Məhkəmə qərarları › İş №2-1(105)-553/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-553/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-553/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə ünvanda yerləşən 14 nömrəli evindən (Yeni qaydalarla: ünvan 2an çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(118)-1660/2024 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə ünvanda yerləşən 14 nömrəli evindən (Yeni qaydalarla: ünvan 2an çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(118)-1660/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, X2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə ünvanda yerləşən 14 nömrəli evindən (Yeni qaydalarla: ünvan 2an çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim C.Məmmədov). Qərardan narazı qalan üçüncü şəxs X3 06 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, lakin 08 aprel 2024-cü il tarixdə apelyasiya şikayətindən imtina etmiş, bununla bağlı ərizəni Sumqayıt İnzibati Məhkəməsinə təqdim etmiş, apellyasiya şikayətinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.4-cü maddəsinə tələblərinə uyğun olaraq şikayətlə bağlı icraata xitam verilməsi məsələsinə baxmamış, işi apellyasiya şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İş 24 aprel 2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlamaq üçün 14 may 20224-cü il tarixinə məhkəmə iclası təyin edilmişdir. Üçüncü şəxs X2 07 may 2024-cü il tarixdə apellyasiya şikayətindən imtina barədə təkrar yazılı ərizəsi Sumqayıt Apellyasia Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı üçüncü şəxs tərəfindən təqdim edilmiş ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin məcəllənin 88-ci madəsinə əsasən: 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. 88.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göründüyü kimi qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin qərarından şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ verilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətini geri götürmək üçüncü şəxsin hüququ olduğundan və hazırki iş üzrə üçüncü şəxsin bu hüquqdan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə üçüncü şəxs tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(118)-1660/2024 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar