Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-549/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Fərdi sahibkar X10 barəsində 2 saylı Ərazi Vergilər Baş İdsarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264 365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X4 şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: vergi öhdəliyi üzrə qərarın qismən ləğvi. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının hüquqi varisi X3 nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı hüquqi varisi X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Fərdi sahibkar X10 barəsində 2 saylı Ərazi Vergilər Baş İdsarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264.365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X4 şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2-1(118)-77/2021 saylı qərarından cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı xxxxxxxx n nümayəndəsi və vəkili Vəkil 23.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Fərdi sahibkar X10 barəsində 2 saylı Ərazi Vergilər Baş İdsarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərarın qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264.365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X4 şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xxxxxxxx 03.07.2020-ci il tarixində sol mədəcik çatışmamazlığı səbəbi ilə öldüyündən sonuncunun hüquqi varisi 19.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 tanınmış və sonuncunu məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir.
İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.08.2018-ci il tarixli, **********158718 saylı qərarına əsasən fərdi sahibkar X10 (VÖEN **********) tərəfindən: gəlir vergisi üzrə 2017-ci ili; ödəmə mənbəyində tutulan vergi üzrə 1ci rüb 2017-ci il - 2-ci rüb 2018-ci ili; əlavə dəyər vergisi üzrə yanvar 2017-ci il - iyun 2018ci ili; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2017-ci ili; sadələşdirilmiş vergi üzrə 1-ci rüb 2017-ci il - 2-ci rüb 2018-ci ili əhatə edən dövrlərdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli akt qəbul edilmişdir. Həmin aktla vergi ödəyicisinə yoxlanılan dövr üzrə: əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilən məbləğinə nisbətən 45008.73 manat azaldılması və bu azaldılmaya görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılan məbləğin 50 %-i məbləğində, yəni 22504.37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi; gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilən məbləğinə nisbətən 264365.9 manat azaldılınası və bu azaldılmaya görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılan məbləğin 50 %-i məbləğində, yəni 132197.95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi; ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilən məbləğinə nisbətən 83.52 manat azaldılması və bu azaldılmaya görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılan məbləğin 50 %-i məbləğində, yəni 41.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə (ümumilikdə, 309488.15 manat əlavə vergi məbləği və 154744.08 manat maliyyə sanksiyası məbləği hesablanmaqla) vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Bu akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən 309.488.15 manat əlavə vergi məbləğinin və 154744.08 manat məbləğində maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsinə dair **********685100 nömrəli Tələbnamə göndərilmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktı vergi ödəyicisinin mühasibi, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 imzalamaqdan imtina etmiş və aktı imzalamaması səbəblərini əks etdirən etirazını yazılı surətdə vergi orqanına təqdim etmişdir. Vergi orqanı vergi ödəyicisinin yazılı etirazında və izahatında əsaslandırdığı halları nəzərə almadan yuxarıda göstərilən 18.12.2019-cu il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət qərarını qəbul etmiş və vergi ödəyicisinə tələbnamə göndərmişdir. İddiaçı səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktla (səhifə 22-24) 2017-ci ilin gəlir vergisi üzrə hesablanılan 264365.9 manat əlavə vergi məbləği və tətbiq edilməsi təklif edilən 1321979.5 manat məbləğində maliyyə sanksiyası ilə razılaşmır. Belə ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi 2017-ci il gəlir vergisi bəyannaməsində gəlirin 6699748.77 manat təşkil etməsi, həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin: EVHF (elektron vergi hesab fakturası) əldə etməklə alınmış müxtəlif növ ərzaq və qeyriərzaq mallarının dəyərinin 6 259 493.91 manat; əmək haqqının 216 092.5 manat və DSMF ayırmalarının 47 540.35 manat; icarə haqqının hüquqi şəxs üzrə 16 490 manat və fiziki şəxs üzrə 82 163.16 manat; enerji xərcinin 57 356.38 manat; rabitə xərcinin 5 551.84 manat; su xərcinin 5 637.26 manat olmaqla, cəmi 6 684 773.56 manat olması göstərilmiş, gəlirdən həmin gəlirin əldə edilməsi ilə əlaqədar olan xərclər çıxılaraq 14 975.21 manata (6 699 748.77-6 684 773.56-14 975.21) 20% dərəcə ilə 2 995.04 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanına təqdim edilən həmin bəyannanmə üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmış, təqdim olunmuş xərc sənədlərində və xərc məbləğlərinin həqiqiliyində ziddiyyət və səhv aşkar edilməmişdir. Bəyannamə ilə hesablanan 2 995.04 manat gəlir vergisi kameral vergi yoxlaması ilə təsdiq olunmuş, yalnız vergi bəyannaməsinin xərclər hissəsində - Rabitə xərcləri sətrindəki 5 551.84 manat məbləğin təqdim edilən sənədlərdə öz əksini tapmaması səbəbindən kameral qaydada 1110.37 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi bəlli olan məlumatlar əsasında aparılan kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisinin 2017-ci ilin gəlir vergisi üzrə hesabladığı və bəyan etdiyi vergilərdə hər hansı vergidən yayınma halı müəyyən edilməmiş, əlavə (1 110.37 manatdan başqa) vergi hesablanmamışdır. Səyyar vergi yoxlaması ilə əhatə edilən dövrdə, yəni 2017-ci ildə iddiaçının gəliri 6 699 748.77 manat olmuşdur ki, bu məbləğin 5 188 458.08 manatını “Z” hesabatları, 1 138 732.47 manatını LVHF-nın təqdim edilməsi ilə, 372 558.29 manatını isə posterminal vasitəsi ilə əldə edilmiş gəlirlər təşkil edir. Bundan əlavə, fərdi sahibkar tərəfindən 2017-ci ildə satılan və maya dəyəri 6 259 493.91 manat olan ərzaq və qeyriərzaq mallarına ödənilən məbləğlərin təsdiqedici sənədləri - qaimə fakturaları e-qaimə qovluğunda mövcuddur. Həmin mallar sənədsiz alınmamışdır. Həmin ildə əmək haqqını təşkil edən 216092.5 manat əmək haqqı cədvəllərində, 47540.35 manat DSMF ayırmaları müvafiq hesabatlarda əks olunmuş, 57 356.38 manat təşkil edən enerji, 5 551.84 manat rabitə, 5 637.26 manat su xərclərini (evfh-ları üzrə) və icarə haqları üzrə ödəmələrini əks etdirən təsdiqedici sənədlərdə təsbit edilmişdir. Lakin həmin dövr üzrə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan xərc məbləğlərini əks etdirən xərc sənədlərinin, o cümlədən NKA-nın (nəzarət kassa aparatı) “Z” hesabatlarının və posterminal vasitəsilə aparılan əməliyyatlara dair sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq, vergiyoxlayıcısı tərəfindən vergi ödəyicisinin əldə etdiyi gəlirin birbaşa müəyyən edilməsinin mümkün olmaması qənaətinə gəlinmiş və Vergi Məcəlləsinin 83.9-cu maddəsi rəhbər tutularaq Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən şərti rentabellik norması əsasında gəlirin əldə edilməsi üçün çəkilən xərclər müəyyən edilmişdir. Halbuki, yuxarıda da göstərildiyi kimi, vergi ödəyicisi tərəfindən sənədsiz mal alınmamış, alınan malların maya dəyərini və satılan malların satış məbləğini əks etdirən, habelə gəlirin əldə edilməsi ilə bağlı olan digər xərcləri təsdiq edən sənədlərin hamısı mövcud olmuş, kameral vergi yoxlamasına təqdim edildiyi kimi, səyyar vergi yoxlamasına da təqdim olunmuşdur. Lakin vergi yoxlamasını həyata keçirən vəzifəli şəxs tərəfindən heç biri qanuni əsaslandırma verilmədən, heç bir səbəb göstərilmədən həmin xərc sənədləri nəzərə alınmamış, əsassız olaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsi, yəni vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanması müddəası tətbiq edilməklə, şərti rentabellik norması ilə 20% dərəcə ilə vergi hesablanmışdır. Hansı ki, bu norma ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün faktiki normadan dəfələrlə çoxdur və nəzərə alınsa ki, vergi ödəyicisinə məxsus olan mağazalar Sumqayıt və Bakı ətrafı rayonlarda fəaliyyət göstərir və bu ərazilərdə yüksək ticarət əlavəsi ilə işləmək mümkün deyil, bu halda vergi orqanı tərəfindən şərti rentabellik normasına əsasən 20% dərəcə ilə hesablanmış gəlir məbləği, nəinki Sumqayıt və Bakı ətrafı rayonlarda, hətta ən yüksək ticarət əlavəsi ilə işləyən Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən ticarət obyektləri üçün belə real gəliri əks etdirmir və ümumiyyətlə, topdan və pərakəndə ticarət obyektlərində 20%-lik rentabellik mümkün deyildir. Eyni zamanda, vergi ödəyicisinə məxsus olan mağazalar müvafiq ərazilərdə rəqabətin böyüklüyü, gəlirin (rentabelliyin) çox aşağı olması səbəbindən bağlanmış və hal-hazırda fəaliyyət göstərmir. Bu mağazalar doğurdan da 20% rentabelliklə işləmiş olsaydı, vergi ödəyicisi həmin mağazaları bağlamaq, habelə hazırda faizlərini ödəməkdə çətinlik çəkdiyi bank krediti götürmək məcburiyyətində qalmazdı, yüksək gəlir mənbəyi olan pərakəndə ticarət fəaliyyətindən imtina etməzdi. Bundan əlavə yoxlamanın aparılması zamanı vergi yoxlamasını aparan vergi orqanının vəzifəli şəxsi tərəfindən yoxlamanın dolğun və obyektiv keçirilməsi məqsədilə vergi orqanı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.11.2019-cu il tarixli **********192728 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisindən ilkin mühasibat sənədlərinin, malların alış sənədlərinin, kassa mədaxil, məxaric sənədlərinin, əmək haqqı cədvəllərinin, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədlərinin (həmçinin elektron fayllarla) götürülməsi qərara alınmışdır. 02.08.2018-ci ildən 12.11.2019cu ildək bir il üç ay müddətində davam edən yoxlamada yoxlamanın son günlərində, yəni 04.11.2019-cu il tarixdə sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarla nəzərə alınmayan xərc sənədlərinin vergi orqanı tərəfindən götürülməsi hansı zərurətdən irəli gəlmişdir?! Əgər həmin xərc sənədləri mövcud deyildisə, qərarda hansı sənədlərin götürülməsi nəzərdə tutlurdu?! Həm kameral, həm də səyyar vergi yoxlamalarının eyni vergi orqanı tərəfindən eyni vergi ödəyicisi barəsində eyni vergi növü və eyni vergi dövrü üzrə aparıldığı təqdirdə kameral yoxlama zamanı real xərcləri əks etdirən sənədlərin qəbul edilərək vergi ödəyicinə heç bir əlavə vergi hesablanmadığı halda, səyyar vergi yoxlamasında həmin vergi orqanı tərəfindən həmin xərc sənədlərinin qəbul edilməyərək böyük məbləğdə əlavə vergi hesablanmasını necə başa düşmək olar?! Yoxlama aparılarkən vergi orqanının Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqında 04.11.2019-cu il tarixli **********192736 nömrəli qərarı ilə vergi ödəyicisinin bütün topdan və pərakəndə ticarət obyektlərində ərazilərinə, binalarına, habelə sənədlərinə, əşyalarına və mal-materiallarına baxış keçilmişdir. Göründüyü kimi, vergi ödəyicisi səyyar vergi yoxlamasına tam və hərtərəfli yoxlama keçirilməsi üçün lazımi şərait yaratmış, bütün sənədləri təqdim etmiş, yoxlamadan yayınmamışdır. Lakin yuxarıda qeyd olunanlar, o cümlədən vergi ödəyicisinin səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktı imzalamaqdan imtina etməsinin səbəblərinə dair əsaslandırılmış yazılı etirazı və izahatı vergi orqanı tərəfindən nəzərə alınmadan, Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbləri (vergi ödəyicisinin 2017-ci il üzrə gəlir vergisinə münasibətdə) pozularaq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması halında vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 53.3-cü maddəsində göstərilir ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər.
Cavabdehin etirazları:
4. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, vergi orqanının 02.08.2018-ci il tarixli **********158718 nömrəli qərarına əsasən iddiaçıda 01.01.2017-cı il tarixdən 30.06.2018-ci il tarixədək olan dövrlərini əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya 03.08.2018-ci il tarixli **********158934 nömrəli Tələbnamə verilmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və digər xərc sənədlər yoxalmaya təqdim edilsə də, vergi ödəyicisi tərəfindən aylar üzrə qalıqlar göstərilməklə malların hərəkəti cədvəli təqdim edilməmişdir. Vergilərin hesablanması vergi ödəyicisi tərəfindən təqdim edilən və uçot baza məlumatlarındakı sənədlər əsasında həyata keçirilmişdir. Belə ki, 1) Gəlir vergisi üzrə: Vergi ödəyicisinin təqdim etdiyi 2017-ci il gəlir vergisi hesabatına və 22.10.2019-ci il tarixli izahatına əsasən 2017-ci ilin ƏDV-siz dövriyyəsi 6699748,77 manat olmuşdur, (o cümlədən kassa " Z " hesabatlarına əsasən 5188458,08 manat , müvafiq EVHF təqdim edilməklə 1138732,47 manat və 372558,29 manat gəlir təqdim edilən malların nağdsız qaydada pos-terminal vasitəsi ilə olmuşdur), həmin izahata əsasən 2017-ci il ərzində gəlirin əldə edilməsi ilə bağlı 6684773.56 manat xərclərinin açıqlaması əşağıdaki kimi olmuşdur. Malın dəyən 6259493,91 manat müvafiq EVHF əldə etməklə alınmış müxtəlif növ ərzaq və geyri ərzaq məhsulları; Əmək haqqı 216092,5 manat və DSMF ayrımları 47540,35 manat; icarə haqqı huquqi şəxs üzrə 16490 manat və fiziki şəxs üzrə 82163,16 manat; Enerji xərci 57356,38 manat; Rabitə xərci 5551.84 manat; Su xərci 5637,26 manat olmuşdur. Cari bəyannaməyə əsasən vergiyə cəlb olunan 14975.21 (6699748 77 - 6684773.56) manat gəlirdən 20% dərəcə ilə 2995.04 manat gəlir vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən nağdsız qaydada təqdim edilən mallara görə pos-terminala vurulan məbləğlər NKA-nın fiskal yaddaşına daxil edilmədiyi müəyyən edilmişdir və gəlirin əldə edilməsi ilə bağlı malların hərəkəti hesabatı təqdim edilməmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti gəliri birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan gəlirin əldə edilmə üçün çəkilən xərclər müəyyən edildi. (6684773.56 gəlirin əldə edilməsi üçün çəkilən xərclər /5 (rentabellik) =1336954.71*20%=267390.94- 2995.04 (cari bəyannaməyə əsasən)=264395,9 manat əlavə gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən illər üzrə 264395.9 manat azaldılmasına görə 50% məbləğində, yəni 132197.95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 2) Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən sonuncu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətini dayandırdığı 13.06.2018-ci il tarixə 250011.51 manat dəyərində müxtəlif növ ərzaq və geyri ərzaq mallarının olduğu müəyyən olunmuş və bu fakt fərdi sahibkarın təqdim etdiyi 30.05.2019-ci il tarixli izahatı ilə təsdiqini tapmışdır. Belə ki, vergi ödəyicisi təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətini dayandırdığı (sonuncu obyektinin fəaliyyətini dayandırdığı 13.06.2018-ci il tarixə) 250011.51 manat ( ƏDV-siz ) dəyərində müxtəlif növ ərzaq və geyri ərzaq mallarının bir qisminin oğurlandığını bir qisminin isə yararsız hala düşdüyünü bildirmişdir, lakin əlavə dəyər vergisi hesablanmamışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisinə 45002, 07manat əlavə dəyər vergisi hesablanmışdır (250011.51*18%). Eyni zamanda vergi ödəyicisi tərəfindən 2017-ci ilin aprel ayında aldığı EVHF üzrə 6.6 manat ƏDV məbləği ƏDH-dan ödənilmədiyi üçün bu vergi-hesab fakturası üzrə əvəzləşdirilən 6.6 manat ƏDV məbləği yoxlama ilə nəzərə alınmamışdır. Nəticədə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 45008,73 manat azaldılmasına görə 50% məbləğində, yəni 22504.37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 3) Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi ödəyicisi tərəfindən təqdim etdilən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş məbləğ ilə fərdi sahibkar tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsinə əsasən müəyyən edilən icarə haqqı məbləğindən 596,57 manat az göstərdiyindən 2018-ci ilin 2-ci rübü üzrə cəmi azldılmış 83,52 manat ödəmə mənbəyində vergi yoxlama ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbəton 83,52 manat azaldılmasına görə 50% məbləğində, yəni 41,76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli **********194888 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-cı il tarıxlı 2-1(118)-77/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia tələbi təmin edilməklə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar X10 barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərarının qismən ləğv olunması, iddiaçı X6 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar ilə əlavə hesablanmış 264.365,90 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyasının fərdi sahibkar X4 şəxsi hesab vərəqindən silinməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 150 (yüz əlli) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2- 1(118)-77/2021 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh apelyasiya şikayətində Azərbaycan Respublikası İPM-nin 1.2, 12.1, 87.6, eləcə də MPM-nin 14, 385.1-ci maddələrinə əsaslanaraq hazırkı qərarın 4-cü bəndində əksini tapan iddia ərizəsinə etirazda göstərilənləri təkrarən qeyd edərək birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar qəbul edilməsini qeyd etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən “nağsız qaydada təqdim edilən mallara görə pos-terminala vurulan məbləğlərin X12 fiskal yaddaşına daxil edilməməsi” ilə bağlı bildirirlər ki, nağdsız qaydada təqdim edilən mallara görə pos-terminala məbləğlər vurulubsa, deməli burada gəlirin gizlədilməsindən söhbət gedə bilməz. Ona görə ki, bu əməliyyatlar bank vasitəsi ilə edildiyindən əldə edilən gəlirin vergidən yayındırılması və gizlədilə bilməsi mümkün deyil. Həmin məbləğlər vergi ödəyicisinin banklarda olan hesablaşma hesablarında oturmuş və həmin hesablardan çıxarılmış bank çıxarışlarının əsasında müvafiq dövr üzrə vergi orqanına hazırlanan hesabatlarda öz əksini tapmış, gəlir gizlədilməmiş, həmin məbləğ gəlir olaraq hesabatları vergi orqanına təqdim edilməklə bəyan edilmiş, vergisi isə tam həcmdə hesablanaraq ödənilmişdir. Vergidən yayınmanın olmadığı halda bu əsasla vergi hesablanması və ya şərti rentabellik normalarının tətbiqi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində nağdsız əməliyyat üzrə məbləğin X12 fiskal yaddaşına daxil edilməməsinə görə deyil, pos-terminala vurulmamasına görə həmin məcəllənin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisinə təqvim ili ərzində ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Vergi ödəyicisi nağdsız əməliyyatlarını pos-terminala vurmamış olsa idi və ya nağdsız əməliyyat üzrə məbləğin X12 fiskal yaddaşına daxil edilməməsi gəlirlərin gizlədilməsinə əsas olan və sanskiya tətbiq edilməli olan pozuntu olsaydı, vergi orqanı bu pozuntuya görə sanskiya tətbiq edərdi. Həmçinin bildirməyi zəruri hesab edirlər ki, istər nağdsız, istərsə də nağd qaydada aparılan əməliyyatlar birinci halda pos-terminala vurulmaqla, ikinci halda isə hesabat dövrü üzrə günlük “Z” hesabatları vergi orqanına tətbiq edilməklə, bütün gəlirlər vergi orqanına bəyan edilmişdir. Bu faktlar səyyar yoxlama aktında da qeyd edilir və əslində bununla vergi ödəyicisi tərəfindən gəlirlərin gizlədilmədiyi etiraf edilir. Həmçinin bildirirlər ki, səyyar vergi yoxlamasının nəticələrinə dair aktda vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi qeyd edilən “malların hərəkət hesabatı” və ya “material hesabatı” anlayışı nə “Mühasibat uçotu haqqında” AR Qanununda, nə də Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamış, belə hesabat formasının vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməsi öhdəliyi müəyyən edilməmişdir. Əgər mövcud qanunvericlikdə “material hesabatının” təqdim edilmə vəzifəsi nəzərdə tutulmuş və həmin vəzifə vergi ödəyicisi tərəfindən yerinə yetirilməmiş olsaydı belə, bu hal Vergi Məcəlləsində nəzərdə tutulmadığından vergi orqanı tərəfindən gəlir və xərc sənədlərinin nəzərə alınmamasına və şərti rentabellik norması əsasında vergi hesablanmasına əsas verə bilməzdi. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X11 izahatında apelyasiya şikayətini müdafiə edərək onu da qeyd etdi ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi səbəbləri ətraflı şəkildə göstərilmiş, eyni zamanda bəzi məqamları məhkəmə kollegiyasının diqqətinə çatdıraraq bildirir ki, səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən nağdsız qaydada təqdim edilən mallara görə pos-terminala vurulan məbləğlər X12 fiskal yaddaşına daxil edilmədiyi müəyyən edilmiş və gəlirin əldə edilməsi ilə bağlı malların hərəkət hesabatı təqdim edilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən vergi ödəyicisinə əlavə gəlir vergisi hesablanmış və onun əsasında da maliyyə sanskiyası tətbiq edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin formal mülahizələrdən ibarət olmasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan ləğv edilməsi üçün heç bir əsasın olmadığını, hazırkı qərarın 8-ci bəndində əksini tapan apelyasiya şikayətinə etirazda göstərilənləri vurğulayaraq onu da qeyd etdi ki, müəssisə uzun müddətdir ki, fəaliyyət göstərmir və müəssisə fəaliyyətini dayandırandan sonra onlar iddia qaldırmışlar və hazırda cavabdeh tərəfindən qaldırılan iddia sırf vergi münasibətləri baxımından ölü bir iddiadır. Çünki hazırda vergi ödəyicisi ölüb və onun minimum dəyərdə miras əmlakı vardır. Miras əmlakın hamısını bir yerdə satışa çıxarılsa belə heç 50.000 manat dəyərində deyildir. Əgər iddiamız təmin edilməsə, vergi borcu miras əmlaka yönəldiməlidir. Onlar aktı qismən mübahisələndirmişlər, yəni heç mübahisələndirmədikləri hissəni belə əhatə etmir. Yəni faizlər hesablanacaq, maliyyə sanksiyası hesablanacaq və sairə son nəticədə borc yenə də borc olaraq qalacaq və 5 ildən sonra vergi məcəlləsinin tələbinə əsasən ümidsiz borc olaraq silinməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
31. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi).
32. Konstitusiyanın 73-cü maddəsinə əsasən: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.12. Gəlir-malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 10-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmədiyindən, nəzərə alınmalıdır ki, X10 03.07.2020-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış əmlakı vərəsələri tərəfindən qəbul edilmiş və vərəsələr öz miras payını anaları X5 hədiyyə etmişlər, ona görə də iddia tələbi üzrə conuncu mərhum Dağbəy İsmayılovun qanun üzrə vərəsəsi kimi tanınaraq verilmiş iddia tələbinə baxılması mümkün hesab edilir. Vergi Məcəlləsinin 67-ci madəsinin və “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Lakin iş materialarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.11.2020-ci il tarixli, 9/2124 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən fiziki şəxs Dağbəy İsmayılov barəsində qəbul etmiş qərarı Vergi Məcəlləsinin 83.9 maddəsinin tələblərinə uyğun tətbiq edilməyərək X1 vergi yoxlaması ilə əlavə olaraq hesablanmış 264.395,90 manat məbləğində gəlir vergisinin düzgünlüyü müəyyən edilmir. Təqdim edilmiş materiallara əsasən vergi ödəyiciyi tərəfindən aparılmış əməliyyatlara görə gəlir vergisinin məbləği 2.995,04 manat ( 6.699.748,77 ümumi gəlir-6.684.773,56 xərc= 14.975,21 vergiyə cəlb olunan gəlir x 20% = 2.995,04 ) təşkil etmişdir. Yuxarıda araşdırılanların nəticəsi olaraq bu qənaətə gəlinir ki, vergi orqanı həmçinin ona qanun ilə verilmiş hüquqdan sui-istifadə edib.
36. Məhkəmə kollegiyası hazırkı qərarın 7-ci bəndində öz əksini tapan apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillər əsasən iddiaya etirazda gösərilənlərlə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, eyni zamanda qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini özündə əks etdirən fəsildə yer alan 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.11.2020-ci il tarixli, 9/2124 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən fiziki şəxs Dağbəy İsmayılov barəsində qəbul etmiş qərarı Vergi Məcəlləsinin 83.9 maddəsinin tələblərinə uyğun tətbiq edilməmişdir. Belə ki, X1 vergi yoxlaması ilə əlavə olaraq hesablanmış 264.395,90 manat məbləğində gəlir vergisinin düzgünlüyü müəyyən edilmir. Təqdim edilmiş materiallara əsasən vergi ödəyiciyi tərəfindən aparılmış əməliyyatlara görə gəlir vergisinin məbləği 2.995,04 manat (6.699.748,77 ümumi gəlir - 6.684.773,56 xərc = 14.975,21 vergiyə cəlb olunan gəlir x 20% = 2.995,04 ) təşkil etmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hazırkı qərarın 32-33-cü bəndində istinad edilən qanun normalarının tələbləri baxımından əsaslı sayaraq hesab edir ki, iddiaçı fiziki şəxs X10 tərəfindən aparılmış əməliyyatlar, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotu qanunla müəyyən edilmiş qaydada aparıldığı halda, cavabdeh vergi orqanı şərti rentabellik normasını əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydalarının tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq Vergi Məcəlləsinin 83.9 maddəsinin tələblərinə düzgün tətbiq etməyərək fiziki şəxs Dağbəy İsmayılova əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasını həyata keçirmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının vergilər nazirinin 14.04.2017-ci il tarixli, **********585300 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaları və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31.05.2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydalarına əsasən X12 gündəlik dövriyyəsini əks etdirən “Z” hesabatlar vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasına təqdim edilmişdir. İddiaçı tərəfindən həmin hesabatlar 2017-ci il üzrə vergi bəyannaməsində əks etdirilərək vergi orqanına kameral vergi yoxlaması zamanı təqdim edilmişdir. “Z” hesabatları təqdim edildiyi təqdirdə vergidən yayınma və dövriyyənin gizlədilməsi qeyri-mümkündür. Belə ki, Səyyar vergi yoxlama aktının 23-cü səhifəsində “Z” hesabatlarının və dövriyyənin əks etdirən digər sənədlərin əsasında verginin bəyan edildiyi göstərilir və bununla da vergi orqanı özü vergidən yayınmanın olmadığını etiraf etmiş olur. Beləliklə, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı tərəfindən iddiaçı fiziki şəxs Dağbəy İsmayılova səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə əlavə olaraq hesablanmış 264.395,90 manat, maliyyə sanksiyası üzrə 132.197,95 manat hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin 20.11.2020-ci il ekspert rəyi əsasında iddiaçı fiziki şəxs Dağbəy İsmayılov tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilmişdir.
39. Kollegiya onu da vurğulayır ki, vergi qanunvericiliyinin tələblərinə görə vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur(VM-i, maddə 53.3).
40. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-77/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.