-ci il tarixədək Bakı Şin Zavodunda işləməsi faktı "xxxx" ASC tərəfindən verilmiş məktubla təsdiq olunmuşdur. Təbii ki, iddiaçının eyni vaxtd müxtəlif məkanlarda işləməsi qeyri-mümkün olmuşdur. Məhkəmə tərəfindən işə baxılarkən həmin hal məlum olmadığından iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-2245/2017 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan seriya xx.xx.1988-ci il tarixli, 78 saylı arayışa əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, habelə xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayonu “Zod” qızıl mədənində şpurlayıcı (betonçu) peşəsində işləmişdir. Halbuki, "xxxx" ASC tərəfindən Mərkəzi Filialın sorğusuna cavab olaraq ünvanlanmış 01/130 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Bakı Şin zavodunda xx.xx.1979-cu il (Əmr №10-k, xx.xx.1979) tarixindən xx.xx.1980-cı il tarixinədək Avtokamer sexində 2 dərəcəli ventil əyicisidoldurucusu, xx.xx.1980-cı il tarixindən (Əmr № 125-k, xx.xx.1980) xx.xx.1981-ci il tarixinədək Avtokamer sexində 4 dərəcəli avtokamer vulkanlaşdırıcısı, xx.xx.1981-ci il (Əmr 183-k, xx.xx.1981) tarixindən 01,12.1983-cü il tarixinədək Avtokamer sexində təlimatçı sazlayıcı, xx.xx.1983-cü il (Əmr № 140-k, xx.xx.1983) tarixindən xx.xx.1988-ci il tarixinədək Avtokamer sexində iqtisadçı, xx.xx.1988-ci il (Əmr № 47-k, xx.xx.1988) tarixindən xx.xx.1988ci il tarixinədək Avtokamer sexində mühəndis proqramist, xx.xx.1988-ci il (Əmr №213-k, xx.xx.1988) tarixindən xx.xx.1990- cı il tarixinədək Avtomatik idarəetmə sexində rəis müavini, xx.xx.1990-cı il (Əmr № 31-k, xx.xx.1990) tarixindən 01,06.1996-cı il (Əmr № 03-k, xx.xx.1997) tarixinədək Avtomatik idarəetmə sexində rəis vəzifəsində işləmişdir. AR Əmək Məcəlləsinin 38-ci maddəsinin “4” bəndinə əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixli 03-k saylı əmrlə iş buraxmaya görə tutduğu vəzifəsindən azad edilmişdir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002- ci il tarixli əmrə əsasən Başı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Göründüyü kimi məhkəmənin qərarında iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayonu “Zod” qızıl mədənində şpurlayıcı (betonçu) peşəsində işləməsi müəyyən olunduğu halda, iddiaçının eyni zamanda xx.xx.1979-cu il tarixdən xx.xx.1997-ci il tarixədək Başı Şin zavodunda işləməsi faktı "xxxx" ASC tərəfindən verilmiş məktubla təsdiq olunmuşdur. İddiaçının eyni vaxtda müxtəlif məkanlarda işləməsi, yəni həm Ermənistan Respublikasında, eyni zamanda Bakıda işləməsi qeyri mümkündür. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan hallar müəyyən olmaması səbəbindən, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1988ci il tarixədək Ermənistan Respublikası, Vardenis rayonu, “Zod” qızıl mədənində mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq, ona orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2005-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 507,3 manat olmaqla pensiyanın hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən tərəflərindən yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mərkəzi Filialın ərizəsi xx.xx.2023- cü il tarixdə, yəni məhkəmə qərarının qanuni qüvvəyə minməsi və icraya yönəldilməsindən beş ildən çox müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Halbuki, "xxxx" ASC tərəfindən Mərkəzi Filialın sorğusuna cavab olaraq ünvanlanmış 01/130 nömrəli 06.11,2022-ci il tarixli məktubuna əsasən tərəfimizdən yeni sübutların və ya halların aşkar olunduğu vaxtdan iki ay sonra məhkəməyə müraciət olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxslərin izahatların dinləyib və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 12 iyun 2017-ci il tarixdə qəbul edilmiş və həmin məhkəmə qərarı 09 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iş üzrə qəbul edilmiş həmin məhkəmə qərarının ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsinin mümkün olduğu hal kimi yalnız bir hal (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda) qeyd edilmişdir ki, indiki halda hazırki iş üzrə həmin halın mövcud olması müəyyən edilməmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, indiki halda cavabdehin qanunvericiliklə müəyyən edilmiş prosessual müddətə əməl edilməsini imkansız edən və onun iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamış, bununla da prosessual müddətin ötürülməsində cavabdeh təqsirsiz olmamışdır. Qeyd olunmalıdır ki, məhkəməyə ərizə ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən ərizə qanunvericilikdə göstərilən müddətdə baxılması yolveriləndir. Hazırki halda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərə tutulmuş müddət ötürülmüşdür. Göründüyü kimi, indiki halda cavabdehin yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsində istinad etdiyi hallar inzibati prosessual qanunveriicliyin həmin münasibətləri tənzimləyən noralarının dispozitiv şərtləri ilə uzlaşmır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd olunan yeni açılmış hallara istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını yenidən mübahisələndirməsi ilk növbədə qəbul edilmiş məhkəmə aktının qanuniliyi və əsaslılığını şübhə altına almaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir, bu hal isə özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə və hüquqi müəyyənlik prinsipinin mahiyyətinə ziddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-2245/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-546/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-546/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver