Məhkəmə qərarları › İş №2-1(105)-559/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-559/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-559/2025 30.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2870/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı mənzil uçotunun Biləsuvar rayonundan Abşeron rayonuna köçürülməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2870/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzil uçotunun Biləsuvar rayonundan Abşeron rayonuna köçürülməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək bildirdi ki, o, xx.xx.2019-cu il tarixdə X1 ilə rəsmi nikah bağlayaraq evlənmişdir. Əri hərbçi olduğuna görə Ağcabədi rayonunda yaşamışlar. X1 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Bundan sonra Biləsuvar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 72 saylı sərəncamı ilə o, şəhid ailə üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüşdür. Sonra isə Bakı şəhərinə gəlmiş, bir müddət Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində kirayədə yaşamışdır. Daha sonra kirayə haqqını ödəyə bilmədiyi üçün 2021-ci ildən ünvan 1 ünvanda bacısının evində yaşamağa başlamışdır. Həmin ev özbaşına tikili olduğu üçün oraya qeydiyyata düşə bilməmiş, formal olaraq qohumlarına məxsus olan ünvan 2 ünvana qeydiyyata alınmışdır. O, hazırda da bacısının evində yaşayır və Səbail rayonu 20-ci sahədə yerləşən MKİS-də işləyir. Əvvəllər qeydiyyatda olduğu Biləsuvar rayonu Bəydili kəndi Füzuli küçəsindəki 28 nömrəli ev onun valideynlərinə məxsusdur. Hazırda faktiki yaşadığı ünvan 1 ünvan üzrə Şəhid ailəsi kimi mənzil növbəsinin Biləsuvar rayonundan Səbail rayonuna köçürülməsi üçün Səbail rayon İcra Hakimiyyətinə müraciət etmək istəyir. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılması xahiş edir və məhkəmə iddia ərizəsinin geri götürülməsinə dair xx.xx.2025-ci il tarixli ərizə təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatanı dinləyib, iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbindən imtina etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından - iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “İddiaçı mənzil uçotunun Biləsuvar rayonundan Abşeron rayonuna köçürülməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair 2-1(105)- 559/2025 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar