Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-557/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarların ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi və təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2632/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx-2013-xx.xx.2015-cü illərdə, xx.xx.2017-xx.xx.2020-ci illərə aid dövrdə işləyən əmək pensiyaçısı olmaqla, həmin dövr nəzərə alınmaqla, əmək pensiyası yenidən hesablanmış, son olaraq əmək pensiyasının məbləği 498,87 manat təşkil etmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya məbləği yenidən hesablanmaqla 456.50 manat müəyyən edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya məbləği yenidən hesablanmaqla 456.50 manat müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixədək 24 il 11 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3102,14 manat (2013-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2015-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar xx.xx.2013-cü il tarixdən işdən çıxdığı tarixədək 1668,76 (2015-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2020-ci il tarixdə növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar xx.xx.2017-ci il tarixdən işdən çıxdığı tarixədək 2274,60 manat (2020-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar olunduğu tarixdən 3 il əvvələ) 330,03 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 341,25 manata çatdırılmışdır. Qanuna xx.xx.2022-ci il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmin maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 357,91 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 410,53 manata, xx.xx.2024-cü il tarixdən 456,50 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən (Qanunun 37.3.1-ci maddəsinə əsasən) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünməmişdir (pensiya kapitalı 89 aya bölünməli olduğu halda, 72 aya bölünərək hesablanıb). Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının əmək pensiyasının aylıq məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya təyin olunduqdan sonrakı dövr üzrə (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) cavabdeh tərəfindən qəbul etmiş olduğu “artıq ödənilmiş təqaüd məbləğinin şəxsdən geri tələb olunmasına dair inzibati aktının” ləğv edilməsi, pensiyadan pul vəsaitinin tutulmasının dayandırılması və tutulmuş pul vəsaitinin ona qaytarılması barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, pensiya iş №094471 olan qərarı və xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-Ə-185632/2024 saylı qərarının ləğv edilməsi və təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2013-cü il tarixində yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar hesabında xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinə kimi 1668.76 manat (2015-ci il tarixinə indüksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi olan dövrdə 2274.60 manat pensiya kapitalı toplanmışdır. xx.xx.2020-ci tarixində xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi olan dövrdə hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyam yenidən hesablanmışdır. Növbəti illərdə olan indeksləşdirilmələr də daxil olmaqla iki ay bundan əvvələ qədər son pensiya məbləği olaraq hər ayda 499 manat pensiya alırdı. İki ay bunda əvvəl 2024-cü ilin iyul ayından etibarən aylıq pensiyası azaldılaraq 456.50 manat olaraq hesablandığından bu anlaşılmazlıqla əlaqədar AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. xx.xx.2024 tarixli 3-17-1/2-Ə 196577/2024 saylı məktub göndərdiklərini bildirdilər. İmtina məktubunu xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə qəbul etmişdir. (Təhviltəslim aktı iddia ərizəsinə əlavə edilir). Həmin imtina məktubunda qeyd olunur ki, “Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, əmək pensiyanız xx.xx.2020-ci il tarixli müraciətiniz əsasında yenidən hesablanarkən (Qanunun 37.3.1ci maddəsinə əsasən) xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünməmişdir (pensiya kapitalı 89 aya bölünməli olduğu halda. 72 aya bölünərək hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyanızın aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. "İnzibati İcraat haqqında” Respublikası Qanununun 72-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Hal-hazırda iddiaçının əmək pensiyasının məbləği 499 manat olduğu halda ona iki aydır ki, 456.50 manat məbləğində pensiya ödənilir. 2020-ci ilə qədər həm təqaüd alırdı və həm də işləyirdi. Lakin 2020ci ilin iyul ayında əməliyyat olunduğundan daha işləmək imkanı olmamışdır və buna görə də bütün sənədləri, əmək kitabçasını, diplomu cavabdehə təqdim etmişdir. Hal-hazırda 68 yaşı var və aldığı pensiya yalnız müayinə, müalicə və yemək xərclərinə birtəhər çatır. Aldığı pensiya məbləği ilə başqa heç bir iş görmək, yığım etmək mümkün deyildir. Cavabdehin inzibati qərar hesab edilən aktında da qeyd olunduğu kimi, bu hesablamadan hal-hazırda da heç bir anlayışı yoxdur. Bütün hesablamaları, qərarları, ödəmələri cavabdeh özü həyata keçirib və hər ayın təqaüdünü alıb yuxarıda qeyd etdiyi məqsədlərə xərcləmişdir. Həmin pulları haradansa qazanıb geriyə qaytarmaq imkanı yoxdur. Qanunvericiliyin düzgün tətbiqinə və obyektiv qanunauyğun qərarların qəbuluna məsuliyyət daşıyan cavabdehin yanlış hərəkətinin məsuliyyətinin və neqativ hüquqi nəticələrinin yükünün onun üzərinə qoyulması yolverilməzdir (Ali Məhkəmənin 2-1 (102)- 257/2024 saylı. xx.xx.2024 tarixli Qərarı). Cavabdehin xidməti araşdırması və öz səhvlərini 4 il keçdikdən sonra etiraf etməsi və bunun əsasında əmək pensiyasına artıq ödəmə müəyyən edilməsi adı altında pensiya məbləğinin aşağı salınması qanunsuz, əsassız və ədalətsizdir və cavabdehin imtinası əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2632/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, pensiya iş №094471 olan qərarı və xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-Ə-185632/2024 saylı qərarının ləğv edilməsi və İddiaçı təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası yenidən hesablanarkən qəbul edilmiş qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürmüş olacaqdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanarkən hər-hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının pensiyası işdən çıxma ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yenidən hesablanmış, lakin həmin hesablamanın düzgün olmaması barədə cavabdeh inzibati orqan tərəfindən 4 il sonra, yəni xx.xx.2024-cü ildə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünmədiyi (89 aya bölünməli olduğu halda 72 aya bölünərək) səbəbi qeyd edilərək pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Hazırki işin hallarından isə cavabdeh inzibati orqanda 2020-ci ildə pensiya yenidən hesablanan zaman hər-hansı məlumatın olmaması və ya belə məlumatın əldə edilməsinin mümkünsüz olması halı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarlar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Bundan başqa, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Mərkəzi Filial əsasnaməsinin tələbləri baxımından tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Bildiririk ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir digər sənədlər rüsummm11.pdf Endir apellyasiya şikayəti İddiaçı ap şik məhkəmə üçün.pdf Endir ərizə Şikayət ərizəsi.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Əlavə olaraq məhkəmə 1 illik müddət yanaşmasını hazırki mübahisəyə düzgün tətbiq etməyərək həmin müddətin başlanğıcını pensiyanın işdən çıxma ilə əlaqədar yenidən hesablanması vaxtından (xx.xx.2020-ci il) hesablamışdır. Halbuki yuxarıda qeyd edilənlər və iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Ə-196577/2024 nömrəli məktubun məzmununda göstərilən xüsusatlara əsasən də müəyyən olunur ki, sözügedən 1 illik müddətin axımı İddiaçı barəsində qəbul edilən xx.xx.2024cü il tarixli qərarın qəbul edilmə anından başlayır. Nəticə etibarilə 1 illik müddətin ötürülməsi mövzusu mübahisə predmeti deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarların ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müəyyən dövrlər üzrə (xx.xx-2013-xx.xx.2015-cü illərdə, xx.xx.2017-xx.xx.2020-ci illər) işləyən əmək pensiyaçısı olduğundan, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra (2020-ci ildə) topladığı pensiya kapitalına uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla, pensiya məbləği (indeksləşdirilmə aparılmaqla) son olaraq 498,87 manat məbləğində müəyyən edilməklə, iddiaçıya ödənilmişdir. Daha sonra cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.2017-xx.xx.2020-ci illərə aid dövr üzrə əmək pensiyasının yenidən hesablanması zamanı pensiya kapitalı məbləğinin 89 aya bölünməli olduğu halda, 72 aya bölündüyündən, səhv hesablanma aparıldığından, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlra qəbul etmiş, həmin qərarlar əsasında iddiaçının əmək pensiyası məbləği (498,87 manat məbləğ) azaldılaraq 456,50 manat məbləğində müəyyən edilmiş, habelə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üzrə artıq ödəmə halı aşkar edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz əmək pensiya məbləğinin azaldılması barədə müvafiq qərarları ləğv edilməklə, əvvəlki pensiya məbləğinin (498,87 manat) bərpasına nail olmaqdan ibarətdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtinə əsasən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra işlədiyi müddətdə topladığı pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanır, bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır İndiki halda cavabdeh inzibati orqan iddiaçıya münasibətdə işlədiyi dövrlərdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını nəzərə almaqla, istinad edilən Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını haqlı olaraq apardığı halda, daha sonra toplanmış pensiya kapitalının hansı səbəbdən 72 aya deyil, məhz 89 aya bölünməli olması halına istinad etməklə, əmək pensiyasının yendiən hesablanmasının aparılması əsaslandıra bilməmişdir. Başqa sözlə desək, cavadeh inzibati orqan ilkin olaraq iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması zamanı istinad edilən qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtlərinə uyğun hesablanma metodu tətbiq etməkdə haqlı olduğu halda, sonradan həmin normanın tələblərinə zidd hesablanma metodu (pensiya kapitalının 89 aya bölünməli olması ilə bağlı) tətbiq edərək, əmək pensiyası məbləğinin azaldılması və artıq vermə halının müəyyən edilməsi ilə bağlı qəbul etdiyi qərarları qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə (indiki halda həmin hal işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunmuşdur), cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərarlar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Bundan əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddianın əsaslılığı (cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddətlə bağlı tələbə riayət edib-etməməsi hissəsində yoxlanılması ilə bağlı) məhz inzibati icraat haqqında qanunvericiliyin və vahid məhkəmə təcrübəsini müəyyən edən məhkəmə qərarları ilə müəyyən edilmiş hallara istinad etməklə dəyərləndirildiyindən, (“İnzibati icraat haqqında” Qanunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı), habelə həmin hallar ətraflı şəkildə qeyd edildiyindən, təkrarən onların qeyd edilməsi zərurəti mövcud olmamışdır. Kollegiya hesab edir ki, bu halın hazırki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdehin iddiaçıya münasibətdə yanlış hesablanma aparılmasının əsası kimi istinad etdiyi hal (hesablanma metdounu müəyyən edən qanunvericilik norması) məhz iddiaçının işlədiyi dövrlər üzrə pensiya kapitalının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının həyata keçirildiyi vaxtda (2020-ci ildə) cavabdehə bəlli olması aşkardır. İndiki halda isə cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin qanunla müəyyən edilmiş müddətin axımının məhz sonuncu əmək pensiyasının yenidən hesablanması barədə qərarın qəbul edildiyi tarix (xx.xx.2024-cü il) əsas götürülməklə müəyyən edilməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarları inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarları və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2632/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-557/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-557/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver