Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-558/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və XN ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin N7 mart N0N3-cü il tarixli, N-N(NN8)-N08N/N0N3 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.N974-cü ildə Xaçmaz rayonu Armudpadar kəndində anadan olmuşdur.
2. İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.NNxx.xx.N6-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissənin tərkibində Ağdərə və Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir.
3. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, xx.xx.NN-ci tarixdən xx.xx.N3-cü il tarixə kimi N nömrəli, N4-cü ilin sentyabr ayından xx.xx.N6-cı il tarixə kimi isə N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkzəi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N-3N68 saylı məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N0-A №-ii əmrilə (əsas: səh-6N,sıra-30) N974-cü il təvəllüdlü, İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N5-B №-ii əmrində (əsas: səh-74,sıra-84; qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı kurs keçmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli NNN №-li əmrilə (əsas: §-3,səh-85,sıra-5) İddiaçı Ağdərə rayonuna göndərilmişdir.N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli N48 №-li əmrilə (əsas: §-N :səh- NN7,sıra-N) İddiaçı Füzuli rayonuna xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 5N №-li əmrilə (əsas:§-3, səh-83, sıra-46) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N6N №-li əmrilə (əsas: §-N9, səh-N87, sıra-7) Ağdərə rayonunda ezamiyyətdə olan sıravi İddiaçı Füzuli rayonuna göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli N86 №-li əmrilə (əsas: §-7, səh-N5N, sıra-68) sıravi İddiaçı Füzuli rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Xidmət yerini özbaşına tərk etdiyinə görə Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N3-cü il tarixli N00 №-li əmrilə (əsas: §-7,səh-N94,sıraNN7) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə köçürülmüşdür. X7 Qəbulu Məntəqəsindən göndərilmiş, Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N5-ci il tarixli 56 №-li əmrilə (əsas: §-N, səh N03, sıra-5) şəxsi heyətin ad siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci DPT, N- ci bölüyə sanitar-atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştatdan kənar əsgəri, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N6-cı il tarixli N0N №-li əmrilə (əsas: §- 5,səh-8) şəxsi heyətin ad siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixdək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sağ ayağın baş barmağının içəri səthinin səthi güllə yarası. Əsas: N nömrəli hərbi hissənin (Tərtər hospitalının) N3-cü ilə məxsus N №-li ‘‘Stasionar xəstələrin qeydiyyatı” kitabının 68-ci səhifəsində olan N684-cü sayındakı qeydə əsasən.
6. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
7. Cavabdeh inzibati orqan xx.xx.N0NN-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N-3N68 nömrəli arayışına əsasən iddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N974-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xidmətini xx.xx.NN-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi N57 saylı hərbi hissənin tərkibində icra etmişdir. Döyüş zonasına ezam olunaraq xx.xx.NN-ci ildən xx.xx.N3-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda Ağdərə və Füzuli rayonları istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları zamanı yaralanaraq xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi Tərtər hospitalında müalicə olunmuşdur. Qeyd olunan xidməti və döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvfaiq vəsiqələrin verilməsi üzrə komissiyaya etdiyi müraciəti xx.xx.N0NN-ci il tarixli 4/3-N069N saylı məktubla imtina olunmuş, səbəb kimi onun N saylı hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, onun xx.xx.N3-ci ildən xx.xx.N3cü ilə kimi N saylı hərbi hissədə xidmət etməyi, xx.xx.NN-ci ildən xx.xx.N3-cü ilə kimi Ağdərə və Füzııli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirakı, yaralanaraq xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi Tərtər hospitalında müalicə olunmağı, xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi hərbi hissədə xidmət edərək qanuni əsasla tərxis olunmağı arxiv arayışı və məktubla təsdiq edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli HPNN/N78N saylı məktubuna əsasən qeyd olunan xidmətləri ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət isi və ya təqsirləndirici materialın olması faktı müəyyən edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:
10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N3-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş, həmçinin iddiaçının xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü ilədək xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, bununla əlaqədar müalicə müəssisəsində müalicə olunması əsaslı sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, ona “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi yolverilməzdir.Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməsinin N7 mart N0N3-cü il tarixli, N-N(NN8)- N08N/N0N3 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatlarını aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştrak etmiş və N57 saylı Hərbi Hissə komandirinin xx.xx.N6-cı il tarixli N0N nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. İddiaçının N43 saylı hərbi hissədə xidmət zamanı yaralanması və N0.06-xx.xx.N3-cü il tarixlərdə Tərtər hospitalında stasionar müalicə və müayinədə olması Müdafiə Nazilriyinin Baş Klinik Hospitalının 4N7N sayıı xx.xx.N0NN-ci il tarixli arayışı ilə təsdiq edilir.
13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N3-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş, həmçinin iddiaçının xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü ilədək xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, bununla əlaqədar müalicə müəssisəsində müalicə olunması əsaslı sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar.
15. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdehə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.NN-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
19. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları N-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
21. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N-N(N05)-558/N0N3 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı N saylı hərbi hissəni özbaşına tərk etmişdir.
26. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkzəi Arxivinin xx.xx.N0NN-ci il il tarixli 4/N-3N68 saylı məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N0-A №-ii əmrilə (əsas: səh-6N,sıra-30) N974-cü il təvəllüdlü, İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N5-B №-ii əmrində (əsas: səh- 74,sıra-84; qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı kurs keçmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli NNN №-li əmrilə (əsas: §-3,səh-85,sıra-5) İddiaçı Ağdərə rayonuna göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli N48 №-li əmrilə (əsas: §-N :səh-NN7,sıra-N) İddiaçı Füzuli rayonuna xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 5N №-li əmrilə (əsas:§-3, səh-83, sıra-46) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N6N №-li əmrilə (əsas: §-N9, səh-N87, sıra-7) Ağdərə rayonunda ezamiyyətdə olan sıravi İddiaçı Füzuli rayonuna göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli N86 №-li əmrilə (əsas: §-7, səh-N5N, sıra-68) sıravi İddiaçı Füzuli rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Xidmət yerini özbaşına tərk etdiyinə görə Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N3-cü il tarixli N00 №-li əmrilə (əsas: §-7,səh-N94,sıraNN7) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə köçürülmüşdür. X7 Qəbulu Məntəqəsindən göndərilmiş, Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N5-ci il tarixli 56 №-li əmrilə (əsas: §-N, səh N03, sıra-5) şəxsi heyətin ad siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci DPT, N- ci bölüyə sanitar-atıcı vəzifəsinə təyin edilmişdir.
27. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştatdan kənar əsgəri, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N6-cı il tarixli N0N №-li əmrilə (əsas: §- 5,səh-8) şəxsi heyətin ad siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilmişdir.
28. Azərbaycan Respublikasını Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, xx.xx.NN-ci tarixdən xx.xx.N3-cü il tarixə kimi N nömrəli, N4-cü ilin sentyabr ayından xx.xx.N6-cı il tarixə kimi isə N nömrəli hərbi hissələrdə xidmət etməyinizlə bağlı barənizdə Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir.
29. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli arayışından görünür ki, o, həqiqətən xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixdək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sağ ayağın baş barmağının içəri səthinin səthi güllə yarası. Əsas: N nömrəli hərbi hissənin (Tərtər hospitalının) N3-cü ilə məxsus N №-li ‘‘Stasionar xəstələrin qeydiyyatı” kitabının 68-ci səhifəsində olan N684-cü sayındakı qeydə əsasən.
30. Kollegiya hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut etmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
31. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarını aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştrak etməsi və N57 saylı Hərbi Hissə komandirinin xx.xx.N6-cı il tarixli N0N nömrəli əmri ilə ordudan tərxis olunması öz təsdiqini tapmışdır.
32. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının N43 saylı hərbi hissədə N0.06-xx.xx.N3-cü il tarixlərdə Tərtər hospitalında stasionar müalicə və müayinədə olması Müdafiə Nazilriyinin Baş Klinik Hospitalının 4N7N sayıı xx.xx.N0NN-ci il tarixli arayışı ilə təsdiq edilir. Bundan başqa onun yenidən xx.xx.N3-cü il tarixdə N nömrəli hərbi hissəyə köçürülməsi barədə əmrin olması və xx.xx.N6-cı ildə N57 saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması, barəsində hər hansı təqsirləndirici materialın olmaması ona dəlalət edir ki, iddiaçının özbaşına xidmət yerini tərk etməsi öz təsdiqini tapmır, sentyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatın olmaması isə iddiaçının tələbinin təmin edilməməsinə əsas ola bilməz.
33. İşin yuxarıda qeyd edilən hallarına məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarını aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştrak etməsi və N57 saylı Hərbi Hissə komandirinin xx.xx.N6-cı il tarixli N0N nömrəli əmri ilə ordudan tərxis olunması yuxarıda istinad edilən mötəbər sübutlarla öz təsdiqini tapdığından cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinaya əsas ola bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N7 mart N0N3-cü il tarixli, N-N(NN8)-N08N/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N0N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.