Məhkəmə qərarları › İş №2-1(105)-561/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-561/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-561/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, XN qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 mart N0N4-cü il tarixli, N-N(NN8)-70N/N0N4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Dövlət İxtisas Komissiyası tərəfindən verilmiş MT seriyalı, 456N76 nömrəli diploma əsasən İddiaçı N986-cı ildə Rusiya Federasiyasının Kopeysk Tibb Məktəbinə daxil olmuş və Komissiyanın 04 iyul N989-cu il tarixli qərarı ilə ona tibbi bacısı ixtisası verilmişdir. İddiaçı məxsus AT-V seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, N987-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.N99N-ci il tarixdən xx.xx.N995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalında işləmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalında işlədiyi dövrdə İddiaçı xx.xx.N99N-ci il tarixdən xx.xx.N99N-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalına (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə) tibb bacısı qismində ezam edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. İnzibati orqan tərəfindən onun müraciətinə yazılı formada cavab verilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Qarabağ müharibəsi veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı NN may N99N-ci ildə işlədiyi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalından onunla yanaşı bir nəfər tibb bacısı və bir nəfər həkimlə birlikdə Ağdam rayonunun Mahrızlı kəndinə ezam edilmişdir. Həmin vaxt ezam edildiyi yerdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlər gedirdi və həmin yer cəbhə bölgəsi idi. İddiaçı N5 iyul N99N-ci ilədək həmin kənddə, yəni cəhbə bölgəsində hərbiçilərə ilkin tibbi yardım göstərmişdir. Həmin bölgədə hərbi hissədə xidmət etməsi barədə N nömrəli hərbi hissə komandiri, t/x mayoru D.Hüseynovun imzası və möhürlə hərbi biletində müvafiq qeyd aparılmışdır. Hərbi biletində göstərilir ki, iddiaçı “xx.xx.N99N-ci ildən xx.xx.N99N-ci ilə qədər Ağdam rayonunun N nömrəli HSCH əməliyyat tibb bacısı qismində” ezam edilmişdir. Ezamda olduğu zaman çəkdirdiyi fotoşəkillər də ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə ön cəbhədə tibb bacısı kimi iştirak etməsinə baxmayaraq, bu günə kimi “Müharibə veteranı” adı və “vəsiqəsi” almamışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin bu günə qədər cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. İPM-nin 39.N-ci maddəsində göstərilən müddət keçdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N8-ci il tarixli 4NN nömrəli Qərarına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 nömrəli Qərarına dəyişiklik edilməsi barədə) əsasən, hərbi biletdə olan yazılar əmrlərlə və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla bilər. Mərkəzi Arxivin xx.xx.N0NN-ci il tarixli 4/N-N393 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin may, iyul N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Buna görə də, iddiaçıya “Müharibə veteranı” adının verilməsinə dair rəy Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməlidir. Müdafiə Nazirliyinin Komissiyasının xx.xx.N0N3-cü il tarixli məktubunda həmin qayda izah olunmuş və iddiaçıya həmin dövlət orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdə ziddiyyətlər mövcuddur. Belə ki, Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, BA- 05835-N0NN nömrəli arxiv arayışında onun xx.xx.N99N-ci il tarixdən ezamiyyətdən işə qayıtması göstərilmişdir, iddiaçı isə xx.xx.N99N-ci il tarixədək ezamiyyətdə olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 mart N0N4-cü il tarixli, N-N(NN8)-70N/N0N4 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hərbi biletində müvafiq qeydlər aparılsa da, onun hərbi xidmət keçməsi hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmir. Bu kimi hallarla bağlı isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının hərbi qulluqçu kimi döyüş zonasına ezam olunması və döyüşlərdə iştirak etməsi hərbi hissənin arxiv sənədləri ilə təsdiq edilmədiyinə görə iddia rədd edilməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini idia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı Birinci Qarabağ müharibəsində arxa cəbhədə deyil, Ağdam rayonunun Nəzdi kəndində, yəni döyüş bölgəsində xidmət etmişdir. Həmin dövrdə xəstəxanalar döyüş bölgəsində yerləşirdi. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 6N.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... N. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə NN. İşin hallarının araşdırılması prinsipi N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin NNci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. İddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin N nömrəli hərbi hissə komandirinin imzası ilə təsdiq edilmiş N8-ci bəndinin qeydlərində göstərilmişdir ki, o, xx.xx.N99N-ci il tarixdən xx.xx.N99N-ci il tarixədək Ağdam rayonunun N nömrəli HSCH-na əməliyyat tibb bacısı qismində ezam edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, 4/N-N393 nömrəli məktubda N nömrəli hərbi hissə komandirinin may, iyul N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilsə də, iş materiallarında olan Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçı barəsində verilmiş N4 sentyabr N0NN-ci il tarixli, BA-05835-N0NN nömrəli arxiv arayışından görünür ki, Arxivin Bakı Filialında saxlanılan A.T.Abbasov adına Şəhər Onkoloji Dispanserin natamam arxiv sənədlərinin əmr kitabında iddiaçının xx.xx.N99N-ci il tarixli, 3N saylı əmrlə Ağdam şəhərinə N5 günlük ezamiyyətə göndərilməsi və xx.xx.N99N-ci il tarixli, 48 saylı əmrlə xx.xx.N99N-ci il tarixdən N-ci hərbi hissədə ezamiyyətdən işə qayıtması barədə məlumatlar mövcuddur. Lakin, qeyd olunan arxiv arayışı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, məhkəmə iddiaçının hərbi xidmət keçməsi barədə hərbi biletində müvafiq qeydlər aparılsa da, bunun hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmədiyini əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, işin bu xüsusatları, məhkəmə tərəfindən, ümumiyyətlə, araşdırılmamış, bu hallarla bağlı cavabdeh orqana, eləcə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu verilməmiş, bununla da işin hallarının araşdırılması prinsipi pozulmuşdur. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalında işlədiyi dövrdə xx.xx.N99N-ci il tarixdən xx.xx.N99N-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalına tibb bacısı qismində ezam edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan N nömrəli hərbi komandirinin may-iyul N99N-ci il tarixli əmrlərində Ağdam rayonuna ezam olunmuş tibb bacıları (o cümlədən, iddiaçı) barədə məlumat aşkar olunmadığını qeyd etsə də, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusu əsasında verdiyi N6 iyul N0N4-cü il tarixli, 3-48- NF/N-N457/N0N4 nömrəli arxiv arayışında yuxarıda istinad edilən N4 sentyabr N0NN-ci il tarixli, BA-05835-N0NN nömrəli arxiv arayışında qeyd edilənləri təsdiqləyərək, A.T.Abbasov adına Şəhər Onkoloji Dispanserin natamam arxiv sənədlərinin əmr kitabında iddiaçının xx.xx.N99N-ci il tarixli, 3N saylı əmrlə Ağdam şəhərinə N5 günlük ezamiyyətə göndərilməsi və xx.xx.N99N-ci il tarixli, 48 saylı əmrlə xx.xx.N99N-ci il tarixdən N-ci hərbi hissədə ezamiyyətdən işə qayıtması barədə məlumatların mövcud olduğunu bildirmiş, eyni zamanda, Dispanserin 93 nömrəli saxlanma vahidindən müvafiq əmrlərin olduğu səhifələrdən çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən də görünür ki, həqiqətən də, iddiaçı bir nəfər başqa tibb bacısı ilə birlikdə xx.xx.N99N-ci il tarixli, 3N saylı əmrlə Ağdam şəhərinə N5 günlük ezamiyyətə göndərilmiş, xx.xx.N99N-ci il tarixli, 48 saylı əmrlə isə xx.xx.N99N-ci il tarixdə ezamiyyətdən qayıtmışdır. Sadalanan sənədlərdən göründüyü kimi iddiaçının ezam olunduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalı N nömrəli hərbi hissə olaraq adlandırılmışdır. Bu baxımdan, kollegiya tərəfindən cavabdeh orqana N nömrəli hərbi hissənin (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalının) xx.xx.N99N-ci il tarixdən xx.xx.N99N-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olub-olmaması ilə bağlı sorğu verilmişdir. Sorğuya cavab olaraq cavabdehin N4 sentyabr N0N4-cü il tarixli məktubundan görünür ki, MN-nin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Göründüyü kimi iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyi xx.xx.N99N-ci il tarixdən xx.xx.N99N-ci il tarixədək olan dövr ərzində həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.N99Nxx.xx.N99N-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissədə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalına) tibbi bacısı kimi xidmət etmiş və bu fakt “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olaraq iddiaçının hərbi bileti ilə yanaşı, arxiv arayışları ilə təsdiq edilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı tibb bacısı kimi xidmət göstərmiş, hansı ki, Əsasnamədə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Eləcə də, Əsasnamənin N-ci bəndinin tələblərindən müəyyən edildiyi kimi döyüş əməliyyatlarının bütün növ təminatları dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat, o cümlədən tibbi təminat da nəzərdə tutulmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə dair (həmin iş üzrə də iddiaçı hazırkı işdə olduğu kimi N nömrəli hərbi hissəyə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalına) ezam olunmuş və cərrahiyyə şöbəsində tibb qardaşı, feldşer kimi xidmət göstərmişdir) Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının N-N(N0N)-N7/N0N4 nömrəli qərarında da məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını ümumiləşdirərək hesab edir ki, iddiaçının tibbi bacısı kimi xidmət etdiyi N nömrəli hərbi hissə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalı) döyüş əməliyyatlarında iştirak etdiyindən, qanunvericilik tibbi təminat göstərən şəxslərə də müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkünlüyünü müəyyən etdiyindən, eləcə də, onun həmin xidməti Əsasnamənin tələblərinə müvafiq qaydada hərbi bilet və arayış arayışları ilə birgə təsdiq edildiyindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddia tələbini rədd edərkən haqlı olmamışdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart N0N4-cü il tarixli, N-N(NN8)-70N/N0N4 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N0N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar