Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-549/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarını ləğv edib, qərar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(118)-522/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********810600 nömrəli Qərarı ilə iddiaçı barəsində 2019-ci il üzrə 5123.72 manat gəlir vergisi hesablanılmışdır. İddiaçı həmin qərardan şikayət verərək xx.xx.2020-ci il tarixli, **********810600 nömrəli Qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən 7093,88 manat məbləğində əsassız hesablanmış vergi borcunun silinməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “cavabdehin 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarını ləğv edib, qərar əsasında hesablanmış borcun silinməsi” nə dair qərar qəbul edilməsini xahiş etmişdir. . İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bu günədək Vergi orqanlarına sahibkarlıqla məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyata alınmağı barədə müraciət etməmişdir. İddiaçıya heç bir VOEN, şəhadətnamə verilmədiyi təqdirdə, cavabdeh tərəfindən barəsində vergi borcu hesablanmış və məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən edilmiş xəbərdarlıqdan məlum olmuşdur ki, iddiaçının adına VÖEN açılmış (VÖEN **********), xx.xx.2022-ci il tarixə vergi ödəyicisi kimi dövlət büdcəsinə ümumilikdə 7093.88 manat borcum vardır. Hesab edir ki, iddiaçıya hesablanmış vergi borcu əsassızdır. Aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıqda qeyd olunmuş 7093.88 manat məbləğində əsassız hesablanmış vergi borcunun silinməsi barədə cavabdehə rəsmi qaydada, xx.xx.2023-cü il tarixdə poçt qaydasında ərizə ilə müraciət etsə də, cavabdeh müraciətini xx.xx.2023-cü il tarixdə, saat 14:18-də qəbul etsə də, halhazıradək hərəkətsizlik edərək iddiaçının ərizəsinə cavab verməmişdir. 30 gün müddətində cavab gözlədiyi təqdirdə, iddiaçıya rəsmi cavab verilmədiyindən cavabdeh təşkilatın hərəkətsizliyindən məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, vergi ödəyicisinin xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 36598 manat gəlir məbləğinin sənədlərinin araşdırılmasına zərurət yaranmışdır. Vergidən yayınma riski 14% dərəcə ilə 5123,72 manat təşkil etmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə **********460600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktublara münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2019-ci il üzrə 5123.72 manat gəlir vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2020-ci il tarixli, **********810600 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda bildirir ki, 2019-cu ilin gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********680400 nömrəli) müraciətinə Dövlət Vergi Xidmətində baxılaraq, nəticəsinə dair “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 80.1.1-ci maddəsinə əsasən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********729100 nömrəli Qərar çıxarılmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********999300 nömrəli məktubla göndərilmişdir. . Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(118)-522/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: Leyla Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın ləğvi”nə dair iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi müddətin bərpasına dair ərizədə qərarın tam mətninin EMS-də xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, sonradan məhkəmə araşdırması zamanı qərarın qəbul edilməsindən məlumatı olduğunu bildirsə də, mübahisələndirilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu müəyyən edilir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, iddiaçı mənafeyi baxımından, EMİ sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə buraxılmış müddətin üzürlü hesab edilərək bərpasına dair ərizə təqdim etmiş, bundan başqa, xx.xx.2025-ci il tarixdə isə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyi, müvafiq prosessual hərəkətlərin edilməsi barədə qərarın qəbul edilməsinə etiraz etmədiyi bildirilmişdir. Məhkəmə həmin ərizəyə mahiyyəti üzrə baxıb hüquqi qiymət verməmiş, birbaşa hazırki qərardadı qəbul etmişdir. Halbu ki, İPM-nin 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçıların təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmıəş prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə müddətin bərpa olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Buraxılmış müddətin bərpası barədə qərardad qəbul edən məhkəmə, eyni zamanda buraxılmış posessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırki işdən görünür ki, məhkəmə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə hüquqi qiiymət verməmiş, ərizədə sadalanan halların əsasslığını yoxlamamış, belə yoxlamanın nəticəsində gəldiyi qənaətə dair müvafiq qərardad qəbul etməmişdir. Bununla da məhkəmə kobud prosessual pozuntuya yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda iddiaçı cavabdeh vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddədə qeyd edilir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Apellyasiya instansiyası işin materiallarını təhlil edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 fevral 2022-ci il tarixli, **********729100 saylı inzibati qərarının iddiaçıya göndərildiyi, habelə həmin qərarın təqdim olunduğu tarixdən etibarən 30 gün ərzində məhkəməyə müraciət etmək hüququnun mövcudluğu izah edilmişdir. Bu faktlar nəzərə alındıqda, iddiaçının mübahisələndirdiyi qərardan 2022-ci ilin fevral ayından məlumatlı olduğu qənaətinə gəlmək mümkündür. Nəticə etibarilə, qərarın ləğvi ilə bağlı iddia ərizəsinin yalnız 19 oktyabr 2023-cü il tarixində təqdim olunması qanunvericilikdə inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin pozulmasına səbəb olmuşdur. Belə olan halda, işə inzibati icraat çərçivəsində baxılması prosessual tələblərə uyğun hesab edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili tərəfindən müddətin bərpası üçün verilmiş ərizədə əsas kimi göstərilmişdir ki, qərarın tam məzmununa yalnız 02 sentyabr 2024-cü il tarixində Elektron Məhkəmə Sistemi vasitəsilə çıxış əldə olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı tərəfin qərarın qəbul olunması faktından daha öncədən xəbərdar olduğu iş materialları ilə təsdiqlənmişdir. Bu baxımdan iddiaçının qərardan vaxtında məlumatsız olması arqumenti əsassız sayılır. Kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 46.1-ci maddəsində iddia ərizəsinin verilməsi üçün tələb olunan məlumatlar konkret qaydada sadalanmış və ərizənin geniş hüquqi əsaslandırma ilə müşayiət olunması qanuni öhdəlik kimi müəyyən olunmamışdır. Yəni iddiaçı istənilən vaxt sadalanan forma və tələblər çərçivəsində məhkəməyə müraciət edə biləcək imkanlara malik olmuşdur. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş sübutlar ilə müəyyən olunur ki, iddiaçı üçün xx.xx.2021-ci il tarixdə elektron sənəd mübadiləsinin aparılması məqsədi ilə elektron kabinet yaradılmış, iddiaçının mübahisələndirdiyi 25 fevral 2022-ci il tarixli inzibati qərar xx.xx.2022-ci il tarixdə göndərilmiş, qərarın oxunma tarixi isə xx.xx.2022-ci il tarixdə olmuşdur. O da nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi 25 fevral 2022-ci il tarixli inzibati qərar onun daha əvvəl təqdim etdiyi şikayət əsasında qəbul edilmişdir. Bu fakt təsdiq edir ki, iddiaçı həmin qərarın mövcudluğundan və mahiyyətindən xəbərdar olmuşdur. Qərarın qəbuluna səbəb olan şikayətin mövcudluğu, tərəfin inzibati proseslərdə iştirakını və qərarın nəticələri ilə tanış olmaq imkanını istisna etmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının bu qərardan əvvəl, 2020-ci ildə onun hüquqi maraqlarına zidd inzibati akt qəbul edilməsi faktı mövcuddur. Bu kontekstdə həmin aktla razılaşmayan və şikayət vermiş şəxsin sonrakı qərarın nəticələri ilə maraqlanmaması və bu barədə məlumatsız olduğunu iddia etməsi hüquqi baxımdan inandırıcı görünmür. Həmçinin o da nəzərə alınmalıdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də iddiaçının barəsində ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İddiaçı həmin aktdan da məlumatlı olmuşdur. Beləliklə, ərizədə sadalanan hallar, onların obyektiv səbəb olmasına dair sübutların təqdim olunmaması və ərizənin gecikmiş təqdimatı kollegiyaya belə nəticəyə gəlmək imkanı verir ki, iddia müddətinin ötürülməsi iddiaçının hüquqlarına obyektiv əngəl törədən hallar səbəbindən deyil, məhz şəxsi səhlənkarlıq və passivlik nəticəsində baş vermişdir. Bu isə müddətin bərpası üçün hüquqi əsas yaratmır. Digər tərəfdən İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçmişdir, yuxarıda qeyd edilən normada nəzərdə tutulan hallar isə hazırkı işdə mövcud deyildir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(118)-522/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3