Məhkəmə qərarları › İş №2-1(105)-559/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-559/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-559/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7730 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)- 697/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, VÖEN********** olan iddiaçı "xxxx" MMC-nin AZ50000, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Sumqayıt maşın bazarı ünvanında yerləşən, fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış (kod**********- 29001), adı “anbar” olan obyekti xx.xx.2016-cı il tarixdə qeydiyyata aılınmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2511 nömrəli qərardan görünür ki, “Progres ADF “MMC-yə məxsus obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır.

4. xx.xx.2021-ci il tarixli 005860 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktda görünür ki, iddiaçıya məxsus obyektdə xx.xx.2020-ci il-xx.xx.2021-ci il tarixi aralığında GB əsasında idxal olunmuş və e-qaimə ilə alınmış mallardan 1617220,17 manat dəyərində olan malların üzərinə 10 % ticarət əlavə və 18 % ƏDV tətbiq etməklə 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən topdansatış qaydasında satılması faktının aşkar olunduğu göstərilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7730 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə 209915,18 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

6. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7730 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********2511 nömrəli qərarı əsasında xx.xx.2021-ci il tarixdə iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Bakı- Rostov şossesi, Sumqayıt maşın bazarında yerləşən anbarda (**********-29001) keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan zaman kəsiyində iddiaçı tərəfindən əldə edilmiş mallardan 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən topdansatış qaydasında satılması faktı aşkar edilmiş və qeyd olunan hal eyni tarixli Seriya DVX № 005860 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akta baxılmasının nəticələrinə dair cavabdeh təşkilat tərəfindən xx.xx.2021-ci il tarixli **********7730 nömrəli “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və iddiaçının barəsində 209915,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qəbul edilmiş qərarı əsassız hesab edir. Belə ki, İddiaçı MMC avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirir. Müəssisənin Sumqayıt şəhəri, Bakı-Rostov yolu, Sumqayıt maşın bazarı ərazisində 4 ədəd anbarı, 1 ədəd anbar-mağazası və Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda yerləşən mağazası mövcuddur. Müəssisənin əsas satış obyekti Biləcəri qəsəbəsində yerləşən mağazasıdır və mağazada malların pərakəndə qaydada satışı həyata keçirilir. Yoxlamanın aparılması zamanı aşağıdakı hüquq pozuntularına yol verilmişdir. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli **********2511 nömrəli qərar əsaslandırılmamışdır. Qərar Vergi Məcəlləsinin 50.3cü maddəsinin ziddinə olaraq əsaslandırılmamış, həmin Məcəllənin 50.2-ci maddəsinə göstərilən əsaslardan hər hansı biri qeyd olunmamışdır. Bundan başqa aparılan yoxlama operativ vergi nəzarəti növündə keçirilməsinə baxmayaraq iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində fəaliyyəti yoxlanılmışdır. Cavabdeh tərəfindən 6 obyekt üzrə yoxlama aparılmasına baxmayaraq yalnız bir obyelt üzrə rəsmiləşdirmə aparılmışdır. Göstərilən mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Cavabdehin iddiaçınn topdansatış fəaliyyətlə məşğul olaraq elektron qaimə faktura tərtib etməsinə dair hər hansı sübutu yoxdur.

7. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı- Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 2099151,78 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 005860 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 005860 nömrəli akt İddiaçı MMC-nin rəhbəri X3 təqdim edilsə də, rəhbər aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005860 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 209915,18 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: 1.Sumqayıt şəhəri, Bakı- Rostov şosesi, maşın bazarı (29004); 2.Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı (29003); 3.Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı (29001); 4.Sumqayıt şəhəri, Bakı-Quba yolu, maşın bazarı (29005); 5. Sumqayıt şəhəri, Sumqayıt stansiyası, yük həyəti (29002); 6. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Ordubadi, ev21A (10002). Bu ünvanlarda yerləşən bütün mallar onlara məxsusdur. Digər yerdə malı, anbarı, saxlanc yeri yoxdur. Malların üzərinə 10% ticarət əlavəsi qoymaqla satış edirlər. MMC-nin iş vaxtı yoxlama zamanı saat 10:00-dan 17:00-dəkdir, ümumilikdə MMC-nin əsas iş vaxtı şənbə və bazar günləridir”. xx.xx.2021-ci il tarixli 005860 nömrəli akt xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə elektron qaydada göndərilmiş və xx.xx.2021-ci il tarixdə elektron qutuda oxunmuşdur. Yəni, iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə akt MMC-yə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Yəni, vergi ödəyicisi xx.xx.2021-ci il tarixədək vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilərdi. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2511 nömrəli Qərarda göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Bundan əlavə İddiaçı MMC tərəfindən 2020-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək vergi orqanına təqdim etdiyi bəyannamələrdə satış yalnız topdan satış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci il fevral ayında topdansatış fəaliyyəti üzrə 94100 manat; mart ayı üzrə 124300 manat; aprel ayı üzrə 72430 manat; may ayı üzrə 135720 manat; iyun ayı üzrə 82430 manat; iyul ayı üzrə 67950 manat; avqust ayı üzrə 119340 manat; sentyabr ayı üzrə 127820 manat; oktyabr ayı üzrə 114210 manat; noyabr ayı üzrə 58160 manat; dekabr ayı üzrə 38660 manat; 2021-ci ilin fevral ayı üzrə 97830 manat; mart ayı üzrə 257500 manat; aprel ayı üzrə 149600 manat; may ayı üzrə 137300 manat; iyun ayı üzrə 128730 manat; iyul ayı üzrə 109260 manat; avqust ayı üzrə 122570 manat satış olduğu göstərilmişdir).

8. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-697/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7730 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

10. İddiaya etirazın dəlillərinə uyğun şəkildə əsaslandırılmış apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarına istinad edilməklə göstərilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********2508, **********2509, **********2511, **********2512, **********2514 və **********2515 nömrəli qərarları ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 005860 nömrəli akt tərtib olunmuş, tərtib olunmuş aktın nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla vergi ödəyicisinə 209.915,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilmə əsasları ilə bağlı bildirilmişdir ki, Baş İdarənin xx.xx.2021-ci il Trixli qərarları ilə MMC-yə məxsus təsərrüfat subyektlərində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. İddiaçı MMC (VÖEN:**********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, MMC tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığı 932.111,00 manat (ƏDV-siz) məbləğində olması qeyd edilmiş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər vergi ödəyicisi tərəfindən 2,555.263,79 manat (ƏDV-siz) dəyərində idxal, NKA-ya mədaxil edilməklə 130.523,28 manat dəyərində malların satışı. Elektron qaimə-faktura tətbiq olunmaqla 2.371,34 manat (ƏDV-siz) dəyərində malların alışı həyata keçirilmiş, lakin elektron qaimə-faktura tətbiq olunmaqla satış (iş, xidmət, mal) əməliyyatları aparılmamışdır. Həmçinin bildirilmişdir ki, keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 1.788.690,5 manat dəyərində mal qalığının (1.771.968,7 manat dəyərində sənədli və 1,6721,8 manat dəyərində sənədsiz mal) olduğu, eləcə də elektron qaimə-faktura təqdim edilməli olduğu halda 1.617.220,17 manat dəyərində malların üzərinə 10% (faiz) ticarət əlavəsi qoyulmaqla və 18% (faiz) ƏDV tətbiq edilməklə 2.099.151,8 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilmişdir. Maliyyə sanksiyasının hesablanma forması: 932.111,00 mal qalığı (2019)+ 2.555.263,79 (idxal)+2371,34(elektron qaimə-faktura tətbiq olunmaqla mal alışı)-1,771.968,73 (sənədli mal qalığı)-130.523,28 (NKA-ya mədaxil edilmiş məbləğ)/1,18 (ƏDV)/1,1(ticarət əlavəsi)=1.617.220,17+10%(ticarət əlavəsi)+18%(ƏDV)=2,099,151,78 Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 005860 nömrəli akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 209.915,18 (2.099.151,80x10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Şikayətdə Vergi Məcəlləsinin 13.2.62, 13.2.63 və 58.13-cü maddələrinə istinad edilməklə göstərilir ki, məhkəmə qəbul etdiyi qərarında ifadə etmişdir ki, “cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi ücün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsini göstərmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Cavabdeh vergi orqanı yalnız ehtimallara əsaslanaraq iddiaçının topdansatış fəaliyyətlə məşğul olması qənaətinə gəlmişdir.’’ Qeyd olunan ifadə ilə bağlı bildirmişdir ki, məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. Öncəliklə bildirilmişdir ki, "xxxx" MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı (29004); Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı (29003); Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı (29001); Sumqayıt şəhəri, Bakı-Quba yolu, maşın bazarı (29005); Sumqayıt şəhəri, sumqayıt stansiyası, yük həyəti (29002); Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, ünvan 5 ünvanlarda yerləşən bütün mallar onlara məxsusdur. Digər yerdə malları, anbarları, saxlanc yerləri yoxdur. Malların üzərində 10% ticarət əlavəsi qoymaqla satış edirlər. MMC-nin iş vaxtı yoxlama zamanı saat 10:00-dan 17:00-dəkdir, ümumilikdə MMC-nin əsas iş vaxtı şənbə və bazar günləridir. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı ünvanında yerləşən anbarının fəaliyyət növü məhz 46901 nömrəli kod altında ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Bundan əlavə İddiaçı MMC tərəfindən 2020-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək vergi orqanına təqdim etdiyi bəyannamələrdə satış yalnız topdan satış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci il fevral ayında topdansatış fəaliyyəti üzrə 94.100,00 manat; mart ayı üzrə 124.300,00 manat; aprel ayı üzrə 72.430,00 manat; may ayı üzrə 135.720,00 manat; iyun ayı üzrə 82.430,00 manat, iyul ayı üzrə 67.950,00 manat, avqust ayı üzrə 119.340,00 manat; sentyabr ayı üzrə 127.820,00 manat; oktyabr ayı üzrə 114.210,00 manat; noyabr ayı üzrə 58.160,00 manat; dekabr ayı üzrə 38.660,00 manat; 2021-ci ilin fevral ayı üzrə 97.830,00 manat; mart ayı üzrə 257.500,00 manat; aprel ayı üzrə 149.600,00 manat; may ayı üzrə 137.300,00 manat; iyun ayı üzrə 128.730,00 manat; iyul ayı üzrə 109.260,00 manat% avqust ayı üzrə 122570,00 manat satış olduğu göstərilmişdir.) Bildirilmişdir ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olduğu halda məhkəmənin “məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməsi” arqumenti ümumiyyətlə anlaşılan deyildir. Həmçinin məhkəmə qərarında hesab etmişdir ki, vergi ödəyicisinin elektron qaimə-faktura göndərmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının rərakəndə satış nöqtəsi kimialıcı-fiziki şəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada sayış həyaa keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Məhkəmənin qeyd edilən mövqeyi tamamilə əsassızdır. Maliyyə sanksiyasının hesablanması ilə bağlı yuxarıda qeyd olunan hesablama formasından görünür ki, NKA-ya mədaxil edilməklə rəsmiləşdirilmiş 130.523,28 manat dəyərində mallar maliyyə sanksiyasının hesablanması zamanı nəzərə alınmışdır. Yəni, vergi orqanı vergi ödəyicisinə NKA-ya mədaxil edilməklə rəsmiləşdirilmiş satış əməliyyatlarına görə maliyyə sanksiyası tətbiq etməmişdir. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində 1.617.220,17 manat dəyərində əskik mal qalığı aşkar olunmuşdur ki, bu malların dəyəri isə heç bir satış sənədlərində aşkar olunmamışdır. Təbii ki, bütün bu mallar topdan qaydada satılmışdır. İş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Məhkəmə və inzibati mübahisənin hər iki tərəfi üçün işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı ünvanında yerləşən təsərrüfat subyektinin (obyektlərinin) fəaliyyəti məhz 46901 nömrəli kod altında ixtisaslaşdırılmamış topdansatış fəaliyyətidir. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Bildirilmişdir ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsaslarda vergi orqanları tərəfindən mənbəyi bəlli məlumatlar (vergi məcəlləsi maddə 50.2.2) qeyd edilmişdir. Həmin Çıxarış İddiaçı MMC-nin rəhbəri X4 tərəfindən imzalanmış və bir nüsxəsi ona təqdim edilmişdir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Yoxlamanın təyin edilməsi üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir və qeyd olunan məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər və vergi ödəyicisi tərəfindən verilmiş hesabatlardır ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmə qərarda bildirmişdir ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmasıdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bildirilmişdir ki, məhkəmənin qeyd edilən mövqeyi tamamilə əsassızdır. Belə ki, operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi anında Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2511 nömrəli qərarda göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarix daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Həmçinin, vergi məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi şəxs məcəllənin tələblərinin pozulmasından 3 il keçmişdirsə məsuliyyətə cəlb edilə bilməz, lakin hazırkı iş üzrə vergi orqanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, şəxsi mülahizələrinə əsasən və gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Şikayət daha sonra onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfin irəli sürdüyü hər hansı bir dəlilini, arqumentini və faktını rədd edərkən həmin dəlilin rədd səbəblərini əsaslandırılmış şəkildə və ona konkret hüquq norması tətbiq etməklə əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə heç bir əsaslandırma aparmadan, bəzən hətta qanunvericilikdə konkret tənzimləmə olduğu halda qanunun tələblərinə zidd anlayış verməklə qəbul etdiyi məhkəmə aktını əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərarının şübhə altına alınması üçün konkret əsaslar yaradır. Həmçinin Məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, “Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilmişdir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hesab edilir ki, işin faktiki halları baxımından Vergi Məcəlləsinin 53.3-cü maddəsinin məhkəmə tərəfindən tətbiqi anlaşılan deyildir. Belə ki, milli və beynəlxalq qanunvericilik inzibati orqanın qəbul etdiyi inzibati akt ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik prezumpsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Avropa Məhkəməsi qəbul etdiyi qərarındakı hüquqi mövqeyə əsasən təsdiq edir ki, fakt və hüquq prezumpsiyası baxımından iddiaçının vergidən yayınma halı birmənalı şəkildə təsdiqini tapır. Hesab edilmişdir ki, cavabdeh yuxarıda qeyd olunan, məhkəməyə təqdim etdiyi dəlillərlə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların kifayət qədər olmasını sübut etmişdir. Beləliklə hesab edilmişdir ki, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə sktının ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iş materiallarında olan sübutları araşdırmamış, cavabdehin dəlilləri üzrə münasibət bildirməmişdir. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Şikayətdə daha sonra Avropa İnsan hüquqları Məhkəməsinin bir sıra işlər üzrə qərarlarına istinad edərək birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması aparılmadığı, Konvensiyasının 6.1 bəndinin tələblərinin pozulduğunu göstərilir. Cavabdeh apellyasiya şikayətini iki arqumentlə əsaslandırmışdır:

11. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazda cavabdehin apellyasiya şikayətinin dəlillərinə, iddia ərizəsinin və iş üzrə qərarın məzmununa istinad edilməklə apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda göstərilir ki, əslində vergi orqanları operativ vergi nəzarəti qaydasında hər hansı halı aşkar etməmişlər, yalnız uçot baza məlumatları əsasında təhlil apararaq nəticədə ona maliyyə sanksiyası tətbiq ediblər. Hər hansı təsərrüfat subyektinin fəaliyyət növünün mexaniki olaraq səhv seçilməsi həmin vergi ödəyicisinin məhz həmin fəaliyyət növü ilə məşğul olması anlamına gəlmir. Vergi orqanının hazırkı yanaşması əsas götürülərsə uçota alınma zamanı fəaliyyət növünü kənd təsərrüfatı mallarının istehsalı seçmiş şəxs həmin malların satışına görə vergidən azad olduğundan ona hər hansı vergi, faiz və maliyyə sanksiyasının yolverilməzliyi qənaətinə gəlinir. Beləliklə uçota alınma texniki məsələdir və uçota alınma zamanı yol verilmiş yalnışlıqlar vergi yoxlaması və operativ vergi nəzarət tədbiri zamanı öz təsdiqini tapmırsa vergi ödəyicisinin ziyanına istifadə oluna bilməz. Əlavə olaraq bildirilmişdir ki, uçota alınma zamanı fəaliyyət növünün yalnız seçilməsi vergi qanunvericiliyi ilə də əhəmiyyətli pozuntu sayılmır və buna görə hər hansı məsuliyyət tədbiri müəyyən edilməmişdir. Göründüyü kimi vergi qanunvericiliyi yalnız təsərrüfat subyektinin uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə maliyyə sanksiyalarının tətbiq edilməsi müəyyən olunmuşdur. Etirazda 2020-ci ilin fevral-2021-ci ilin avqust ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə cəlb olunan dövriyyələrin müvafiq olaraq topdan ticarət qrafasında göstərilməsinə münasibətdə bildirmişdir ki, ilk növbədə yoxlama aktlarından da məlum olduğu kimi, onlara məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarət tədbiri xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək keçirilmişdir. Uçot məlumatlarından da göründüyü kimi vergi ödəyicisi tərəfindən qeyd olunan dövrlər üzrə bəyannamələr (yanvar 2020-dekabr 2020) xx.xx.2021-ci il tarixdə və (yanvar 2021-avqust 2021) xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Yəni yoxlama keçirilən vaxtadək tərəflərindən 2020 və 2021-ci illər üzrə hər hansı ƏDV bəyannaməsi təqdim edilməmişdir. Vergi orqanının istinad etdiyi bəyannamələr məhz nəzarət tədbirini həyata keçirən əməkdaşların təzyiqi və göstərişi ilə nəzarət tədbiri gedişində onların istəklərinə uyğun təqdim edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə tərəflərindən müvafiq dövrlər (fevral 2020-avqust 2021) üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək ƏDV-yə cəlb olunan dövriyyələrin müvafiq olaraq pərakəndə ticarət qrafasında göstərilmiş, həmin bəyannamələr üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlamalar zamanı dövriyyələrin müvafiq olaraq pərakəndə ticarət qrafasında göstərilməsi ilə bağlı hər hansı irad bildirilməmiş və bəyannamələr qəbul edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2511 nömrəli qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki hər hansı əsasa istinad olunmamışdır. Eləcə də, nəzarət tədbirinin əhatə etdiyi dövrlər üzrə hesabatların nəzarət tədbirinin keçirilməsinə başlanmasından sonra təqdim edildiyi nəzərə alındıqda, sözügedən hesabatların təhlil edilərək vergi orqanın operativ vergi nəzarəti tədbiri keçirməsi qənaətinə gəlməsi istisna edilir. Bundan əlavə cavabdeh operativ vergi nəzarəti tədbiri zamanı keçmiş dövrdə aparılmış vergi tutulan əməliyyatlara münasibət bildirilmiş, həmin əməliyyatların həyata keçirilməsi qənaətinə gəlinmişdir. xx.xx.2021-ci il tarixli seriya DVX№005860 nömrəli aktda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Maşın Bazarı ünvanında yerləşən anbardan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə 2099151,78 manat məbləğində malların e-qaimə təqdim edilmədən digər vergi ödəyicilərinə topdan qaydada satıldığı faktı aşkar olunmuşdur. Vergi yoxlaması dedikdə səyyar və kameral vergi yoxlamaları nəzərdə tutulur, hansı ki, həmin yoxlamalara əsasən vergi orqanı vergi ödəyicisinin son 3 illik fəaliyyət dövrünü yoxlamaq hər hansı hüquqpozuntuları aşkar edildikdə yenidən hesablama aparmaq və müəyyən olunmuş vergihüquqpozuntularına görə faiz və maliyyə sanksiyaları hesablamaq hüququna malikdir. Operativ vergi nəzarəti isə nəzarət tədbiri olmaqla VM-nin 50-ci maddəsində qeyd olunan müvafiq sahələr üzrə keçirilir, yoxlama deyildir və nəzarət tədbiri zamanı vergi orqanının hüquqları yalnızca nəzarət tədbiri ilə əhatə olunan sahə üzrə və nəzarət tədbirin keçirildiyi dövrdə aşkar edilmiş hüquqpozuntularının rəsmiləşdirilməsi və buna görə maliyyə sanksiyasının tətbiq edilməsi ilə şərtləndirilmişdir. Lakin cavabdeh təşkilat qeyd olunan normaların əksinə olaraq hazırkı iş üzrə keçirilmiş operativ vergi nəzarət tədbiri çərçivəsində vergi örəyicisinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə aparılmış vergi tutulan əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanı keçirilmiş vergi nəzarəti tədbiri nəticəsində onun eqaimə təqdim etmədən 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən topdansatış qaydasında satılması faktının müəyyən edilməsi qənaətinə gəlsə də, bu fakt iş materialları ilə təsdiq edilmir. Beləliklə malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.

Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

18. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir.

19. Cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********2511 nömrəli qərarına əsasən, iddiaçının Sumqayıt şəhəri, Bakı-Rpstov şossesi, Sumqayıt maşın bazarında yerləşən anbarda (**********-29001) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) qeyd olunmuşdur.

20. İddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində ümumi dəyəri 209915,18 manat məbləğində malların iddiaçı tərəfindən elektron-qaimə faktura tərtib edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir. Keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən DVX005860 nömrəli, xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7730 nörməli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 209915,18 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

22. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

23. Kollegiya qeyd edir ki, iddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür.Lakin iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin nəticəsi haqqında aktda 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən həqiqətən də iddiaçı tərəfindən təqdim edilməsini hansı qaydada müəyyən etdiyini göstərməmiş, sadəcə olaraq GB əsasında idxal olunmuş və e-qaimə ilə alınmış mallardan 1617220,17 manat dəyərində olan malların üzərinə ticarət əlavəsi və ƏDV tətbiq etməklə 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən topdansatış qaydasında satılması faktının aşkar olunduğu göstərilmişdir.

24. Vergi Məcəlləsinin yuxarıda istinad edilən normalarının və vergitutmanın ümumi prinsipləri baxımından malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaiməfaktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaiməfaktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.

25. Halbuki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Apellyasiya şikayətinin topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışının qadağan edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yoxlama apaeılan obyekt “anbar” kimi qeyd olunsa da (fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış) iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan başqa, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir.

27. Apellyasiya şikayətinin iddiaçının 2020-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək vergi orqanına təqdim etdiyi bəyannamələrdə satışın yalnız topdan satış fəaliyyəti üzrə göstərilməsi barədə dəlillərinə gəldikdə isə kollegiya qeyd edilən dəlillərlə bağlı iddiaçının nümayəndəsinin etierazının dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrinin surətlərindən, habelə apellyasiya baxışı zamanı təqdim edilmiş iddiaçının şəxsi hesab vərəqindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən həmin dövrlər (fevral 2020-avqust 2021) üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək ƏDV-yə cəlb olunan dövriyyələrin müvafiq olaraq pərakəndə ticarət qrafasında göstərilmişdir.

28. Kollegiya eyni zamanda apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən operativ vergi nəzarətinin mahiyyətini ona xələl gətirəcək şəkildə təhrif və məhdudlaşdırıcı təfsir edilməsi barədə dəlilləri ilə bağlı oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə (2-1(102)-1490/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar) istinadən qeyd edir ki, hazırkı işdə də, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Bununla da, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi nəzarətinin mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Belə ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7730 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan birinci instansiya məhkəməsinin qeyd edilən qərarın ləğv edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-697/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar