Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-560/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-1(118)-1925/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 0223086 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı FHN-nin 31 may 2006-cı il tarixli, 049/Ş nömrəli əmrilə Azərbaycan Respublikası Cavabdeh sərəncamına qəbul edilmiş, 20 may 2024-cü il tarixli, 1210/Ş nömrəli əmri ilə “öz arzusu ilə” xidmətkeçməsinə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı xidməti fəaliyyəti dövründə çoxsaylı nöqsanlara yol vermişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə iddiaçıya Nazirliyin X13 Xidmətinin 2 dekabr 2020-ci il tarixli, 0190/ş nömrəli və 26 iyul 2021-ci il tarixli 0063/ş nömrəli əmrləri ilə “xəbərdarlıq” elan edilmişdir. Eyni zamanda, 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən cavabdeh orqana iddiaçı barəsində “Təqdimat” daxil olmuşdur. Daxil olmuş Təqdimatda iddiaçının yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətlə əlaqədar vəzifəsindən irəli gələn öhdəliklərinin icrası zamanı Qusar rayon sakinləri ilə münasibətdə bir sıra qanunsuz tələblər etdiyi, obyektlərdə qanunsuz yoxlamalar keçirtdiyi, onlardan müxtəlif məbləğlərdə maddi nemətlər tələb etdiyi, tələb etdiklərini almadıqda isə sahibkarları və dövlət müəssisələrini əsassız olaraq cərimələdiyi halların rayon ərazisində kütləvi narazılığa səbəb olduğu bildirilmişdir. Qeyd edilən hallar cavabdeh orqan tərəfindən araşdırılmış və iddiaçıya xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Nazirliyin X13 Xidmətinin 9 fevral 2024-cü il tarixli, 0013/ş nömrəli əmri ilə “töhmət” verilmişdir. Azərbaycan Respublikasının Cavabdeh 29 may 2024-cü il tarixli, 3-18/2-N-1868/3- 42/2024 nömrəli və 3-18/2-N-42xx-xx/2024 nömrəli məktublarından görünür ki, Cavabdeh əmri ilə Nazirliyin X13 Xidmətinin Şimal regional X13 idarəsinin, X13 şöbəsinin sabiq böyük inspektor daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İddiaçı daha sonra cavabdehə müraciət edərək, 29 may 2024-cü il tarixli, 3-18/2-N- 1868/3-42/2024 nömrəli və 3-18/2-N-42xx-xx/2024 nömrəli əmrin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 20 may 2024-cü il tarixli, 1210/Ş saylı əmrinin ləğv edilməsi, İddiaçı Şimal Regional X13 İdarəsinin X13 şöbəsinin böyük inspektor vəzifəsinə xidmətkeçməyə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən yanğından mühafizə orqanlarında xidmət etmişdir. 2017-ci ilin fevral ayından Şimal Regional X13 İdarəsinin X13 şöbəsinin böyük inspektor vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı və nümunəvi işçi kimi göstərmiş və üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Xidməti iş fəaliyyəti zamanı yaranmış kritik vəziyyətlərdə həyatını təhlükə altına atıb insanların həyatını xilas edərək göstərdiyi fədakar və cəsarətli fəaliyyətinə görə X10 tərəfindən “Xidmətə görə” və “X6 nümunəvi əməkdaşı” döş nişanları, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir. Lakin onun fəaliyyətinə DYNX-nin Şimal Regional DYNİ-də idarənin rəhbərliyi tərəfindən qəsdən maneələr yaradılmışdır və ona qarşı bir çox təzyiq və haqsızlıqlar edilmişdir. İddiaçının məruz qaldığı haqsızlıqlar iddia ərizəsinə əlavə edilmiş FHN-nə ünvanlanmış məktublarda ətraflı şəkildə göstərilmişdir. İddiaçı məruz qaldığı təzyiq və haqsızlıqlarla bağlı Şimal Regional DYNİ-nin rəisinə FHN naziri Kəmaləddin Heydərovun qəbuluna getmək üçün 3 may 2024-cü il tarixli, X13 Xidmətinin rəisi general mayor Aqşin Kazımovun qəbuluna getmək üçün 9 may 2024-cü il tarixli təqrirlər ünvanlasa da, ona bu icazələr verilməmişdir. İddiaçının Şimal Regional DYNİ rəhbərliyinin qanunsuz fəaliyyətlərindən verdiyi şikayətlər nəticəsində rəhbərlik tərəfindən çağırılaraq işdən çıxma barədə ərizəyə imza etməsi tələb edilmiş və belə bir ərizə yazmadığı halda, onu xidməti fəaliyyətinə xələl gətirilməsi əsası ilə işdən azad ediləcəyi bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında və böyük təzyiq altından illərlə nümunəvi işçi olduğu halda, xidməti fəaliyyətinə xələl gəlməməsi üçün 10 may 2024cü il tarixdə xidmətkeçmə fəaliyyətinə xitam verilməsi barədə ərizə yazmışdır. Lakin iddiaçı 10 may 2024-cü il tarixdə işdən çıxarılma barədə ərizəni yazdıqdan sonra 12 may 2024-cü il, 14 may 2024-cü il, 15 may 2024-cü il və 17 may 2024-cü il tarixdə cavabdehə teleqram və məktublar göndərərək, işdən çıxarılma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o işdən çıxmaq istəmir və işdən çıxarılma barədə ərizəsini təzyiq altında yazmışdır. İddiaçının qeyd edilən ərizələrinə baxmayaraq, FHN 20 may 2024cü il tarixli, 1210/Ş saylı əmri ilə iddiaçını Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xidmətkeçməsinə xitam verilmişdir. İddiaçının öz arzusu ilə xidmətkeçmədən azad edilməsi barədə ərizələrinin etibarsız sayılması ilə bağlı müraciətlərinə FHN-nin 29 may 2024-cü il tarixli, 3-18/2-N-1868/342/2024 və 3-18/2-N-42xx-xx/2024 saylı məktubları FHN tərəfindən heç bir araşdırma aparmayaraq, iddiaçıya sadəcə cavab vermişdir ki, o, öz xahişi ilə işdən azad edilmişdir. Hesab edilir ki, iddiaçının işdən azad edilməsi əsassız olduğundan, FHN-nin 20 may 2024-cü il tarixli, 1210/Ş saylı əmri ləğv edilməli və iddiaçı xidmətkeçməyə bərpa edilməklə, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçının teleqramlardan görünür ki, ona təzyiq altında, hədə-qorxu gələrək yazdırdıqları işdənçıxma ərizəsindən dərhal sonra 12 may 2024-cü il, 14may 2024-cü il, 15may 2024-cü il və 17 may 2024-cü il tarixədə iddiaçı cavabdehə 4 teleqram və məktub göndərərək işdən azad olunması barədə 10 may 2024-cü il tarixli ərizəsini təzyiq altında yazdığını, onu geri götürməsini, işə davam etməsini bildirmiş və bu teleqramlar, məktublar cavabdehə çatdırılmışdır. Lakin cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, onlar üzrə araşdırma aparmayaraq 20 may 2024-cü il tarixdə iddiaçının xidmətkeçməsinə öz xahişinə istinad edərək xitam vermişdir. Daha sonra cavabdehin iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 29 may 2024-cü il tarixli, 318/2-N-1868/3-42/2024 və 3-18/2-N-42xxxx/2024 saylı məktubları heç bir araşdırılma aparılmadan sadəcə olaraq iddiaçıya ona öz xahişi ilə işdən azad edildiyi bildirilmişdir. Cavabdeh əsassız olaraq iddiaçının işdən azad olunması barədə cavabdehə 10 may 2024cü il tarixli işdən çıxma barədə ərizəsinin geri götürülməsi barədə yazılı məktubları, teleqramları ilə bağlı hər hansı araşdırma aparmamış, iddiaçıya işlədiyi vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir Cavabdeh iddia ərizəsinə yazılı etirazında tərəfindən təqdim edilən sənədlərə istinad etmiş, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Cavabdeh X13 Xidmətinin 2 dekabr 2020-ci il tarixli, 0190/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Şimal regional X13 idarəsinin X13 şöbəsinin böyük inspektoru, daxili xidmət mayor İddiaçı “Xəbərdarlıq” elan edilmişdir. Azərbaycan Respublikası Cavabdeh X13 Xidmətinin 26 iyul 2021-ci il tarixli, 0063/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə Şimal regional X13 idarəsinin X13 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı “Xəbərdarlıq” elan edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin 16 yanvar 2024-cü il tarixli, 2-2-02/04/2-001927/2024 nömrəli təqdimatından görünür ki, Qusar rayon sakinləri Vəkilov Zakim Balaca oğlu, X3, X1, Qusar rayon Hil kənd körpələr evinin müdiri X2, Qusar RMX-nın məntəqə müdiri X7 və rayon ərazisində fəaliyyət göstərən çox sayda digər dövlət müəssisə və iaşə obyektlərinin rəhbərlərinin Azərbaycan Respublikası Cavabdeh X13 Şimal X9 idarəsinin inspektoru İddiaçı barəsində müraciətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Toplanmış materiallardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh X13 Şimal X9 İdarəsinin inspektoru İddiaçı yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətlə əlaqədar vəzifəsindən irəli gələn öhdəliklərinin icrası zamanı Qusar rayon sakinləri Vəkilov Zakim Balaca oğlu, X3, X1 və digərləri ilə münasibətdə bir sıra qanunsuz tələblər etmiş, obyektlərdə qanunsuz yoxlamalar keçirmiş, onlardan müxtəlif məbləğlərdə maddi nemətlər tələb edərək almış, tələb etdiyi nemətləri almadıqda isə sahibkarları və dövlət müəssisələrinin rəhbərlərini əsassız olaraq cərimələmiş və qeyd olunan əməllər rayon ərazisində kütləvi narazılığa səbəb olmuşdur. Beləliklə, araşdırmanın nəticələri göstərmişdir ki, Azərbaycan Respublikası Cavabdeh X13 Şimal X9 İdarəsinin inspektoru İddiaçı yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət prosesində yol verdiyi qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təsirli tədbirlər görülməli və nəticələri barədə Azərbaycan Repsublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməlidir. Təqdimatda qeyd olunan cinayətin törədilməsinə şərait yarada bilən halların aradan qaldırılması üçün Azərbaycan Respublikası Cavabdeh X13 Şimal X9 İdarəsinin əməkdaşlarının iclasında müzakirə edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CavabdehNazirliyi X13 Xidməti Şimal Regional X13 İdarəsinin iclasının 5 fevral 2024-cü il tarixli, 02 nömrəli protokolu. Azərbaycan Respublikası Cavabdeh X13 Xidmətinin 9 fevral 2024-cü il tarixli, 0013/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Xidmətin Şimal regional X13 idarəsinin X13 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı “Töhmət” elan edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 20 may 2024-cü il tarixli, 1210/ş nömrəli əmrindən görünür ki, Nazirliyin X13 Xidmətinin Şimal regional X13 idarəsinin X13 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əsas İddiaçı təqriri olaraq qeyd edilmişdir. 10 may 2024-cü il tarixli İddiaçı təqririndən görünür ki, Fövqəladə Hallar orqanlarında xidmət keçməyinə xitam verilməsi xahiş edilmişdir. 30 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqıda” qərardad görünür ki, İddiaçı barəsində toplanmış material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qusar Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 3(029)-14/2025 nömrəli qərarından görünür ki, Qusar rayon Polis Şöbəsinin İTB-nin İddiaçı barəsində qəbul etdiyi 12 dekabr 2024-cü il tarixli, EPQ ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nin İTB-yə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-1(118)-1925/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim: Aynur Axundova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, araşdırma zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları ilə sözügedən əmrin verilməsinə əsas olan iddiaçının təqriri nəticəsində öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi müəyyən edilir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ilk növbədə qeyd edilməlidir ki, İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsini iddia ərizəsində qeyd etmiş və işdən qanunsuzçıxarıldığı bildirmişdir. Məsələ burasındadır ki, İddiaçı 10 may 2024-cü il tarixdə işdən çıxarılma barədə ərizə (təzyiq akltında) yazmış olsa da, bundan dərhal sonra 12 may 2024-ci il, 14 may 2024-cü il, 15 may 2024-cü il vǝ 17 may 2024-cü il tarixdə Cavabdehǝ (rəhbərliyə) teleqram və məktublar göndərərək, işdən çıxarılma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, Cavabdeh bu müraciətlərə məhəl qoymamış və qanunsuz olaraq 20 may 2024-cü il tarixli 1210/Ş saylı əmri ilə İddiaçını Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Qanunun 33.1.1-ci maddəsini əsas tutaraq “öz arzusu ilə” xidmətkeçməsinə xitam vermişdir. Qeyd etmək istərdik ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Hazırkı vəziyyətdə İddiaçı işdən çıxma barədə ərizəsində konkret müddət göstərmədiyindən Cavabdehin xəbərdarlıq müddətinə əməl etmədən onu işdən çıxarması qanunsuzluq, xəbərdarlıq müddətində ərizənin etibarsız hesab edilməsi barədə iradə ifadəsinin nəzərə alınmaması isə faktiki olaraq özbaşınalıqdır. İş materiallarında olan sənədlərdən də görünür ki, cavabdehin İddiaçının barəsində fəaliyyətinə xitamvermə barədə əmr xəbərdarlıq müddəti bitmədən verilmişdir. İddiaçının teleqramlardan görünür ki, işdənçıxma ərizəsindən dərhal sonra 12 may 2024-cü il, 14 may 2024-cü il, 15 may 2024cü il vǝ 17 may 2024-cü il tarixədək iddiaçı cavabdehǝ 4 teleqram və məktub göndərərək işdən azad olunması barədə 10 may 2024-cü il tarixli ərizəsini təzyiq altında yazdığını, onun iradə ifadəsini əks etdirmədiyini, onu geri götürməsini, işə davam etmək istəməsini bildirmişdir. Bu telqramlar və məktublar cavabdehə çatdırılmış, lakin cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, İddiaçının müraciətlərinə cavab olaraq 29 may 2024-cü il tarixli 3-18/2-N-1868/3-42/2024 vǝ 3-18/2-N-42xx-xx/2024 saylı məktubları göndərmişdir. Hətta məsələ o yerə çatmışdır ki, İddiaçı Cavabdehin 20 may 2024-cü il tarixli, 1210/Ş saylı qanunsuz əmri ilə işdən azad olunan zaman ona əmrin surətini verməyə belə lüzum görülməmişdir. Halbuki, bu hal da özlüyündə qanunvericiliyin daha bir tələbinin kobud şəkildə pozulmasıdir. Belə ki, Əmək Məcəlləsinin 83.2-cimaddəsinə əsasən, işçi işdən azad edilən gün ona işdən çıxarılmaa barədə əmrin surəti verilməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin açıq aydın tələblərinin Cavabdeh tərəfindən pozulması faktını kənara qoyaraq, İddiaçının iddia ərizəsində 10 may 2024-cü il tarixdə yazdığı ərizənin təzyiq altında yazılmasını təsdiq edən sənədləri təqdim etmədiyini bildirmiş və bununla da guya tələbin əsassız olduğunu əsaslandırmağa çalışmışdır. Bu hal nəinki qəbuledilməz, eyni zamanda ağlabatan deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən (Əmək Məcəlləsinin 69-cü maddəsi), işdənçıxma barədə ərizə vermiş şəxs, ərizəsində konkret müddət göstəribsə həmin göstərilən müddətədək, konkret müddət göstərməyibsə bir aylıq xəbərdarlıq müddətində ərizənin geri götürülməsi ilə bağlı yeni ərizə yaza bilər. Bu halda münasibətlərə xitam verilə bilməz. Bu ərizənin qəbul edilə bilməməsinin yeganə əsası həmin vəzifəyə başqa şəxsin götürülməsi və bu barədə iddiaçıya qabaqcada məlumat verilməsidir ki, hazırkı işdə belə bir hal mövcud deyildir. Göründüyü kimi qanunvericliklə iddiaçının ərizənin geri götürülməsi barədə yeni ərizə yazması və bu halda əvvəlki ərizənin yazılma əsası və onun əsaslandırılması heç bir halda şərtləndirilməmişdir. Yəni digər bir ifadə ilə qanunvericilik işdənçıxma barədə yazılan ərizənin hansı şəraitdə yazılmasından asılı olmayaraq geri götürmə barədə yeni ərizə yazmasını hüquq kimi müəyyən etmişdir. Hazırkı şəraitdə təzyiq altında ərizə yazmağa məcbur qalmış İddiaçı sərbəst şəkildə ərizə yazsa idi belə qanunvericilik ona ərizəsini geri götürmək üçün imkan yaratmış və onun yeni ərizə yazması halını əmək münasibətlərinə xitam verilməsini qadağan edən norma kimi müəyyən etmişdir. Belə olan vəziyyət məhkəmə diqqət etməli olduğu normanın tələblərini bir kənara qoyaraq, işin mahiyyətini birbaşa həlletməyən ilkin ərizənin yazılma şəraitini müəyyən edən sənədlərin təqdim edilməməsiniəsas gətirmiş və bununla da İddianın guya əsassız olduğunu qeyd etmişdir. Ümumiyyətlə məhkəmə öz mübahisəli qərarında İddiaçının istinad etdiyi maddi hüquq normalarına ümumiyyətlə toxunmamış, heç bir münasibət bildirməmişdir. Hesab edirik ki, məhkəmə öz qərarını konkret maddi normalara, işin faktiki hallarına əsasən deyil, formalmülahizələrə əsaslanmaqla qəbuletmişdir ki, bu da İddiaçının haqlı olaraq əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Belə olan halda məhkəmənin mübahisəli qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçı barədə cavabdeh tərəfindən daha əvvəl qəbul edilmiş qərarları sadalamaqla sanki onu mənfi xarakterizə edən bir əməkdaş kimi göstərməyə çalışmışdır. Həmin bu məlumatların qərarın 33, 34 və 35 bəndlərində göstərilməsi bu deyilən fikirləri bir daha təsdiq edir. Belə ki, məhz bu sadalanan bəndlər “Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi” bölməsinin içərisindədir. Məlumatların bu bölmədə yerləşdirilməsi hesab edir ki, heç də təsadüfi xarakter daşımır əks halda bu məlumatlar məhkəmənin verdiyi sorğular bölməsində də yerləşdirilə bilərdi. Görünür məhkəmə məhz cavabdehin mövqeyindən çıxış edərək məqsədli şəkildə bu məlumatları məhz bu bölmədə yerləşdirmişdir. Digər tərəfdən hesab edir ki, məhkəmənin əsaslı iddianın yuxarıda qeyd edilən əsassız arqumentdən (ərizənin təzyiq altında yazılmasını təsdiq edən sənədlər əlavə edilməmişdir) başqa bir “əsası” olmadığından bu məlumatları qeyd etməklə iddianın əsassız olduğuna inandırmağa çalışmışdır ki, bu cəhd də uğursuz olmuşdur. Halbuki işçini xarakterizə edən müsbət hallar kifayət qədərdir və bununla bağlı məlumat İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmişdir. Heç də təsadüfi deyildir ki, iddiaçı xidməti iş fəaliyyəti zamanı yaranmış kritik vəziyyətlərdə həyatını təhlükə altına atıb insanların həyatını xilas edərək göstərdiyi fədakar və cəsarətli fəaliyyətinə görə X10 tərəfindən “Xidmətə görə” və “X6 nümunəvi əməkdaşı” döş nişanları, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”, Azərbaycan QızılAypara Cəmiyyətinin sədri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir. Bütünü bu göstərilənlər məhz onu müsbət xarakterizə edən hallardır ki, məhkəmə qərarında bununla bağlı bir dənə də olsun cümlə yoxdur. Təbii ki, iş gedən yerdə nöqsan da ola bilər və buna görə də cavabdeh tərəfindən tədbir görülmüşdür. Lakin, tədbir görülməsi heç də cavabdehə qanunsuz olaraq iddiaçını işdən çıxarmaq üçün əsas vermir və əsas verə də bilməz. Məhkəmənin bu halı sanki, cavabdehin qanunsuz hərəkətlərini haqlı kimi göstərmək istəyi kimi görünür və hal heç bir halda qəbul edilə bilməz. Məhkəmə tərəfindən bu kimi yanaşmaların olması yalnız məhkəmə hakimiyyətinə kölgə sala bilər ki, hesab edirik ki, buna yolverilməməlidir. Cavabdehin qərəzli şəkildə iddiaçını işdən çıxarması həm xəbərdarlıq müddətinə məhəl qoymamasında, ilkin ərizə yazılan vaxtdan işdə olmasına baxmayaraq iddiaçıdan xidməti vəsiqənin alınmasında, habelə iddiaçının təhvil-təslim olmadan işdən uzaqlaşdırılmasında özünü göstərir. Belə ki, tələsikə düşmüş cavabdeh özünə aid xidməti protokolları belə iddiaçıdan təhvil almağa lüzum görməmişdir. Halbuki normal təhvil-təslim olması halında nömrələnmiş protokollar təhvil alınmalı idi. Burdan da məqsəd açıq aydın görünür ki, nə yolla olur olsun, İddiaçını işdən çıxarmaqdır. Hətta sonda hazırkı qanunsuzluq olsa belə cavabdeh bu istəyinə bu gün nail olmuş, birinci instansiya məhkəməsi də cavabdehin bu “qanunsuzluq qatarına” yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş edərək əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Cavabdehnə ünvanlanmış teleqram xx.xx.2024-cü il tarixdə vurulmuşdur ki, həmin tarix həftənin cümə günü olmaqla həftənin sonuncu iş gününə təsadüf etmiş, ondan sonrakı iki gün yəni 18-19-u isə qeyri iş günləri olmuş və teleqram növbəti iş günü, həftənin bazar ertəsi, yəni xx.xx.2024-cü il tarixdə daxil olmuşdur ki, elə həmin gün müvafiq əmr verilmişdir. O da nəzərə alınmalıdır ki, daxil olan sənədlər, eləcə də ərizə və şikayətlər ilkin olaraq qəbul şöbəsinə, daha sonra sənədlərlə iş şöbəsinə daxil olur, oradan isə aidiyyəti nəzarət üzrə (kurator) nazir müavinin poçtuna qoyulur. Daha sonra isə icrasının təmin edilməsi üçün dərkənar qoyulmaqla aidiyyəti idarə rəislərinə yönəldilir ki, bu da bir neçə mərhələdən keçdiyi üçün zaman alır. Məhkəməyə təqdim edilmiş teleqramın surətində də görünür ki, teleqramın üzərində imza edilməklə ikidən cox dərkənarlar qoyulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu Maddə 2. Qanunun tətbiq dairəsi 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə 3. Qanunun tətbiq sahəsi Bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Maddə 33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 60. İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı 10 may 2024-cü il tarixli ərizə ilə Cavabdeh rəhbərliyinə öz arzusunu bildirərək xidmət keçməsinə xitam verilməsini xahiş etmiş, özünü sağlam hiss etdiyini və xüsusi həkim ekspert komissiyasından keçməsinə zərurət olmadığını bildirmişdir. Müraciəti nəzərə alınaraq, iddiaçının 1210/ş nömrəli 20 may 2024-cü il tarixli əmrə əsasən öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirir və əlavə olaraq məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi sözügedən əmrin verilməsinə əsas olan iddiaçının təqriri nəticəsində öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi qənaətinə gəlmiş və bu baxımdan, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk öncə nəzərə alınmalıdır ki, iddiaçının 10 may 2024-cü il tarixli ərizə ilə Cavabdeh rəhbərliyinə öz arzusunu bildirərək xidmət keçməsinə xitam verilməsini xahiş etməsi işin mübahisəsiz halıdır. İşin bir digər mübahisəsiz halı isə iddiaçının müraciətinin nəzərə alınmaqla onun 1210/ş nömrəli 20 may 2024-cü il tarixli əmrə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İşin mübahisəli halı, yəni məhkəmə üçün araşdırılmalı əsas məqam İddiaçı adından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cavabdehnə ünvanlanan AZ3800/********** №-li teleqramın (göndərən Qusar MPŞ) tərəfinizdən hansı tarixdə qəbul edilməsi ilə bağlı olmuşdur ki, bunula bağlı cavabdehə məhkəmə tərəfindən sorğu ünvanlanmışdır. Cavabdehin 01 iyul 2025 tarixli, 3-18/2-2598/2025 saylı cavab məktubu, həmçinin həmin məktuba əlavə edilmiş teleqram (üzərində daxil olma tarixi vardır) ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı adından 17 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cavabdehnə ünvanlanmış AZ3800/********** nömrəli teleqram 20 may 2024-cü il tarixdə Nazirliyə daxil olmuşdur. Cavabdeh tərəfin də mövqeyinə görə iddiaçının teleqramı artıq daxil olana kimi, artıq eyni tarixdə müvafiq əmr qəbul edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Cavabdehnə ünvanlanmış teleqram xx.xx.2024-cü il tarixdə vurulmuşdur ki, həmin tarix həftənin cümə günü olmaqla həftənin sonuncu iş gününə təsadüf etmiş, ondan sonrakı iki gün yəni 18-19-u isə qeyri iş günləri olmuş və teleqram növbəti iş günü, həftənin bazar ertəsi, yəni xx.xx.2024-cü il tarixdə daxil olmuşdur ki, elə həmin gün müvafiq əmr verilmişdir. O da nəzərə alınmalıdır ki, daxil olan sənədlər, eləcə də ərizə və şikayətlər ilkin olaraq qəbul şöbəsinə, daha sonra sənədlərlə iş şöbəsinə daxil olur, oradan isə aidiyyəti nəzarət üzrə (kurator) nazir müavinin poçtuna qoyulur. Daha sonra isə icrasının təmin edilməsi üçün dərkənar qoyulmaqla aidiyyəti idarə rəislərinə yönəldilir ki, bu da bir neçə mərhələdən keçdiyi üçün zaman alır. Məhkəməyə təqdim edilmiş teleqramın surətində də görünür ki, teleqramın üzərində imza edilməklə ikidən cox dərkənarlar qoyulmuşdur. İddiaçı daha sonra məktublarında, ərizələrində, apellyasiya şikayətində xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də, cavabdeh orqana ünvanlanmış və özü tərəfindən imzalanmış 10 may 2024-cü il tarixli təqrirə əsasən xidmətkeçməsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, iddiaçı şikayətində böyük təzyiq altında xidmətkeçməsinə xitam verilməsi ilə bağlı ərizəni yazdığını bildirməsinə baxmayaraq, buna dair sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Eyni zamanda kollegiya, iddiaçının, cavabdeh tərəfindən ona təzyiq edilərək ərizəsinin yazdırılmasına və onun qərəzli olaraq işdən çıxatrmasına dair mülahizələrini inandırıcı və ağla batan hesab etmir. Belə ki, iddiaçının yuxarıda qeyd olunan mənfi qiymətləndirilə biləcək hərəkətləri uzun müddət davam etmişdir. Bu müddət ərzində cavabdeh orqanın hərəkətsiz olması, yalnız sonradan işdən çıxarmaq istəyini bildirməsi inandırıcı görünmür. Yəni cavabdeh orqanın onu işdən çıxartmaq kimi bir niyyəti olsaydı bunu iddiaçıya töhmət verdiyi fevral ayında da edə bilərdi. Kollegiya həmçinin onu da qeyd edir ki, iddiaçı şikayətində həmçinin təkcə 17 may 2024-cü il tarixlərdə deyil, müxtəlif vaxtlarda cavabdeh orqanan teleqramla müraciət etdiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, həmin müraciətlər iddiaçı tərəfindən deyil, onun atası X4 tərəfindən göndərilmişdir. Ona görə də kollegiya həmin müraciətlərin cavabdeh orqana hansı tarixdə çatması ilə bağlı araşdırma aparmağa lüzum görmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərindən bir kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edərək, işdən çıxma barədə verilmiş əmrin məhz həmin maddədə nəzərdə tutulmuş əsaslar əsasında qəbul edilməli olduğunu və cavabdeh orqanın bu tələblərə riayət etmədiyinə istinad etmişdir. Lakin yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, cavabdeh orqan, yəni Cavabdeh və onun strukturları dövlət qulluğunun xüsusi növünə aid olan qurum olduğundan, ümumi əmək qanunvericiliyi, o cümlədən Əmək Məcəlləsinin həmin maddəsi birbaşa tətbiq edilməməlidir. Çünki dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) münasibətləri Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və ona uyğun qəbul edilmiş qanunvericilik aktları nəzərə alınmaqla tənzimlənir. Buna görə də, əgər "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda bu məsələlər ayrıca normativ qaydada tənzimlənməsəydi, o zaman Dövlət Qulluğu haqqında Qanunun 34-cü maddəsinə əsasən bu hallar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənər və belə olduqda Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmək mümkün olardı. Lakin hazırda mövcud olan xüsusi qanunvericilik aktları işçilərin statusunu və işdən çıxma qaydalarını daha spesifik və fərqli qaydada nizama saldığı üçün, iddiaçının işdən çıxma barədə müraciəti və onun hüquqi nəticələri məhz bu xüsusi hüquqi normativlərə uyğun qiymətləndirilməlidir. Ona görə də ümumi əmək qanunvericiliyinə istinadla işin həllinə yanaşmaq düzgün olmazdı. Kollegiya yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, göründüyü kimi, iddiaçı apellyasiya şikayətində özünün böyük təzyiq altında olduğu üçün xidmət keçməsinə xitam verilməsi barədə ərizəni məcburən yazdığını iddia etsə də, bu iddiasını təsdiq edən hər hansısa konkret sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən teleqramın isə işə xitam verilməsi barədə 20 may 2024-cü il tarixli əmrdən sonra daxil olduğu (Nazirliyə 20 may 2024-cü il tarixdə daxil olsa da, aidiyyəti idarənin icraatına daha sonra daxil olmuşdur) müəyyən edilmişdir ki, bu da onun iradəsinin müddət baxımından əmrin qəbuluna təsir etmədiyini göstərir. Həmçinin, atası tərəfindən təqdim edilmiş digər teleqramlar da işin mahiyyətinə təsir etməyən sənədlər kimi qiymətləndirilməlidir, çünki əmək münasibətlərində şəxsi müraciət və iradənin ifadəsi əsas şərt olduğundan, iddiaçının özünün birbaşa müraciət etməməsi bu sənədlərin hüquqi qüvvəsini zəiflədir və onların işə xitam verilməsi ilə bağlı qərarın qəbulunda heç bir rol oynamadığını sübut edir, nəticədə isə kollegiya həmin teleqramları və iddiaçının bu istiqamətdə irəli sürdüyü arqumentləri əsaslı saymır. Odur ki, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Kollegiya iddiaçının digər - məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə münasibətdə qeyd edir ki, həmin tələblər birinci, yəni əmrin ləğv edilməsi tələbindən asılı olduqlarından, hazırki halda həmin tələb təmin edilmədiyindən sözügedən tələblər də təmin edilməməlidir. Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-1(118)-1925/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-560/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-560/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver