Məhkəmə qərarları › İş №2-1(105)-554/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-554/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-554/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2- 1(118)-1348/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı 03 fevral 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya təyin edilmiş pensiyanın bərpa edilməsi, pensiyasından tutulmaların dayandırılması və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 01 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və iddiaçıya 03 fevral 2006-cı il tarixinə hesablanmış pensiya məbləğinin bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4436/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1954-cü il təvəllüdlü iddiaçı, 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmət keçmişdir - 2 il 1 ay 5 gün ümumi staj. 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək Kürdəmir 115 nömrəli Mollakənd texniki peşə məktəbində tam əyani formada təhsil almışdır - 9 ay 21 gün ümumi staj. 1 sentyabr 1975-ci ildən 20 iyul 1976-cı ilədək Sumqayıt 7 nömrəli peşə məktəbdə əyani təhsil aldı (10 ay 19 gün ümumi staj). 1 sentyabr 1976-cı il tarixdən 26 iyun 1980-ci il tarixədək Sumqayıt kimya-texnologiya texnikumunda Kimya zavodlarının avadanlığı ixtisası üzrə tam əyani formada təhsil almışdır (digər əmək fəaliyyəti ilə üst-üstə düşür). Həmçinin, 1 iyun 1977-ci il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin məlumatlarına əsasən iddiaçı: 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək 1-ci Azneftkimyaquraşdırma trestinin Sumqayıt montaj idarəsində 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 24 il 3 ay güzəştli staj. 3 noyabr 2000-ci il tarixdən 22 mart 2003-cü il tarixədək “Dalğa” istehsalat kommersiya firmasında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 2 il 4 ay 19 gün güzəştli staj. 28 iyul 2004-cü il tarixdən 8 dekabr 2016-cı il tarixədək "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 12 il 4 ay 11 gün, 1 yanvar 2006-cı ilədək 1 il 5 ay 3 gün güzəştli staj. 8 dekabr 2016-cı il tarixdən 12 yanvar 2017-ci il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 1 ay 4 gün güzəştli staj. 13 fevral 2017-ci il tarixdən 18 iyul 2018-ci il tarixədək "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 1 il 5 ay 16 gün güzəştli staj. 9 avqust 2019-cu il tarixdən hal-hazıradək "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləyir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 31 il 10 ay 17 gün, güzəştli iş stajı isə təkcə güzəştli arayışı olduğu dövrlər 24 il 3 ay təşkil edir. Bu da iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. 1 avqust 1997-ci il tarixədək 20 ildən çox ümumi, 10 ildən çox isə 1 nömrəli siyahı üzrə güzəştli iş stajını topladığına görə əslində iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı idi. İddiaçı 52 yaşı 3 fevral 2006-cı il tarixdə tamamlanmışdır. Onun 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək 1ci Azneftkimyamontaj trestinin Sumqayıt montaj idarəsində işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00-17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod: 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və kod: 1080A010 kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, elektrik qaynaqçısı peşəsi daxili işlərdə oluduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının XXİİİ Ümumi peşələr bölməsində **********906 kodunda Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsi (vəzifəsi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Filialda mövcud olan "xxxx" MMC-nin 15 sentyabr 2008-ci il tarixli 18 nömrəli arayışında 2 avqust 1976 - 1 noyabr 1981-ci il və 1 noyabr 1981 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının Etilen-Polietilen zavodunda elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 30 yanvar 1984 - 14 oktyabr 1994-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının sözügedən müəssisədə işləməyinə dair məlumatlar öz əksini tapdığı halda, 15 oktyabr 1994 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlərdə işləməyinə dair hər hansı məlumat aşkar olunmamışdır. Bu fakt “Etilen-Polietilen” zavodunun 21 mart 2023cü il və 3 may 2023-cü il tarixli birgə aktları ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 2 ay 8 gün (23 may 1972 - 28 iyun 1974-cü il, 30 yanvar 1984 - 18 yanvar 1990-cı il, 26 noyabr 1992 - 14 oktyabr 1994-cü il, 22 mart 2003-3 noyabr 2000-ci il və 23 fevral 2004 - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu 1 dekabr 2017-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu 3 fevral 2006-cı il tarixindən təyin edildiyi aşkar olunmuşdur. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 13.393,05 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə hər ay (32,72 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının kimya istehsalatının (Vİİİ) bölməsində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri (1080A00-17541) bəndi, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahı”sının kimya istehsalatı bölməsində (X) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri (2110A00) bəndi nəzərdə tutulmuşdur. İddiaçının pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin ona dair 1 iyul 2023-cü il tarixli 01/07 nömrəli arayışında 2 avqust 1976 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsində iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisənin 26 iyul 2023-cü il tarixli, 3 nömrəli arayışında iddiaçının iş stajına dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, yuxarıda göstərilən dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciətində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 285,28 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 327,21 manat olmaqla iddiaçının kart hesabına köçürülür. İddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 1 dekabr 2017-ci il tarixinə, Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ isə 3 fevral 2017-ci il tarixinə yaranır. Bu səbəbdən də, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün onun pensiya işinə aid sənədlər üçüncü şəxsə göndərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası AZE seriyalı, 0******* nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 30 iyul 1975-ci il tarixli, 01359 nömrəli attestatından görünür ki, İddiaçı 1 sentyabr 1974-cü il tarixdən 22 iyul 1975-ci il tarixədək təhsil almışdır. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 20 iyul 1976-cı il tarixli, 514 nömrəli attestatından görünür ki, İddiaçı 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil almışdır. ВТ seriyalı, 039695 nömrəli diplomnan görünür ki, İddiaçı 1976-cı il tarixdə Sumqayıt Kimya-texnologiya texnikumuna daxil olmuş, 26 iyul 1980-ci il tarixdə tam kursu bitirmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 1 iyul 2023- cü il tarixli, 01/07 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma idarəsində) 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixə kimi elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il, 320 nömrəli qərarında qeyd olunan 1080A010 bölməsinə əsasən istehsalatda 1-ci siyahiya 8-ci dərəcəyə aid edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 14 noyabr 2023-cü il tarixli, 3-17-1/2-B-264849/2023 nömrəli “Əmək pensiyasından aparılan aylıq tutulma haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, əmək pensiyası üzrə artıq alınmış 9.876,95 manat vəsait 2023-cü ilin oktyabr ayında əmək pensiyasından 83,55 manat tutulmuş, qalıq 9.793,40 manat borc məbləği 3-17-1/1-B- 258617/2023 nömrə ilə qeydə alınmış ərizəsinə əsasən 1 noyabr 2023-cü il tarixdən ayda 10%, yəni 41,77 manat tutularaq Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının müvafiq hesabına bərpa olunacaqdır. Azərbaycan Respublikası "xxxx" MMC-nin 29 aprel 2024-cü il tarixli, 053 nömrəli arxiv arayışından görünür ki, İddiaçı (3 fevral 1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki- Quraşdırma İdarəsi) 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq laboratoriyada kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, bakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. Yuxarıda göstərilən peşə, yəni 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi fəhlə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00-17541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod: 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik tamların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; kod: 1080A010 kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarətölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda elektrik qaynaqçısı peşəsi daxili işlərdə olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın XXİİİ Ümumi peşələr bölməsində 12100000-19906 kodunda Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsi (vəzifəsi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı 2 avqust 1976-cı il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 24 il 3 ay (2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci illər arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 iyun 2023cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 1 dekabr 2017-ci il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 730,60 manat, yeni hesablanmış pensiya məbləği 327,21 manat olaraq göstərilmişdir. İddiaçı göndərilmiş 8 sentyabr 2023-cü il tarixli, 3-17- 1/2-B-207072/2023 nömrəli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubdan görünür ki, Mərkəzi Filialda mövcud olan "xxxx" MMC-nin 15 sentyabr 2008-ci il tarixli, 18 nömrəli arayışında 2 avqust 1976-cı il - 1 noyabr 1981-ci il və 1 noyabr 1981-ci il - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlər ərzində Etilen-Polietilen zavodunda elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 30 yanvar 1984-cü il - 14 oktyabr 1994-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işləməyinə dair məlumatlar öz əksini tapdığı halda, 15 oktyabr 1994-cü il - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlərdə işləməyinə dair hər hansı məlumat aşkar olunmamışdır. Bu fakt “Etilen-Polietilen” zavodunun 21 mart 2023-cü il və 3 may 2023-cü il tarixli birgə aktları ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (14 il 2 ay 8 gün (23 may 1972-ci il -28 iyun 1974-cü il, 30 yanvar 1984-cü il - 18 yanvar 1990-cı il, 26 noyabr 1992-ci il - 14 oktyabr 1994-cü il, 22 mart 2003-cü il - 3 noyabr 2000-ci il və 23 fevral 2004-cü il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu 1 dekabr 2017-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu 3 fevral 2006cı il tarixdən təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən, qanunvericiliyinin tələbləri nəzərə alınmaqla 13.393,05 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13.393,05 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissəhissə hər ay (32,72 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin 1 iyul 2023-cü il tarixli, 01/07 nömrəli arayışında 2 avqust 1976-cı il - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Bununla əlaqədar olaraq, iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq həmin müəssisənin 26 iyul 2023-cü il tarixli, 03 nömrəli arayışında iş stajına dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, yuxarıda göstərilən dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsinin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciətində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 285,28 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 327,21 manat olmaqla kart hesabına köçürülür. Bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 1 dekabr 2017-ci il tarixə, Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ isə 3 fevral 2017-ci il tarixə yaranır. Bu səbəbdən də, yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçı göndərilmiş 5 oktyabr 2023-cü il tarixli, 3-17- 1/2-B-231029/2023 nömrəli “Müraciətin cavablandırılması haqqında” məktubdan görünür ki, onun 3 fevral 2017-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Əmək fəaliyyəti dövrləri, o cümlədən 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət, 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək və 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 6.643,16 manat pensiya kapitalı əsasında ona 1 mart 2020-ci il tarixdən (artıqödəmə ilə bağlı qərardan 3 il əvvəl) 301,74 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 336,14 manata, 1 yanvar 2022-ci il tarixdən 347,57 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 364,23 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 417,77 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Fondun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən onun güzəştli şərtlərlə əmək pensiyası üzrə 1 mart 2020-ci il tarixdən 31 may 2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 10 iyun 2024-cü il tarixli, 3-29-63/2-13-3xx-xx/2024 nömrəli arayışından görünür ki, İddiaçı 2 sentyabr 1974-cü il tarixdə Kürdəmir Texniki Peşə Məktəbinin “Üzümçü usta” ixtisasına qəbul olmuş və 22 iyun 1975-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Eyni zamanda bildirilmişdir ki, 1 sentyabr 1975-ci il tarixdə 7 nömrəli Sumqayıt Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisasına qəbul olmuş və 20 iyul 1976-cı il tarixdə həmin ixtisası əyani formada bitirmişdir, adına yazılmış 514 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. "xxxx" ASC-nin 27 fevral 2023-cü il tarixli, 07 nömrəli arayışından görünür ki, İddiaçı 28 iyul 2004-cü il - 8 dekabr 2016-cı il, 12 fevral 2017-ci il - 18 iyul 2018-ci il tarixlərdə və 9 avqust 2019-cu il tarixdən hal-hazırkı tarixə qədər "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsində çalışır və 16 sentyabr 2019-cu il - 30 sentyabr 2019-cu il; 2 mart 2020-ci il - 11 iyun 2020-ci il; 24 may 2021-ci il - 29 oktyabr 2021-ci il tarixlərdə ödənişsiz məzuniyyətə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 avqust 2024-cü il tarixli, 3-17-1/2-187170/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filialın 13 sentyabr 2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərə əsasən 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək hərbi xidmət dövrü, 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək, 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil illəri, 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək, 3 noyabr 2000-ci il tarixdən 22 mart 2003-cü il tarixədək, 28 iyul 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajı müəyyən edilmişdir. Əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı: (31+(10+22/30)/12)x170=5.422,05 Həmin kapitalın 3 fevral 2017-ci il tarixə indeksləşdirilmiş məbləği: 11.759,29. Pensiyanın sığorta hissəsinin hesablanması: 11.759,29:144=81,66. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 3 fevral 2017-ci il tarixədək 6.643,16 manat (2017-ci il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın sığorta hissəsinin hesablanması: 6.643,16:144=46,13. Pensiyanın ümumi məbləği: 3 fevral 2017-ci il: 81,66 + 46,13 + 110 (baza hissə) = 237,79 yanvar 2018-ci il:- 237,79 + 237,79 x 5,7% = 251,34 yanvar 2019-cu il: 251,34 + 251,34 x 3% = 258,78 yanvar 2020-ci il: 258,78 + 258,78 x 16.6% = 301,74 yanvar 2021-ci il: 301,74 + 301,74 x 11,4% = 336,14 yanvar 2022-ci il: 336,14 + 336,14 x 3,4% = 347,57. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 364,24 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 417,77 manata, 1 yanvar 2024-cü il tarixdən isə 464,56 manata çatdırılmışdır: 347,57+(200/12)= 364,24 manat 1 yanvar 2023-cü il: 364,24 + 364,24 x 14,7% = 417,77 manat 1 yanvar 2024-cü il: 417,77 + 417,77 x 11,2% = 464,56 manat. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1- 81483/2023 nömrəli qərarından görünür ki, İddiaçı yaşa görə 417,77 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 10 sentyabr 2023-cü il tarixli, 5 nömrəli arayışından görünür ki, İddiaçı 2 avqust 1976-ci il tarixdən 2 noyabr 2000-ci il tarixə kimi elektrik qaynaqçısı vəzifəsində çalışmış və 1990-1994-cü illər üzrə qeyd edilmiş əmək haqqı hesablanmışdır (cədvəldə göstərilmişdir). 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1- ci Sumqayıt Mexaniki-Quraşdırma idarəsinin) natamam arxiv sənədlərində 3 fevral 1954-cü il təvəllüdlü İddiaçı 1976-1994-cü illər üzrə əmək haqqının hesablanması barədə məlumat. 15 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin təsisçisi Şahid, keçmiş işçisi X3, keçmiş işçisi X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 3 fevral 1954cü il təvəllüdlü İddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin (keçmiş “Azneftkİmyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) işçisi olmuşdur və oradan əmək haqqı almışdır. Həmin dövrlərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi ilə podrat müqavilələri olan Superfosfat və başqa-başqa kimya zavodlarında işləmişdir. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, bakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 avqust 2024-cü il tarixli, 3-17-1/2-B-208786/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əmək fəaliyyəti dövrləri, o cümlədən 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət, 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək və 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil aldığı illər, 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək, 3 noyabr 2000-ci il tarixdən 22 mart 2003-cü il tarixədək, 28 iyul 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla, 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2017-ci tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 6.643,16 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında ona 1 mart 2020-ci il tarixdən 301,74 manat məbləğində yaşa gorə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 336,14 manata, 1 yanvar 2022-ci il tarixdən 347,57 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 364,23 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 417,77 manata, 1 yanvar 2024-cü il tarixdən 464,56 manata çatdırılmışdır. İddiaçı əmək pensiyası təyin edildiyi tarixdən sonra 6 il və ya daha çox işlədiyi üçün 1 fevral 2017-ci il tarixdən 1 mart 2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 13.637,22 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 4 mart 2024-cü il tarixdən 653,97 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin 2 sentyabr 2024-cü il tarixli, 3-21-3/2-H-1387/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Səhmdar Firmasının 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 13 mart 1998- ci il tarixli, 437 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri 10 dekabr 2002-ci il tarixində tam özəlləşdirilmişdir. Həmçinin, bildirilmişdir ki, "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3 fevral 2025-ci il tarixli qərarından görünür ki, 3 fevral 2017-ci il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 706,94 manat, yeni hesablanmış pensiya məbləği 706,94 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, vətəndaşın ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-cü il tarixli, 2-1(118)-1348/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının 1 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilmiş, İddiaçı 3 fevral 2006-cı il tarixinə hesablanmış pensiya məbləğinin bərpa edilməsi və ona münasibətdə əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda pensiya ödənişi növbəti ayın 1-dən dayanır. İddiaçı əmək pensiyasının azaldılmasına əsas olan hallar tərəflərindən xx.xx.2025-ci il tarixində yerində yoxlama zamanı aşkarlanmışdır və akt tərtib olunmuşdur. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2025-ci il) 1 il ərzində ləğv edilmişdir. b) İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iş materiallarında olan hərbi bilet, diplom, əmək kitabçasından, güzəştli arayışlardan və məhkəmə sorğusuna əsasən verilmiş cavablardan müəyyən olur ki, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı tələb olunan 20 ildən çox (31 il 10 ay 17 gün), 1 nömrəli siyahı üzrə güzəştli iş stajı isə tələb olunan 10 ildən çox (24 il 3 ay) təşkil edir. Cavabdehin dəlili əsassızdır, heç bir faktiki və hüquqi əsasa söykənmir. Cavabdeh eyni dəlillə birinci instansiyası məhkəməsində çıxış etmiş, məhkəmə tərəfindən onun dəlili ətraflı araşdırılmış, lakin öz təsdiqini tapmadığına görə, cavabdeh inzibati orqanın dəlilləri əsassız sayılmışdır. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən ona təyin edilmiş pensiyanın üstündən 17 ildən çox keçməsinə baxmayaraq 2023-cü il tarixdə pensiyanın ləğv edilməsi haqqında yeni qərar qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. (-) Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçıya ilkin olaraq 52 yaşının tamam olduğu 03 fevral 2006-cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, daha sonra səlahiyyətli inzibati orqan tərəfindən pensiya təyinatının düzgün aparılmadığına istinad olunmaqla müvafiq qərar qəbul edilmiş, faktiki xarakterli hərəkətlər edilərək pensiya dayandırılmış, son olaraq isə iddiaçıya başqa idarə tərəfindən başqa əsaslarla (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 01 dekabr 2017-ci il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 730,60 manat, yeni hesablanmış pensiya məbləği 327,21 manat olaraq göstərilmişdir. Həmin qərardan görünür ki, pensiya məbləği 28 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr üçün 233,20 manat, 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün 259,78 manat, 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr üçün 268,62 manat, 01 yanvar 2023-cü il tarixdən isə ömürlük 327,21 manat müəyyən etmişdir. Daha sonra iddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1-81483/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərar qəbul edilmiş, 01 oktyabr 2023-cü il tarixindən müddətsiz olaraq 417,77 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4436/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının hüquqi marağı nəzərə alınmaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1-81483/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın ləğv edilməsi və ona 03 fevral 2006-cı il tarixinə hesablanmış pensiya məbləğinin bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-554/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4436/2024 nömrəli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hazırki inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmiş, həmin inzibati orqan hazırki inzibati iş üzrə cavabdeh qismində nəzərə alınmışdır. Beləliklə də, hazırda mübahisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1- 81483/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın ləğv edilməsi və iddiaçıya 03 fevral 2006-cı il tarixinə hesablanmış pensiya məbləğinin bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, ona 52 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesablayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirmiş, daha sonra güzəştli şərtlərlə yaşa görə pensiya ödənişləri dayandırılmış, bundan sonra isə iddiaçıya başqa idarə tərəfindən 63 yaşının tamam olduğu 03 fevral 2017-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin dispozitiv şərtlərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı iş üzrə iş materiallarından görünür ki, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı etdiyi hərəkətlərin və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması halının da araşdırılması zəruridir. Belə ki, cavabdeh inzibati orqan vaxtilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən yalnışlığa yol verildiyini hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 2 ay 8 gün (23 may 1972 - 28 iyun 1974-cü il, 30 yanvar 1984 - 18 yanvar 1990-cı il, 26 noyabr 1992 - 14 oktyabr 1994-cü il, 22 mart 2003-3 noyabr 2000-ci il və 23 fevral 2004 - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu 01 dekabr 2017-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu 03 fevral 2006-cı il tarixindən təyin edildiyi aşkar olunmuşdur. Bundan başqa, iddiaçının pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin ona dair 01 iyul 2023-cü il tarixli 01/07 nömrəli arayışında 2 avqust 1976 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsində iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisənin 26 iyul 2023-cü il tarixli, 3 nömrəli arayışında iddiaçının iş stajına dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, yuxarıda göstərilən dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın iddia tələbinə etirazla eyni məzmunda olan apellyasiya şikayətinin dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərin araşdırılması məqsədilə zəruri sorğular edilmiş, şahid ifadələri dinlənilmiş və aşağıdakı məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC-nin 15 avqust 2024-cü il tarixli, 5 nömrəli məktubundan görünür ki, HT ******* nömrəli, 1 iyun 1977-ci il tarixli əmək kitabçasından da müəyyən olunur ki, 3 fevral 1954-cü il təvəllüdlü iddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək “Etilen-Polietilen” zavodunun deyil, Azərbaycan Respublikası 1ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) işçisi olmuşdur. “Etilen-Polietilen” zavodunun 21 mart 2023-cü il və 3 may 2023-cü il tarixli birgə aktlarında qeyd olunan məlumatların nəyin əsasında təsdiq edilməsi barədə heç bir məlumat yoxdur. Əmək kitabçasına, şəxsi vərəqəsinə və əmək haqqı cədvəllərinə əsasən, bir daha bildirilmişdir ki, iddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdımıa İdarəsinin işçisi olmuş və “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsindən əmək haqqı almışdır. Həmin dövrlərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi ilə Podrat Müqavilələri olan Superfosfat və başqa kimya zavodlarında işləmişdir. İddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, hakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. Yuxarıda göstərilən peşə, yəni 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi fəhlə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00-17541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod: 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və kod: 1080A010 kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetiklari peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, iddiaçı elektrik qaynaqçısı peşəsini daxili işlərdə icra etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın XXİİİ Ümumi peşələr bölməsində 12İ00000-19906 kodunda Rezervuarların, hakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsinə (vəzifəsinə) də uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İdarə ünvanı dəyişməsi (başqa binaya köçməsi) ilə əlaqədər idarəyə məxsus bütün işçilərin bəzi dövrlərə aid arxiv sənədləri itirilmişdir və bu səbəbdən əmrləri, vəzifə təlimatları və 1995-2000-ci illərin əməkhaqqı cədvəllərini təqdim edilməsi mumkun deyil. 1976-1994-cü illər üzrə əmək haqqı jurnalları və şəxsi vərəqə hazırda idarənin arxivində saxlanıldığı üçün, onların təsdiq olunmuş surətləri təqdim edilmişdir. Şahid sözügedən idarədə İddiaçı ilə birlikdə fəhlə peşəsində işləmişdir. 2003-cü il tarixdə idarənin adı dəyişilərək, Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur və həmin tarixdən MMC-nin təsisçisidir. Ondan əlavə, iddiaçını “Azneltkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki- Quraşdırma İdarəsində onunla birlikdə işləyən iş yoldaşları da tanıyır və bunu təsdiq edirlər. Bu səbəbdən iddiaçının “Etilen-Polietilen” zavodunun deyil, “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsinin işçisi olub-olmamasını, onun həqiqətən işləyib-işləməməsini və hansı şəraitdə işləməsini müəyyən etmək və arxiv sənədləri natamam olduğu üçün Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin təsisçisi və onunla həmin dövrlərdə birlikdə işləyən işçilərdən ibarət akt tərtib edilmişdir. Bir daha təsdiq olunmuşdur ki, o, həqiqətən yuxarıda qeyd edilən dövrlərdə və qapalı şəraitdə Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdınna MMC-də və podrat müqavilə əsasında Superfosfat və başqa-başqa kimya zavodlarında işləmiş və əmək haqqı almışdır. İddiaçının 2 avqust 1976-cı il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 24 il 3 ay (2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci illər arasındakı dövrlər) təşkil edir. Həmçinin, 15 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin təsisçisi Şahid, keçmiş işçisi X3, keçmiş işçisi X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 3 fevral 1954-cü il təvəllüdlü iddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC- nin (keçmiş “Azneftkİmyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) işçisi olmuşdur və oradan əmək haqqı almışdır. Həmin dövrlərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi ilə podrat müqavilələri olan Superfosfat və başqa-başqa kimya zavodlarında işləmişdir. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, bakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. Bundan əlavə, “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 8 avqust 2024-cü il tarixli, 14-2-3-1/2-278/2024 nömrəli məktubundan görünür ki, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun siyahı tərkibində və arxivində 3 fevral 1954-cü il təvəllüdlü “İddiaçı” adında işçi müəyyən edilməmişdir. Müəssisədə vaxtilə işləyən eyni ad və soyadlı 3 sentyabr 1962-ci il təvəllüdlü İddiaçı adlı işçi olduğundan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə X5 şöbəsinin böyük mütəxəssisi tərəfindən tərtib edilən aktda həmin içşiyə aid məlumatlar qeyd olunmuşdur. Müəssisənin sabiq işçisi İddiaçı aid (3 sentyabr 1962-ci il təvəllüdlü) T-2 şəxsi vərəqənin surəti isə qoşma şəklində göndərilmişdir. Beləliklə də, cavabdeh inzibati orqanın etiraz və apellyasiya şikayətində qeyd edilən dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə pensiya dayandırılarkən iddiaçıya münasibətdə faktiki xarakterli hərəkətlərə yol verilmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən hazırki iş üzrə səlahiyyətli inzibati orqan tərəfindən faktiki dayandırılarkən edilən faktiki hərəkətlər qanunsuz olmuşdur. Həmçinin yuxarıda da qeyd olunduğu kimi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-554/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4436/2024 nömrəli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hazırki inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmiş, həmin inzibati orqan hazırki inzibati iş üzrə cavabdeh qismində nəzərə alınmışdır. Belə ki, iddiaçının hüquqi marağı ona 52 yaşdan, yəni hüququnun yarandığı 03 fevral 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsinə yönəldiyi üçün həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müvafiq qərarları mübahisələndirilməklə hər iki inzibati orqan cavabdeh kimi məhkəmə icraatında iştirak etməlidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mübahisələndirilən qərarı qanunsuz olmasa belə, iddiaçının hüquqi marağına uyğun olmadığından və onun sosial təminat hüququnun heç bir əsas olmadan məhdudlaşdırılmasına səbəb olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əlavə olaraq hesab edir ki, hətta cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan dəlili əsaslı hesab olunsaydı belə, orqan tərəfindən inzibati icraat aparılarkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlə bağlı tələblərə riayət olunmamışdır. Belə ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur. Şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İnzibati orqan sözügedən qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətində hansı hallara görə əvvəllər qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz həmin qərarları qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Cavabdeh qeyd olunan halları (yanlış hesablanmanı) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində istinad olunan yeni dəlilə də münasibət bildirməyi zəruri hesab edir. Dəlil ondan ibarət olmuşdur ki, İddiaçı əmək pensiyasının azaldılmasına əsas olan hallar tərəflərindən xx.xx.2025-ci il tarixində yerində yoxlama zamanı aşkarlanmışdır və akt tərtib olunmuşdur. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2025-ci il) 1 il ərzində ləğv edilmişdir. Kollegiya hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən və iddiaçının pensiya məbləğinin azalmasına, beləliklə də sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olan qərarların 01 iyun 2023-cü il tarixli və 13 sentyabr 2023cü il tarixli olması nəzərə alındığı zaman yuxarıda qeyd olunan dəlilin formal xarakter daşıması aydın olur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya 03 fevral 2006-cı il tarixində güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsi qərara alındığından hazırda öhdəlik də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1-81483/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın ləğv edilməli və ona 03 fevral 2006-cı il tarixinə hesablanmış pensiyanın bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(118)-1348/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 iyun 2023cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1-81483/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın ləğv edilsin və iddiaçıya 03 fevral 2006-cı il tarixinə hesablanmış pensiyanın bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar