Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-56/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Qafari Səyyad Ağaəli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı1 oğlunun, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(085)- 2901/2018 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onun 57 yaşı tamam olduğu tarixdən, yəni xx xxxxxx 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ciil tarixli qərarı ilə (hakim İ.Quliyev) iddianın qismən təmin edilməsi, İddiaçı1 oğluna xx xxxxxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Z.Məmmədov, hakimlər N.Nəsibov və H.Babayevadan ibarət tərkibdə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ciil tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin müdiri İlkin İbrahimov tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qanunun tələblərinə zidd qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı1 oğlu apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, Abşeron rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2018-ci il tarixli 2(012)-2848/2018 saylı qətnaməsi ilə xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiya” Trestinin 12 nömrəli X6 fəhlə və xx.xx.1973cü il tarixdən 1999-cu il tarixədək Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçı işləməsi faktı təsdiq edilmişdir. Güzətli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Cavabdeh1nə müraciət etmiş, lakin bundan imtina edilmişdir. İş stajı barədə nə əmək kitabçası, nə də arxiv arayışı təqdim edə bilməmişdir. Vaxtı ilə işlədiyi idarələr ləğv olunmuş, idarə binaları isə özəlləşdirilib satılmışdır. Dəfələrlə əmək kitabçasının verilməsinə görə müraciət etsə də, əmək kitabçasını əldə edə bilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiya” Trestinin 12 №-li X13 və Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı fılialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində mənzil növbəsinə dayanmış, həmin idarədən ona xx xxxx 1986-cı il tarixdə mənzil verilmişdir. Həmin mənzilin təmiri üçün işlədiyi idarədən inşaat materialları almışdır. Həmin idarələrdə işləməsini sübut edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün həmin idarələrdə işləməsini sübut edən dəlilləri məhkəməyə təqdim etmiş, Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-2848/2018 saylı qətnaməsi ilə sadaladığı idarələrdə iş stajına malik olma faktı təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24 il əmək şəraiti zərərli olan işlərdə işləmiş, 27 il ümumi iş stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında” XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nın güzəştli şərtlərlə pensiya hüququ var. Sonda İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2901/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən X10 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən şahid X3 ifadəsində bildirdi ki, onun 72 yaşı var və Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində 1986-cı il tarixdə elektrik kimi işə düzəlmişdir. O, işə gələndə İddiaçı2 artıq orada qaynaqçı işləyirdi. İddiaçı ilə dəfələrlə olan söhbət zamanı aydın olmuşdur ki, o, Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində 8-9 ildən artıqdır ki, işləyir. O, həmin idarədən 1991-ci ildə işdən çıxsa da, Baloğlan isə həmin idarədə hələ işləməyə davam edirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən şahid X5 ifadəsində bildirdi ki, o, Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində 1983-cü il tarixdən sürücü kimi işə düzəlmişdir. O, işə gələndə İddiaçı2 artıq orada qaynaqçı vəzifəsində çalışırdı. İddiaçı ilə dəfələrlə olan söhbət zamanı ona aydın olmuşdur ki, o, Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində artıq xeyli müddətdir ki, işləyir. O, həmin idarədən 1999-cu ildə işdən çıxmışdır. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(085)-2901/2018 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı1 oğlu xx xxxxxx 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx xxxx 2018-ci il tarixli, 5/386 saylı məktubuna əsasən ləğv olunmuş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiyası” Trestinin 12 nömrəli X8 və Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir- Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2018-ci il tarixli 2(012)-2848/2018 saylı qətnaməsi ilə İddiaçı1 oğlunun xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiyası” Trestinin 12 nömrəli X6 fəhlə və xx.xx.1973-cü il tarixdən 1999-cü il tarixədək Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçı işləməsi faktı təsdiq edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın xx.xx.2018-ci il tarixli 20/5588 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışın olmaması göstərilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qüvvədə olan Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının yuxarıda qeyd edilən idarələrdə müvafiq iş stajına malik olması faktının təsdiqlənməsinə; onun xx.xx.1973-cü il tarixdən 1999-cü il tarixədək Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində işlədiyi elektrik qaynaqçısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isthsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında” XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmasına əsaslanmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmış, cavabdeh təşkilat həmin qərarı kassasiya qaydasında mübahisələndirmiş, kassasiya instansiya məhkəməsinin qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərarda işə yenidən baxılarkən iddiaçının pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməsi və zəruri olan müddəaların tətbiq edilməsi göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışın olmamasını səbəb gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etməsi qanunauyğun deyil. Aydın məsələdir ki, iddiaçının vaxtı ilə işlədiyi idarələrin halhazırda fəaliyyət göstərməməsi səbəbindən inzibati orqanın iddia etdiyi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışın təqdim edilməsi mümkünsüzdür. Hətta, həmin idarələr fəaliyyət göstərsəydi belə onlar tərəfindən verilən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışın təqdim edilməsi (və ya təqdim edilməməsi) birmənalı şəkildə həqiqətən də vətəndaşın işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə (peşə) olub-olmaması anlamına gəlmir. Qanuni qüvvəyə minmiş Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 oğlunun xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiyası” Trestinin 12 nömrəli X6 fəhlə və xx.xx.1973-cü il tarixdən 1999-cü il tarixədək Azərbaycan SSR Meşəağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçı işləməsi faktı təsdiq edilmişdir. Qeyd olunan hal iş üzrə şahid qismində dindirilmiş Ramazan Qarayevin və Tarix Qurbanovun ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında” XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”nın güzəştli şərtlərlə pensiya hüququ var. Qeyd edilən vəzifə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə (peşə) kimi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Əvvəllər qüvvədə olmuş qanunvericiliklə" müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən (xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanuna xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunan iş stajına əsasən iddiaçının pensiya hüququ 57 yaşının tamam olduğu xx xxxxxx 2012-ci il tarixdə yaranmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-2901/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsininapelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(085)- 2901/2018 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-56/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-56/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver