Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-55/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yenidən hərbi xidmətə qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may N24-cü il tarixli, 2-1(118)-2355/N24 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.N11-ci il tarixdən xx.xx.N21-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 414, 515, 217, N və N nömrəli hərbi hissələrində hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirinin 31 mart N21-ci il tarixli, 0399 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, baş leytenant hərbi rütbəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N21-ci il tarixli, 101 nömrəli əmri ilə iddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Culfa şəhər şöbəsinə göndərilmişdir. Daha sonra iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək yenidən həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 29 mart N23-cü il tarixli nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi barədə yuxarı komanda üzrə məruzə edilmiş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N03-N06-cı illədə Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi liseydə, N06-N10-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra iddiaçıya "leytenant" hərbi rütbəsi verilmiş və təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "zabit ixtisası" kursuna göndərilmişdir. N11-ci il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzini "rabitə" ixtisası üzrə bitirmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N11-ci il tarixdən xx.xx.N21-ci il tarixədək 414, 515, 217, N və N nömrəli hərbi hissələrində hərbi xidmət etmişdir. Ailə problemləri ilə əlaqədar həmin vəzifədən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən baş leytenant hərbi rütbəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yenidən hərbi xidmətə qayıtmaq üçün cavabdehə müraciət etmiş, lakin ona xx.xx.N23-cü il tarixli imtina cavabı verilmişdir. İddiaçının yenidən hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq müsbət rəy verməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, o, fiziki cəhətdən sağlam və peşəkar hərbçidir və respublikanın istənilən yerində xidmət etməyə hazırdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Vətən müharibəsinə hazırlıq dövründə Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu işğal altında olan torpaqlarının azadlığı və vətənin ərazi bütövlüyü uğrunda mübarizəsi üçün can atdığı zaman iddiaçı 24 iyun NN-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu) ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı müraciət etmişdir. Komandanlıq kadr zabit heyətinə olan tələbatı və yaxın gələcəkdə döyüş əməliyyatlarının başlayacağını nəzərə alaraq onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etməmişdir. Lakin, buna baxmayaraq iddiaçı həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması barədə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmiş, sonradan isə iddia ərizəsini geri götürmüşdür. Vətən müharibəsi bitdikdən sonra komandanlıq itkiləri nəzərə alaraq kadr zabit heyətinə daha çox ehtiyacının olduğunu düşünərək xidmətdə qalmasını ona tövsiyə etmişdir. Lakin, iddiaçı xidmət etmək istəmədiyini və ehtiyata buraxılmaq arzusunun qəti olduğunu qeyd etmiş və bunu tələb etmişdir. 31 mart N21-ci il tarixdə öz arzusu ilə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. N23-cü ildə iddiaçı yenidən hərbi xidmətə qəbul olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, müraciətin icrasından imtina olunmuşdur. İddiaçı Azərbaycan Ordusunun dar günündə yanında durmadığını nəzərə alaraq komandanlıq təkrar xidmətə qəbul edilməsini məqsədəuyğun hesab etməmişdir. Odur ki, qeyd edilənləri və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 may N24-cü il tarixli, 2-1(118)-2355/N24 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin normalarından göründüyü kimi hərbi xidmətə qəbul iki tərəfin də razılığını ifadə edən bağlaşma əsasında aparılır və Müdafiə Nazirliyi bu halda bağlaşmanı imzalamaq və iddiaçını hərbi xidmətə qəbul etmək vəzifəsini daşımır. İnzibati Prosessual Məcəllənin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyəti əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə qeyd edir ki, hərbi xidmətə qəbul edilməsi və ya qəbul edilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan, məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı Azərbaycan Ordusunun zabiti olaraq Vətən müharibəsi zamanı deyil, ondan bir neçə ay əvvəl, yəni 24 iyun NN-ci ildə ailə vəziyyəti ilə əlaqədar öz istəyi ilə ehtiyata buraxılması barədə yuxarı komandanlığa raportla müraciət etmiş, komandanlıq isə kadr çatışmazlığını əsas gətirərək müraciətindən imtina etmişdir. Bildirir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən zabit heyətində olan hərbi qulluqçular zabit vəzifəsində 10 il xidmət etdikdən sonra öz arzuları ilə ehtiyata buraxılmaq hüququna malikdirlər. Qeyd edir ki, Vətən Müharibəsi dövründə Silahlı Qüvvələrin tərkibində öz ixtisası üzrə şərəf və ləyaqətlə xidmət etmiş, vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirməyə çalışmış, xidmət dövründə heç bir intizam pozuntusuna yol verməmiş, nümunəvi xidmət etdiyinə görə yuxarı komandanlıq tərəfindən xidmətdə irəli çəkilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: X İ f ə s i l HƏQİQİ HƏRBİ XİDMƏTDƏN BURAXİLMA
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
171. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır: q) zabitlərdən: həqiqi hərbi xidmətdən buraxılıb ehtiyata keçirilmiş zabitlərdən;
172. Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa uyğun olaraq, ehtiyatda olan hərbi vəzifəlilər yaş dərəcələrinə bölünür və aşağıdakı yaş hədlərinə qədər ehtiyatda qalırlar:
Ehtiyatda olmanın yaş hədləri Hərbi vəzifəlilərin heyəti Üçüncü Birinci dərəcə İkinci dərəcə dərəcə əsgərlər, matroslar, çavuşlar, 35 yaş 45 yaş 50 yaş gizirlər və miçmanlar kiçik zabitlər 50 yaş – 55 yaş baş zabitlər: mayor və polkovnik-leytenantlar 50 yaş – 55 yaş polkovniklər 55 yaş – 60 yaş ali zabitlər 60 yaş – 65 yaş
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 30. Hərbi rütbələr 30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.7. diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçının şəxsi işindən görünür ki, o, N11-N21-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 414, 515, 217, N və N nömrəli hərbi hissələrində hərbi xidmət etmiş, N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə X2 Komandanının 26 iyun N19-cu il tarixli, 017r nömrəli əmrinə əsasən ona növbəti “kapitan” rütbəsi verilmiş, daha sonra hərbi xidmətini davam etdirmək üçün 18 may NN-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilərək həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissədə xidməti zamanı yol verdiyi nöqsanlara görə Ordu Komandanının 15 sentyabr NN-ci il tarixli, 060r nömrəli əmrinə əsasən onun “kapitan” rütbəsi bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinədək endirilmiş, daha sonra iddiaçı 31 mart N21-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı kiçik zabit heyətinə (“baş leytenant” hərbi rütbəli) mənsub olan şəxs kimi yenidən həqiqi hərbi xidmətə qəbul edilməsini tələb edir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələnin cavabdehin diskresion səlahiyyətləri dairəsi olduğunu əsas gətirərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hərbi xidmətə daxilolma ilə bağlı hüquq münasibətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı, eləcə də, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsində tənzimlənmişdir. Belə ki, Əsasnmənin 26-cı maddəsində göstərilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: q) zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36-cı maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: ... 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının hazırda qəbul olmaq istədiyi zabitlərin həqiqi hərbi xidmətinə hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər daxil ola bilərlər. İşin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cü il təvəllüdlü (36 yaş) ehtiyatda olan zabit olmaqla, bu kateqoriyadan olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş ehtiyatda olmanın son yaş həddinə çatmamışdır. Lakin, qanunverici hərbi xidmətə daxil olma məsələsini cavabdehin diskresion səlahiyyətlərinə aid etmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, bu normada məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun qərar qəbul edilməsi istisna edilmiş və bu 3 halla məhdudlaşdırılmışdır. Hansı ki, 73.3.1-ci maddədə bu hallardan biri kimi inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməsi göstərilmişdir. Buna münasibətdə istisna hal, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsi yalnız bu səlahiyyətlərin sıfıra endirilməsi zamanı mümkündür. Bu isə o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən işin xüsusiyyətlərindən asılı olaraq mütənasiblik baxımından yalnız bir hakimiyyət tədbiri tətbiq olunmalıdır. Hazırkı iş üzrə isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinin tələbindən göründüyü kimi hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər. Habelə, eyni məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd edilən 36-cı maddəsində də tənzimlənərək xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən şəxslərin həqiqi hərbi xidmətə daxil olmalarını bağlaşma əsasında müəyyən etmişdir. Yəni, qanunverici bu halda inzibati orqanın üzərinə müvafiq şərtlərin ödənilməsi halında belə zəruri hakimiyyət tədbiri kimi hərbi qulluqçunun yenidən həqiqi hərbi xidmətə qəbul edilməli olmasını imperativ olaraq müəyyən etməmiş, qəbul edilə bilməsini dispozitiv imkan kimi tanımışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının ehtiyatda olan zabit kimi yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi edilməsi ilə bağlı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn məsələdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən 14-cü maddəsinin təhlili onu deməyə əsas verir ki, inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirərkən səlahiyyətlərin sərhədlərini, onun ictimai mənafeyin təmin edilməsinə yönəlməsini, eyni zamanda, fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edən normalara riayət etməlidir. İPM-nin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü adlanan 74-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Məlum olduğu kimi inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 61.1, 61.2, 61.3, 61.4-cü maddələrinə əsasən qəbul etdiyi inzibati aktı yazılı şəkildə əsaslandırılmalı, bu zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməli və diskresion səlahiyyətlər daxilində qəbul etdiyi halda isə öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı halda, cavabdeh iddiaçının müraciətindən imtinanı belə əsaslandırır ki, Vətən müharibəsi bitdikdən sonra komandanlıq Azərbaycan Ordusunda itkiləri nəzərə alaraq, kadr zabit heyətinə daha çox ehtiyacın olduğu zərurətindən iddiaçıya xidmətdə qalmasını tövsiyə etmiş, lakin, o, xidmət etmək istəmədiyini və ehtiyata buraxılmaq istəyinin qəti olduğunu bildirmişdir. Bu baxımdan, iddiaçı 31 mart N21-ci il tarixdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır, qeyd edilənlər nəzərə alınaraq onun yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi yuxarı komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmişdir. İddiaçının şəxsi işindən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 162-ci bəndinin tələblərinə uyğun qaydada inzibati icraat aparılaraq, onunla iki fərdi söhbət aparılmış, aparılmış söhbətlər zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılmış döyüş əməliyyatlarından sonra Azərbaycan Ordusunda itkilərin sayının çoxluğu və iddiaçının şəxsində zabit heyətinə ehtiyacın olduğu iddiaçının diqqətinə çatdırılaraq, ona xidmətdə qalması tösviyə edilsə də, iddiaçı 13 mart N21-ci il tarixdə aparılmış ikinci söhbət zamanı da ehtiyata buraxılmaq fikrinin qəti olduğunu qeyd etdiyindən ehtiyata buraxılmaq istəyində qəti olduğundan 31 mart N21-ci il tarixdən ehtiyata buraxılmış, bundan 2 il yaxın müddət keçdikdən sonra isə iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi yuxarı komandanlıq tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. İşin müəyyən olunmuş faktiki halları nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul edilməsindən imtina edərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Birinci instansiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may N24-cü il tarixli, 2-1(118)-2355/N24 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.