Məhkəmə qərarları › İş №2-1(105)-552/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-552/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-552/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, üçüncü şəxs X2 nümayəndəsi X1, həmçinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ X2 0,30 ha torpaq sahəsinə dair 2 iyun 2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi və bu qeydiyyatın dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(118)-519/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ: Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən: “İ. Xaçmaz bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqlarından fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə 0,30 ha torpaq sahəsinin alqı-satqı qaydasında Xaçmaz rayonu Hacıəhməd-oba kənd sakini X3 mülkiyyətinə torpağ sahəsinin satılması barədəki ərizəsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi və hazırlanmış digər torpaqayırma sənədləri nəzərə alınsın. İİ. X4 fərdi iaşə obyektinin tikintisi məqsədi ilə bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan torpaqlarından 0,30 ha torpaq sahəsi satılsın. İİİ. Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq X5 fərdi iaşə obyektinin tikintisi məqsədi ilə mülkiyyətinə satılacaq 0,30 ha torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayışın verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. İV. X4 tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Xaçmaz bələdiyyəsinin bankdakı xüsusi hesabına ödəsin və ödəmə barədəki qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinə təqdim etsin. V. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpaqların alqı-satqısı qaydalarına” əlavədə göstərilən nümunə əsasında torpaqların alqı-satqısına dair üç nüsxədən akt tərtib etsin və onu qeydiyyata alsın. Vİ. Cavadova R.T. mülkiyyət hüququna dair müvafiq hüquqi sənədin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. Vİİ. Satın alınımş torpaq sahəsində tikinti işləri rayon İH-nin Tikinti Memarlıq şöbəsinin torpaq komissiyasına tapşırılsın.” Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 2 iyun 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,30 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla X2 mülkiyyətindədir. Xaçmaz bələdiyyəsinin 8 sentyabr 2020-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Xaçmaz rayonu Hacıəhmədoba kənd sakini X4 ictimai-iaşə obyektlərinin tikintiləri məqsədilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan Xaçmaz şəhər parkından 0,30 ha torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədəki Xaçmaz bələdiyyəsi 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarın 3-cü bəndinin 2-ci abzasının Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5228/2022 nömrəli qərarından aşağıdakı hallar müəyyən edilir: - İddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi cavabdeh Camalova (Cavadova) Rəna Telman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Xaçmaz bələdiyyəsi tərəfindən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının və Reyestr Xidməti tərəfindən cavabdehin adına aparılmış 2 iyun 2007-ci il tarixli qeydin ləğv edilməsi və həmin alqı-satqı aktına əsasən cavabdehin istifadəsində olan 0,2454 ha torpaq sahəsinin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5228/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 may 2022-ci il tarixli, 2(105)-781/2022 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Xaçmaz bələdiyyəsinin cavabdeh Camalova (Cavadova) Rəna Telman qızına qarşı “bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Xaçmaz bələdiyyəsinə izah olunmuşdur ki, yuxarıda göstərilən tələblər üzrə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 5 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2-12373/2023 nömrəli Xaçmaz bələdiyyəsinə göndərilmiş məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz şəhərində yerləşən 0,30 ha torpaq sahəsinə dair vətəndaş X2 adına verilmiş ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkün olduğu bildirilmişdir. İddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək 2 iyun 2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X2 0,30 ha torpaq sahəsinə dair 2 iyun 2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsindən cavabdehin imtinanın qanunsuz hesab edilməsi və X2 0,30 ha torpaq sahəsinə dair 2 iyun 2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi və bu qeydiyyatın dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə cavabdeh X9ma ictimai idarə obyektlərinin tikintisi üçün Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında 15 iyul 2003-cü il tarixdə Xaçmaz bələdiyyəsi ilə cavabdeh Camalova (Cavadova) Rəna Telman qızı arasında göstərilən 0,30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı tərtib edilmiş və xx.xx.2007-ci il tarixdə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının adma 0,30 ha torpaq sahəsinə mülkiyyət hüququna dair MH seriyalı, ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarı ilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsinin Camalova (Cavadova) Rəna Telman qızına satılmasına dair 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ləğv edilmişdir. Bundan sonra Xaçmaz rayon Xaçmaz bələdiyyəsi cavabdeh Camalova (Cavadova) Rəna Telman qızma qarşı Xaçmaz rayon məhkəməsində “bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət rüyüstrində aparılmış qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia qaldırmış, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-272/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızma 0,30 ha torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alqı-satqı aktı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı 000.9066 nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alqı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin edilmədən, iş üzrə Xaçmaz rayon məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 15 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətini qismən təmin edərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 22 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edib mülki işi yenidən baxılması üçün apellyasiyajinştansiyası məhkəməsinə qaytarmışdır. Yenidən apellyasiya qaydasında işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 06 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək iş üzrə Xaçmaz rayon məhkəməsinin 23 aprel 2021 - ci il tarixli qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edib, həmin hissədə iddianı rədd etmişdir. Kassasiya şikayətimizə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 13 dekabr 2022-cİ il tarixli, 2( 102)-5228/2022 saylı qərarı ilə kassasiya şikayətini qismən təmin edərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli, 2(105)- 781/2022 saylı qətnaməsini ləğv edib iddiaçı Xaçmaz bələdiyyəsinin cavabdeh Camalova (Cavadova) Rəna Telman qızma qarşı “bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əşasən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızma 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Xaçmaz Bələdiyyəsi cavabdeh X9ma qarşı Sumqayıt İnzibati Məhkəməsində alqı-satqı aktının etibarsız hesab edilməsi, 0:30 ha torpaq sahəsinə dair cavabdehin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasına dair iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(118)- 2517/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır . Həmin qərardaddan tərəfimizdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1 (105)- 541/2023 saylı qərardadı ilə apellyasiya şikayətimizi təmin lilmədən, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2- 118)-2517/2023 saylı qərardadını dəyişdirilmədən saxlamışdır. Apellyasiya İnstansiyası Məhkəməsinin qərardadında göstərilir ki, reyestrdə əarılmış qeydiyyatın əsası inzibati akt, yəni bələdiyyə qərarı olduğundan, eləcə də u qərar bələdiyyənin özü tərəfindən ləğv edildiyindən, həmin qərardan irəli gələrək iziki şəxslə bələdiyyə arasında bağlanmış alqı-satqı aktının etibarsız hesab edilməsi ələbi iddiaçının hüquqi marağına uyğun olmamaqla, belə aktın etibarsız sayılması zə ya ləğv edilməsi ilə bağlı ayrıca tələblə də məhkəməyə müraciət etməyə ehtiyac Yoxdur. Qərardadda həmçinin qeyd olunur ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki„İPM-də nəzərdə tutulmuş mükünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mükünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bundan sonra Xaçmaz şəhər bələdiyyəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edərək Xaçmaz şəhərində yerləşən 0.30 ha torpaq sahəsinə dair vətəndaş X2 hüquqlarının daşınmaz əmlakın dövlət reeystrində qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli, **********26 reyestr nömrəli, 28070465 Г qeydiyyat nömrəli reyestr qeydinin ləğv edilməsini xahiş edilmişdir. Həmin ərizəyə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin imzası ilə xx.xx.2023-cü il tarixli, | 3-21-3-34/2- 12373/2023 saylı məktubla cavab verilmişdir ki, Daşınmaz: Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həl 1 edilir və ərizədə qeyd olunan Xaçmaz şəhərində yerləşən 0.30 ha torpaq sahəsinə dair vətəndaş X2 adma verilmiş ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə dair etiraz daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2-1(118)-1844/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “çıxarışın ləğvi” tələbinə dair iş üzrə X7 üçüncü şəxs qismində (zəruri cəlb) məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(118)-519/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi 2003-cü ildən üçüncü şəxsə ayrılmış, onun faktiki istifadəsində olmuş, 2007-ci ildə isə xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə, İPM-in 13-cü maddəsinə uyğun olaraq, iddiaçının səlahiyyətli nümayəndəsinə məhkəmə iclasında hüquqi yardım göstərərək izah etmişdir ki, hazırkı tələb məhz çıxarışın ləğvi ilə bağlı qaldırıla bilməz, çıxarışın tərtib edilməsinə əsas olmuş mülkiyyət hüququnun qeydiyyatının, həmçinin qeydiyyatın aparılmasına əsas vermiş hüquq müəyyənedici sənəd ləğv edilməsi ilə əlaqədar olmalıdır. Lakin, iddiaçı tərəf tələbdə göstərilən çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarının mübahisələndirilmədiyi bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2023cü il tarixli, 2-1(102)-160/2023 nömrəli qərarına əsasən “...çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.” Göstərilənlərə əsasən məhkəmə iddiaçının “çıxarışın ləğvi” tələbini mümkün hesab edə bilməz. Həmçinin, məhkəmə üçüncü şəxsin bildirdiyi hallara əsasən müəyyən etmişdir ki, mübahisələndirilən çıxarış iddiaçı orqanın 10 aprel 2003-cü il tarixdə qəbul edilmiş qərarı əsasında verilmişdir. Həmin qərara münasibətdə iddiaçı orqan tərəfindən 8 sentyabr 2020ci il tarixli, 10 saylı qərar qəbul edilərək, 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı bütövlükdə deyil, yalnız onun 3-cü bəndinin 2-ci abzasının ləğv edilməsi qərara alınmışdır. Lakin Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarında 3-cü bəndinin 2-ci abzası mövcud deyildir. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericiliyin müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs X6 0.30 ha torpaq sahəsinin satılmasına dair 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı iclas protokolunun qərarı ilə ləğv edilmişdir. Bu barədə üçüncü şəxs X7 məlumatlandırılmış və o, bu günə kimi Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı iclas protokolunun qərarını mübahisələndirməmişdir. Qərardadda məhkəmə qeyd edir ki, “iddiaçı tərəf tələbdə göstərilən çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarının mübahisələndirilmədiyi bildirmişdir”. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, üçüncü şəxsə torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı bələdiyyənin özünün qərarı ilə ləğv edilmişdir. Ona görə də məhkəmənin “iddiaçı tərəf tələbdə göstərilən çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarının mübahisələndirilmədiyi bildirmişdir” ifadəsi başa düşülən deyildir. İddia ərizəsində də qeyd olunub ki, üçüncü şəxsə torpaq sahəsinin satılması barədə qərar bələdiyyənin özünün qərarı ilə ləğv edilmişdir. Belə olan halda məhkəmənin Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı və 8 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarlarını “təftiş” etməsi, onların bir-birinə uyğun olub-olmaması məsələlərin “araşdırılması” onlarda müəyyən suallar doğurur, çünki həmin qərarların mübahisələndirilməsi hüququ üçüncü şəxs Camalova (Cavadova) Rəna Telman qızına məxsusdur. Yuxarıda qeyd edildiyi kimi o, bələdiyyənin 8 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarını mübahisələndirməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddia tələbi təkcə çıxarışın ləğv edilməsindən deyil, həmçinin həmin torpaq sahəsi üzərində üçüncü şəxsin adına hüquqların qeydiyyatının dövlət reyestrindən çıxarılmasından ibarətdir. Beləliklə 0.30 ha torpaq sahəsi üzərində üçüncü şəxs Camalova (Cavadova) Rəna Telman qızının hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş bələdiyyə qərarı ləğv edildiyindən həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına dövlət reyestrində aparılmış qeydiyyat və müvafiq çıxarış ləğv edilməlidir. İddia ərizəsində göstərilən əsaslarla və bu məsələ ilə əlaqədar əvvəllər işə baxmış apellyasiya və kassasiya instansiyaları məhkəmələrin tövsiyyələrinə əməl etməklə Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsi hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi, həmçinin vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının tələbi X2 0,30 ha torpaq sahəsinə dair 2 iyun 2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi və bu qeydiyyatın dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. İşə baxan məhkəmə iddiaçının yalnız çıxarışın ləğvini tələb etməklə kifayətləndiyini, lakin çıxarışa əsas olan bələdiyyə qərarını mübahisələndirmədiyini, bu səbəbdən tələbin hüquqi cəhətdən mümkün olmadığını, həmçinin, iddiaçı tərəfindən ləğv edildiyi bildirilən "3cü bəndin 2-ci abzası" bələdiyyə qərarında ümumiyyətlə mövcud olmadığından hüquqmüəyyənedici sənədin əsaslı şəkildə ləğv edildiyi nəticəsinə gəlmək mümkün olmaması əsası ilə iddianı mümkün saymamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadda iddianın mümkün sayılmamasına əsaslardan biri kimi iddiaçının iddia tələbinə dəqiqləşdirmə verməməsi göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, konkret halda iddiaçının təqdim etdiyi tələbin hüquqi mahiyyəti baxımından onun dəqiqləşdirilməsi deyil, yalnız tələbin həcminin artırılması mümkündür. Belə vəziyyətdə məhkəmə tərəfindən iddiaçıya göstərilən hüquqi yardım da bu istiqamətdə aparılmalı, yəni tələb olunan hüquqi nəticənin əldə olunması üçün tələbin hansı formada genişləndirilə biləcəyi ona izah edilməli idi. AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi ilkin tələb forması hüquqi baxımdan tam əsasız və ya qeyri-mümkün xarakter daşımamış, sadəcə daha geniş tələblə əvəzlənməsi zərurəti olmuşdur. Bu isə tələbin dəqiqləşdirilməsindən deyil, məhz həcminin artırılmasından, yəni eyni cavabdehə qarşı alqı-satqı aktının (müqaviləsinin) ləğv olunması tələbinin də iddia tələbinə əlavə edilməsindən (bunun iddiaçıya təklif edilməsindən) ibarət olmalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bu məqam düzgün qiymətləndirilməmiş, nəticədə iddiaçıya edilən hüquqi yardım düzgün olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddianının mümkün sayılmamasının digər əsası kimi sonuncu bələdiyyə qərarınının ümumiyyətlə 3-cü bəndin 2ci abzasının olmadığı göstərilmişdir. Lakin məhkəmə həmin qərarı, konkret olaraq protokoldan çıxarışı yalnız sənədin texniki forması üzrə deyil, məzmunu və hüquqi nəticələri prizmasından qiymətləndirməli idi. Burada əks olunmuş hüquqi iradə və qərarın faktiki nəticələri əsas götürülməlidir. Texniki səhvlər, məsələn, nömrələmə və ya digər forma ilə bağlı çatışmazlıqlar, sənədin hüquqi qüvvəsini və mövcud hüquqi münasibətlərin mahiyyətini dəyişmir və qərarın qüvvədə olmasına mane olmamalıdır. İş materilları ilə müəyyən olunur ki, Xaçmaz bələdiyyəsinin 8 sentyabr 2020-ci il tarixli qərarı ilə Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarın 3-cü bəndinin 2-ci abzası artıq ləğ edilmiş, həmin qərar bu günədək mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. (işin bu halı tərəflər arasında mövcud olmuş mülki mübahisə üzrə Ali Məhkəmənin müvafiq qərarları ilə də müəyyən edilir.) Məhkəmə təcrübəsi də göstərir ki, bələdiyyələr tərəfindən qəbul edilən qərarlar bəzən texniki cəhətdən qüsurlu şəkildə rəsmiləşdirilə bilər, lakin əsas meyar həmin qərarların real iclas zamanı qəbul edilən hüquqi iradəni tam əks etdirməsidir. Bu baxımdan, hazırki işdə təqdim edilmiş sənəd həm kontekst, həm də məzmun etibarilə tam əsaslıdır və ilkin qərarın ləğv edilməsini tam olaraq təsdiqləyir. (ilkin baxış zamanı bu qənaətə gəlmək olur) O da nəzərə alınmalıdır ki, “İnzibati İcraat” haqqında Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə, ilk növbədə, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin, yəni bələdiyyə tərəfindən qəbul olunmuş sonuncu qərarın hüquqi qüvvəyə malik olub-olmadığını və qanunvericiliyə uyğun şəkildə qəbul edilibedilmədiyini hərtərəfli araşdırmalı, yalnız bundan sonra həmin sənədə hüquqi qiymət verərək iddianın mümkün sayılması, həmçinin təmin və ya rədd edilməsi məsələlərinə dair nəticəyə gəlməli idi. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2023-cü il tarixli, 2-1(102)-160/2023 nömrəli qərarına istinad etmişdir. Lakin həmin qərarda göstərilmişdir ki, “...çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.” Qeyd edilən qərardakı hüquqi mövqeyi hazırki işə tətbiq edərkən müəyyən olunur ki, iş iddiaçı əvvəlcə torpaq sahəsinin üçüncü şəxsə verilməsi barədə qərarın hüquqi əsasını aradan qaldırmağa çalışmış (qərarı ləğv etmişdir), bunun ardınca isə həmin hüquqa əsaslanan çıxarışın ləğvini tələb etmişdir ki, bu yanaşma Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə uyğun hesab oluna bilər. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(118)-519/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ X2 0,30 ha torpaq sahəsinə dair 2 iyun 2007-ci il tarixli, **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi və bu qeydiyyatın dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar