Məhkəmə qərarları › İş №2-1(105)-551/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-551/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-551/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X4 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayonu Məşrif bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2- 1(118)-750/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Siyəzən rayon X12 sədrinin xx.xx.1994-cü il tarixli 53 nömrəli sərəncamına əsasən İddiaçı yeməkxana tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Siyəzən rayon Məşrəf Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə 3,00 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə X1. İddiaçı cavabdeh Siyəzən rayonu Məşrif bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Siyəzən rayon Məşrəf bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarının və onun əsasında verilmiş “torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018, JN-278 nömrəli dövlət aktının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbi dəqiqləşdirərək Siyəzən rayon Məşrəf bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 Sovetinin 20 noyabr 1994-cü il tarixli sərəncamına əsasən iddiaçıya Siyəzən rayonu, Çıraqqala kolxozunun ərazisindən yeməkxana tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmış və ona dövlət uçotuna aid yerquruluşu planından çıxarış verilmişdir. Müvafiq reyestrdən çıxarış və kadastr planının verilməsi ilə bağlı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, imtina barədə məktub aldıqdan sonra çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı XDS-nin sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin xx.xx.2004-cü il tarixli alqı satqı müqaviləsinə əsasən X9 tərəfindən əldə edildiyi və onun adına 19 noyabr 2004-cü il tarixdə torpağa mülkiyyət hüququna dair JN-282 saylı dövlət Aktı verildiyi, həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə İ.A.Məmmədovun əldə etdiyi torpaq sahəsinin üst üstə düşdüyü müəyyən edilmişdir. Belə olan halda ona məxsus torpaq sahəsi üzərində qeyri-qanuni olaraq başqa şəxsin hüquqları qeydiyyata alındığından ilkin olaraq həmin hüququn mübahisələndirilməsi zərurəti yaranmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarında (6-cı səhifəsinin 4cü abzası) müəyyən edilmişdir ki, Siyəzən rayon Məşrəf Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə 3 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə X3 və həmin torpaq sahəsinə dair sonuncunun adına torpağa mülkiyyət hüququna dair 06 oktyabr 2004-cü il tarixli JN-278 nömrəli dövlət Aktı verilmişdir. Bələdiyyə qərarının qanunsuz olması sözügedən torpaq sahəsinin B.Y.Kərimovanın adına sənədləşdirildikdən dərhal sonra həmin gündə də İ.A.Məmmədovun adına keçirilməsi ilə açıq aşkar sübut olunur. Bu alqı satqı müqavilələrinin kökü Məşrəf Bələdiyyəsinin 17 avqust 2004-cü il tarixli 07 saylı qərarına bağlı olduğu üçün ilkin olaraq həmin qərarın mübahisələndirilməsi zərurəti yaranmışdır. Bələdiyyənin sözügedən qərarı ona bu günə kimi rəsmi qaydada verilməmiş, lakin Sumqayıt İnzibati məhkəməsinə rəsmi ərizə ilə müraciət edildikdən sonra məhkəmə tərəfindən təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi, X11 Sovetinin xx.xx.1994-cü il tarixli sərəncamına əsasən ona Siyəzən rayonu, Çıraqqala kolxozunun ərazisindən yeməkxana tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmış, bundan sonra Məşrəf Bələdiyyəsi öz səlahiyyətlərini aşaraq ona məxsus torpaq sahəsinin də içərisində olan 3 ha torpaq sahəsinin digər vətəndaşa, X5 verilməsi ilə bağlı 2004-cü il tarixdə qərar qəbul etmişdir. Hal-hazırda bələdiyyənin sözügedən qərarı onun hüquqlarına toxunur, ona məxsus 0,10 ha torpaq sahəsinin əlindən alınmasına səbəb olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərardadı ilə X6 və X9 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Üçüncü şəxs X7 nümayəndəsi (vəkili) iddia tələbinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddia ərizəsindən də göründüyü kimi İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Ona görə də, İPM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericliyin tələbinə görə iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Qeyd olunur ki, hazırda mübahisəndirilən sənədlərdən iddiaçının uzun müddətdir ki, məlumatı vardır və həmin sənədləri mübahisələndirmək üçün kifayət qədər vaxtı olmuşdur. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında da sözügedən sənədlər qeyd olunmaqla iddiaçıya elan olunmuşdur. Göründüyü kimi, iddiaçı İPM-in 38.1-ci maddəsində də nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bundan əlavə, İPM-nin 38.1-ci maddəsi yalnız "təqdim olunma” ifadəsindən deyil, həm də "elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunanları və İPM-nin 35-ci maddəsini nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-1(118)-750/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı iddia qaldırılması ilə bağlı İPM-də nəzərdə tutulmuş 30 gün müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməməklə bu barədə vəsatət təqdim etməmişdir. Hesab edir ki, məhkəmənin möqeyi əsassızdır. Qeyd edir ki, o, iddia qaldırılması ilə bağlı qeyd edilən müddəti ötürməmiş, bu səbəbdən də müddətin bərpası ilə bağlı ərizə verməmişdir. Belə ki, Siyəzən XDS-nin 20 noyabr 1994-cü il tarixli sərəncamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyi zaman bəlli olmuşdur ki, iddia etdiyi torpaq sahəsinə X9 tərəfindən sənəd alınmışdır. Sumqayt Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, (28-ci abzasda) işdə olan sənədlərdən görünür ki, Siyəzən rayonu, Məşrəf Bələdiyyəsinin 17 avqust 2004-cü il tarixli 07 saylı qərarı ilə 3 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə X3 və onun adına 06 oktyabr 2004-cü il tarixli 278 saylı Dövlət Aktı verilmişdir. Həmin qərarın 29-cu abzasında qeyd edilmişdir ki, B.Y.Kərimova həmin torpaq sahəsini İ.A.Məmmədova satmış və sonuncunun adına 19 noyabr 2004-cü il tarixdə torpağa mülkiyyət hüququna dair J-282 nömrəli Dövlət Aktı verilmişdir. Məhkəmənin həmin sözügedən qərarı ona rəsmi qaydada verilməmiş, onun həmin bələdiyyə qərarından məlumatı olmamışdır. Yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı aylar sonra ona rəsmi qaydada verildikdən sonra qərardan şifahi qaydada xəbər tutmuşdur. Yenə də həmin qərar ona rəsmi formada verilməmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etsə də, qeyd etdiyi qərarın iş materiallarında olmaması əsası ilə ona həmin qərar verilməmişdir. Daha sonra iddiaçı Məşrəf Bələdiyyəsinə müraciət etmiş və bələdiyyədən qərarın surətini əldə edərək dərhal məhkəməyə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon Məşrəf bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 07 saylı qərarından Sumqayıt Şəhər Məhkəməsinə X7 adına 19 noyabr 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0282 nömrəli Dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə müraciət etdiyi zaman məlumatlı olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin üçüncü şəxsin nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya mübahisələndirdiyi torpaq sahəsinin Siyəzən rayonu Məşrif bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə üçüncü şəxs X2 və həmin torpaq sahəsinə dair sonuncunun adına “Torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018 JN-278 nömrəli Dövlət aktının verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi bələdiyyə qərarından məlumatı, eyni zamanda şikayət vermək hüququ olmuşdur. Lakin iddiaçı şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüş və hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, Siyəzən rayon XDS sədrinin xx.xx.1994-cü il tarixli, 53 nömrəli sərəncamına əsasən iddiaçıya yeməkxana tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Siyəzən rayon Məşrəf Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə 3,00 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə üçüncü şəxs X1. Hazırda iddiaçı ona ayrılmış torpaq sahəsinin də daxilində olduğu 3,00 ha torpaq sahəsinin üçüncü şəxsə ayrılması haqqında Siyəzən rayon Məşrəf Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarını mübahisələndirir. İddianın mümkünlüyü ilə əlaqədar işin faktiki halları ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı onun adına Siyəzən rayonu Çıraqqala kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-1076/2021 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(105)-105/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarının 28-ci bəndində qeyd edilir ki, Siyəzən rayon Məşrəf Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə 3 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə X3 və həmin torpaq sahəsinə dair sonuncunun adına “Torpağa mülkiyyət hüququna dair” 06 oktyabr 2004-cü il tarixli KOD 30506018 JN – 278 nömrəli Dövlət Aktı verilmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirilən bələdiyyə qərarından ən azı 2021-ci ilin mart ayından məlumatlı olmuşdur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı mübahisələndirilən qərardan 2021-ci ilin mart ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il 6 ay sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində Sumqayt Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarında mübahisələndirdiyi bələdiyyə qərarı haqqında məlumat qeyd edilsə də, bələdiyyə qərarının özünün ona rəsmi qaydada verilmədiyini, daha sonra bələdiyyəyə müraciət etdiyini və bələdiyyədən həmin qərarın surətini əldə etdikdən dərhal sonra məhkəmədə iddia qaldırdığını bildirmişdir. Kollegiya iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, qanunverici İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan 30 gün müddətində qaldırıla biləcəyini müəyyən etmişdir. İşin yuxarıda qeyd edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməyən halından da göründüyü kimi sözügedən bələdiyyə qərarı haqqında əvvəlki mübahisə üzrə apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya məlumat verilmiş, habelə məhkəmə qərarında da həmin qərar qeyd edilmiş, başqa sözlə, inzibati akt iddiaçıya elan edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. İddiaçı məhkəmə iclasında izahatında mübahisələndirilən qərardan Sumqayıt Şəhər Məhkəməsinə X7 adına 19 noyabr 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN- 0282 nömrəli Dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə müraciət etdiyi zaman məlumatlı olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, hətta şərti olaraq iddiaçının bələdiyyə qərarından xx.xx.2022-ci il tarixdən məlumatlı olduğu qəbul edilsə belə, iddia tələbinin yenə də müddət ötürülməklə verildiyi müəyyən edilir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-1(118)-750/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar