Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-557/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-320/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alqı-satqı müqaviləsində evin 570.0 kv m torpaq sahəsi üzərində yerləşməsi qeyd edilmişdir. Bundan başqa evin texniki pasportunda fakitiki olaraq 0.0570 ha həyətyanı sahəyə malik olması göstərilmişdir. Buna baxmayaraq 2018-ci ildə onun ev üzərində mülkiyyət hüququ qeydə alınmasına baxmayaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-320/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayıb baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, habelə qərardad onun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququnu, mülkiyyət hüququnun müdafiəsi hüququnu və prosessual hüquq normalarının tələblərini pozduğundan və Azərbaycan Respublikaı Ali Məhkəməsi Plenumunun "inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015 ci il tarixli 5 saylı qərarına zidd olduğundan ləğv edilməlidir. İnziabti Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnziabti Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin, birinci instansiya məhkəməsi iddia ilə bağlı işin bütün faktiki hallarınıaraşdırmadan, iş materiallarında olan sənədləri təhliletmədən, zəruri sübutları əldə etmədən iddianımümkün saymamışdır. Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcud olmadığı qeyd edilsə də, bu heç də belə deyil. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Mehdiabad Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 08 saylı protokoldan çıxarışa əsasən ayrılmışdır. Bu hal cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina barədə bildiriş məktubunda və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-2142/2022 nömrəli Sərəncamı ilə əlaqədar etirazında da özəksini tapmışdır. Qeyd edilmiş bildiriş məktubu və etiraz ərizəsində torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olmaması qeyd edilməmiş əksinə bu sənədin mövcud olduğu açıq-aydın bildirilmişdir. Əks halda cavabdeh orqan torpaq sahəsinə dair hüquqmüəyyənedicisənədin olmamasını qeyd etmiş olardı. Bundan başqa mübahisə predmeti olan fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüququ məhz Mehdiabad Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 08 saylı protokoldan çıxarışına əsasən o dövrdə mövcud olmuş X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müvafiq araşdırılma aparılsa idi bu hal ortaya çıxardı. Alqı-satqı müqaviləsində torpaq sahəsinin özgəninkiləşdirilməsinin qeyd edilməməsi absurd bir əsasdır. Alqı-satqı müqaviləsində torpaq sahəsinin özgəninkilkəşdirilməsi qeyd edilə bilməzdi. Çünki, X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi yalnız tikililər üzərində hüquqların qeydiyyatını aparırdı. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2006-cı il tarixli, 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər yalnız dövlət torpaq reyestrində qeydiyyata alınırdı. Bu funksiyanı isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirirdi. X10 mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmiş və “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” almamışdır. Bu səbəbdən də X10 torpaq sahəsini mənim adıma özgəninkiləşdirə bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsızsayılır. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin müddəalarını nəzərə almamışdır. Sözügedən maddədə “Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir”. Bu maddənin tələbindən məlum olur ki, fərdi yaşayış evi X10 tikilini (fərdi yaşayış evini) adıma özgəninkiləşdirildiyi üçün və torpaq sahəsi üzərində satıcının mülkiyyət hüququ qeydiyyata alınmadığı üçün torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ iddiaçıya keçmişdir. Məhz bu səbəbdən də torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması üçün subyektiv hüquq yaranmışdır. Onun tərəfindən tək fərdi yaşayış evinə dair deyil həmin evin yerləşdiyi torpaq sahəsinin də dəyəri onun tərəfindən satıcıya ödənilmişdir. Odur ki, X6 torpaq sahəsi ilə bağlı hər-hansı bir iddiası qalmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərietməkdən çəkinməyə dair iddia mümkün sayılır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 16.1. Bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırki inzibati iş iddianın mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İlk növbədə eyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, xx.xx.2002-ci il tarixli 08 saylı müvafiq Bələdiyyə Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa hər birinə 0,06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. DTXK-nin xx.xx.2002-ci il tarixli 124 saylı rəyində X7 0,06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, X6 adına həmin torpaq sahəsinin alqı-satqısına dair akt, müvafiq ödəniş qəbzi, yerquruluşu planından çıxarış mövcuddur. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə X10 arasında 22 fevral 2005-ci il tarixli notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən X1 rayonu xx.xx.2005-ci il tarixli 241 saylı Forma №1 17724 №li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 570,0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 43,2 kv.m köməkçi sahəsi 50,2 üç otaqdan ibarət yaşayış evini İddiaçı satmış, alıcı qismində iddiaçı evin dəyərini ödəmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının həmin yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, buna dair müvafiq Çıxarış və texniki pasport verilmişdir. Həmin texniki pasport və ona əlavə olunan sənədlərdən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi faktiki 0,0570 ha, tikintialtı sahə 0,0128, digər sahələr 0,0442 ha olması qeyd edilmişdir. Müvafiq çıxarış məlumatından görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,01188 ha, məqsədli təyinatı yaşayış məntəqələrinin torpaq sahələri olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan halları baxımından hesab edir ki, işin nəticəsinə təsir edən bir sıra hallar mövcud olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamışdır. Belə ki, iddiaçının iddia tələbi məhz xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olmuşdur Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki inzibati iş üzrə iddia tələbinin mümkün sayılmamasının əsası kimi sözügedən torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənədin olmaması, alqı-satqı müqaviləsinin predmeti yalnız fərdi yaşayış evinin olması, torpaq sahəsinin satılmasına dar qeydin olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları baxımından iddianın mümkünlük şərtləri tam yoxlanılmamış, iddiaçının iddia tələbində qeyd edilən torpaq sahəsinin məhz onun fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı olması, fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması, həmin fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında əldə etməsi, həmin müqaviləyə əsasən məhz 570 kv.m torpaq sahəsində yerləşən yaşayış evinin müqavilənin predmeti olması işin halları baxımından əlaqəli şəkildə aydınlaşdırılmamış, müqavilənin tərəfləri, predmeti və müvafiq torpaq sahəsinə dair mövcud olan sənədlər birgə təhlil ediməmişdir. Halbuki, həmin halların aydınlaşdırılması işin halları baxımından zəruri olmuş, birinci instansiya məhkəməsi tərəfindən isə öz xidməti vəzifəsinə görə həmin hallar araşdırılmalı olduğu halda, bu cür araşdırma aparılmamışdır. Bununla yanaşı, müvafiq torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair bağlanılmış müqavilədə müqavilənin predmeti qimsində çıxış edən əmlakın satıcıya məxsus olması halı kimi xx.xx.2005-ci il tarixli 241 saylı qeydiyyat vəsiqəsinə istinad edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlə bağlı heç bir araşdırma aparılmamışdır. Halbuki, indiki halda iddiaçının 570 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əldə edilməsi əsasında məhz həmin alqı-satqı müqaviləsi çıxış etmişdir. Göründüyü kimi həmin müqaviləyə əsasən digər şəxsə ötürülən mülkiyyət hüququnun mövcudluğu ilə bağlı qedy edilən sənədə istinad edilsə də,həmin sənəd tələb edilərək, işin halları ilə birgə araşdırılmamışdır. Başqa sözlə, işin halları baxımından qeyd edilən sənədin və onunla bağlı mövcud olan halların aydınlaşdırılması zəruri olmaqla, birbaşa işin nəticəsinə təsiri olmuşdur. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə görə həmin hallar araşdırılmamışdır. Nəticə etibarilə hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 12 və 13cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının olub-olmaması məsələsini məhz qeyd edilən sənədlərin tələb edilməsi və həmin sənədlərin iş materiallarında olan sənədlərlə birgə təhlil edilməsi həyata keçirilməmiş, habelə iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının mövcud olub-olmaması, həmin torpaq sahəsinin hansı əsaslarla iddiaçının istiafdəsində olması (alqı-satqı müqvailəsinin predmeti ilə bağlılığı baxımından) işin halları baxımından araşdırılmamışdır. Bununla bağlı, iddiaçı tərəfindən müvafiq dəlillər təqdim edilsə də, həmin hallar məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələbi baxımından araşdırılmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, iddia tələbinin aid olduğu müvafiq fərdi yaşayış evinə dair müvafiq çıxarışda torpaq sahəsinin mülkiyyət forması bələdiyyə kimi qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun ötürülüb-ötürülməməsi kimi hallar işin halları baxımından aydınlaşdırılması, habelə iş üzrə qəbul ediləcək qərarın başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir və ya toxuna ehtimallarının olub-olmaması hallarının da aydınlaşdırılması da məqsədəmüvafiqdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə iddianın mümkünlük şərtlərinin yoxlanılması mərhələsində zəruri olan bütün halları araşdırmamış, tələb edilməli olan sənədlər əldə edilməmiş, iddianın mümkünlük şərtlərinə təsir edən hallar diqqətdən kənarda qalmış, işin halları iddiaçının hüquqi marağının olub-olmaması konteksində aydınlaşıdırlmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin qərardadı ləğv edilməli, inzibati iş iş iddianın mümkünlük məsələsinə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-320/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş iddianın mümkünlük məsələsinə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-557/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-557/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver